Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlakdan payın naturada ayrılması, ekspertiza tədqiqatı) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı4, Cavabdeh1, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.mnin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Qax rayonu Qax-İngiloy kəndində yaşayırlar. Onlara məxsus olan Qax rayonunun Qax-İngiloy kəndində yerləşən 359.9 kv.m fərdi yaşayış evinin 3/6 hissəsinə və həyətyanı torpaq sahəsinin ½ hissəsinə ayrıca qaz, su və işıq çəkdirmək istəyir. Çıxarışa əsasən onlara verilmiş fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini naturada əldə edə bilmir. Ona görə də, ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onların mülkiyyətlərinə verilmiş payların naturada ayrılıb veriməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi və 0.13 ha torpaq sahəsinin 1/18 hissəsi onun paylı mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin qalan hissəsi İddiaçı1, torpaq sahəsini qalan hissəsi isə İddiaçı1 və digər iddiaçıllar və cavabdehlərin paylı mülkiyyətlərindədir. Həmin torpaq sahəsinin iddiaçılara düşən hissəsinin naturada ayrılaraq verilməsinə etiraz etmir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsi ilə (hakim M.Qrayev), iddianın təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin verdiyi **********60-10301 reyestr, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 359.9 kv.m olan fərdi yaşayış evinin İddiaçı1 payına düşən 3/6 hissəsi, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 3/18 hissəsi, İddiaçı4 payına düşən 2/18 hissəsi, İddiaçı2 payına düşən 2/18 hissəsi və İddiaçı3 payına düşən 2/18 hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçılara verilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada alınaraq aşağıdakı hesaba köçürülməsi (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X5, kodu 210005, VÖEN **********, Müxbir hesabAz41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, HesabAZ34GCTRE********************) qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi **********60-10301 reyestr, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən sahəsi 359.9 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsi İddiaçı1, 2/6 hissəsi Cavabdeh1 Davildoviçin, 1/6 hissəsi X9, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin 3/18 hissəsi İddiaçı1, 2/18 hissəsi Cavabdeh1, 1/18 hissəsi X9, 2/18 hissəsi Cavabdeh3, 2/18 hissəsi X14, 2/18 hissəsi Cavabdeh2. 2/18 hissəsi İddiaçı4, 2/18 hissəsi İddiaçı2 və 2/18 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. İddiaçılar hazırda İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada bölünməsini xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəy verilmiş, həmin rəylə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ƏMDXnin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunması qeyd edilmişdir. (sxem-mütəxəssis rəyinə əlavə edilib).
10. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxedə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda da cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 213.1, 213.2, 213.5, 223.2, 223.4, 220.1, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
13. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallar üzrə “məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə görə, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Yuxarıda qeyd olunanları və mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, otaqların planlı yerləşməsini, 1 sanitar qovşağın (hamam) mövcud olmasını, 2 mərtəbədən ibarət olmasını, 2-ci mərtəbəyə qalxan pilləkən qəfəsinin evin daxilində yerləşməsini, həmçinin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə bölünəcəyi təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
14. Beləliklə Qax rayonu, Qaxingiloy kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur” ifadələri qeyd olunmuşdur. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində “...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəy verildiyi, həmin rəylə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edildiyi, ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunduğu” qeyd edilmişdir.
15. Qanunun tələbindən görünür ki, payın naturada ayrılması naturada ayrılan əşyaya tənasübsüz (yəni hədsiz) zərər vurmadan mümkün olmalıdır. Halbuki birinci instansiya məhkəməsi qətnamədə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və ya həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının ayrılmasının texniki cəhətdən yəni naturada ayrılan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə tənasübsüz (yəni hədsiz) zərər vurmadan mümkün olub-olmamasını, əgər mümkündürsə hansı qaydada ayrılmasını müəyyən etməmişdir. Bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi onun və digər cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur.
16. Qax Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edildiyini, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirildiyini və ölçü işləri aparıldığını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023cü il tarixli, 10/2794 saylırəy verildiyi, həmin rəylə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə EkspetizasıMərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edildiyi, ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmasının qeyd edildiyi göstərilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023-cü il tarixli, 10/2794 saylırəyindən görünür ki, qeyd olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
17. Birinci instansiya məhkəməsi qətnamədə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyini olduğu kimi əks etdirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsindən mübahisə predmeti – paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və ya həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması, əgər mümkündürsə hansı qaydada ayrılmasını müəyyən etmək mümkün deyildir. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.
18. Məhkəmə mübahisə predmeti - paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və ya həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasını, əgər mümkündürsə hansı qaydada ayrılmasını müəyyən etmədən qətnamə qəbul etmişdir.
19. Odur ki, Balakən Rayon Məhəkəməsin 11 oktyabr 2023-cü il tarixli, 2(024)- 174/2023 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh1 məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsində apellyasiya şikayətinin xahiş edirəm hissəsində onun səhvən Qax əvəzinə Balakən yazdığını göstərmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1 cavabdehlərdən Cavabdeh4 vəfat etdiyini bildirdiyindən Qax rayon Qeydiyyat Şöbəsindən cavabdehlərdən Cavabdeh4 ölümünə dair sənədin təqdim edilməsi xahiş edilmiş, lakin Qax rayon Qeydiyyat Şöbəsi Cavabdeh4 ölümü haqqında akt qeydinin aşkar olunmaması barədə arayışı məhkəmə kollegiyasına göndərmişdir.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılardan İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. “X8rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən şikayətin verilməsinə baxmayaraq, payın naturada ayrılması eyni əmlaka aid olmaqla mübahisənin predmeti bölünməzdir.
39. Ona görə də kollegiya Qax Rayon Məhəkəməsin 11 oktyabr 2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax- İngiloy kəndində yerləşən sahəsi 359.9 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsi İddiaçı1, 2/6 hissəsi Cavabdeh1 Davildoviçin, 1/6 hissəsi X9, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin 3/18 hissəsi İddiaçı1, 2/18 hissəsi Cavabdeh1, 1/18 hissəsi X9, 2/18 hissəsi Cavabdeh3, 2/18 hissəsi X7, 2/18 hissəsi Cavabdeh2, 2/18 hissəsi İddiaçı4, 2/18 hissəsi İddiaçı2 və 2/18 hissəsi isə İddiaçı3 paylı mülkiyyətlərindədir. Tərəflər paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər və ekspertiza tədqiqatı ilə iddiaçıların paylarının paylı mülkiyyətdən ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələblə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəyindən qeyd olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığının müəyyən olunması, birinci instansiya məhkəməsinin qətnamədə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və ya həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının ayrılmasının texniki cəhətdən yəni naturada ayrılan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə tənasübsüz (yəni hədsiz) zərər vurmadan mümkün olubolmamasını, əgər mümkündürsə hansı qaydada ayrılmasını müəyyən etmədən qətnamə qəbul etməsi, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88-ci maddələrinin tələblərini pozmasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.
45. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçıların iddia ərizələrində qeyd etdiklərini əsas götürməklə və məhkəmə tikinti texniki ekspertizasında qeyd edilənləri səhv təfsir etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçıların paylarının naturada ayrılmasının mümkün olubolmaması barədə birinci instansiya məhkəməsində araşdırma dövründə məhkəmə tikinti texniki ekspertizasının nəticəsi üzrə verilmiş 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyin məzmununda paylı mülkiyyətdən iddiaçıların paylarının naturada ayrılmasının mümkünsüzlüyü barədə qeyd edilənləri diqqətə almadan, həmin rəyin nəticə hissəsindəki qeyri müəyyən fikirlərə istinadən iddianın təmin edilməli olması qənaətinə gəlmiş, beləliklə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə 15 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin etsə də, xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması məqsədi ilə əldə edilmiş sübutu, yəni qərardadın icrası üzrə verilmiş 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyin məzmununda qeyd edilənləri yanlış şərh etməklə, iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin etmədən, 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyin qeyri müəyyən olan nəticə hissəsinə istinadən iddianı təmin etməklə səhvə yol vermişdir.
47. Belə ki, işdə olan məhkəmə tikinti texniki ekspertizasının 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyinin məzmununda göstərilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, otaqların planlı yerləşməsini, 1 sanitar qovşağının (hamam) mövcud olduğunu, 2 mərtəbədən ibarət olmasını, 2-ci mərtəbəyə qalxan pilləkən qəfəsinin evin daxilində yerləşməsini həmçinin, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə bölünəcəyi təqdirdə bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
48. Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.
49. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Məhkəmə tikinti texniki ekspertizasının nəticəsi üzrə verilmiş 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyin məzmunu ilə nəticə hissəsində uyğunsuzluq olduğundan və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 05 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.
53. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/2304 nömrəli ekspert rəyində göstərilir ki:
54. Məhkəmə Ekspetizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli ekspert rəyinin təsviri hissəsində mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, otaqların planlı yerləşməsini, 1 sanitar qovşağın (hamam) mövcud olduğunu, 2 mərtəbədən ibarət olmasını, 2-ci mərtəbəyə qalxan pilləkən qəfəsinin evin daxilində yerləşməsini həmçinin, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə bölünəcəyi təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığının müəyyən olunduğu qeyd olunmuşdur. Lakin qeyd olunan espert rəyinin nəticəsi hissəsində texniki səhfə yol verilərək “Ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğunun müəyyən olunduğu” qeyd olunmuşdur.
55. Qax rayonu, Qax-İngiloy kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 paylarının naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.02.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
56. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
57. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
58. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2304 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 14 noyabr 2024-cü il tarixli 10/2304 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
59. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suala ekspert aydın şəkildə cavab verərək göstərmişdir ki, Qax rayonu Qax-İnqiloy kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
60. Ekspertiza tədqiqatı ilə tərəflərin paylı mülkiyyətlərində olan evdən və torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi yanlış olaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçıların paylarının naturada ayrılması qənaətinə gəlmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamədə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyini olduğu kimi əks etdirməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, 23 avqust 2023-cü il tarixli, 10/2794 nömrəli rəyin nəticə hissəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə istinad edildiyi qeyd edilsə də iş materiallarından birinci instansiya məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadının icrası üzrə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hər hansı bir tədqiqatın aparılması halı müəyyən edilməmişdir.
62. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
63. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
64. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması mümkün deyildir.
65. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
66. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 31-ci bəndində göstərilmişdir ki, göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.
68. Həmin Qərardadın 32-ci bəndində göstərilmişdir ki, beləliklə, iddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPMin 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir.
69. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iş materiallarından, iddiaçıların iddia tələbləri üzrə yekun arzu etdikləri nəticənin paylı mülkiyyətdə olan əmlakdan paylarının naturada ayrılmasından ibarət olması müəyyən edilmişdir.
70. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsinin və torpaqda 3/18 hissəsinin və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.
71. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi nəzərə alınaraq, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməli, birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat, məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat olmaqla, məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-174/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsinin və torpaqda 3/18 hissəsinin və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.