Məhkəmə qərarları › İş №2(107)-46/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-46/2020

09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-46/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh Həşimov Mülkişah Əlişah oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlər İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Həşimov Mülkişah Əlişah oğluna qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-32/2019 nömrəli qətnaməsindən cavabdeh Həşimov Mülkişah Əlişah oğlu tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-32/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, xx xxxx 2012-ci il tаrixdə verilmiş RX seriyаlı ******* nömrəli Çıxаrış əsasında 99 il müddətə cavabdeh Həşimov Mülkişah Əlişah оğlunun icarəsinə verilmiş İsmаyıllı rayon Sulut bələdiyyəsinin mülkiyyətində olan 0.296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəcаvаbdeh Həşimov Mülkişah Əlişah oğlu tərəfindən inşа edilmiş uzunluğu 15 metr, eni 6,5 metr olan mansard tipli birmərtəbəli tikilinin cаvаbdeh Həşimov Mülkişah Əlişah oğlunun hesаbınа sökülməsi və tоrpаq sаhəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlər İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (bundan sonra iddiaçı) cavabdeh Həşimov Mülkişah Əlişah оğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə hüququ ilə cavabdehə məxsus olan İsmayıllı rayonu Sulut bələdiyyəsi ərazisində yerləşən 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (xx xxxxxx 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) inşa edilmiş əsaslı tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirmişdir və iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında əsasnamələri rəhbər tutaraq Agentliyin müfəttişləri tərəfindən İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, cavabdehə İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində icarə hüququ ilə məxsus olan 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq akt tərtib edilmişdir. Həmin akt tərtib olunarkən iddiaçı tərəfin müfəttişlərinə cavabdeh tərəfindən torpaq sahəsində inşa edilmiş tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehin icarə hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. Cavabdeh tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmuş, torpaq sahəsində əsaslı tikili inşa edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlar məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər olduğundan belə torpaqlarda əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə yol verilmir. Ona görə də cavabdehə icarə hüququ ilə məxsus olan İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində yerləşən 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh izahat verərək göstərmişdir ki, o, 2018-ci ilin may ayında İsmayıllı rayonu Sulut bələdiyyəsinə müraciət edərək istirahət obyektinin tikintisi məqsədi ilə ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyə qərarı əsasında İsmayıllı rayonu İsmayıllı rayonu Sulut bələdiyyəsi ərazisindən, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun kənarında yerləşən 0,296 hektar torpaq sahəsi ayrılaraq onun icarəsinə verilmişdir. O, həmin torpaq sahəsini kol-kosdan təmizləyərək istifadə üçün yararlı vəziyyətə gətirmiş və orada birmərtəbəli, kənd təsərrüfatı işçilərinin istirahət yeri kimi nəzərdə tutulmuş yeməkxana və kənd təsərrüfatı malları satışı üçün nəzərdə tutulmuş tikili tikmişdir. Tikintiyə icazə haqqında ona İsmayıllı rayonu İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamda yalnız yüngül konstruksiyalı tikintinin inşasına icazə verilmiş olsa da həmin yerdə güclü külək əsdiyindən məcburiyyət qarşısında qalaraq mişar daşından uzunluğu 15 metr, eni 6,5 mert olmaqla əsaslı tikinti tikmişdir. Onun zəhməti və maddi vəsaiti hesabına həmin torpaq sahəsinin abadlaşdırılmış, əsaslı tikilini tikməkdə məqsədi ətraf sahələri abadlaşdırmaq, əhaliyə keyfiyyətli iaşə xidmətinin göstərilməsini təmin etmək olmuşdur. Tikili magistral yolun kənarında tikilmiş və həmin tikinti aparılarkən ona heç bir dövlət təşkilatı tərəfindən tikintinin saxlanılması, yaxud sökülməsi ilə bağlı rəsmi, yaxud qeyri rəsmi xəbərdarlıq edilməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Həşimov Mülkişah Əlişah oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh Həşimov Mülkişah Əlişah oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini əhəmiyyətli sürətdə pozmuşdur. Belə ki, MPM-nin 152.1 və 152.1.2 - ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda geri qaytarılır. Məhkəmə göstərilən qanunun tələblərini pozaraq, iddia ərizəsinin qanunsuz olaraq icraata qəbul etmişdir. Belə ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus olub, onun iddiaçıya heç bir dəxli yoxdur. Bundan əlavə tikinti obyektinin inşasına razılığı rayon icra hakimiyyəti vermişdir. Beləliklə, hər iki məsələnin iddiaçıya heç bir aidiyəti yoxdur. Göründüyü kimi iddia əsli olmayan iddiaçı tərəfindən verilmişdir. Qanuna əsasən iş üzrə iddiaçı bələdiyyə və ya icra hakimiyyəti ola bilər. Məhkəmə tərkibinə iki dəfə rəsmi sürətdə etiraz etmişdir, lakin etirazı müzakirə predmeti olmamışdır. O, məhkəməyə ekspertiza təyin olunması bərədə ərizə verib mübahisəli torpaq sahəsinin əkinə yararlı olub - olmaması məsələsi barədə mütəxəssislərin rəyinin əldə edilməsini xahiş etmiş, lakin məhkəmə bunu da görməməzliyə vurmuşdur. Nəhayət, məhkəmə işə birtərəfli və qərəzli baxıb tərəfindən idda ərizəsinə qarşı verilmiş etiraz ərizəsində irəli sürülmüş faktlar və sübutlar müzakirə predmeti olmamışdır, bununla da MPM- nin 385.1, 2- 4 - cü maddəsinin tələblərini pozmuşdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 32/2019 nömrəli qətnaməni ləğv edib, işin icraatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Həşimov Mülkişah Əlişah oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlər İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Həşimov Mülkişah Əlişah oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İsmayıllı rayonu Sulut bələdiyyəsinin adına verilmiş xx xxxxxxx 2011-ci il tarixli A seriyalı 369484 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi İsmayıllı rayonu Sulut bələdiyyəsinin xx xxxxxxx 2011-ci il tarixli 8 saylı qərarı əsasında İsmayıllı rayonu Sulut kəndində yerləşən 3000 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan ƏMDK yаnındа DƏDRX Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən Qəbələ Rаyоn Ərаzi İdаrəsi tərəfindən xx xxxx 2012-ci il tаrixdə verilmiş RX seriyаlı ******* nömrəli Çıxаrışın surətindən görünür ki, İsmаyıllı rayon Sulut bələdiyyəsinin mülkiyyətində olan 0.296 hektar torpaq sahəsi 99 il müddətə cavabdehin icarəsinə verilmişdir. İşdə olan İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2012-ci il tаrixli sərəncamının surətindən görünür ki, cavabdehə ƏMDK yаnındа DƏDRX Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən xx xxxx 2012-ci il tаrixdə verilmiş RX seriyаlı ******* nömrəli Çıxаrışa uyğun olaraq Sulut kəndə ərazisindəki icarəsinə götürdüyü 0,296 hektar torpaq sahəsində kommunikasiya xətlərinin qoşulmasını və layihəsini aid idarələrlə razılaşdırılmaqla kənd təsətrrüfatı işçiləri üçün yüngül konstruksiyalardan ibarət istirahət-iaşə obyekti və kənd təsərrüfatı mallarının satışı mağazasının müvəqqəti quraşdırılmasına icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli aktın surətindən müəyyən edilir ki, İsmayıllı rayon Sulut bələdiyyəsi ərazisində cavabdehin icarəsində olan torpaq sahəsində iaşə xidməti binasının (yeməkxana) tikintisi aşkar olunmuş, cavabdehə qanun pozuntusunun aradan qaldırılması üçün bildiriş yazılmış, tikinti işi dayandırılmışdır. Cavabdeh bildirişi almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı ilə İsmayıllı rayonu İsmayıllı rayonu Sulut bələdiyyəsi ərazisində, Qaraməryəm- İsmayıllı-Şəki magistral yolunun kənarında yerləşən, cavabdehin icarəsində olan torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hamarlanmış və həmin sahədə magistral yola paralel olmaqla bir mərtəbəli, uzunluğu 15 metr, eni 6,5 metr olmaqla mişar daşından mansard tipli birmərtəbəli əsaslı tikinti (yeməkxana binası) inşa edilmiş, dörd ədəd yüngül konstruksiyalardan ibarət söhbətgah qurulmuşdur. Ərazi məftil torla hasara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinə əsasən müvəqqəti tikili - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən, agentlik torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək, 3.0.12-ci bəndinə əsasən, Agentlik torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, 3.0.15-ci bəndinə əsasən, Agentlik torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmə qarşısında iddia qaldırmaq vəzifəsini daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehin icarə hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. İddiaçı tərəfindən İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə monitorinq zamanı müəyyən edilmişdir ki, cavabdehə İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində icarə hüququ ilə məxsus olan 0.296 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq akt tərtib edilmiş, akt tərtib olunarkən iddiaçı tərəfin müfəttişlərinə cavabdeh tərəfindən torpaq sahəsində inşa edilmiş tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehin icarəsində olan mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində müayinəsi zamanı həmin torpaq sahəsinin İsmayıllı rayonu İsmayıllı rayonu Sulut bələdiyyəsi ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun kənarında yerləşdiyi, torpaq sahəsi hamarlandığı və həmin sahədə magistral yola paralel olmaqla bir mərtəbəli, uzunluğu 15 metr, eni 6,5 metr olmaqla mişar daşından mansard tipli birmərtəbəli əsaslı tikintinin (yeməkxana binasının) inşa edildiyi, dörd ədəd yüngül konstruksiyalardan ibarət söhbətgahların qurulduğu, torpaq sahəsinin məftil torla hasara alındığı müəyyən edilmişdir. İddiaçı kənd təsərrüfatı təyinatlı torpaqların məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər olduğundan orada əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə yol verilmədiyini əsas tutaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmədiyini bildirir və icarəsində olan torpaq sahəsinin vaxtilə tam istifadəyə yararsız bir yer olduğunu, onun zəhməti və maddi vəsaiti hesabına həmin torpaq sahəsinin abadlaşdırıldığını, tikililəri tikməkdə məqsədi ətraf sahələri abadlaşdırmaq, əhaliyə keyfiyyətli iaşə xidmətinin göstərilməsini təmin etməsi olmuşdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, cavabdehin icarəyə götürdüyü torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə yol verilmədiyindən, lakin cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq həmin torpaq sahəsində əsaslı tikili inşa etdiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X4 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 46/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 234 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki,İsmayıllı rayonu, Sulut bələdiyyəsi ərazisində cavabdeh Həşimov Mülkişah Əlişah oğlunun faktiki olaraq metal torla hasara aldığı torpaq sahəsi 1,19 ha təşkil edir. Belə ki, icarə müqaviləsi ilə Həşimov Mülkişah Əlişah oğluna verilən 0,29 ha torpaq sahəsindən 0,90 ha əlavə torpaq sahəsinin faktiki metal çəpər daxilində olması müəyyənləşdirildi. Cavabdeh Həşimov Mülkişah Əlişah oğlunun kənd təsərrüfatı məhsularının istehsalı məqsədilə faktiki metal çəpər daxilində istifadəsində olan torpaq sahəsində mansard tipli birmərtəbəli əsaslı tikili mövcuddur. Tikilinin hər tərəfi mişar daşı ilə hörülmüşdür. Damı mansard tipli olmaqla metal dam örtüyü ilə bağlanmışdır. Tikiliyə dəmir seyf qapı, plastik qapı, pvc-pəncərələr və dəmir pilləkən qoyulmuşdur. İcarəyə verilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün orada tikilən və ya qurulan qurğular təyinata uyğun olaraq sökülüb-yığılan yüngül konstruksiyadan ibarət olmalıdır. (Aparılmış tədqiqatın dəyəri 300 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdeh Həşimov Mülkişah Əlişah oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 32/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Mütəxəssis rəylərinin verilməsinə dair çəkilən xərc olan 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manatın cavabdeh Həşimov Mülkişah Əlişah oğlundan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat cavabdeh Həşimov Mülkişah Əlişah oğlundan alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Həşimov Mülkişah Əlişah oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin dəyəri olan 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manatın cavabdeh Həşimov Mülkişah Əlişah oğlundan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat cavabdeh Həşimov Mülkişah Əlişah oğlundan alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********0433315142) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar