Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-443/2021 18.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 qarşı zəbt edilmiş fərdi yaşayış evlərindən məcburi çıxarılmaları tələbinə dair mülki işin Azərbaycan Raspublikası MPM-nin 35.1-ci maddəsinə əsasən aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh X1 vəsatətinin rədd edilməsi barədə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 qarşı zəbt edilmiş fərdi yaşayış evlərindən məcburi çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Ağsu rayonunun Kirdə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli olan 77.90 kvm, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli olan 70.5 kvm, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli olan 103.20 kvm olan xüsusi mülkiyyətindəki 3 fərdi yaşayış evlərinin qanunsuz olaraq zəbt etmiş bir ailə- Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 tərəfindən boşaldılıb çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 vəsatətlə məhkəməyə müraciət edərək, özü və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əşrəfov X2 rayonu Ağcakənd kəndində qeydiyyatda olduqları üçün Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən mülki işin aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadı ilə cavabdeh X1 özü və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əşrəfov X2 rayonu Ağcakənd kəndində qeydiyyatda olduqları üçün Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən mülki işin aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 qərardaddan şikayət verərək Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadının ləğv edilməsini, onlara qarşı qaldırılan iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 Ağsu Rayon Məhkəməsinin 2(016)-811/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi mülkiyyətində olan evin cavabdehlər tərəfindən boşaldılması tələbi olduğundan və bu hal tikilinin başqasının sahibliyinə götürülməsinə aiddir, bu hal isə müstəsna aidiyyata düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan göründüyü kimi tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmçinin, iddiaçının iddia ərizəsində göstərdiyi daşınmaz əmlak Ağsu rayonunun Girdə kəndində yerləşdiyindən hazırkı iddia ərizəsinə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki cavabdehin vəsatəti rədd edilməli və hazırkı mülki işə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(016)-811/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-443/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-443/2021
18.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver