Məhkəmə qərarları › İş №2(107)-442/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-442/2024

23.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-442/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının cavabdehlər Cavabdeh1 Mübaiz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma, istifadə hüququ) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Mübaiz qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Mingəçevir şəhər məhkəməsinin 2(051)-2433/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə digər paylı mülkiyyətçi X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə X10 ilə nikaha girməklə evlənmişdir. Birgə nikahdan 2 qızları-2012- ci il təvəllüdlü Yeganə, 2013cü il təvəllüdlü Zəhrə adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuş, nikah pozularkən uşaqları Yeganə və Zəhra onun himayəsində saxlanılmışdır. Məhkəmə qərarına əsasən birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 ünvanında yerləşən fərdfi yaşayış evindən onun və keçmiş əri X6 hər birinin ½ hissədə payları müəyyən edilmiş, mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Hazırda uşaqları ilə birgə mülkiyyətçisi olduğu evə köçüb yaşamaq istəyir, çünki uşaqlarının sərbəst dərs oxumaları üçün şərait tələb olunur. Buna baxmayaraq, cəmi 57.80 kv.metr sahədən ibarət olan bu yaşayış evinə digər paylı mülkiyyətçi, keçmiş əri Ruslan İsmayılov öz ailə üzvləri olan anası Cavabdeh2, bacısı Cavabdeh1, onun oğlu X5, atası Cavabdeh3, hazırda nikahda olduğu arvadı Cavabdeh4 həmin ünvana qeydiyyata salmaqla fərdi yaşayış evinə köçürmüşdür. Həmin şəxslər onun yaşayış sahəsindən istifadə etməsinə mane olurlar. Onların həmin evdə qalmasını istəmir, həmçinin cavabdehlərin yaşayış sahəsinə köçməsinə və qeydiyyata düşməsinə ondan heç bir razılıq alınmamışdır. Cavabdehlər onun ailə üzvləri deyil. Əksinə nikahda olduqları vaxt ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini əri ilə birlikdə keçmiş baldızına bağışlamışlar. X2 ilə nikahda olduqları vaxtda da həmin yaşayış evində yaşamışlar. Hesab edir ki, cavabdehlər həmin evdən çıxarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaya etiraz edir. Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı mənzildə yaşayır. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

6. Cavabdeh3 da məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Üçüncü şəxs X10 məhkəmə iclası zamanı iddia ərizəsinə qarşı etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı evin paylı mülkiyyətçisidir. ½ hissədə pay onun mülkiyyətində olsa da, iddiaçı ilə payları naturada ayrılmamışdır. Cavabdehlər onun ailə üzvləridir. Onun evində yaşayır və yaşamağa başqa yerləri yoxdur. Atası və anası pensiyaçıdırlar, bacısı Aynurə isə heç yerdə işləmir. Digər cavadeh Cavabdeh4 isə onun həyat yoldaşıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavadeh Cavabdeh1 məhkəməyə yazılı müraciət göndərərək göstərmişdir ki, Mingəçevir şəhəri, Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X7 ilə birgə yaşayır və həmin yaşayış sahəsində onlardan başqa heç kəs yaşamır.

9. Məhkəmə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, bununla belə Cavabdeh1 həm iştirak etdiyi məhkəmə hazırlıq iclasında, həm də məhkəməyə ünvanlandığı ərizəsində iddia tələbini qəbul etməmiş, həmçinin mübahisəli mənzildə yaşamadığını və özünə məxsus Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X7 ilə birgə yaşadığını göstərməklə iddia tələbinə cavabverməli şəxs olmadığını bildirmişdir. Cavabdeh4 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə işə Cavabdeh4 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsi ilə (hakim N.Paşayev) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Allahvrdi oğlunun və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X10 ilə İddiaçı nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş, birgə nikahlkarından iki nəfər uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsaitləri hesabına mübahisəli fərdi yaşayış evini və torpaq sahəsini əldə etmişlər. Sonradan tərəflərin qarşılıqlı münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuş, həmçinin mübahisəli fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən hər ikisinin ½ hissədə payları müəyyən edilmişdir. X10 və cavabdehlər hazırda paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evində yaşayırlar. İddiaçı isə paylı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə edə bilmir. İddiaçı həmin mənzilə daxil olmağına və yaşamağına cavabdehlərin maneə yaratdıqlarını əsas tutaraq, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılmalarını tələb edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Məhkəmə iddianın fərdi yaşayış evindən çıxarılması ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır.

15. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, hazırda iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində ½ hissədə paylı mülkiyyət hüququ olsa da, payı naturada ayrılmamış, cavabdehlər isə digər paylı mülkiyyətçi X6 razılığı əsasında fərdi yaşayış evinin tərkib hissəsindən istifadə edirlər. Hazırda mübahisəli fərdi yaşayış evi cavabdehlərin və digər paylı mülkiyyətçi X1. Cavabdehlərin sahibliyi digər paylı mülkiyyətçi X10 tərəfindən mübahisələndirmədiyinə görə, cavabdehlərin sahibliyi sahibliyi qanunidir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır.

16. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən digər paylı mülkiyyətçinin ailə üzlərinin çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, hazırkı vəziyyətdə paylar naturada ayrılmadığına görə cavabdehlərin məhz iddiaçıya, yoxsa digər paylı mülkiyyətçi X9 məxsus hissədən istifadə etdiklərini müəyyən etmək mümkün deyildir. Ona görə də paylı mülkiyyətçi olan iddiaçının tələbi ilə digər paylı mülkiyyətçi X6 ailə üzvlərinin mənzildən çıxarılması, ona münasibətdə mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Hansı ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda digər paylı mülkiyyətçi X6 öz ailə üzvülərini paylı mülkiyyətində olan fərdi evinə köçürmək və onlarla birlikdə yaşamaq hüququ vardır.

17. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi ümumi paylı mülkiyyətdə olduğuna, digər paylı mülkiyyətçi öz payına mütənasib olaraq mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlərin istifadə etməsinə razılıq verdiyinə, iddiaçının isə payı naturada ayrılmadığına görə iddia tələbi təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.1, 213.2, 215.1, 215.2, 215.6, 218.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması və cavabdehin əşyaya sahiblik hüququnun olmamasına dair 3 şərtin hər biri mövcuddur:

1. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.0361 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı fərdi yaşayış evi üzərində X6 ½ hissədə payı xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X8 ½ hissədə payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin fərdi yaşayış evində cavabdehlərin yaşaması cavbdehlərin izahatları ilə öz təsdiqini tapmışdır.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məcəllənin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Nə qədər ki, cavabdehlərin həmin fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları olmadığına görə onlar özgə əşyasının sahibidirlər.

21. İş üzrə Ruslan İsmayılov paylı mülkiyyətdən istifadə ilə bağlı məhkəməyə müraciət edərək hər hansı qayda müəyyən edilməsinə dair iddia qaldırmamış və müəyyən edilmiş qayda mövcud deyildir.

22. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə istinad etməklə onun payına düşən hissənin ayrılmasını tələb etmək hüququnun olmasına istinad edərək iddiasının rədd edilməli olması əassızdır. Belə ki, həmin məsələ onun hüququdur və bu hüquqdan istifadə etmək də ona aid məsələdir. Bu qayda imperativ deyildir.

23. Paylı mülkiyyət hüququ olan Ruslan İsmayılov isə belə bir iddia qaldırmamışdır. Onun da belə bir iddia qaldırmaq niyyəti yoxdur. Halbu ki, Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. İş materiallarından görünür ki, Ruslan İsmayılov onun hüquqlarını məhdudlaşdıraraq 4 nəfər ailə üzvünə paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə üçün şərait yaratmaqla onun və 2 yetkinlik yaşına çatmayan qızlarının istifadə etməsinə maneçilik törədir. Halbu ki, fərldi yaşayış evində cəmi 2 yataq otağı vardır. Məhkəmənin istinad etdiyi Müki Məcəllənin 215.6-cı maddəsində göstərilən şərtlər də onun hüququ ilə bağlı məsələdir. Mülki Məcəllənin 218.1-ci maddəsini isə heç bir aidiyyatı yoxdur.

24. Məhkəmə Mülki Məcəllənin 215.4-cü maddəsinin tələblərini səhv tövsif edərək və işin hallarına tətbiq etməyərək hesab etmişdir ki, Ruslan İsmayılovun ailə üzvlərinin fərdi yaşayış evindən çıxarılması onun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

25. Məhkəmə maddi hüquq normalarını səhv tövsif etdiyindən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işin həqiqi hallarına uyğun olaraq onun paylı mülkiyyət hüquqlarının olmasına baxmayaraq qanunsuz sahiblərdən əmlakının sahibliyinə qaytarılmalı olmasını nəzərə almamışdır.

26. Odur ki, Mingəçevir şəhər məhkəməsinin 19 dekabr 2023-ci il tarixli, 2(051)- 2433/2023 saylı qətnaməsini ləğv edib, iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 19 dekabr 2023-ci il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 19 dekabr 2023-ci il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 Mübaiz qızı, Cavabdeh2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0361 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 01 dekabr 2017-ci il və 06 iyun 2023-cü il tarixlərdə aparılmış qeydiyyatlar üzrə **********02-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı ilə üçüncü şəxs X6 ½ hissələrlə paylı mülkiyyətlərindədir. İddiaçı üçüncü şəxs X10 ilə birgə nikahları dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində digər paylı mülkiyyətçi olan X10 ailə üzvləri olan anası Cavabdeh2, bacısı Cavabdeh1 Mübaiz qızının, onun oğlu 18 iyul 2016-cı il təvəllüdlü oğlu X4, atası Cavabdeh3, arvadı Cavabdeh4 yerləşdirilməsi ilə onun həmin evdən istifadə etməsinə maneçilik törədilməsini əsas gətirərək, həmin şəxslərin paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılmalarını xahiş etmiş, cavabdehlər və üçüncü şəxs tərəfindən iddia tələbi qəbul edilməmiş, Cavabdeh1 Mübaiz qızı isə oğlu X7 ilə birlikdə digər bir evdə yaşadığını göstərmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin fərdi yaşayış evində cavabdehlərin yaşamasının cavbdehlərin izahatları ilə öz təsdiqini tapmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 Mingəçevir şəhəri, 2ci Günəşli küçəsi 11 saylı mənzildə yaşamaları onların birinci instansiya məhkəməsinin iclasında verdikləri öz izahatları ilə təsdiq edildiyi halda cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməyəsinə yazılı müraciətində Mingəçevir şəhəri, Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X7 ilə birgə yaşadığını, həmin yaşayış sahəsində onlardan başqa heç kəsin yaşamadığını göstərmişdir. Yəni cavabdehlərdən Cavabdeh1 oğlu X7 ilə birlikdə mübahisə predmeti olan deyil, digər bir evdə yaşadığını göstərmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin həmin fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları olmadığına görə onların özgə əşyasının sahibi olmaları, məhkəmənin onun paylı mülkiyyət hüquqlarının olmasına baxmayaraq qanunsuz sahiblərdən əmlakının sahibliyinə qaytarılmalı olmasını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, 0.0361 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı fərdi yaşayış evi üzərində X6 ½ hissədə payı xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X8 ½ hissədə payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisinin X10 olması işin mübahisəsiz halıdır. Cavabdehlərdən Cavabdeh3 mübahisə predmeti olan evin, torpaq sahəsinin paylı mülkiyyətçisi X6 atası, Cavabdeh2 anası, Cavabdeh4 isə arvadı olmaqla həmin şəxslər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbi baxımından Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı fərdi yaşayış evinin paylı mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləridirlər. Hansı ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbi baxımından adıçəkilən şəxslərin oradan istifadə etmək hüquqları vardır.

44. Bu baxımdan paylı mülkiyyətdən istifadə ilə bağlı müəyyən edilmiş qaydanın mövcud olmamasına dair dəlilinə də münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, buna dair qaydanın mövcud olmaması evdən istifadə hüququ olan şəxsin həmin hüququnu aradan qaldıran hal deyildir.

45. Kollegiya qeyd edir ki, cavabdehlərdən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı fərdi yaşayış evindən, evin yerləşdiyi torpaq sahəsindən qanuni əsaslarla istifadə etmələri halı müəyyən edilsə də, digər Cavabdeh1 oğlu X7 ilə birlikdə paylı mülkiyyətdə olan evdə yaşaması, həmin evdən və torpaq sahəsindən istifadə etməsi, mübahisə predmeti olan əmlaka sahiblik etməsi halı müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə Ruslan İsmayılovun paylı mülkiyyətdən istifadə ilə bağlı məhkəməyə müraciət edərək hər hansı qayda müəyyən edilməsinə dair iddia qaldırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yəni məhkəməyə müraciət etmək tərəfin hüququdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Ruslan İsmayılovun onun hüquqlarını məhdudlaşdıraraq 4 nəfər ailə üzvünə paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə üçün şərait yaratmaqla onun və 2 yetkinlik yaşına çatmayan qızlarının istifadə etməsinə maneçilik törətməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya və övladlarına paylı mülkiyyətdə olan əmlakdan istifadə etmələrinə maneçilik törədilməsi halı vardırsa o, zaman iddiaçının da paylı mülkiyyətdə olan evdən, evin yerləşdiyi torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır.

48. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar