Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-442/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3ən katibliyi və cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(016)-664/2020 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(016)-664/2020 nömrəli qətnaməsi ilə (hakim Xaliq İmannov) iddia təmin edilmiş, “Cavabdeh” İB Ağsu X9 İdarəsinin intizam tənbehinin verilməsi haqqında xx xxxx 2020-ci il tarixli, SOCAR**********00040020A00108 saylı əmri İddiaçı Əlheydər oğluna aid hissədə ləğv edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər “Cavabdeh” İstehsalat Birliyi və Ağsu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu X7 İdarəsinin SOCAR**********00040020A00108 nömrəli, xx xxxx 2020-ci il tarixli “İntizam tənbehinin verilməsi haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin struktur bölməsi olan Ağsu X9 İdarəsi ilə bağladığı əmək müqaviləsinə əsasən həmin idarənin Göyçay rayonu üzrə “təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsi üzrə əmək funksiyaları xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə"nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmısını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsini işlədiyi xidmət sahəsinə təqdim edilməsi, bağlanmış müqavilələr əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarətin edilməsi, rəhbərlik tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq öz xidməti ərazisində təbii qazla təmin olunmuş əhali və qeyri-əhali abonentlərin qaz təsərrüfatına altı ayda bir dəfədən az olmayaraq profilaktik texniki baxışın keçirilməsi, istismarda olan daxili qaz kəmərlərinin və cihazların yoxlanılması, aşkar olunmuş çatışmamazlıqlar və görülmüş tədbirlər barədə bir nüsxəsi abonentə təqdim edilməklə müvafiq aktların tərtib edilərək xüsusi jurnallarda və abonent kitabçalarında qeydlərin aparılması, yaşayış evlərində, çoxmərtəbəli yaşayış binalarında daxili qaz avadanlıqlarına texniki baxışın və evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində iki dəfədən az olmayaraq təlimatın keçirilməsi, bu barədə nəzarət kitabçalarında və xüsusi jurnalda müvafiq qeydlərin aparılması, bütün əhali və qeyri-əhali abonentlərin sifarişləri əsasında növbədənkənar texniki xidmətin keçirilməsi, qaz sızması ilə əlaqədar sifarişlərin dərhal yerinə yetirilməsi, aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə çağırış vərəqələrində qeydlərin aparılması, texniki baxışın və profilaktik xidmətin keçirilməsi zamanı “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda və Birlik üzrə təsdiq olunmuş “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxışın və profilaktik xidmətin keçirilməsi haqqında” təlimatda nəzərdə tutulmuş öz səlahiyyətlərinə aid işlərin görülməsi, texniki baxışın keçirildiyi ünvanlarda qoşulma nöqtəsindən başlayaraq mənzilə və mənzildaxili qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxışın keçirilməsi, kipliyə yoxlanılması, tüstü və ventilyasiya bacalarının saz vəziyyətdə olmasına nəzarət edilməsidir. 2020-ci ilin iyun ayının əvvəllərində Ağsu X9 İdarəsinə dəvət edilərək, xidmət göstərdiyi ərazilər üzrə abonentlərə 2020-ci ilin 1-ci rübü ərzində 101359.50 manatlıq təbii qazın satıldığını, sözügedən məbləğdə satılmış təbii qazın dəyərinin yalnız 81.9%-nin təmin edildiyini, 2020-ci ilin aprel ayı ərzində aparılmış hesabata əsasən 580 abonentdən cəmi 388-nin (66.90%-i) ödənişə cəlb edildiyini, belə bir halların yaranmasına tərəfindən zəmin yaradıldığını bildirilərək, barəsində intizam tənbehi veriləcəyi bildirilmişdir. Sözügedən hallarla bağlı izahatı alınarkən bayram günləri, eləcə də Respublika ərazisindəki pandemiya səbəbindən elan edilmiş karantin rejimi və növbəti əmək məzuniyyətində olmağı ilə əlaqədar xx xxxx 2020ci il tarixdən xx xxx 2020-ci il tarixədək işdə olmadığı üçün əhali tərəfindən sərf edilmiş təbii qazın dəyərinin ödənilməsində gecikmələrin yarandığını, buna görə heç bir məsuliyyət daşımadığını bildirsə də, buna məhəl qoyulmamış, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının 1/4 məbləğində tutulmasına dair qanunsuz əmr verilmişdir. Sözügedən əmri qanuni və əsaslı hesab etmir, aşağıda göstərdiyi əsaslara görə əmrin ləğv edilməsini xahiş edir. İşçilərin əsas vəzifələri haqqında məsələ daha tam şəkildə müəssisədaxili intizam qaydalarında, əmək müqavilələrində açıqlanır və orada iş vaxtı rejimi, əmək funksiyaları, müəyyən qaydalara riayət etmə, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, əməyin təhlükəsizliyi normalarına əməl etmə, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmə və s. müəyyənləşdirilir. İşçinin hərəkətinə (hərəkətsizliyinə) hüquq qiymət vermək üçün ilk növbədə onun əmək vəzifələrinin dairəsini müəyyən etmək lazımdır. Əmək hüququ əmək hüquq münasibəti iştirakçılarının, hər şeydən əvvəl isə işçilərin hüquq və vəzifələrinin hərtərəfli tənzim edir. Hüquqazidd hərəkət dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan davranış qaydalarını pozan və qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstərilməməsində öz əksini tapan əməl başa düşülür. Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür. Təqsir dedikdə isə adətən şəxsin öz hüquqazidd davranışına (hərəkətinə və ya hərəkətsizliyinə) və onun nəticələrinə olan psixi münasibəti başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının 1/4-i məbləğində tutulmasına əsas kimi əmrdə xidməti ərazilər üzrə əhali abonentlərinə 2020-ci ilin İ rübü ərzində 101359.50 manat dəyərində satılmış təbbi qazın 83019.56 manat hissəsinin ödənilməsi, 2020-ci ilin aprel ayı ərzində isə faktiki hesabat aparılmış 580 abonentdən cəmi 388-nin ödənişə cəlb edilməsi göstərilmişdir. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, 2020-ci ilin İ rübünün yekunlarının nəticələri aprel ayının sonunda qiymətləndirilir. Bildirmək istəyir ki, 2020-ci ilin mart ayının 19-dan-29-dək bayram günləri olmuş, 29 mart tarixindən 26 may tarixinədək Respublika ərazisində elan edilmiş karantin rejimi və növbəti əmək məzuniyyətində olmağı səbəbindən işə çıxmamaq möhləti olmuşdur. Bu səbəbdən də əmrdə göstərilən müddət ərzində xidmət etdiyi ərazilərdə olmamış və xidmət etdiyi ərazidə yaşayan abonentlərin ödənişə tam şəkildə cəlb edilməsi mümkün olmamışdır. Göründüyü kimi 2020-ci ilin İ rübü və 2020-ci ilin aprel ayı ərzində xidmət etdiyi ərazidə yaşayan əhali abonentləri tərəfindən sərf edilmiş təbii qazın dəyərinin tam ödənilməsinə cəlb edilməsi imkanı xaricində olmuşdur. Başqa sözlə desək sözügedən müddət ərzində əhalinin istifadə etdiyi təbii qazın dəyərinin tam şəkildə ödəməməsi onun təqsirli hərəkəti nəticəsində olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, pandemiya səbəbindən xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi növbəti əmək məziniyyətində olmuşdur. Məzuniyyətdən qayıtdıqdan sonra xx xxx 2020-ci il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin tarixdən 4 gün sonra isə əmək haqqının ¼ məbləğinin tutulması barədə əmr verilmişdir. Şiddətli töhmətdən 4 gün sonra əmək haqqı tutulub. Əmrdə 2020-ci ilin aprel ayı ərzində aparılmış hesabata əsasən 580 abonentdən 388-nin ödənişə cəlb edilməsi ona nöqsan tutulsa da faktiki vəziyyətə uyğun olaraq pandemiya ilə bağlı həmin müddətlərdə ona məzuniyyət verilmiş, o da öz əmək funksiyalarını bu səbəbdən yerinə yetirə bilməmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Cavabdeh” X4 X7 İdarəsinin nümayəndəsi X6 iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı əmək funksiyalarını yerinə yetirmədiyi üçün ona şiddətli töhmət, sonra isə əmək haqqından tutulma barədə əmrlər verilib. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X10 оğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu RQİİ-nin Göyçay xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı barəsində Ağsu RQİİ-nin xx.xx.2020-ci il tarixli, SOCAR **********00040020A00097 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin səbəbi onun xidmət göstərdiyi ərazidə 34 əhali istehlakçısının qaz sayğaclarında müdaxilə faktlarının müəyyən edilməsi olmuşdur. Qeyd olunan müdaxilə faktlarının heç biri barədə onun tərəfindən Xidmət Sahəsinə peşə təlimatına uyğun olaraq məlumat verilməmişdir. Bundan əlavə Göyçay xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı barəsində Ağsu RQİİ-nin xx.xx.2020-ci il tarixli, SOCAR **********00040020A00108 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının ¼ hissəsi məbləğində tutulması barədə intizam tənbehi verilmişdir. Həmin əmrin verilməsinə səbəb İddiaçı xidmət göstərdiyi ərazidə 2020-ci ilin birinci rübü ərzində əhali abonentlərinin qazdan istifadəyə görə borclarının müvafiq qaydada ödənişə cəlb etməməsi olmuşdur. Belə ki, İddiaçı xidmət ərazisində olan abonentlərin ödənişə cəlb olunması ilə bağlı peşə təlimatında nəzərdə tutulmuş tədbirləri görməmişdir. Göründüyü kimi Göyçay xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı barəsində tətbiq olunmuş intizam tənbehləri ayrı-ayrı intizam xətalarına görə əmək qanunvericiliyinə uyğun görülmüş tədbirlərdir. Lakin məhkəmə qətnaməsində yuxarıda qeyd olunan intizam tənbehləri əmrlərinin bir intizam xətasına görə verildiyi qeyd olunmuşdur. Bu da məhkəmə baxışı zamanı həmin əmrlərin tam və hərtərəfli araşdırılmamasını özündə əks etdirir. Bundan əlavə məhkəmə qətnaməsində SOCAR Prezidentinin Koronavirus infeksiyasının yayılması ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli əmrinə istinadən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı ödənişli məzuniyyətə göndərilməsi qeyd olunaraq iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd etmişdir ki, İddiaçı barəsində mübahisə olunan əmr onun 2020-ci ilin birinci rübü ərzində xidmət göstərdiyi ərazidə 101359.50 manat dəyərində satılmış təbii qazın 83019.56 manat hissəsinin ödənilməməsi ilə bağlı olmuşdur. Belə ki, qeyd olunan mübahisəli intizam tənbehi verilərkən İddiaçı 2020-ci ilin birinci rübü ərzində xidməti ərazisində olan əhali istehlakçılarının peşə təlimatına uyğun ödənişə cəlb edilməsi ilə bağlı müvafiq tədbirləri görməməsi müəyyən olunmuşdur. Nəticədə İddiaçı xidmət göstərdiyi ərazidə 100000 manata yaxın debitor borc yaranmışdır. Yaranmış borcun ödənişə cəlb olunması ilə bağlı tədbirlərin görülməsinin dövrü X2 əsasən fevral-mart aylarına təsadüf edir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Ona görə də. Ağsu rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)- 664/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X10 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(016)-664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Cavabdeh” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Azərqaz” X4 X9 İdarəsinin Göyçay rayonu üzrə “təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin olunmuşdur. İşdə olan, ARDNŞ-nin prezidentinin “Koronavirus” infeksiyasının yayılmaması ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli əmrinin şərhində Baş ofisin struktur bölmələrinin xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ödənişli məzuniyyətə göndərilərkən bir sıra qaydaların nəzərə alınması, o cümlədən qrup halında məzuniyyətə göndərilən işçilərin əmək funksiyasını bilavasitə iş yerində deyil, evindən həyata keçirilməsi, həmin işçilərin əməyinin ödənilməsi iş yerində həyata keçirən işçilərin əməyinin ödənilməsi ilə eyni qaydada təmin edilməsi, texnologiyalarının imkanlarından tam istifadə etməklə əmək əmək funksiyalarını yerinə yetirməli, “özünütəcrid” tələblərinə ciddi şəkildə əməl etməklə, iş vaxtı ərzində xətti rəhbərlərinin tapşırıq və göstərişlərini icra etməli və s. qeyd edilmişdir. İşdə olan Ağsu RQİİ üzrə iş yerlərində iştirakı zəruri olan və ya əmək haqqı saxlanılmaqla qrup halında məzuniyyətə buraxılan işçilərin siyahısında 168 sıra nömrəsi ilə İddiaçı məzuniyyətdə olması qeyd edilmişdir. İşdə olan, “Cavabdeh” İB Ağsu RQİİ tərəfindən verilmiş əmək məzuniyyətinin verilməsi haqqında əmrin surətindən görünür ki, Ağsu RQİİ-nin Göyçay rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Əlheydər oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 18 təqvim günü müddətində məzuniyyətə buraxılmış, xx.xx.2020-ci il tarixdə işə başlamalı olması qeyd edilmişdir. İşdə olan, “Cavabdeh” İB Ağsu RQİİ-nin xx.xx.2020-ci il tarixli, SOCAR**********00040020A00082 saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, Ağsu RQİİ-nin Göyçay rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Əlheydər oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş intizam tənbehi sonuncu xəbərdarlılqa şiddətli töhmət verilmişdir. İşdə olan, “Cavabdeh” İB Ağsu RQİİ-nin xx.xx.2020-ci il tarixli, SOCAR**********00040020A00108 saylı “intizam tənbehinin verilməsi haqqında” əmrin surətindən görünür ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən Ağsu RQİİ-nin Göyçay rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Əlheydər oğlunun aylıq əmək haqqından ¼ məbləğində tutulması əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci bəndlərinə, 187-ci maddəsinin 2-ci bəndinə və 189-cu maddəsinin 1 və 2-ci bəndlərinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə görə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə “Azərqaz” X4 X9 İdarəsinin Göyçay rayonu üzrə “təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin olunmuşdur. Respublikada mövcud vəziyyətlə bağlı SOCAR prezidentinin “Koronavirus” infeksiyasının yayılmaması ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli əmri ilə Baş ofisin struktur bölmələrinin xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ödənişli məzuniyyətə göndərilməsi tapşırılmış, iddiaçı da qeyd edilən tarixlərdə məzuniyyətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ona 18 təqvim günü müddətində məzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı Əlheydər oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş intizam tənbehi sonuncu xəbərdarlılqa şiddətli töhmət verilmiş, həmin əmrin verildiyi tarixdən 4 gün sonra isə, xx.xx.2020-ci il tarixli əmrlə iddiaçının aylıq əmək haqqından ¼ məbləğində tutulması əmr edilmişdir. Sonuncu əmr üzrə İddiaçı xidmət göstərdiyi xidməti ərazilər üzrə əhali abonentlərinə 101359.50 manatlıq təbii qaz satıldığı, bunun 83019.56 manatının (81,9%-nin) ödənişinin təmin edildiyi, 2020-ci ilin aprel ayı ərzində faktiki hesabat aparılmış 580 abonentdən cəmi 388-nin (66.90%-i) ödənişə cəlb edildiyi, adları qeyd edilən çilingərlərin öz işlərinə qeyri-ciddi yanaşdıqları, xidmət göstərdikləri xidməti ərazilərdə işlərini düzgün qurmadıqları göstərilmişdir. Lakin yuxarıda da qeyd edilmişdir ki, SOCAR prezidentinin “Koronavirus” infeksiyasının yayılmaması ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli əmri ilə Baş ofisin struktur bölmələrinin xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ödənişli məzuniyyətə göndərilmiş, onlara “özünütəcrid” tələblərinə ciddi şəkildə əməl etmələri tapşırığı verilmişdir. Həmin müddət ərzində təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsini icra edən İddiaçı Əlheydər oğlunun texnologiyalarının imkanlarından tam istifadə etməklə əmək əmək funksiyalarını yerinə yetirməsi mümkün olmamışdır. Bundan başqa qanunvericiliyin tələbinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verildiyi halda İddiaçı Əlheydər oğluna xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə iki əmr verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, “Cavabdeh” X4 X9 İdarəsinin “intizam tənbehinin verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli, SOCAR**********00040020A00108 saylı əmri İddiaçı Əlheydər oğluna aid hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X10 оğlunun аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(016)- 664/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə görə işçiyə hər ay saatlıq tarif maaşı-2,49 manat məbləğdə əmək haqqı ödənilir. Həmin müqavilənin 4.16-cı bəndinə görə işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Bu isə onu göstərir ki, hazırki iş üzrə iddiaçının bir aylıq əmək haqqı (2,49x8x22) 438,24 manat təşkil edir ki, onun da ¼ hissəsi 109,56 manat təşkil edir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(016)-664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-442/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-442/2021
24.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver