Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-460/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Kompensasiya verilməklə yaşayı evindən istifadə hüququna xitam verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)- 40/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İşdə olan Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh, arvadı X4, azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınması qət edilmişdir.
2. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(107)-863/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 saylı qətnaməsi “iddiaçı Cavabdeh arvadı X2 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınmasının təmin edilməsi” hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır.
3. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(107)-863/2022 saylı qərardadının surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 saylı qətnaməsi “iddiaçı Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evlərinə köçürülmələri və yaşayış hüquqlarının tanınmasının təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
4. İşdə olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X13 vərəsələri - X14, X8, X5, X11, İddiaçı, X9 və X3r və onların hər birinin Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 0.26 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi üzərində 1/7 hissədə vərəsəlik hüququ tanınmışdır.
5. İşdə olan xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” Müqaviləsindən görünür ki, X14, X8, X5, X11, X9 və X1 rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini İddiaçı mülkiyyətinə vermişlər.
6. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Ağsu rayonunun Ərəbuşağı kəndində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
7. İşdə olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 .01.2023-cü il tarixli, 8 nömrəli arayışından görünür ki, İnzibati Ərazi Dairəsinin əhatə etdiyi kəndlərdə evlərin kirayə haqqı aylıq 50-70 manat təşkil edir.
8. İddiaçı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan və Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən X6 ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmalarını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi atasından miras qalmışdır. Evin ümumi sahəsi 103,60 kv.m olmaqla ona olan hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin cavabdeh yaşayış evinin bir otağını ailə üzvləri ilə birlikdə zəbt edərək orda yaşayır. Cavabdehdən dəfələrlə qanunsuz əməllərinə son qoymasını, ona məxsus olan evdən ailə və əmlakları ilə birlikdə çıxmasını tələb etsə də, heç bir əhəmiyyəti olmamışdır.
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən Cavabdeh və ailə üzvləri ilə birlikdə istifadə hüququna 2.520 manat kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh çıxış edərək göstərmişdir ki, özü həmin evdə doğulmuş, 30 il həmin evdə yaşamışdır. Son bir ildə işləri ilə əlaqədar ailəsilə birlikdə Bakıda kirayədə yaşayır. Bu səbəbdən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 2.520 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh və yetkinlik yaşına çatmayan övladları - xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X7 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
14. Birinci instansiyası məhkəməsi hesab edib ki, hazırkı iş üzrə 2.520 manat məbləğində kompensasiya qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verir. Belə ki, həmin məbləğ cavabdehə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin edə bilər.
15. Məhkəmə belə qənaətə gəlib ki, mütənasiblik prinsipinə uyğun cavabdehin mövcud yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqları onun mülkiyyət üzərində müstəsna səciyyə daşıyan sahiblik və sərəncam hüquqlarının təmin edilməsində ifadə olunduğundan təklif edilən 2.520 manat kompensasiyanın məbləği məqbul hesab edilməli, iddiaçı tərəfindən cavabdehə 2.520 manat kompensasiya ödənilməklə, onun və yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1.2, 158.4, 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
17. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qət edilmiş kompensassiya məbləği ilə razı deyil. Belə ki, onun və yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X7 qət edilmiş 2.520 manat kompensassiya məbləği ilə başqa yerdə gedib müəyyən müddətə əvvəlki şəraitlə təmin olunmuş ev kimi evdə yaşamaqları mümkün deyil. Çünki həmin evdə cavabdeh dünyaya göz açmış və 30 il orada yaşayıb ailə qurmuşdur. Yaşadıqları ev təmirli və hər cür şəraitlə təmin olunmuş evdir. Hazırda həmin ərazidə onların ev kimi şəraiti və sahəsi geniş olan evin aylıq kirayə haqqı 50-70 man deyil, 150-200 manat təşkil edir. Lakin məhkəmə evin aylıq kirayə haqqını Ərəbuşağı kənd İnzibati ərazi Dairəsi nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü tarixli 8 nömrəli arayış əsasında qiymətləndirmişdir. Hesab edir ki, bu iddiaçının hansısa yolla əldə etdiyi və öz mənafeyinə xidmət edən bir sübutdur. Bu sübutu təqdim etməkdə də məqsədi kompensassiya məbləği olduğundan qat-qat aşağı hesablanması olmuşdur. Yuxanda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə mübahisəyə qeyrimötəbər və real vəziyyətlə ziddiyyət təşkil edən sübut əsasında (kənd nümayəndəliyi tərəfindən tərtib edilmiş arayış) əsasında qiymət vermişdir. Halbuki bu mübahisəyə qanunda göstərilən əsaslarla müvafiq ekspert rəyi əsasında qiymət verilməsi daha ədalətli və insaflı olardı. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. (...) İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 158.1.2. əmlakdan istifadə hüququ əmlak hüququ sayılır
29. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
30. Maddə 23.158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:
32. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
34. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
36. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
40. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
41. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
47. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə 2.520 manat məbləğində kompensasiya qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verir. Həmin məbləğ cavabdehə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin edə bilər. Mütənasiblik prinsipinə uyğun cavabdehin mövcud yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqları onun mülkiyyət üzərində müstəsna səciyyə daşıyan sahiblik və sərəncam hüquqlarının təmin edilməsində ifadə olunduğundan təklif edilən 2.520 manat kompensasiyanın məbləği məqbul hesab edilməli, iddiaçı tərəfindən cavabdehə 2.520 manat kompensasiya ödənilməklə, onun və yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
53. Tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biribirinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçisinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsası olan cavabdehlərə kompensasiya kimi 2520 mаnаt məbləğində pul təklif etməsi qəbul edilə bilməz. Belə ki, cаvаbdehin himаyəsində iki nəfər аzyаşlı uşаq vаrdır və iddiа təmin ediləcəyi təqdirdə uşаqlаrı ilə birlikdə yaşayış evindən çıxmаlıdır. Cаvаbdehin mülkiyyətində və yа istifаdəsində bаşqа yаşаyış sаhəsi və yа tоrpаq sаhəsi yоxdur. Cаvаbdeh göstərilən məbləğə rаzı olmamışdır. Cаvаbdehə təklif оlunаn kоmpensаsiyаnın məbləği, Ağsu rayonu, Ərəbuşağı kəndi ərаzisində başqa yerdə əvvəlki yaşayış evində olmuş şəraitlə müqayisədə оnа oxşar şəraitdə yaşamaq imkanı vermir və cаvаbdehin iki azyaşlı uşağı il yaşayış evindən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 2520 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Biri qız, biri oğlan olmaqla iki uşaqdan cəmi üç nəfərdən ibarət ailə üzvünün 2520 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil.
55. Məhkəmə kollegiyasının qənaətinə görə mülki qanunvericiliyin tələbləri baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququna tərəflərin razılaşması, bu olmadıqda isə həmin hüquqa müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda iddiaçı ilə cavabdehin arasında kompensasiya ödənilməsi ilə əlaqədar fikir ayrılığı vardır.
56. Məhkəmə kollegiyasının iclasında cavabdeh minimum 7000 manat kompensasiya müqabilində onun və iki azyaşlı uşağının istifadə hüququna xitam verilməsini bildirmişdir.
57. İddiaçı isə bütün imkanlarını hesablamaqla 2520 manat məbləği təklif etdiyini bəyan etmişdir.
58. Qanunun tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (24-cü bənd)
59. «R.Аğаlаrоvun şikаyəti üzrə məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrа uyğunluğunun yоxlаnılmаsınа dаir» 26 sentyаbr 2007-ci il tаrixli qərаrındа Аzərbаycаn Respublikаsının Kоnstitusiyа Məhkəməsi hüquqi mövqeyini аçıqlаyаrаq göstərmişdir ki, mülkiyyət hüququ Аzərbаycаn Respublikаsındа nəinki mülkiyyətçinin hüquqi təsbit оlunmuş geniş səlаhiyyətləridir (оnа məxsus оlаn əmlаkа fаktiki sаhib оlmаq, öz tələbаtlаrının təmin оlunmаsı üçün təyinаtındаn аsılı оlаrаq bu əmlаkdаn istədiyi kimi istifаdə etmək), həm də qüvvədə оlаn qаnunvericilik çərçivəsində digər şəxslərin hüquq və qаnunlа qоrunаn mаrаqlаrını pоzmаdаn mülkiyyətçinin dövlət tərəfindən təminаt аltınа аlınmış həmin əmlаk üzərində üstünlüyünə üçüncü şəxslərin müdаxiləsini аrаdаn götürmək, bu zаmаn öz mülаhizəsinə görə və mаrаqlаrınа uyğun hərəkət etmək səlаhiyyətidir.
60. Kоnstitusiyа Məhkəməsi аdı çəkilən qərаrındа həmçinin, göstərmişdir ki, kоmpensаsiyа institutu yаşаyış sаhəsindən istifаdənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesаbınа istifаdəçiyə dаvаmlı surətdə və müəyyən müddət dаxilində bаşqа yerdə əvvəlki mənzildə оnа xаs оlmuş şərаitlə müqаyisədə оxşаr yаşаmаq imkаnı versin.
61. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci mаddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, о yаşаyış hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
62. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
64. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
65. Konstitusiya Məhkəməsi 12 iyul 2016-cı il tarixli qərarında vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
66. Kompensasiya məbləğini yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü onu ehtiva edir ki, kompensasiya məbləği dəqiq müəyyən edildikdən sonra onun istənilən mərhələdə ödənilməsi və mübahisəyə nəticə verilməsi mümkündür.
67. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci mаddəsinə əsаsən, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi hаqqındа mübаhisəyə bаxılаrkən, məhkəmə tərəfindən kоmpensаsiyаnın məbləği işin konkret xüsusiyyətləri, bаxılаn mübаhisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqlа müəyyən оlunmаlıdır. Bu meyаrlаr kimi məhkəmə kollegiyası hesаb edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququnа mаlik şəxslərin sayı, cаvаbdehin mülkiyyətçi ilə münasibətləri, hаbelə qohumluq münasibəti, cаvаbdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya аzyаşlı uşаqları ilə birlikdə çıxması, cаvаbdehin istifadə hüququnun yaranma müddəti, cаvаbdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cаvаbdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cаvаbdehin yaşаdığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər.
68. Hazırkı iş üzrə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 4000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir.
69. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə kompensasiya məbləğinin 4000 manat müəyyən edilməsi cavabdehin iki azyaşlı uşağı ilə birilikdə mübahisəli evdə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verər.
70. Eyni zamanda, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
71. Hazırkı iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 2520 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 4000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 2520 manata münasibətdə təmin olunmasını tələb etmişdir.
72. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
73. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
74. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
75. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
76. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “2.520 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov