Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-447/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 14 A saylı evin 159 saylı mənzilinin təmiri üçün ondan aldığı 1359 (bir min üç yüz əlli doqquz) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı 1359 manat pulu bir dəfəyə deyil, bir neçə dəfəyə cavabdehə vermişdir. Belə ki, cavabdeh işin müəyyən hissəsini gördükdən sonra iddiaçı da əvəzini vermişdir. Hər dəfə iddiaçı tərəfindən pul verildikdə cavabdeh məbləğin yazıldığı vərəqə imza atmışdır. Cavabdeh iddiaçının evində 22.10.2019-cu ildən 31.01.2020-ci il tarixə kimi işləmişdir. O, mənzildə 500 kv.metr şpaklovka, astar və üzlük işlər, aparmış, evin divarları əyri olduğundan divara 15-20 sm qalınlığında astar şpaklovka vurmuş, 130 kv.metrlik sahəyə isə alçipan vurmuşdur. Cavabdeh tavanın 45 metr hissəsinə paduqa, 55 kv.metr sahəyə kafel-metlax vurmuş, evin işıq sisteminin razetkalarmın karobkalarını yerinə bağlamışdır. Kombi sisteminin qazını çəkmişdir, birinci mərtəbədən 15-ci mərtəbəyə 150 kisə şpaklovka, 85 kv. metrlik kafel-metlak qutularını, 60 kisə “Mətanət A” sementini, 15 kisə gips, 145 kv.metrlik alçipan və aksessuarlarını daşımışdır. Əslində iddiaçının verdiyi pulun əvəzində ona çox işlər görmüşdür. Sadəcə xəstələndiyindən təxminən 20-25 kv. metrlik sahəyə kafelmetlaxı vura bilməmişdir. Təmir işləri aparan şəxs əvvəlcədən ustaya pul vermir. İddiaçının tələb etdiyi pul cavabdehə gördüyü işlərin əvəzində verdiyi puldur. İddiaçı cavabdeh tərəfindən vurulmuş kafelmetlaxı qəsdən keyfiyyətsiz hesab edərək sökdürmüşdür ki, bu da ədalətsizlikdir. Cavabdehin kafelmetlaxı divara vurmağını şahid X1 itadəsilə də sübuta yetirir. Belə ki, onun qətnamənin 3-cü vərəqəsində olan ifadəsində göstərilir ki, “kafellərin sanki vurulub sonradan sökülməsinin şahidi olmuşdur, sökülmüş yerə yenidən 41 metlax və 33 kafel vurmuşdur". Lakin işin içərisində kafelmetlaxın keyfiyyətsiz vurulmağına dair mütəxəssis rəyi yoxdur. Ona görə də cavabdeh işin keyfiyyətli görülməsini qəbul etmir. Əgər onun gördüyü iş keyfiyyətsiz olsaydı, iddiaçı onu 3 aya yaxın evində usta kimi işlətməzdi. Məhkəmə isə işə baxarkən bu hallara əhəmiyyət verməmiş, ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 14 A saylı evin 159 saylı mənzilində təmir işləri aparmaq üçün Cavabdehlə razılaşmışdır.Cavabdeh həmin məqsədlə iddiaçıdan 1359 manat məbləğində pul vəsaiti alsada işini tam yerinə yetirməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2020-ci il tarixli qərarda da öz əksini tapmışdır. Belə ki, qeyd edilən qərarda Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılarkən səhhətində yaranmış problemə görə mənzilin təmirini başa çatdıra bilmədiyini, lakin qısa müddət ərzində mənzili təmir edib yekunlaşdıracağına söz verməsi əksini tapmışdır. Eyni zamanda Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında 20-25 kv.metr sahənin kafel-metaxını xəstə olduğu üçün vura bilmədiyini, dəhliz və mətbəxin yarısında işlərin görülmədiyini, həmçinin tələb edilən pul məbləğini də aldığını etiraf etmiş, şahid qismində ifadə vermiş Mahir Əzizov da sökülmüş kafel-metlaxın yenidən vurulmasını qeyd etmişdir. İddiaçı Cavabdeh tərəfindən keyfiyyətsiz vurulmuş kafel-metlaxın söküntüsündən sonra usta kimi dəvət etdiyi Mahir Əzizova eyni yeri yenidən təmir etdirmişdir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci, 782.1-ci və 784-cü maddələri ilə əsaslandırmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında ona verilmiş pul müqabilində işləri başa çatdırdığını bildirsədə həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi ərizələrində 22.10.2019-cu ildən 31.01.2020-ci il tarixə kimi iddiaçıya məxsus mənzildə təmir işləri ilə bağlı usta kimi işlədiyini qeyd etmiş, xəstə olduğu üçün işlərini sona çatdıra bilmədiyini, dəhliz,hamam və mətbəxin yarısında işlərin görülmədiyini etiraf etsədə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh verilmiş pul müqabilində tapşırılmış işi başa çatdırmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən pulu Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, bununla da, iddiaçıya zərər dəydiyindən, iddiaçı ödədiyi pulu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilərək, göstərilən məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 14 A saylı evin 159 saylı mənzilində təmir işləri aparmaq üçün Cavabdehlə razılaşmışdır. Cavabdeh həmin məqsədlə iddiaçıdan 1359 manat məbləğində pul vəsaiti alsada işini tam yerinə yetirməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2020-ci il tarixli qərarda da öz əksini tapmışdır. Belə ki, qeyd edilən qərarda Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılarkən səhhətində yaranmış problemə görə mənzilin təmirini başa çatdıra bilmədiyini, lakin qısa müddət ərzində mənzili təmir edib yekunlaşdıracağına söz verməsi əksini tapmışdır. Eyni zamanda Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında 20-25 kv.metr sahənin kafel-metlaxını xəstə olduğu üçün vura bilmədiyini, dəhliz və mətbəxin yarısında işlərin görülmədiyini, həmçinin tələb edilən pul məbləğini də aldığını etiraf etmiş, şahid qismində ifadə vermiş Mahir Əzizov da sökülmüş kafel-metlaxın yenidən vurulmasını qeyd etmişdir. İddiaçı Cavabdeh tərəfindən keyfiyyətsiz vurulmuş kafel-metlaxın söküntüsündən sonra usta kimi dəvət etdiyi Mahir Əzizova eyni yeri yenidən təmir etdirmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında ona verilmiş pul müqabilində işləri başa çatdırdığını bildirsədə həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi ərizələrində 22.10.2019-cu ildən 31.01.2020-ci il tarixə kimi iddiaçıya məxsus mənzildə təmir işləri ilə bağlı usta kimi işlədiyini qeyd etmiş, xəstə olduğu üçün işlərini sona çatdıra bilmədiyini, dəhliz,hamam və mətbəxin yarısında işlərin görülmədiyini etiraf etsədə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə Cavabdeh verilmiş pul müqabilində tapşırılmış işi başa çatdırmaması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə podrat müqaviləsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əvəzində tapşırıq müqaviləsinin normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə mənzil tikintisi ilə bağlı münasibətlər podrat münasibəti hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da, iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında 20-25 kv.metr sahənin kafel-metlaxını xəstə olduğu üçün vura bilmədiyini, dəhliz və mətbəxin yarısında işlərin görülmədiyini, həmçinin tələb edilən pul məbləğini də aldığını etiraf etmiş, şahid qismində ifadə vermiş Mahir Əzizov da sökülmüş kafelmetlaxın yenidən vurulmasını qeyd etmişdir. İddiaçı Cavabdeh tərəfindən keyfiyyətsiz vurulmuş kafelmetlaxın söküntüsündən sonra usta kimi dəvət etdiyi Mahir Əzizova eyni yeri yenidən təmir etdirmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında ona verilmiş pul müqabilində işləri başa çatdırdığını bildirsədə həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi ərizələrində 22.10.2019-cu ildən 31.01.2020-ci il tarixə kimi iddiaçıya məxsus mənzildə təmir işləri ilə bağlı usta kimi işlədiyini qeyd etmiş, xəstə olduğu üçün işlərini sona çatdıra bilmədiyini, dəhliz,hamam və mətbəxin yarısında işlərin görülmədiyini etiraf etmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətindəki dəlilləri iddianın rədd edilməsi üçün kifayət deyildir. Yəni şikayətin dəlilləri iş materialları ilə təkzib edilir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(016)-598/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-447/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-447/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver