Məhkəmə qərarları › İş №2(107)-452/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-452/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-452/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(051)- 65/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(051)-65/2020 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddiа tələbi qismən təmin edilmiş, “xxxx” MMCdən 5051,14 manat əsas kredit borcu, 877,33 manat faiz borcu olmaqla, cəmi 5928,47manat məbləğdə borcun alınıb «xxxx» ASC-nə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına “xxxx” MMC-nin banka olan borcunun ödənilməsi, borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pulun cavabdehə qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların sürətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat rüsum məbləğinin cavabdeh “xxxx” MMCdən alınıb «xxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdeh “xxxx” MMC-dən alınıb «xxxx» ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manat rüsum məbləğinin tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri M.F.Axundov küçəsi 7A ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin həcmini azaldaraq verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC 30.11.2015-ci il tarixdə «xxxx» ASC ilə MF-KL/009 №-li kredit müqaviləsinə əsasən, şəxsi məqsədlər üçün 36 ay müddətinə 7350 manat məbləğdə kredit almışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 50000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. X2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka 31.07.2019-cu il tarixədək 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh “xxxx” MMC-dən 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manat rüsum məbləğinin tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC 30.11.2015-ci il tarixdə «xxxx» ASC ilə MF-KL/009 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 7350 manat kredit götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq onunla həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İlk vaxtlar krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan onun imkan olmadığı üçün ödəmələrdə gecikdirmə olmuşdur. Hazırda maddi imkan olmadığı üçün krediti ödəməkdə çətinlik çəkirlər. İpotekaya qoyulmuş evin 50000 manat dəyərində qiymətləndirilməsinə etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, iş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2020-ci il tarixli, 1252 saylı rəyindən görünür ki, “xxxx” MMC-nin İddiaçı ASC-yə 17.12.2018-ci il tarixə olan borcu 5322,55 manat əsas, 999,04 manat faiz borcu olmaqla cəmi-6321,59 manat, 31.07.2019-cu il tarixə olan borcu 5051,14 manat əsas, 877,33 manat faiz borcu olmaqla cəmi- 5928,47 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən borc tələbinə dair hissə üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2020-ci il tarixli, 1252 saylı rəyini iş üzrə sübut kimi qəbul etmişdir. Lakin ekspertin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Cavabdeh “xxxx” MMC 30.11.2015-ci il tarixli, MF-KL-1/009 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borclarını müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Göründüyü kimi cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, "özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur". Mülki Məcəllənin qeyd olunan maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. Birinci instansiya məhkəməsi isə nədənsə maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2020-ci il tarixli, 1252 saylı rəyini sübut növü kimi qəbul etməklə fazilərin hesablanması ilə bağlı əsasız nəticəyə gəlmişdir. Hesab edirik ki, ekspert rəyində ekspertin gəldiyi nəticə üzrə qeyd olunan faiz məbləğlərini əsaslı hesab etmək olmaz. Rəyin məzmunundan göründüyü kimi, 30.11.2015-ci il tarixli, MF-KL-1/009 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu ilə, rəydə qeyd edilən faiz borcu arasında kifayət qədər fərq vardır. Belə ki, ekspert rəyində 30.11.2015-ci il tarixli, MF-KL-1/009 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi 3804 (üç min səkkiz yüz dörd) manat faiz borcu azaldılaraq 877,33 (səkkiz yüz yetmiş yeddi manat, otuz üç qəpik) manat müəyyən edilmişdir. Hesabdan çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu, maliyyə aryışı məlumatlarını və iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert 30.11.2015-ci il tarixli, MF-KL-1/009 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Bundan əlavə bildirmək istəyir ki, iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcların düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin məhkəmə əsaslılığı şübhə doğuran ekspert rəyini əsas götürərərək sübut kimi qəbul edilmiş, borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün təkrar ekspertiza keçirməkdən imtina etmişdir. Bu da nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satş qiymətinin 50.000 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə də razı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Lakin, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş və ipoteka predmetinin qiymətləndirməsi ilə bağlı əssassız nəticəyə gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(051 )- 65/2020 nömrəli qətnaməsi qismən - cavabdeh “xxxx” MMC-dən 877,33 (səkkiz yüz yetmiş yeddi manat, otuz üç qəpik) manat faiz borcunun tutulması və Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi hissəsində ləğv edilməsini, faiz borcuna aid hissə üzrə iddia tələbinin tam təmin edilməsi və ipoteka predmeti olan əmlakın likvid qiyməti nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi, Cavabdeh2 hüquqi varisi X4 və digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(051 )- 65/2020 nömrəli qətnaməsi mübahisələndirilən - cavabdeh “xxxx” MMC-dən 877,33 (səkkiz yüz yetmiş yeddi manat, otuz üç qəpik) manat faiz borcunun tutulması və Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 30.11.2015-ci il tarixli, MF-KL/009 №li kredit müqaviləsindən görünür ki, “xxxx” MMC «xxxx» ASC ilə müqavilə bağlayaraq 36 ay müddətinə 7350 manat məbləğdə kredit almışdır. İşdə olan 30.11.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxx” MMC ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 50000 manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 19.10.2010-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 01.12.2015-ci ildə qeydiyyata alınmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2020-ci il tarixli 1252 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan, hesabdan çıxarış məlumatlarından və 30.11.2015-ci il tarixli, MF-KL/009 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alınmaqla “xxxx” MMC-nin «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 17 dekabr 2018-ci il tarixə olan borcu 5322,55 manat əsas kredit borcu, 999,04 manat faiz borcu olmaqla cəmi 6321,59 manat məbləğində, 31 iyul 2019-cu il tarixə olan borcu 5051,14 manat əsas kredit borcu, 877,33 manat faiz borcu olmaqla cəmi 5928,47 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317.1, 319.3, 319.6, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 463.2, 739 və 742.1-ci maddələrinə, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 1.0.6, 4, 34.1.1, 39.1, 41.1 və 47.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdeh “xxxx” MMC 30.11.2015-ci il tarixli, MF-KL/009 №li kredit müqaviləsinə əsasən 7350 manat məbləğdə kredit almış, aldığı borc məbləğini 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq borclunun öhdəliyinin icra olunmasını təmin etmək üçün Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpotekaya qoyulan mənzil qarşılıqlı razılıq əsasında 50000 manat məbləğdə qiymətləndirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və onun banka 31.07.2019-cu il tarixdə 5928,47 manat məbləğdə borcu yaranmışdır. Hakim iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, «xxxx» ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı olan iddiası qismən təmin olunmalıdır. Belə ki, qətnamə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə və ədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. Bundan əlavə məhkəmə mənzilin ilkin satış qiymətinin müəyyən olunaması ilə bağlı tərəflərin razılaşmasını nəzərə alaraq ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evin bazar dəyəri 50000 manat məbləğdə qiymətləndirilməsini məqsədə müvafiq hesab etmişlər. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların sürətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat məbləğdə pulun iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. İddiaçının apellyasiya şikayətində göstərdiklərini nəzərə alan məhkəmə 24 fevral 2021-ci il tаrixli, 2(107)-452/2020 nömrəli qərаrdаdı ilə hаzırkı iş üzrə ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilməsi, ipotekа predmetinin qiymətləndirilməsinin “X7” MMC-yə həvаlə edilməsi və hazırki iş üzrə müstəqil qiymətləndiricinin rəyi məhkəmə kollegiyasına daxil olanadək icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 22 aprel 2021-ci ildə “X7” MMC tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 041/LBC nömrəli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 65000 (altmış beş min) AZN, likvid qiyməti isə 60000 (altmış min) AZN təşkil edir. Məhkəmə kollegiyası “X7” MMC tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 041/LBC nömrəli ekspert rəyini sübut kimi qəbul etsə də, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyən edildiyindən və həmin qiymət cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı isə həmin qiymətin çox olmasından şikayət etdiyindən, hazırki rəydə isə mənzilin likvid qiyməti isə 60000 (altmış min) manat müəyyən edildiyindən (ipoteka predmetinin ilkin satış qiyməti kimi həmin qiymət təyin ediləcəyi təqdirdə iddiaçının ziyanına olacaqdır) həmin rəyi nəzərə almır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə qətnamənin mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissəsində ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(051 )-65/2020 nömrəli qətnaməsi mübahisələndirilən - cavabdeh “xxxx” MMC-dən 877,33 (səkkiz yüz yetmiş yeddi manat, otuz üç qəpik) manat faiz borcunun tutulması və Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(051 )-65/2020 nömrəli qətnaməsi mübahisələndirilən - cavabdeh “xxxx” MMC-dən 877,33 (səkkiz yüz yetmiş yeddi manat, otuz üç qəpik) manat faiz borcunun tutulması və Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi hissədə dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qiymətləndirmənin xidmət haqqı kimi cəmi 300 (dörd yüz) manat Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq “X7” MMC-yə verilsin. (icraçının VÖENi, İcraçının hesablaşma hesabı H/Hesab.....AZ69NİCB**********0001A40090, “xxxx” ASC M/H: AZ98NABZ********************, Kod 510277, Bankın VÖENi **********, SWİFT NİCBAZ22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar