Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-441/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X10 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X10 qarşı iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X11 miras qalmış əmlaklara həyat yoldaşı X3 Ağsu şəhəri 20 yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş 08.09.2008- ci il tarixli, 2V/01-47 reystr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X11 miras qalmış əmlaklara həyat yoldaşı X3 Ağsu şəhəri 20 Yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixili 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum valideynlərinə məxsus olmuşdur. Ataları - X24 18.05.2005-ci ildə, anaları - X9 15.02.2020-ci ildə ölmüşdür. Valideynlərinin ölümündən sonra qanun əsasında bərabər hüquqlu vərəsələr olaraq miras əmlakların (ev, həyətyanı torpaq sahəsi və əlavə torpaq sahəsi) faktiki istifadəçisi olmuşlar. X1 ölümündən az sonra miras əmlaklarının sağ olan birinci növbəli vərəsələr arasında bölünməsi məqsədi ilə Ağsu rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni alıb Azərbaycan Respublikası MMnin 1159-cu və 1321-ci maddələrini əsas tutaraq (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahələrinin qanun üzrə vərəsələri (beş vərəsə) arasında bölünməklə paylarının müəyən edilməsi və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin verilməsini Ağsu Rayon Dövlət Notariatından xahiş etmişlər. Belə ki, ataları 18.05.2005-ci ildə rəhmətə getməyinə baxmayaraq, anaları böyük olduğu üçün övladlar arasında belə mövqe olmuşdur ki, bu əmlaklar analarından sonrakı dövrdə qanun üzrə bölünsə daha məqsədə və adət-ənənəyə uyğun olar. 20.04.2020-ci il tarixdə Ağsu rayon Notariat ofisinə müraciətlərinə 29 aprel 2020-ci il tarixdə verilmiş cavabda bildirilir ki, AR MM-in 1246-cı maddəsinə əsasən 6 ay keçdikdən sonra mçirasın qəbuluna yol verilmir, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Notariusun cavabından sonra sözügedən fərdi ev və torpaqlara dair 2017-ci ildə mərhum analarının adına şəhadətnamələr verilmiş, 2018-ci ildə mərhum anası bütün əmlakı (miras əmlakı) cavabdeh bacıları - Cavabdeh1 adına bağışlama müqavilələri əsasında onun adına rəsmiləşdirilməsini bilmişlər. Sözügedən əmlakların Cavabdeh1 bağışlanması barədə hüquqi hərəkətlərdən məlumatları olmayıb.Bu proses vərəsələrdən xəbərsiz və gizli, iradələrinə zidd, vərəsəlik hüquqları pozulmaqla həyata keçirilmişdir. İddiaçılar qeyd edilən əmlakların vərəsələr arasında bərabər paylara bölünməsinə şifahi razılaşmışlar. Məhz ona görə də notariusa müraciət etmişlər.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Lakin, bu o halda notarial qaydada həyata keçirilir ki, ailə üzvlərinin yazılı razılğı olur. Eyni zamanda hədiyyə verənin ölməsi halı üçün bağışlanma müqaviləsi vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilməlidir (bağışlanma müqaviləsinin surəti əlavə edilir). X9 ilə X24 arasında aparılmış 07.05.2017-ci ildə vərəsəlik işində İddiaçı1, İddiaçı3 Rusiyada Notarial qaydada verilmiş ərizələri vardır. Həmin ərizələr rus dilindəolmaqla surətdir və Azərbaycan dilinə tərcümə edilmədən, təqdim edilməsi bəlli olmayan sənəd olduğundan araşdırılmalıdır. Bu ərizələrin məzmununda atadan qalmış əmlakların İddiaçı3 tərəfdən mərhum Abuhəyatın adına keçirilməsi, digər iki ərizədə isə 6 aylıq rəsmiləşmə müddəti keçdiyinə görə özlərinə düşən payların rəsmiləşdirilməsinin arzu olunmadığı ifadə edilir. Həmçinin bu ərzələrin təsdiq edilmə tarixi iyul 2008-ci ildə baş vermişdir. Eyni zamanda bu vərəsəlik işinə əlavə edilmiş Ağsu şəhər ərazi dairəsi icra nümayəndəsi vərəsələrin dairəsini müəyyən edən arayışda övldlarından ikisini göstərməmişdir.Bundan başqa notariat Rusyada yaşayan vərəsələrin vərəsəliyə çağrılması barədə bildiriş göndərmədiyi üçün həmin vərəsəlik işi hüquq pozuntuları ilə aparılmışdır.Notariat işlərinin aparılması haqqında əsasnamədə əmlakların taleyi həll ediləndə, bağışlananda, satılanda evdə qeydiyytda olan, yetkinlik yaşına çatan ailə üzvlərinin yazılı razılığı tələb olunur. Fərdi yaşayış evi X9 ilə Cavabdeh1 arasında bağışlanma müqaviləsi bağlananda evdə qeydiyyatda olan İddiaçı3 həyat yoldaşı Quliyeva Akifənin razılığı alınmamışdır. Eyni zamanda vərəsələr Quliyeva Abuhəyata münasibətdə əmlaka pay hüququ olduğundan həmin əmlakın vərəsəliklə məhdudlaşdırılması nəzərə alınmalı idi. Bu hüquqi hallar nəzərə alınmadığı üçün vərəsələrin hüquqları cavabdehlər tərəfindən pozulmuşdur.Bağışlanma müqaviləsi o halda notarial qaydada həyata keçirilir ki, Daşınmaz əmlakın bağışlanılması müqaviləsi yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzilistismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığı əsasında təsdiq edilsin. X32 Notoriusu qeyd edilən sənədlər olmadan məhrumX9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsini təsdiq etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, məhrumX9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsi vərəsəlik hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1, eyni zamanda digər iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi kimi də iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 2018-ci ildə həmin evi anası ona bağışlamış, anası ilə aralarında notarait qaydasında müqavilə bağlanmışdır. Həmin il də evi sığorta etdirmişdir. Hətta qeyd edilən ev qəzalı vəziyyətə düşdükdən sonra “Paşa” Sığortadan sığorta pulu da almışdır. Həmin evin qanuni mülkiyyətçisidir. Anasının qulluğunda dayanmış, onun müalicələrini özü həyata keçirmişdir. Sanatoriyaya, hətta Rusiya Federasiyasına müalicə üçün aparmışdır. Rəhmətə getdikdən sonra da bütün xərclərini çəkmişdir. 2018-ci ilin 06 noyabrında ev anası tərəfindən onabağışlanarkən qardaşları burada olmamışdır. Atası öləndən sonra evin sənədləri anasında olmuşdur. Sənədləşmə qanuni olmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək vermiş olduğu izahatında göstərmişdir ki, mərhum X24 18.05.2005-ci ildə vəfat etmiş, icra nümayəndəliyi tərəfindən verilmiş arayışda mərhumun vəfatından sora qalan vərəsələri kimi İddiaçı3, X13,İddiaçı1, QuliyevaSevinc İllərə qızı və X6 adları qeyd edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi və X18 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə birinci instansiya məhkəməsinin iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, həmin qətnaməni əsassız və qanunsuz hesab edirlər. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum ata və analarına məxsus olmuşdur. Belə ki, iddia ərizəsində bildirdikləri kimi mülkiyyətçilər X24 2006-cı ildə həyat yoldaşı X9 15.02.2020-ci ildə vəfat etmişlər. Hər iki valideynin ölümündən qabaq və ölümündən sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ata-analarına məxsus evdən istifadəçi olmuş və Rusiyada yaşamalarına baxmayaraq ata və analarının sağlığında bütün qayğılarını çəkmişlər. Mübahisələndirilən əmlakların mülkiyyətçilərindən biri olmuş, X14 ölümündən sonra İddiaçı1, İddiaçı2, İddiaçı3 və digər vərəsələrin notarial qaydada iş materiallarında olan Rusiya Federasiyasında Rostov-Don şəhərində təsdiqlənmiş ərizədə fərdi tərcümə əsasında müəyyən edilən mətndə atanın ölümündən keçən altı aylıq müddətində vərəsəliyin İddiaçı1 tərəfindən qəbul edilmədiyi və ona həmin vərəsəlik payının, ataya aid olan vərəsəlik payının özünə rəsmiləşdirilməsini iddia etmədiyni bildirir. Bu mətn digər İddiaçı2 adından da eyni məzmunlu ərizədə ifadə edilmişdir ki, “atamın ölümündən keçən altı aylıq müddətində vərəsəlik payı onun tərəfindən qəbul ediləmdiyi və harada yerləşməsindən asılı olmayaraq onun bu payı özü üçün rəsmiləşdirilməsinə iddia etmir”. Hərfi mənada bu ərizələrdə qanuni vərərsələr olan şəxslərin atanın ölümündən sonrakı vərəsəlik paylarından imtinası kimi deyil, olduğu vəziyyətdə rəsmiləşdirməmək arzusunu ifadə etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən həmin mənanı nəzərə almamış bu ərizələrin mətnini ümumiyyətlə vərəsəlik payından imtina kimi hüquqi qiymət vermişdir. Hesab edirlər ki, bu şərh həm qanuni vərəsələrin iradəsini ifadə etmir, həm də ki, həmin ərizələrin Azərbaycan dilinə tərcüməsində sadəcə olaraq ərizələr təsdiq olunduğu 2008-ci il tarixdə qeyd etdikləri iddiaçılar sadəcə olaraq anaları sağ olduğu üçün həmin atanın miras qalmış payına münasibətdə rəsmiləşdirməni istəməmişlər. Bu imtina deyil, sadəcə olaraq həmin vaxt rəsmləşdirməni arzu etməməklə bağlıdır. Əsl həqiqətdə iddiaçılar evdə sağ ana olduğu üçün hələlik ümumiyyətlə bu rəsmiləşdirməni istəməmişlər. Hesab edirlər ki, məhkəmə bu ərizələrə qiymət verərkən həmin onun mətninin yuxarıda qeyd etdikləri şərhə uyğun qəbul etməli və imtinanın əsası kimi qiymətləndirməmli idi. Belə ki, Rusiyada yaşamağına baxmayaraq qanun üzrə birinci növbəli vərəsələr olan üç oğlan övladın həmin əmlaklarda məhz ailə üzvü kimi vərəsəlik payının olması və bu vərəsəlik paylarının digər tək vərəsəyə bağışlanması zamanı digərlərinin razılığının alınmaması qanunla hüquq pozuntusu hesab olunduğu üçün mübahisələndirdikləri qətnamə qanuni və əsaslı sayıla bilməz. Ağsu Rayon Məhkəməsi bu məsələyə baxarkən AR MPM-nin 217-218-ci maddəsində qətnamənin qanuniliyini və əsaslığını müəyyən edən tələbləri nəzərə almamışdır. Hesab edirlər ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini göstərən AR MPM-nin 385-386-cı maddələrində sadalanan əsaslar mövcuddur. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(016)-558/2020 nömrəli qətnaməsini ləğv edib, iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər Ağsu Rayon Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi (nümayəndələri) Cavabdeh1, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsi (nümayəndəsi) və X18 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X10 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilməli, X12 tərəfindən sonuncunun mülkiyyətində olmuş, miras kütləsinə daxil ola biləcək və Cavabdeh1 bağışlanmış əmlaklardan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 1/10 pay olmaqla məcburi payları müəyyən edilərək tamamlanmalı, qətnamənin mübahisələndirilən digər hissələri təmin edilməməlidir. İşdə olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X24 ilə X7 arasında 28.12.1964-cü ildə Ağsu rayon Qeydiyyat şöbəsində nikah bağlanmaqla 53 nömrə ilə qeydə alınmışdır. İşdə olan arayışdan görünür ki, İddiaçı1 24.03.1969-cu ildə Ağsu şəhərində anadan olmaqla, atası X24, anası X12 olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 14.10.1972-ci ildə Ağsu şəhərində anadan olmaqla, atası X24, anası X12 qeyd edilmişdir. İşdə olan arayışdan görünür ki, X24 18.05.2005-ci ildə Ağsu şəhərində vəfat etmişdir. İşdə olan notariat sənədlərinin surətlərindən görünür ki, Rusiya Federasiyasının vətəndaşları olan İddiaçı3, İddiaçı1 və İddiaçı2 Ağsu rayon Notariat Kontoruna ünvanladıqları 08.07.2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş rus dilində olan ərizələrlə atalarının vəfatından sonra müəyyən edilmiş müddətdə mirası qəbul etmədiklərini və miras əmlakın qəbulundan imtina etdiklərini bildirmişlər. İşdə olan 07.05.2017-ci il tarixdə reyestrdə 2V-70 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.05.2005-ci il tarixdə ölmüş X14 vərəsəsi X5 miras əmlakdan tam hissədə pay almalı olduğu qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15.02.2020-ci ildə Ağsu şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin mart ayının 19-da 107 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 ilə Cavabdeh1 arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İşdə olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 ilə Cavabdeh1 arasında Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İşdə olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 ilə Cavabdeh1 arasında Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 06.03.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 06.03.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 0.5969 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan RPA seriyalı ********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Ağsu şəhəri, 20 yanvar küçəsi, 3-cü dalan, 24 saylı yaşayış evi 01.11.2018-ci ildən 31.10.2019-cu il tarixə kimi “xxxx” ASC tərəfindən 15.000 manat məbləğində sığorta olunmuşdur. İşdə olan Ağsu rayon Notariat Ofisi tərəfindən iddiaçı Aydin Quliyevə ünvanlanmış məktubla 18.05.2005-ci il tarixdə vəfat etmiş İllərə Quliyevdən miras qalmış Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda mülkiyyətində olan 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinə dair, Abhəyat Quliyevanın müraciəti əsasında 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, yenidən müraciəti əsasında növbəti əmlaka, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3, 152.1, 354.2, 421.1, 666.1, 668.1.1 və 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarına, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarına və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-ci maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Bundan başqa, qanun əqdin etibarsız sayılmasını tələb etmək üçün maraqlı şəxsə hüquq tanısada, əqdlərin o cümlədən vərəsəlik haqqında şəhəadətnamələrin və əmlak üzərində sərəncam vermə barədə müqavilələrin ləğv etmək hüququnu həmin əqdin iştirakçılarına aid etmişdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinəəsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdəbağışlama etibarlıdır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdurki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi iddiaçıların və Cavabdeh1 atası, mərhum Abhəyat Quliyevanın əri X14 mülkiyyətində olmuş və onun 18.05.2005-ci ildə ölümündən sonra miras qalmışdır. Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi isə 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrə ilə qeydəalınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmışdır. Sonuncu 06.11.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 0.1763 ha torpaq sahəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evini, 06.11.2018-ci il tarixli müqaviləyəəsasən Ağsu şəhəri ünvanında yerləşən 0.485 ha torpaqsahəsini, 06.11.2018-ci il tarixli müqaviləyəəsasən Ağsu şəhəri ünvanında yerləşən 0.5969 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi, eləcədə Ağsu şəhərində yerləşən 0.5969 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınaraq 06.03.2020-ci il tarixli çıxarışlarverilmişdir. Abhəyat Quliyeva 15.02.2020-ci ildə ölmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişlər. İddiaçılar mirası qəbul etməmələrini anaları böyük olduğu üçün bu əmlakların analarından sonrakı dövrdə övladlar arasında qanun üzrə bölünməsini daha məqsədə və adət-ənənəyə uyğun hesab etmələri ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi, iddiaçıların həmin dəlillərinə tənqidi yanaşmış və bu halın mirasın qəbul edilməməsinin hüquqi nəticələri barədə qanununun tətbiq edilməməsinə əsas olmadığı nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri saymışdır ki, Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlaklar üzərində sərəncamvermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan onun notariat qaydasında təsdiq olunmuş mübahisəli bağışlama müqavilələrini bağlaması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Eyni zamanda iddiaçılar mübahisəli bağışlama müqavilələrinin predmeti olan fərdi yaşayış evinin və torpaq sahələrinin mülkiyyətçisi olmadıqlarından, həmin əmlaklara dair mübahisəli əqdlər onların hüquqlarına toxunmamış və onların hazırkı iddia ilə müraciət etmək hüquqları yaranmamışdır. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların istənilən halda iştirakçısı olmadıqları şəhadətnamələrin ləğvini tələb etmək hüquqları yoxdur. Eynizamanda iddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə X11 qalan mirasa subyektiv vərəsəlik hüquqlarını itirdiklərindən 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi ilə və 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrəsi ilə qeydəalınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmur. Birinci instansiya məhkəməsi eyni zamanda iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçılar bağışlama müqavilələrini mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyillər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların subyektiv vərəsəlik hüquqlarını itirmələri, eləcədə bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaları iddianın təmin edilməsini istisna etdiyindən, mübahisəli şəhadətnamələrin və əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə uyğunluğunun araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçılar mərhum X11 qalan mirasa dair şəhadətnamələri, eləcədə mərhum Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlakların sağlığında bağışlanmasına dair bağlanmış müqavilələrini və verilmiş çıxarışları mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadıqlarından, eləcədə həmin şəhadətnamələrin və müqavilələrin ləğvini tələb etmək hüququ onların iştirakçılarına aid olduğundan iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini, vərəsəlik hüquqlarının tanınmasını, miras əmlakların vərəsələr arasında bölünməsini tələb etmək hüquqları da yoxdur. Birinci instansiya məhkəməsi həmçinin iddianın mübahisəli evə və torpaq sahələrinə dair verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair hissələrini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə də əsassızdır. Ona görə ki, cavabdehin adına verilmiş çıxarışlar törəmə hüquq münasibəti olub, mübahisəli fərdi yaşayış evinə və torpaq sahələrinə dair bağlanmış 06.11.2018-ci il tarixli bağışlama müqavilələrindən törənmişdir. Bağışlama müqavilələri isə qanuni olduğundan, bununla da bağışlama müqavilələrinin ləğv edilmələrinə dair iddia tələbi rədd edilməli olduğundan, iddianın mübahisəli yaşayış evi və torpaq sahələrinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Buna görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinin tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarxli qərarında qeyd edilmişdir ki, məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və mənəvi prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Qeyd olunduğu kimi, qanunverici Mülki Məcəllənin birinci növbə vərəsələri nəzərdə tutan 1159.1.1-ci maddəsinin məqsədlərindən çıxış edərək məcburi pay hüququ olan şəxslərin dairəsini təsbit etmişdir. Bu isə onu göstərir ki, Məcəllənin 1159-cu maddəsinin müddəaları 1193-cü maddəyə münasibətdə müəyyənləşdirici norma kimi çıxış edir və orada sadalanan şəxslər Məcəllənin 1159.1.1-ci maddəsində də göstərilmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, qanunverici vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən çıxış edərək Mülki Məcəlləyə “məcburi pay” anlayışını daxil etmiş və Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə ailə münasibətlərinin himayə edilməsini, bununla da vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir. Lakin Mülki Məcəllənin 1193-cü maddəsində əks olunmuş “vəsiyyət edən və vəsiyyətnamənin məzmunundan asılı olmayaraq” ifadələrinin hərfi mənada izah edilməsi, yəni mirasda məcburi pay hüququnun vəsiyyətnamənin mövcudluğundan və bununla da vəsiyyət edənin iradəsindən asılı edilməsi məcburi pay institutunun qoruduğu ictimai münasibətlərə zidd olmaqla, vəsiyyətnamə olmadığı təqdirdə birinci növbə vərəsələrə, yəni miras qoyanla eyni dərəcədə qohumluq münasibətlərində olan şəxslərə fərqli yanaşılmasına, zərurət olduğu təqdirdə onların öz məcburi paylarını qorumaq hüququndan məhrum edilməsinə, eləcə də yuxarıda göstərilən əsas prinsiplərin mahiyyətinin pozularaq əhəmiyyətsiz hala gətirilməsinə səbəb ola bilər. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Müraciətdə qaldırılan qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqlarının mövcudluğu məsələsinə gəlincə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, X12 və X24 ərarvad olaraq Ağsu şəhər 20 Yanvar küçəsi ev-24-də yaşamışlar. Onların birgə nigahından iddiaçılar- İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və iş üzrə tərəf olmayan Quliyeva Südabə İllərə qızı doğulmuşlar. X24 18 may 2005-ci ildə, X12 15 fevral 2020-ci ildə vəfat etmişlər. X11 miras qalmış Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda mülkiyyətində olan 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi Abhəyat Quliyevanın müraciəti əsasında 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, yenidən müraciəti əsasında növbəti əmlaka, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin əmlaklar mülkiyyət kimi Abhəyat Quliyevanın adına qeydiyyata alınmışdır. Qeyd olunan əmlakların X12 tərəfindən vərəsəlik qaydasında miras əmlak kimi qəbul edilməsinə və onun adına qeydiyyata alınmasına iddiaçılar-- İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və iş üzrə tərəf olmayan Quliyeva Südabə İllərə qızı razılıq vermişlər. X12 tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin əmlaklar Cavabdeh1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçılar- İddiaçı1, İddiaçı2, İddiaçı3 06.11.2018-ci il tarixli bağışlama müqavilələrinin bağlanmasındsan iki il keçməmiş özlərinin vərəsə olmalarına və mirasdan pay almaq hüququ olmalarına istinad edərək mirasa daxil edilməli olan və bağışlanma yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş əmlakdan bərabər paylarını tələb etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının və Konstitusiya Məhkəməsinin qərarlarının tələbləri baxımından qanun üzrə birinci növbə vərəsə olan iddiaçılar- İddiaçı1, İddiaçı2, İddiaçı3 (məcburi pay hüququ olan vərəsələr) məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır və hazırkı iddianın miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsinin məcburi paylarının tamamlanmasına aid həcmini tələb etməsi qanunidir və tələbin həmin hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını düzgün dəyərləndirməyən Ağsu Rayon Məhkəməsi iddiаnı tam rədd etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X10 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilməli, X12 tərəfindən sonuncunun mülkiyyətində olmuş, miras kütləsinə daxil ola biləcək və Cavabdeh1 bağışlanmış əmlaklardan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 1/10 pay olmaqla məcburi payları müəyyən edilərək tamamlanmalı, qətnamənin mübahisələndirilən digər hissələri təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X10 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilsin. X5 mülkiyyətində olmuş və 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953) , Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar- İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payı 1/10 müəyyən edilsin və Cavabdeh1 tərəfindən həmin hissədə tamamlanma (ödəmə) təmin edilsin. Qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2(107)-441/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-441/2021
14.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver