Məhkəmə qərarları › İş №2(107)-441/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-441/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-441/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı Mirzəyeva Kişbər Həsən qızının, iddiaçının vəkili Mustafayev Dəyanət Musa oğlunun və cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızının iştirakları ilə, İddiaçı Mirzəyeva Kişbər Həsən qızının cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı “evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri” tələbinə dair iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsindən cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Mirzəyeva Kişbər Həsən qızının Şəki rayonu Vərəzət kəndində yerləşən, çıxarış əsasında Həbilova Xalidə Məmmədəli qızına məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu ilə birlikdə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Mirzəyeva Kişbər Həsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2016-cı il təvəllüdlü övladı Həbilov Amin Famil oğlu ilə birlikdə Şəki rayonu Vərəzət kəndində yerləşən Həbilova Xalidə Məmmədəli qızının adına qeydiyyata alınmış evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında iddiaçı Mirzəyeva Kişbər Həsən qızı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2015-ci ildə Həbilov Famil Nurəli oğluna ərə getmiş və Şəki rayonu Vərəzət kəndinə Həbilov Famil Nurəli oğlunun ata evinə gəlin köçmüşdür. Bir müddət keçdikdən sonra nikahlarını xx xxx 2016-cı il tarixdə rəsmi qaydada qeyd etdirməklə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu adlı övladları dünyaya gəlmişdir. Şəki rayon məhkəməsinin 2(075)-3790/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Həbilov Famil Nurəli oğlu ilə onun arasında xx xxx 2016-cı il tarixdə bağlanmış 19 nömrəli nikahın pozulması, onların birgə nikahdan olan uşağı - xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun onun himayəsində saxlanılması və xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)- 2782/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 130 (bir yüz otuz) manat müəyyən edilməsi qət edilmişdir. O, gəlin köçən zaman həmin evin heç bir sənədi olmamışdır. Sonradan onun övladı dünyaya gəldikdən sonra evi sənədləşdirmişlər və onları qeydiyyata salmamışlar. Bu da ondan irəli gəlir ki, evdə evin böyüyü sayılan ata Bakıda yaşayır evə böyüklük və ailələrinə müdaxilə edən əmi və bibi vardır. Hal-hazırda isə oğlu Aminlə şəraiti olmayan ata ocağında yaşayırlar. Həmçinin atasının yanında ona övladını böyütmək çox çətindir. Onların birinci ayrılıqlarından sonra əri olan Həbilov Famil ilə barışmışlar və o, yenidən ər evinə getmişdir. Bir müddət normal yaşamışlar. Sonradan bir daha münasibərləri pisləşmiş və o, yenidən atası evində yaşamağa başlamışdır. Odur ki, hal-hazırda ata mülkündə övladı ilə birgə yaşayırlar. Cehiz kimi apardığı əmlakı hələ də mübahisə predmeti olan evdədir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı bildirmişdir ki, o, cavabdehin anasıdır. Göstərmişdir ki, iddiaçı olan keçmiş gəlini 2015-ildə Həbilov Famil Nurəli oğluna ərə getmiş və Şəki rayonu Vərəzət kəndinə onların evinə gəlin köçmüşdür. Bir müddət keçdikdən sonra nikahlarını xx xxx 2016-cı il tarixdə rəsmi qaydada qeyd etdirməklə rəsmiləşdirmişlər. Tərəflərin birgə yaşadıqları dövrdə xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu adlı övladları dünyaya gəlmişdir. Şəki rayon məhkəməsinin 2(075)-3790/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Həbilov Famil Nurəli oğlu ilə Mirzəyeva Kişbər Həsən qızı arasında xx xxx 2016-cı il tarixdə bağlanmış 19 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşağı - xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun Mirzəyeva Kişbər Həsən qızının himayəsində saxlanılması və xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-2782/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 130 (bir yüz otuz) manat müəyyən edilməsi qət edilmişdir. Mahiyyəti üzrə bildirdi ki, qeyd olunan evi 30 il olar ki, inşa etdirib içərisində yaşayırlar. Qeyd olunan evi 2016-cı ilin sentyabr ayında öz adına rəsmləşdirərək çıxarış almışdır. Hesab edir ki, iddiaçının mübahisə predmeti evdə heç bir hüququ yoxdur. Lakin nəvəsi xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun həmin evə gətirilib yaşamasına etiraz etmir. Həmçinin sözügedən ev cavabdehin xüsusi mülkiyyətində deyil. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini iddia tələbinin təmin edilən hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Famil Həbilov həqiqətən də iddiaçı Kişbər Mirzəyeva ilə xx xxx 2016-cı il tarixdə ailə quraraq nigahlarını rəsmiləşdirmişlər. İddiaçı K.Mirzəyeva cavabdeh F.Həbilovun anasının mülkiyyətində olan Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Onların birgə nigahlarından xx.xx.2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu anadan olmuşdur. Sonradan tərəflərin nikahları Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış evi 30 il olar ki, inşa edilmişdir. Həmin fərdi yaşayış evi 2016-cı ilin sentyabr ayında cavabdeh F.Həbilovun anasının adına rəsmiləşdirilərək çıxarış verilmişdir. İddiaçı Kişbər Mirzəyevanın cavabdeh F.Həbilovun anasının adına olan Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən yəni, Mirzəyeva Kişbər Həsən qızının Şəki rayonu Vərəzət kəndində yerləşən, çıxarış əsasında Həbilova Xalidə Məmmədli qızına məxsus gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu ilə birlikdə köçürülməsi hissəsi ilə razılaşmırlar. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış evi, ev və torpaqda ümumi birgə X.M.Həbilovanın, torpaqda ümumi birgə N.M.Həbilovun, G.N.Həbilovanın, F.N.Həbilovun və S.N.Həbilovun ümumi birgə mülkiyyətindədir. Birinci instasiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı həmin evə gəlin köçən zaman mübahisəli ev tam hazır vəziyyətdə tikili olmuş, cavabdehin anası Həbilova Xalidə Məmmədəli qızı 2016-cı ilin sentyabr ayında həmin evə mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. İş materiallarından da göründüyü kimi, Mirzəyeva Kişbər Həsən qızı cavabdehin anası Həbilova Xalidə Məmmədəli qızına məxsus evə 2016-cı ildə köçdüyünə görə bu mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1896/2019 nömrəli qətnaməsinin qismən yəni - Mirzəyeva Kişbər Həsən qızının Şəki rayonu Vərəzət kəndində yerləşən çıxarış əsasında Həbilova Xalidə Məmmədəli qızına məxsus gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu ilə birlikdə köçürülməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, eyni zamanda cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar, qətnamənin tamamilə ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Mirzəyeva Kişbər Həsən qızı və onun vəkili Mustafayev Dəyanət Musa oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki rayon məhkəməsinin 2(075)-3790/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki,Həbilov Famil Nurəli oğlu ilə Mirzəyeva Kişbər Həsən qızı arasında xx xxx 2016-cı il tarixdə bağlanmış 19 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşağı - xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlu anası Mirzəyeva Kişbər Həsən qızının himayəsində saxlanılması və xx xxxxxx 2016-cı il təvəllüdlü Həbilov Amin Famil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-2782/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 130 (bir yüz otuz) manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan JN-01xx xxx 40407028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxx 2002-ci il tarixli, 02 nömrəli qərarı ilə Şəki rayonu, Vərəzət kənd sakinləri Həbilov Nurəli Məmmədəli oğlu, Həbilova Xalidə Məmmədəli qızı, Həbilova Gülnarə Nurəli qızı, Həbilov Famil Nurəli oğlu, Həbilov Sərvər Nurəli oğluna cizgidə göstərilən sərhəd daxilində 2.07 hektar torpaq sahəsi verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Vərəzət kəndində yerləşən fərdi yaşayış evi, ev və torpaqda ümumi birgə Həbilova Xalidə Məmmədəli qızının, torpaqda ümumi birgə Həbilov Nurəli Məmmədəli oğlu, Həbilova Gülnarə Nurəli qızı, Həbilov Famil Nurəli oğlu və Həbilov Sərvər Nurəli oğlunun ümimi birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 68.1, 68.4, 139.1, 146.1, 146.3, 152 və 178.1-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 13-cü maddəsinə, “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 2 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki,cavabdeh Həbilov Famil Nurəli oğlu ilə iddiaçı Mirzəyeva Kişbər Həsən qızı arasındakı hüquq münasibəti xx xxx 2016-cı ildə yaranmışdır. İş materiallarında olan ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonunun Vərəzət kəndində yerləşən fərdi yaşayış evi cavabdehin anası Həbilova Xalidə Məmmədəli qızının adına xx.xx.2016-ci il tarixdə alınmışdır. Göründüyü kimi iddiaçı sözü gedən fərdi yaşayış evinə hələ qeyd edilən mənzil mülkiyyətə verilmədən öncə yəni 2015-ci ildə gəlin kimi köçmüş, nikahlarını isə xx xxx 2016-cı ildə rəsmləşdirmişlər. Həmçinin həmin çıxarışdan görünür ki, cavabdeh Həbilov Famil Nurəli oğlunun həmin fərdi yaşayış evinin altında yerləşən torpaqda ümumi birgə mülkiyyət hüququ vardır. Birinci instansiya məhkəməsihesab etmişdir ki, mübahisəli yaşayış evi çıxarışla Həbilova Xalidə Məmmədəli qızı, Həbilov Nurəli Məmmədəli oğlu, Həbilova Gülnarə Nurəli qızı, Həbilov Famil Nurəli oğlu və Həbilov Sərvər Nurəli oğluna məxsus olsa da, iddiaçı ilə hüquq münasibətləri yaranan zaman onun adına mülkiyyət hüququ ilə qeydə alınmamışdır. Ona görə də iddiaçı həmin evə gəlin köçərkən, istəsələr belə tərəflər arasında istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilmiş razılaşma ola bilməzdi. Ona görə də mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə deyil, 2009-cu ilin oktyabr ayının 01-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbinə uyğun tənzimlənməlidir. İddiaçı cavabdehlərdən Şəki rayonunun Vərəzət kəndində yerləşən fərdi yaşayış evinə köcürülməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə sübut olur ki, iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüşdür. Birinci instansiya məhkəməsiqeyd etmişdir ki, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Birinci instansiya məhkəməsiiddiaçının iddianın “evdən istifadə hüququnun tanınması” tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının qeyd edilən mübahisəli evdən istifadə hüququ yaranmamış, buna görə də iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı Mirzəyeva Kişbər Həsən qızı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 (on) manat məbləğində rüsumu tələb etmədiyinə görə dövlət rüsumu xərci özünə aid edilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı iş materiallarında olan ******* nömrəli çıxarışa əsasən müəyyən edilmişdir ki, Şəki rayonunun Vərəzət kəndində yerləşən fərdi yaşayış evi cavabdehin anası Həbilova Xalidə Məmmədəli qızının adına xx.xx.2016-ci il tarixdə qeydə alınmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı Mirzəyeva Kişbər Həsən qızının cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı “evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri” tələbinə dair iddia ərizəsi birinci instansiya məhkəməsinə müraicət etsə də, onların köçmək istədikləri ev cavabdeh Həbilov Famil Nurəli oğlunun deyil digər bir şəxsin- Həbilova Xalidə Məmmədəli qızının mülkiyyətindədir. Göründüyü kimi iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir. Cavabdeh Həbilov Famil Nurəli oğlu iddiaçının köçmək istədiyi evin mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. (54.1) İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (54.2) Birinci instansiya məhkəməsi əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir. Məhz ona görə də, iddiaçı Mirzəyeva Kişbər Həsən qızının cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instasiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı həmin evə gəlin köçən zaman mübahisəli ev tam hazır vəziyyətdə tikili olmuş, Həbilova Xalidə Məmmədəli qızı həmin evə xx.xx.2016-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi, Mirzəyeva Kişbər Həsən qızı Həbilova Xalidə Məmmədəli qızına məxsus evə xx xxx 2016-cı ildə köçdüyünə görə bu mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İddiaçı Mirzəyeva Kişbər Həsən qızı ilə mübahisəli evin mülkiyyətçisi Həbilova Xalidə Məmmədəli qızının arasında yaranmış mənzil hüquq münasibətlərini tənzimləyən konkret hüquq normaları kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mövcuddur. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68-ci maddəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə mənzil hüquq münasibətlərini tənzimləyir və bu müddəaların iddianın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə hər hansı təsir dairəsi yoxdur. İddiaçı ilə Həbilova Xalidə Məmmədəli qızı arasında hər hansı bir formada müqavilə olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın “evdən istifadə hüquqlarının tanınması” ilə bağlı hissəsini iddiaçının həmin hüququnun olması əsası ilə rədd edərkən, həmçinin cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı iddia tələbinin “evə köçürülmələri” hissəsini təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçı Mirzəyeva Kişbər Həsən qızının cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Həbilov Famil Nurəli oğlunun nümayəndəsi Həbilova Xalidə Məmmədəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mirzəyeva Kişbər Həsən qızının cavabdeh Həbilov Famil Nurəli oğluna qarşı xx.xx.2016-cı il təvəllüdlü övladı Həbilov Amin Famil oğlu ilə birlikdə Şəki rayonu Vərəzət kəndində yerləşən Həbilova Xalidə Məmmədəli qızının adına qeydiyyata alınmış evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar