Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2024 05.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızının cavabdehlər Cavabdeh1 və Şabanova (Qazıyeva)Nənə Əfsələddin qızına qаrşı (açar sözlər: Torpaq mübahisələri - payların naturada müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçılar - İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünərək payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehlərin çıxarılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Şabanova (Qazıyeva) Nənə Əfsələddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Cavabdeh2, 1/8 hissədə X9 məxsusdur.
2. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X9 məxsusdur.
3. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Şabanova (Qazıyeva)Nənə Əfsələddin qızına və 1/8 hissədə X9 məxsusdur.
4. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X9 məxsusdur.
5. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Şabanova (Nənə Əfsələddin qızına və 1/8 hissədə X9 məxsusdur.
6. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X9 məxsusdur.
7. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə Cavabdeh1, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X9 məxsusdur.
8. İş materiallarında olan keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mülki işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının və cavabdehin iştirakı ilə həmin torpaq sahələrinin istifadə vəziyyəti GPS aləti vasitəsi ilə ölçüldü və torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti Sxem (1 2 3 4 5 6) öz əksini tapmışdır. Mülkı işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölündüyü halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüsü mümkün deyildir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2019-cu il tarixli 13447 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən, RX seriyalı 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölünməsi mümkün deyildir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 09 avqust 2020-ci il tarixli **********72 saylı mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahələrinin hər biri üzrə yerləşmə sxemi və koordinatlar tərtib edilmiş sxemlərdə əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* saylı çıxarışlara əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrindən 4/8 payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün 0,2524 ha torpaq sahəsi orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 1 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,2666 ha torpaq sahəsi tən orta hissədən uzununa doğru iki sahəyə ayrılaraq, tərəflərin hər birinin istifadəsinə boş torpaq sahəsi verilə bilər. 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,3816 ha torpaq sahəsində 6 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 3 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,1016 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 508 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2718 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1359,0 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2340 ha torpaq sahəsinin iki tərəfindən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1170,0 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər.
11. İş materiallarında olan X10 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payı naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatları naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə). Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir. Rəyə bölgü planları və baxış aktı əlavə olunur.
12. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş 972 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində özünə məxsus 2016-cı ildə tikilmiş ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi var.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan Cavabdeh1 adına 01 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı 1078102, 1078092, ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlara əsasən birgə mülkiyyətlərində olan torpaq sahələrinin bölünərək payların naturada ayrılması və onlara aid hissədən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 03 dekabr 1997-ci il tarixdə Zaqatala rayonun Yuxarı Tala kənd sakini X5 ərə getmişdir. Həmin vaxt onlar mərhum qaynatası X2 təsərrüfatına daxil olmuşlar. Əri ilə birlikdə yaşadıqları müddətdə qızları Şabanova (Qazıyeva) Aytən Muhuma qızı anadan olmuşdur və qızı hal hazırda iddiaçı ilə birlikdə yaşayır. Ailələri mərhum qaynatasının təsərrüfatında olmaqla təsərrüfatda cəmi beş nəfər olmuşdur. Təsərrüfatda o, əri, qaynatası, qaynanası X15 və qızları X13 olmuşdur. Kənddə torpaq islahatı həyata keçirilərkən təsərrüfatda olan dörd nəfər ailə üzvlərinin mülkiyyətinə cəmi 1,56 ha torpaq sahəsi verilmişdir. Qızlarının torpaq almaq hüququ olmadığı üçün ona torpaq payı verilməmişdir. X3 03 dekabr 1997-ci il tarixdə, qaynatası X6 08 mart 1999-cu il tarixdə, qaynanası X15 isə 04 fevral 2013-cü il tarixdə vəfat etmişlər və bundan sonra təsərrüfatda o və qızı X13 qalmışdır. Onların təsərrüfatlarında 0.20 ha həyətyani torpaq sahəsi olmuşdur. Hal hazıradək həmin təsərrüfatda o və qızı vardır. Lakin buna baxmayaraq cavabdeh qaynı Şabanov X1 RİHBnin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi ilə əlaqəyə girərək saxtakarlıq edərək mövcud vəziyyəti gizlətmək yolu ilə sənədləri saxtalaşdırmış və təsərrüfatlarına məxsus torpağı ələ keçirilmişdir. Bu İddiaçı1 2018-ci ilin mart ayında məlum olmuşdur. Mərhum əri vəfat etdikdən iki il sonra həmin təsərrüfatda olmağına baxmayaraq o qızını da götürərək həmin evdən müvəqqəti olaraq başqa evə köçmüş və hal hazırda da orada yaşayır. Lakin cavabdeh kənd ərazi nümayəndəliyi ilə əlaqə yaratmış və saxta sənədlərlə qanun üzrə vərəsəlik alaraq qanuni onların mülkiyyətlərində olan əmlakı ələ keçirmişdir. Belə ki, Zaqatala RİHBnin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi guya ki, qaynanasının ölümündən sonra təsərrüfatın bağlanmasını bəhanə edərək, qaynananın təsərrüfatında Cavabdeh1 və Cavabdeh2 olması da göstərilmişdir. Halbuki onların hər ikisinin ayrıca təsərrüfatları mövcud olmuşdur. Bu saxta sənədlərlə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda qanun üzrə vərəsəlik açılmış və təsərrüfatları kənar şəxslər tərəfindən ələ keçirilmişdir və həmin şəxslər də bununla əlaqədar qeydiyyat vəsiqəsi də almışlar.
15. İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızı iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan Cavabdeh1 adına 01 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2666 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2524 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1016 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,3816 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2340 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2718 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1227 ha torpaq sahəsinin onların birgə mülkiyyətlərinə aid olan 4/8 hissəsinin, cavabdehə məxsus 4/8 hissəsindən naturada ayrılmasına və onlara aid (məxsus) hissəsindən cavabdehlərin çıxarılmasına dair dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
16. Cavabdeh1 İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı1 iddiasının təmin edilməməsi barədə və ya faktiki istifadə etdikləri sahələrə uyğun olaraq sənədlərin yenidən işlənməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızının “hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı 1078102, 1078092, 1078103, 1078091, 1078026, ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar X17 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı 1078102, 1078092, 1078103, 1078091, 1078026, ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qeyd olunan iş üzrə tərəflərə məxsus payların naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən məhkəməyə 30 aprel 2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyi ilə müəyyən olunduğu kimi tədqiqat Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və 0.7640 ha kənd təsərrüfatlı torpaq sahəsi üzrə aparılmışdır. Tərəflərin paylı mülkiyyətində olan 0.2340 ha həyətyanı torpaq sahəsi planda çoxbucaqlı formada olmaqla iki tərəfdən məhəllə daxili yol ilə digər tərəfdən isə qonşu sahələrlə əhatə olunur, torpaq sahəsinə hər iki yol tərəfdən giriş-çıxış vardır, torpaq sahəsinin daxilində 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evləri və yardımçı tikililər yerləşir. Torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq həmin sahədən 1170 kv.m sahənin ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər. Göründüyü kimi, ekspert rəyində həyətyanı torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilərkən sadəcə giriş çıxış yolu nəzərə alınmış, X2 xüsusi mülkiyyətində olan cavabdehlərin miras kütləsinə daxil fərdi yaşayış evi, həmin torpaq sahəsində 2016-cı ildə Cavabdeh1 şəxsi vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi, onların inşa olunma vəziyyəti və həyətyanı torpaq sahəsində inşa edilmiş digər tikililər nəzərə alınmamış, həmin tikililərə zərər gətirmədən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü araşdırılmamışdır. Torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü həmin əraziyə giriş-çıxış yolunun olması ilə yanaşı, həmin ərazidə inşa edilmiş fərdi yaşayış evlərinin yerləşmə vəziyyəti nəzərə alınmaqla aparılmalı və həmin tikililərin təyinatına zərər yetirilməməlidir. Əgər payın naturada ayrılması fərdi yaşayış evlərinə tənasübsüz zərər vurmadan mümkün deyildirsə, iddiaçılara paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən payın dəyəri ödənilməli, dəyər ödənilmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət edilməlidir. Hazırki halda, torpaq sahəsinin naturada ayrılması mümkün olmadığından iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, təqdim edilmiş ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi, ekspert kənd təsərrüfatlı torpaq sahələrinin naturada ayrılmasının mümkünlüyünü müəyyən edərkən orada əkilmiş 10-15 ədəd fındıq topalarının faktiki yerləşmə vəziyyətinə uyğun bölgü aparmış, lakin digər diqqətəlayiq halları nəzərə almamışdır. Belə ki, mübahisə predmeti olan kənd təsərrüfatlı torpaq sahələrindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1227 ha torpaq sahəsinin qonşuluğunda 2/8 hissədə paylı mülkiyyətçi Cavabdeh2 xüsusi mülkiyyətində olan 1304 kv.m torpaq sahəsi (A seriyalı 380205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) yerləşir. Bundan başqa, həmin torpaq sahələrindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3816 ha torpaq sahəsinin qonşuluğunda 2/8 hissədə paylı mülkiyyətçi Cavabdeh2 xüsusi mülkiyyətində olan 7323 kv.m torpaq sahəsi (A seriyalı 372628 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) yerləşir. Göründüyü kimi, 0.1227 ha və 0.3816 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada ayrılması müəyyən olunarkən ilk öncə paylı mülkiyyətçi Cavabdeh2 payı nəzərə alınmalı, həmin əraziyə bitişik onun mülkiyyətində olan digər torpaq sahəsindən ayrılmamaq şərti ilə onun payı müəyyən olunmalıdır. Həmin torpaq sahələri ayrı-ayrı ərazidə yerləşdiyi halda torpaq sahəsinin təyinatı üzrə istifadəsi mümkünsüz olacaq və bu da mülkiyyətçiyə ziyanın vurulması ilə nəticələnəcəkdir. Habelə, ekspert rəyində həmin kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada ayrılması zamanı payçıların hər birinə giriş çıxış yolunun olub-olmaması müəyyən olunmamışdır. Bundan başqa ekspert rəyində torpaq sahələrinin bölünməsinin mümkünlüyü ümumi göstərilsə də, bölgünün tərəflər arasında hansı qayda aparılması, iddiaçı və cavabdehlərə hansı hissədə verilməsi və dəqiq koordinatları göstərilməmişdir. Hazırda təqdim edilmiş ekspert rəyinə uyğun bölgü aparıldığı halda qəbul ediləcək məhkəmə qərarı qeyrimüəyyən olunacaq və tərəflər arasında uzun müddət davam edəcək mübahisələrin yaranmasına gətirib çıxaracaqdır.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Şabanova (Qazıyeva) Aytən Muhuma qızı və İddiaçı1 vəkili Vəkil1 İddiaçı1 verdiyi izahata uyğun izahat verərək və çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
20. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o iş üzrə digər Cavabdeh2 nümayəndəsidir. Hazırki iddiaya baxılan zaman məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə keçirilən ekspertiza tədqiqatı zamanı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/8 payının ayrılması mümkün hesab edilmiş, 0,2340 ha həyətyanı torpaq sahəsinin də 4/8 payı ayrılaraq iddiaçılara verilə bilər qeyd edilmişdir. Ekspert rəyində qeyd edilən qaydada 6 ədəd torpaq sahəsinin naturada bölünməsinə etirazları yoxdur. Lakin sözügedən 0,2340 ha həyətyanı sahədə yaşayış evi, mal damı, altıaçıq və digər tikililər vardır. Həmin tikililər torpaq sahəsinin müxtəlif hissələrində yerləşdiyinə görə 1170 kv.m sahənin ayrılması mümkün deyildir. Bundan əlavə qonşu torpaq sahələri qardaşı və digər qohumlarının mülkiyyətində olduğundan onlarla qonşuluq əlaqələrində də maneçilik olacaqdır. Həmin 1170 kv.m torpaq sahəsinin digər çoxillik sahələrdən iddiaçılarla razılığa gələrək ayrılmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun və cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
22. Zaqatala Rаyоn Məhkəməsinin (hakim Tural Həsənov) 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına aid ümumilikdə 4/8 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına naturada ayrılmış 4/8 hissəsindən çıxarılmaları, iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızından müştərək qaydada 50 (əlli) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi, İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən, X10 MMC-nin 8 aprel 2022-ci il tarixli rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli rəyini sübut növü kimi qiymətləndirmişdir.
24. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəzləşdirilməsi, eyni zamanda naturada ayrılmalı olan torpaq sahəsində tikilinin olması və yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin olması və iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar.
25. Bundan başqa, torpaq sahələrinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan başqa torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 198 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz.
26. Eyni zamanda cavabdeh tərəfin 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ayrılması əvəzinə ona başqa torpaq sahəsi verilməklə qətnamə çıxarılması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfin razılığı yoxdur və onun razılığı olmadan torpaq sahələrinin əvəzləşdirilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına əsas verir. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz.
27. Birinci instansiya məhkəməsi yekun olaraq qeyd etmişdir ki, cavabdehlərin torpaq sahələrinin iddiaçılara məxsus hissəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçılarının mülkiyyətində olan torpaq sahələrinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətlərinə qəsd edən cavabdehlərin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətlərində olan torpaq sahələrinin onlara aid hissələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdırlar.
28. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 140, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 220.1, 220.2 və 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə, 65-ci maddəsinin 5-ci hissəsinə, 65ci maddəsinin 7-ci hissəsinə, 65-ci maddəsinin 9-cu hissəsinə, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1-64.2, 76.1, 76.2, 77.1, 89, 107, 115.0 və 115.0.1-ci, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
29. Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Şabanova (Qazıyeva) Nənə Əfsələddin qızı tərəfindən apellyasiya şikayəti verilmişdir.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, paylı mülkiyyətdə olan 0,2340 ha həyətyanı və paylı mülkiyyətdə olan 0,1227 ha pay torpaq sahələrindən iddiaçı və cavabdehlərin paylarının AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli rəyi və "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə uyğun naturada bölünməsi, iddia tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(107)-961/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
b) kassasiya instansiya məhkəməsində icraat
33. Cavabdehlər kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(107)-961/2022 saylı qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(102)-712/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(107)-961/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi yerləşir. Həmin evlərdən digəri 2016-cı ildə Cavabdeh1 tərəfindən onun öz şəxsi vəsaiti hesabına inşa edilmiş, yaşayış üçün tam yararlı hala gətirilmişdir. X16rşı 18 iyun 2002-ci il tarixli qərarında Avropa məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət hüququnu təsdiq edən sənədlərin olmaması vurulmuş ziyanı qiymətləndirməkdə həlledici amil deyil.” Göründüyü kimi, Avropa Məhkəməsi Önər Yıldızın bələdiyyə ərazisində inşa etdiyi gecəkondunu onun mülkiyyəti kimi qəbul etmişdir. Sözügedən fərdi yaşayış evi paylı mülkiyyətçi Cavabdeh1 payına münasib hissədə şəxsi vəsaiti hesabına inşa edildiyindən onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmışdır. Torpaq sahələri naturada bölündükdən sonra onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasınıməhkəmədən tələb etmək hüquna malikdir. İşə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, həmin fərdi yaşayış evinin taleyi məhkəmə tərəfindən həll edilməmiş, ümumiyyətlə torpaq sahələri naturada ayrılarkən fərdi yaşayış evlərinin birinin cavabdehlərə, digərinin isə iddiaçılara veriləcəyi nəzərə alınmamış, nəticədə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi sübutların əldə olunmasını təmin etmədiyindən və işin hallarının araşdırılması üçün təkrar ekspertiza təyin etmədiyindən "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli 0784/2022 nömrəli mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsinə hazırda təqdim edilmişdir. Belə ki, sonuncu mütəxəssis rəyi təqdim edilərkən cavabdeh tərəf əlavə rəyin əldə edilməsinə kifayət qədər vaxtı olmamış, birinci instansiyası məhkəməsi tərəfindən rəyin təqdim edilməsinə şərait yaradılmamış, vaxt verilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsinin ləğv edilməsini, RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2340 ha həyətyanı və RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,1227 ha pay torpaq sahələrindən cavabdehlərin paylarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyi və "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyinə uyğun naturada bölünməsi, tərəflər arasında mübahisə olmadığından iddia tələbinin torpaq sahələrindən çıxarılması hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
37. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
38. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və onların nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edə bilmədiklərini, apellyasiya şikayətinin təmin edilməsini, eyni zamanda iştirakları olmadan iclasın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlər və onların nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlsə də, şikayətin dəlillərindən görünür ki, apellyator iddianın təmin olunmuş RX ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0.2340 ha həyətyanı və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının rəyə uyğun bölünməsi və “torpaq sahəsindən çıxarılma” hissələrini mübahisələndirmişdir.
41. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnаməsi qismən – xx.xx.2017-ci il tarixli, ********** nömrəsi ilə qeyd edilən Cavabdeh1 məxsus RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,1227 ha torpaq sahəsinin naturada bölünərək payların müəyyən edilməsi və həmin hissədən cavabdehlərin çıxarılması hissəsində ləğv edilmiş və həmin hissə üzrə işin icraatına xitam verilmişdir.
42. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə (RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2340 ha həyətyanı torpa sahəsinin naturada bölünməsi və torpaq sahələrindən çıxarılma) apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
43. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə 29. Mülkiyyət hüququ İİİ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
45. Maddə 140. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
46. Maddə 152.1.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
48. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
49. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
51. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
52. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
53. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
54. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
55. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
56. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
57. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
62. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
63. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
64. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
67. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
68. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
69. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
70. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
71. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
72. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
73. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır.
75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
76. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
77. Müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, müvafiq olaraq iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva)Aytən Muhuma qızının adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
78. İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) X11 rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin onlara məxsus 4/8 hissəsinin naturada ayrılmasını tələb edirlər. Cavabdeh X4 iddianın 6 ədəd torpaq sahəsinə aid hissədə təmin edilməsinə etiraz etmir. Lakin Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində fərdi yaşayış evindən əlavə yardımçı sahələr inşa edildiyindən həmin torpaq sahəsinin ayrılmasının qeyri mümkün olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/8 hissəsi olan 1170 kv.m torpaq sahəsinin iddiaçıların razılığı ilə digər çoxillik əkmələr üçün nəzərdə tutulmuş sahələrlə əvəzləşdirilməsini xahiş etmişdir.
79. Mübahisəni həll edən birinci istansiya məhkəməsi hesab etmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçıların faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər.
80. Apellyasiya məhkəməsi əvvəlki apellyasiya baxışında birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.
81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə 09 mart 2023-cü il tarixli, 2(102)-712/2023 saylı qərarında göstərmişdir ki, “... iş üzrə cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətlərində qeyd etmişlər ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən 0,1227 ha pay torpaq sahəsinin naturada ayrılmasını əks etdirən mütəxəssis tərəfindən təqdim edilmiş sxem ekspert rəyinə uyğun olmamış, ekspert rəyinin əksinə bölgü aparılmışdır.Torpaq sahəsində 1 cərgədə əkilmiş fındıq ağacları tam ortadan bölünmüş, nəticədə torpağın və fındıq ağaclarının təyinatına uyğun istifadəsi mümkünsüz olmuş, təsərrüfat sahəsi yararsız hala düşmüş, bununla da cavabdehlərin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla yanaşı, 0,2340 ha həyətyanı torpaq sahəsinin mütəxəsis rəyi əsasında təqdim olunmuş sxemdə qeyd olunan bölgü planı yalnız bir yola münasibətdə aparılmış, digər köməkçi yol nəzərə alınmamışdır.
82. İş üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyini təqdim etmişlər.Həmin rəyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin paylarının naturada ayrılması, ölçülərinin, sərhədlərinin və koordinatlarının müəyyən edilməsi RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mkülkiyyətdə olan 0,2340 ha həyətyanı torpaq sahəsindən və RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,1227 ha pay torpağından başqa digər paylı mülkiyyətdə olan torpaq sahələrinin bölgüsü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun aparılmışdır (bölgü sxemi vardır).
83. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində qeyd olunmuşdur ki, 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq tərəflərin istifadəsinə verilə bilər. “X10” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 saylı rəyi əsasında təqdim olunmuş sxemdə sözü gedən 0,1227 ha torpaq sahəsi eninə istiqamətdə deyil, uzununa istiqamətdə 2 hissəyə bölünmüş, nəticədə aparılmış bölgü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə uyğun olmamışdır.
84. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində qeyd olunmuşdur ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1170 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər.”X10” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 nömrəli rəyi əsasında təqdim olunmuş sxemdə bölgü planı yalnız bir yola münasibətdə aparılmış, digər köməkçi yol nəzərə alınmamış, nəticədə aparılmış bölgü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə uyğun olmamışdır.Hazırda mübahisənin torpaq sahəsinin naturada ayrılması olduğunu nəzərə alaraq təqdim edilmiş sxemdən də göründüyü kimi 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iki tərəfindən əhatə olunmuş yol nəzərə alındığı halda həmin sahədən 1179,0 kv.metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər(bax səhifə 4-də bölgü planı).
85. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində apellyatorların həmin məhkəməyə "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli 0784/2022 nömrəli mütəxəssis rəyini təqdim etdiklərini göstərsə də, həmin mütəxəssis rəyində göstərilənlərin hüquqi qiymətləndirməsini aparmamış, həmin mütəxəssis rəyi ilə ”X10” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 nömrəli rəyi arasındakı iş üzrə əhəmiyyətli olan ziddiyyətli məqamlar aydınlaşdırılmamışdır...”.
86. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq Məhkəmə kollegiyasının 12 may 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq RX seriyalı, 1078102, 1078092, 1078103, 1078091, 1078026, ******* və ******* saylı çıxarışlara əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrinə bölgü sxemləri (planları) (ölçüləri, sərhədləri, bölgü koordinatları naturada müəyyən edilməklə) işlənilməsi həvala edilmiş, həmin xidmət tərəfindən müvafiq bölgü sxemləri (planları) işlənilərək kollegiyaya təqdim edilmişdir.
87. Bundan sonra, məhkəmə kolegiyasının 12 sentyabr 2023-cü iil tarixli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər (mütəxəssislər) qarşısında aşağıdakı suallar qoyulmuşdur. - İş materiallarında olan “X10” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 nömrəli, "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli, xx-xx/2022 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı ərazi idarəsinin 16 avqust 2023-cü il tarixli mütəxəssis rəylərində göstərilmiş RX seriyalı ******* saylı çıxarışda olan 0,1227 ha və RX seriyalı ******* çıxarışda olan 0.2340 ha torpaq sahələrinə işlənmiş bölgü planlarının (sxemlərinin) hansıları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğundur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala ərazi idarəsinin 16 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu planında 0,2340 ha torpaq sahəsinin naturada bölgüsü aparılarkən torpaq sahəsinin iki tərəfdən əhatə olunduğu yol nəzərə alınmışdırmı, nəzərə alındığı halda hansı qaydada nəzərə alınmışdır? - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyi nəzərə alınmaqla, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılmasının mümkün olunması qeyd olunduğu halda, 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 avqust 2023-cü il tarixli mütəxəssis rəyində 0,1227 ha torpaq sahəsinin naturada istifadə edilən ərazi ilə hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərin üst-üstə düşməməsini qeyd etməsi öz təsdiqini tapırmı?
88. Məhkəmə kollegiyasına daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7385 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli, xx-xx/2022 nömrəli mütəxəssis rəyində qeyd olunan, mübahisə predmeti olan 0,2340 ha torpaq sahəsinin bölgü variantının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olduğu müəyyən olunur. Qeyd: Mübahisə predmeti olan 0,1227 ha torpaq sahəsi naturada təqdim edilmədiyindən həmin torpaq sahəsi üzrə tədqiqat aparılmadı. - Mülki iş materiallarında olan yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı ərazi idarəsinin 16 avqust 2023-cü il tarixli mütəxəssis rəyində *səh.131), 0,2340 torpaq sahəsinin bölgüsü eyni yol istiqamətində aparılmışdır. Yəni həmin torpaq sahəsinin 2 tərəfdən yol ilə əhatə olunduğu nəzərə alınmamışdır. - Mübahisə predmeti olan 0,1227 ha torpaq sahəsi naturada təqdim edilmədiyindən həmin torpaq sahəsində müvafiq ölçü işlərinin aparılması mümkün olmadığından qərardaddın 3-cü sualı üzrə tədqiqat aparılmadı.
89. Göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində mübahisə predmeti olan paylı mülkiyyətdəki 0,2340 ha həyətyanı torpaq torpaq sahəsinin paylara uyğun bölgüsü "xxxx" MMC-nin işlədiyi bölgü planına (sxeminə) uyğun olmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin həyətyanı torpaq sahəsinə bölgünü “X10” MMC-nin tərtib etdiyi bölgü planına (sxeminə) uyğun aparmışdır. Ona görə də apellyasiya şikayəti həmin hissədə əsaslıdır.
90. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında mübahisənin olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, kollegiyanın iclasında iddiaçılar paylı mülkiyyətdə olan torpaq sahələrindən onların istifadəsinə cavabdehlər tərəfindən törədilən manelərin hələ də davam etdiyini bildirmişlər.
91. Belə olan halda iddia tələbinin torpaq sahələrindən çıxarılması hissəsi əsaslı olduğundan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
92. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
93. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
94. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsi qismən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına aid ümumilikdə 4/8 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına aid ümumilikdə 4/8 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2022-ci il tarixli, xx-xx/2022 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rаyоn Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 saylı qətnaməsi qismən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına aid ümumilikdə 4/8 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızına aid ümumilikdə 4/8 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2022-ci il tarixli, xx-xx/2022 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızından müştərək qaydada 25 (iyirmi beş) manat, cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 25 (iyirmi beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3). İddiaçılar İddiaçı1 və Şabanova (Qazıyeva) Aytən Muhuma qızından müştərək qaydada 500 (beş yüz) manat mütəxəssis xərci isə alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov