Məhkəmə qərarları › İş №2(107)-438/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-438/2025

30.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-438/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Yevlax Rayon X6 Hüquqi Şəxsinə qаrşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cаvаbdеh Yevlax Rayon X6 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə Sadiq oğlunun və X9 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cаvаbdеh Yevlax Rayon X6 Hüquqi Şəxsinə qаrşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2016-cı tarixli əmək müqaviləsinə əsasən Yevlax Rayon Mərkəzi Xəstəxananın qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh olan işəgötürənə ərizə ilə müraciət edərək həmin tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon X6 Hüquqi Şəxsi tərəfindən 18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan Yevlax Rayon X6 Hüquqi Şəxsinin 18-1- 82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının hesablanıb ödənilməsi və ödədiyi mediasiya ödənişi olan 60 manatın yarısı yəni 30 manatın Yevlax Rayon Mərkəzi Xəstəxanasından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2015-ci il oktyabr ayından Yevlax Rayon Mərkəzi Xəstəxananın qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən töhmət və ya digər cəza almamış və tutduğu vəzifə üzrə əmək funksiyalarını ləyaqətlə icra etmişdir. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən həmkarlar sədri və xəstəxanın endorkrinoloq həkimi X5 onu otağına çağıraraq işdən çıxmağı ilə bağlı ərizə yazmağını bildirmişdir. O, etirazını bildirsə də həkim X5 əgər ərizəni yazmasa onu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən” işdən çıxaracağı ilə bağlı hədələmişdir. O, da bu haldan qorxaraq ərizəni yazmaq məcbriyyətində qalmışdır. Xəstəxananın həmkarları ona hədə-qorxu gəldi ki, “səninlə bağlı video var və onlar o videonu youtubda paylaşacağıq” bildirmişlər. Onun ailəsi və dörd uşağı olduğu üçün məcbur olub həmin ərizəni hədə-qorxu, təhdid altında yazmışdır. Bununla bağlı o, Əmək Müfəttişliyinə, Yevlax rayon Polis şöbəsinə və cavabdehə müraciət etmişdir. Yevlax rayon Polis şöbəsi xx.xx.2024-cü il tarixli №13/3-13-117/2-19632/2024 saylı ərizəsinə əsasən “müraciətinin mülki xaraketrli olmasını müəyyən edərək, məhkəməyə mülki iddia qaldırmaq hüququnun olduğu” bildirmişdir. Lakin cavabdeh ona mediasiyadan keçsə də, işdənçıxma və əmək kitabçasını verməmişdir. Əmrin surətini və əmək kitabçasını xx.xx.2024-cü il tarixdə saat 15:30 da almışdır. O, mediasiyaya işə bərpa üçün müraciət etmişdir. Lakin pediasiya prosesində cavabdeh Yevlax Rayon Mərkəzi Xəstəxanası iştirak etsə də qarşılıqlı razılıq əsasında mübahisənin həllinə nail ola bilməmiş, belə ki, aralarında barışıq sazişi bağlanılmamışdır. Həmin bu Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Lakin o, bir ay tamam olmamış iki dəfə müraciət etmiş ki, ərizəsi etibarsız hesab edilsin.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi ilə əlaqədar qaldırılmış iddiadır. Hazırkı iş üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən “18-1-82/3-1- 985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. İddiaçı sözügedən əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcbur iş buraxdığı üçün əmək haqqının ödənilməsini” tələb edir. Cavabdeh Yevlax Rayon X6 Hüquqi Şəxsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

5. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırki əmək mübahisəsi üzrə iddia müddəti ötürülməmişdir.

6. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Yevlax Rayon Mərkəzi X2 şəxsinə ünvanladığı ərizəsində məhz xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh isə 18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmri ilə sözügedən işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda hazırki mübahisə üzrə Əmək Məcəlləsinin 69-cü maddəsinin 4-cü (Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz) bəndi deyil, həmin maddənin 5-ci (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) bəndi tətbiq olunur.

7. İddiaçı işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi ilə barədə ərizə yazdırılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halı təsdiqləyəcək sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin iddiaçıya hədə qorxu gəlinməsi ilə bağlı təqdim edtiyi CD diskdəki səs yazılarındakı danışıqların sonuncu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi arasında hər hansı bir səbəbli əlaqə yoxdur.

8. Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia rədd olunmuş, İddiaçı cаvаbdеh Yevlax Rayon Mərkəzi X2 Şəxsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəz Aran Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qаrşı “18-1-82/3-1- 985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcbur iş buraxdığı üçün əmək haqqının ödənilməsi” tələbi üzrə iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69 və 296-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375 və 377-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası “Təbbi Ərazi Bölmələrini X10 X15 Rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmr İddiaçı əmək kitabçasının surəti Yevlax 1 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞY/MT/034-2024-00520 nömrəli, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış İddiaçı Yevlax Rayon X6 Hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surəti İddiaçı Yevlax Rayon X6 Hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramın surəti Azərbaycan Respublikası “Təbbi Ərazi Bölmələrini X10 X15 Rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 82/3-M-216-42-128/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmasının nəticəsi haqqında məktub Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X10 X15 Rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 82/3-M-224-1-151/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmasının nəticəsi haqqında məktub Yevlax Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu İddiaçı məhkəməyə təqdim etdiyi 01 ədəd CD diskdə olan 13 ədəd audio yazı

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 2015-ci il oktyabr ayından Yevlax Rayon Mərkəzi Xəstəxananın qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən töhmət və ya digər cəza almamış və tutduğu vəzifə üzrə əmək funksiyalarını ləyaqətlə icra etmişdir. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən həmkarlar sədri və xəstəxanın endorkrinoloq həkimi X5 onu otağına çağıraraq işdən çıxmağı ilə bağlı ərizə yazmağını bildirmişdir. Halbuki, Həmkarlar İttifaqının vəzifəsi işçini hüquqlarının müdafiəsidir, həmkarlar ittifaqının nümayədəsi işəgötürənlə birləşib onu işdən çıxarılmağına nail olmuşdur. Halbuki, Həmkarlar İttifaqına müdriyyət məktub ünvanlamalı idi və Həmkarlar İtifaqı onun işdən azad olunmağıyla bağlı rəy alınmalı idi. O etirazını bildirsə də, həkim və Həmkarlar İttifaqının sədri X5 əgər ərizəni yazmasa onu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–cimaddəsinin “c” bəndinə əsasən” işdən çıxaracağı ilə bağlı hədələmişdir. O da bu haldan qorxaraq ərizəni yazmaq məcbriyyətində qalmışdır. Xəstəxananın həmkarları ona hədə-qorxu gəldi ki, “səninlə bağlı video var və onlar o videonu youtubda paylaşacağıq” bildirmişlər. Onun ailəsi və dörd uşağı olduğu üçün məcbur olub həmin ərizəni hədə-qorxu, təhdid altında yazmışdır. Lakin, hakim buna qiymət verməmişdir. Məhkəmə iclasında vəkili bildirmişdir ki, onun 2 dəfə biri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsızlığı ilə bağlı müraciətimə cavabdeh öz mövqeyini bildirməmişdir. Belə ki, onun yerinə götürülən işçini 2 ay sonra işə qəbul etmişlər.

13. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)- 143/2025 sаylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cаvаbdеh Yevlax Rayon X6 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə Sadiq oğlu apellyasiya şikayətinə qarşı etiraz məktubu göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cаvаbdеh Yevlax Rayon X6 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə Sadiq oğlu və X9 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.3. «bu Məcəllə» əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; ... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; ... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 11. İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ... Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a. əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c. əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 296.2 fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Qərarı: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı xx.xx.2016-cı tarixli əmək müqaviləsinə əsasən Yevlax Rayon Mərkəzi Xəstəxananın qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh olan işəgötürənə ərizə ilə müraciət edərək həmin tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon X6 Hüquqi Şəxsi tərəfindən 18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq xx.xx.2024-cü ildən əmək müqaviləsinə xitam verilməsini tələb etmişdi və bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı. Çünki Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq işçinin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. İşçi əmək münasibətlərini davam etdirmək istəmədiyi halda onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququna malikdir və işəgötürən bu təqdirdə onunla əmək müqaviləsinə xitam verməlidir. İddiaçı həmin ərizənin ona hədə-qorxu ilə yazdırıldığını iddia etsə də, bu hallar məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, ddiaçı tərəfin iddiaçıya hədə qorxu gəlinməsi ilə bağlı təqdim edtiyi CD diskdəki səs yazılarındakı danışıqların sonuncu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi arasında hər hansı bir səbəbli əlaqə aşkar edilməmişdir. İddiaçının ərizənin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müraciətlərinə cavabdehin öz mövqeyini bildirməməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və mülki işin 26-27-ci vərəqlərində olan məktublardan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq 22 avqust 2024-cü il tarixli və 26 sentyabr 2024-cü il tarixli məktublar göndərilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsindən görünür ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərə bilər və bu halda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmçinin, Əmək müqaviləsi həmin maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsasssızdır.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tаriхli, 2(039)-143/2025 sаylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar