Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X15 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı MMCyə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) həmin torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və İddiaçı MMC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı MMC-nin nümayəndəsi X25 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin X46 tərəfındən İddiaçı MMC-nin adına RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən xx xxxxxx 2017-ci il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsi X11 tərəfindən xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının təsisçisi olan «xxxxxxxxx» MMC-nə satılmışdır. «xxxxxxxxx» MMC isə həmin torpaq sahəsini «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırmışdır və beləliklə ƏMDK yanında DƏDRX-nin müvafıq ərazi idarəsinə müraciət olunaraq iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmışdır. Mülkiyyət hüququ ilə İddiaçı MMC-nə məxsus olan yuxarıda qeyd edilən torpaq sahəsi hələ 5 il əvvəl Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o bu tələblərə heç bir məhəl qoymamış və iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir və halhazırda da davam etməkdədir. Odur ki, iddiaçının mülkiyyət hüquqları qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair ƏMDK yanında DƏDRX-nin X46 tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən xx xxxxxx 2017-ci il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh bildirmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kəndində təxminən 12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində artıq xeyli müddətdir ki, taxıl əkir. Həmin torpaq sahəsinə dair mülkiyyət sənədi yoxdur. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaya etirazının olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа şahid kimi dindirilən İddiaçı MMC-nin Şəki rayonu üzrə Nəzarətçisi Mövlamov Səyyad İsrəfil oğlu ifadəsində göstərmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin X46 tərəfındən İddiaçı MMC-nin adına RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən xx xxxxxx 2017-ci il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh qeyd edilən torpaq sahəsindən təxminən 5 ildir ki, istifadə edir. Hal-hazırda o, qeyd edilən mübahisəli torpaq sahəsinin yarısında arpa, digər hissəsində isə buğda əkmişdir. Ona dəfələrlə qeyri-rəsmi və rəsmi məlumat verilməsinə baxmayaraq qeyd edilən torpaq sahəsindən istifadə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Şəki rayon X4 xx xxxxxx 1997-ci il tarixli 39 nömrəli qərarı ilə atası X26 və ailə üzvləri Musayeva Şövkət Kamal qızı, X21, X17, X22, X23, Cavabdeh, X18, X27, X12, X13, X6, X14, X7, X8, .X3, X19, X9 12.66 hektar torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsini heç kimə satmamışlar. İddiaçı MMC onlara məxsus torpaq sahəsinin hansı yolla alması onlara məlum deyil. O, özü və qardaşları Xosrov və Hikmət 2005-ci ildə həbs edilmişlər və 2008-ci ilə kimi həbsdə olmuşlar. Buradan da aydın şəkildə görünür ki, məhkəmə işin faktiki hallarını araşdırmamış cavabdehin təqdim etdiyi saxta sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X25 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan X11 və «xxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətdən görünür ki, X2 rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini «xxxxxxxxx» MMC-yə satmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli ********** nömrəli nizamnamənin təsdiq edilmiş surətindən görünür ki, «xxxxxxxxx» MMC Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırmışdır. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli İddiaçı MMC-nin Şəki rayonu üzrə Nəzarətçisi Mövlamov Səyyad İsrəfil oğlu, Şəki rayon İcra Hakimiyyəti Başçısının Turan qəsəbə X31 üzrə Nümayəndəsi, X5 sədri X10 və Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsinin sədri X20 tərəfindən tərtib edilmiş aktdan görünür ki, müvafiq çıxarışları və həmin çıxarışlara dair plan və ölçü sənədlərini nəzərdən keçirdikdən və torpaq sahələrinə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən, DƏDRX tərəfindən verilmiş çıxarışın reyestr nömrəsi – **********36 olan (çıxarış JN-01xx xxx 40402058 nömrəli Torpaq aktına əsasən verilmişdir) ümumi sahəsi 12.857 ha təşkil edən torpaqsahəsində özünün etirafına görə Cavabdeh tərəfindən payızlıq əkin işləri aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə və 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas X1” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası MPM-nin 114.1.1 və 114.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas X1” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X11 və «xxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında X2 rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini «xxxxxxxxx» MMC-yə satmışdır. «xxxxxxxxx» MMC Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırmışdır. Həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin X46 tərəfındən İddiaçı MMC-nin adına RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən xx xxxxxx 2017-ci il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddianın qeyd edilən torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi hissəsi qətnamənin icrası zamanı həll olunmalı məsələ olduğundan iddia həmin hissədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) çıxarılmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X33 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 44/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 233 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, Şəki rayonu, Çayqaraqoyunlu kəndində iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi Tahir Mövlamovun və Cavabdeh yer səthi üzərində ekspertə təqdim etdikləri eyni mübahisəli torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsilə müəyyən olundu. Tədqiq olunan mübahisəli torpaq sahəsi 12,86 ha təşkil edir və hüquqmüəyyənedici sənədlərə əsasən, eləcə də islahat xəritəsinə görə eyni torpaq sahəsi olmaqla sənəd ardıcıllığı olaraq xx xxxxxx 2003-cü il tarixli JN-01xx xxx 40402058 olan Dövlət Aktı ilə, xx xxxx 2006-cı il tarixdə isə JN-3xx xxx 40402058 olan Dövlət Aktı ilə 29,12 ha torpaq sahəsinin tərkib hissəsi olan 377D planı ilə qeydə alınmışdır. Sonradan bu torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi tərəfindən “İddiaçı" MMC-nin adma xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış A seriyalı 182791 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri ilə rəsmiləşdirilmişdir. (Aparılmış tədqiqatın dəyəri 300 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı MMC-dən alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-701/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı MMC-dən alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-44/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-44/2020
09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver