Məhkəmə qərarları › İş №2(107)-460/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-460/2025

19.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-460/2025 19.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbi, ləğv) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru X5 və Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İbrahimxəlilova (Mikayılova) Kəmalə Həmid qızı xx xxxxxx 1983-cü ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş və yaşadığı kəndin orta məktəbində təhsil almağa başlamışdır. X8 1999- 2003-cü illər arasında ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almış və bu barədə xx.xx.2003-cü il tarixdə AB-İİ 098566 nömrəli diplom verilmişdir. İddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2003-cü il tarixli 240 saylı əmri ilə həmin məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Sözügedən təhsil müəssisəsində işlədiyi 21 il ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı irad və xəbərdarlıqlar edilməmişdir. 2022-ci ildə işlədiyi təhsil müəssisəsində uşaq birliyi rəhbəri vəzifəsinə təyinatı verilməsi ilə bağlı bir neçə dəfə rayon Təhsil şöbəsinin və Regional Təhsil İdarəsinin rəhbər işçilərinə müraciətlər etsə də ona göstərilən vəzifə vakansiyaya təqdim olunarsa onun həmin vəzifəyə təyin olunmağı ilə bağlı məsələyə baxıla bilər deyə xx.xx.2022-ci il tarixli İ-266/01 saylı məktub verilmişdir. Lakin bununla belə həmin vəzifə uzun müddət vakansiya olsa da onun həmin vəzifəyə keçidi nədənsə baş tutmamışdır və əvvəlki vəzifədə işləməyə davam etmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə istinad olunaraq belə əsaslandırılmışdır ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifkatlaşdırmada iştirak etməyən Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilir. Əmrin verilməsinə əsas isə xx.xx.2024cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri işəgötürən qismində Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:07-də elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə də xx.xx.2024-cü il tarix də daxil olmaqla bütöv iş günü verilməklə onu işdən azad etmişlər. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiqedici sənədlərlə ilkin mediasiya sessiyası üçün ərizə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəflərə xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01290 nömrəli bildiriş göndərərək xx.xx.2024-cü il saat 16:00 üçün İMS-yə dəvət edilmişdir. Lakin keçirilmiş İMS-də tərəflər arasında heç bir razılıq əldə edilmədiyindən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən 19 avqust 2024-cü il tarixli müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. 3.1 İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sertifikasiya imtahanlarına cəlb edilməsi ümumiyyətlə qanunsuz olmuşdur. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmrin verilməsinə əsas “Dövlət ümumitəhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi olmuşdur. “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixdə 155 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Mülki işin mübahisəsiz halı İddiaçı 01 sentyabr 2003-cü il tarixdən təhsil müəssisəsində əmək fəaliyyətinə başlamasıdır və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası isə sonradan 2018-ci ildən etibarən formalaşdırılmışdır. İddiaçı əmək fəaliyyətinə təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazasının formalaşdırılmasından daha əvvəl başladığından və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası iddiaçının hüquqi vəziyyətini ağırlaşdığından (hansı ki həmin tənzimləmənin tətbiq edilməsi onun işdən azad olunmasına səbəb olmuşdur) onun əmək fəaliyyətinin bu sertifikasiyaya tabe tutulması Konstitusiyanın 149-cu maddəsinin tələblərinə zidd olmuşdur. Başqa sözlə İddiaçı əmək funksiyaları ilə bağlı hüquqi münasibətlər yaranan zaman pedoqoji fəaliyətlə məşğul olmaq üçün təhhsilverənlərin sertifkasiyadan keçməsi şərtləndirilməmişdir. 3.2 Digər tərəfdən İddiaçı xx.xx.2024-cü il tarixdə sertifkatlaşdırmanın keçirilməsi ilə bağlı qaydalarda nəzərdə tutulmuş şəkildə məlumatlandırılması aparılmamışdır. Belə ki, “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən, qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün alt sistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ya onun funksiyalarını icra edən yerli bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə sertifkasiya imtahanlarının keçirilməsi ilə bağlı İddiaçı onun adına qeydiyyata alınmış “şəxsi kabinet” vasitəsilə sertifikatlaşdırmanın keçirilməsinə ən azı bir ay qalmış onun vaxtı və yeri barədə bildirişin təqdim edilməsi sübut olunmur. 3.3 Yenə iş materiallarında olan mübahisəli xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Agentliyin həmin tarixli 3-29- 69/3-2-13 F/2024 nömrəli əmri olmuşdur ki, bu da tamamilə əsassızdır. Belə ki, sertifkatlaşdırmanın keçirilməsinin hüquqi bazasını formalaşdıran “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayda”larının, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddələrinə əsasən... Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə İddiaçı sertifkasiya imtahanlarına cəlb edilməsi zəruriliyi hər bir halda əsaslandırılmalıdır. Belə ki, yuxarıda qeyd etdiyim kimi hazırkı sertifkasiya prosedurları İddiaçı pedoqoji fəaliyyətə başladıqdan sonra tənzimləndiyindən və sonrakı tarixdə təsdiq edilmiş qaydalar iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasını 149-cu maddəsinin tələblərinə ziddiyyət təşkil edir. Təhsilverənlərin 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulduğu halda iddiaçının 2003-cü ildən əmək fəaliyyətinə başladığından Müvafiq icra hakimiyyəti orqanı onun beş illik sertifkasiya müddətinin hesablanması zamanı müddətin hansı dövrdən başlanılması və hansı meyarı əsas götürməsi qeyri müəyyəndir. Qeyd edir ki, tərəfin təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il göstərilsə də iddiaçı ilə faktiki olaraq əmək müqaviləsi xx.xx.2003-cü il tarixdən bağlanılmışdır. Əgər tərəf iddia edirsəki İddiaçı ilə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılmış və beş illik sertifkasiya müddətinin hesablanması həmin tarixdən başlanılmış bu tamamilə absurd yanaşmadır və həmin rəsmiləşmədən iddiaçının məlumatı olmamışdır. Bundan əlavə İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunması üçün onun xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanda iştirak etməsi və onun nəticəsi olaraq 30 mümkün balı toplamaması hadisəsi baş verməsi lazımdır və yaxud üzürsüz səbəbdən ümumiyyətlə imtahanda iştirak etməməsi lazımdır. İş materiallarında əlavə edilən Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi iddiaçı xx.xx.2024- cü ildən xx.xx.2024-cü il tarixədək xəstə olmuşdur. Bu səbəbdən üzürlü olaraq xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanında iştirak etməmiş və onun iştirak etməməsi üzürlü olmuşdur. Belə bir vəziyyətdə isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edilməklə əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz olmuşdur. 3.4 Mülki iş materialarında olan maddi sübutlardan göründüyü kimi İddiaçı işdən azad edilməsi onun əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı baş vermişdir ki, cavabdehlər bununla da kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindənəmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Şəki Mərkəzi Rayon Xəstəxanasının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi İddiaçı həm sertifikasiya imtahanın keçirildiyi xx.xx.2024-cü il və işdən azad edildiyi xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətini müvəqqəti itirmiş və faktiki olaraq həmin tarixlərdə baş vermiş icraatlarda üzürlü səbəbdən iştirak etməmişdir. İşinin əmək qabiliyyətinin itirməsi zamanı işdən azad edilməsini isə qanunverici işəgötürənə imperativ qaydada qadağan edir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Həmin Məcəllənin83.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi əmək qanunverciliyinin tələblərinə əsasən, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən işdən azad edilmə ilə bağlı verilmiş əmri iş gününün sonunda qüvvəyə minir və həmin gün işçi üçün bütöv iş günü hesab edilir. Əmrin hüquqi qüvvəsini alması isə işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və qeyd olunan imzalanma iş günün sonunda baş verməsi şərtləndirilir. İş materiallarında olan əmrdən göründüyü kimi onun fiziki imzalanaraq möhürlənməsi və elektron informasiya sistemində qeydiyyata alınması xx.xx.2024-cü il tarixdə baş vermiş və sözügedən sənədləşmə qanunun tələbinə əsasən iş günün sonunda qüvvəsini almışdır. Həmin vaxt isə İddiaçı isə tam əmək qabiliyyətli olmamış və səhhəti ilə bağlı işə çıxmamışdır. Başqa sözlə iddiaçı tərəf əmək qabiliyyətini itirdiyi zaman onun işdən azad edilməsi ilə bağlı rəsmiləşmələr hüquqi qüvvəsini almamışdır. Ona görə də onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz olmuşdur. Əlavə olaraq qanun tələbinə əsasən əmrin surəti və digər sənədlərin işçiyə təqdim edilməsi iş günün sonunda təqdim edilməsi nəzərdə tutulsa da, həmin sənədlər ona xx.xx.2024-cü il tarixdə verilməmiş və bunun əksini sübut edəcək heç bir sübut mövcud deyildir. 3.5 İddia tələbi müsbət halda nəticələndiyi halda cavabdehlər Şək-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb İddiaçı işdən azad edərkən qanunverciliyin tələblərini pozduğundan məcburi iş buraxma müddəti üçün əmək haqqı və işdən azad olma ilə bağlı vurulmuş mənəvi zərəri ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin - 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. - 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. - 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 07 nömrəli plenum qərarında göstərilir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Hazırkı mübahisədə İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bərabər, onun iyirmi bir il müddətində olan pedoqoji fəaliyyəti, əmək qabiliyyətini müvəqqəti itirməsinə və imtahanda üzürlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 10000 manat cavabdehlər tərəfindən ödəməlidir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2003-cü il tarixli 240 saylı əmri ilə həmin məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.

5. Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 saylı qətnaməsi ilə (hakim K.Musayev) İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərəri və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 65, 68, 70, 71, 83, 186.1, 192, 194, 300-cü maddələrinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, allergik övzə diaqnozu ilə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətsiz hesab edilmiş, 11 iyun 2024-cü il tarixdən işə başlamalıdır. İşdə olan Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, müvafiq diaqnoz ilə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək əmək qabiliyyətsiz hesab edilmiş, 03 iyul 2024-cü il tarixdən işə başlamalıdır. İşdə olan Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, məktəbin orta-ixtisas təhsilli ibtidai sinif müəllimi xəstəlik səbəbli işə gəlmədiyindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqı ödənilməsin və xx.xx.2024-cü il tarixdən işdə hesab edilməlidir. 19 avqust 2024-cü il tarixli MŞŞ/MT018/2024-01290 nömrəli ilkin X4 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 19 avqust 2024-cü il, saat 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X4 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbi və ŞəkiZaqatala Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndələri ilkin X4 etməmişlər. Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 45 nömrəli əmr ilə əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam verilmişdir.

8. İşdə olan Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş sorğuya Cavabdeh cavabından görünür ki, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru X7 əmrin verildiyi tarixdə səlahiyyətli olmuşdur.

9. Belə ki, işdə olan Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin 3-29/3-1-1179K/2023 nömrəli əmrindən görünür ki, X7 20 sentyabr 2023-cü il tarixdən 01 (bir) il müddətinə Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, aşağıda qeyd olunanlar mülki işin mübahisəsiz və tərəflərin təsdiq etdikləri hallardır: İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir; İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixlərdə xəstəlik vərəqəsində olarkən ibtidai sinif müəllimlərinin xx.xx.2024-ci il tarixdə sertifkasiya imtahanı keçirilmiş və baş tutmuş sertifkasiya imtahanı iddiaçının xəstəlik dövrünə təsadüft etdiyindən üzürlü səbəbdən iştirak etməmişdir; İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir; İddiaçıxx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixlərdə xəstəlik vərəqəsində olarkən Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 45 nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir və işdən çıxarılma əmri verilərkən iddiaçı xəstəlik vərəqəsində olmuşdur; İddiaçı X1xx.xx.2024-cü il tarixdə sertifkasiya imtahanlarının keçirilməsi ilə bağlı ən azı bir ay qalmış onun vaxtı və yeri barədə bildiriş təqdim edilməmişdir. İlk növbədə Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sertifikasiya imtahanlarına cəlb edilməsi ümumiyyətlə qanunsuz olmuşdur. Mülki işin mübahisəsiz halı İddiaçı01 sentyabr 2003-cü il tarixdən təhsil müəssisəsində əmək fəaliyyətinə başlamasıdır və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası isə sonradan 2018-ci ildən etibarən formalaşdırılmışdır. İddiaçı əmək fəaliyyətinətəhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazasının formalaşdırılmasından daha əvvəl başladığından və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası iddiaçının hüquqi vəziyyətini ağırlaşdığından (hansı ki həmin tənzimləmənin tətbiq edilməsi onun işdən azad olunmasına səbəb olmuşdur) onun əmək fəaliyyətinin bu sertifkasiyaya tabe tutulması konstitusiyanın 149-cu maddəsinin tələblərinə zidd olmuşdur. Başqa sözlə İddiaçı əmək funksiyaları ilə bağlı hüquqi münasibətlər yaranan zaman pedoqoji fəaliyətlə məşğul olmaq üçün təhhsilverənlərin sertifkasiyadan keçməsi şərtləndirilməmişdir. Digər tərəfdən İddiaçı xx.xx.2024-cü il tarixdə sertifkatlaşdırmanın keçirilməsi ilə bağlı qaydalarda nəzərdə tutulmuş şəkildə məlumatlandırılması aparılmamışdır. Belə ki, “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən, qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ya onun funksiyalarını icra edən yerli bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə sertifkasiya imtahanlarının keçirilməsi ilə bağlı İddiaçı onun adına qeydiyyata alınmış “şəxsi kabinet” vasitəsilə sertifikatlaşdırmanın keçirilməsinə ən azı bir ay qalmış onun vaxtı və yeri barədə bildirişin təqdim edilməsi sübut olunmur. Bundan əlavə İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunması üçün onun xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanda iştirak etməsi və onun nəticəsi olaraq 30 mümkün balı toplamamsı hadisəsi baş verməsi lazımdır və yaxud üzürsüz səbəbdən ümumiyyətlə imtahanda iştirak etməməsi lazımdır. İş materiallarında əlavə edilən Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi iddiaçıxx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək xəstə olmuşdur. Bu səbəbdən üzürlü olaraq xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanında iştirak etməmiş və onun iştirak etməməsi üzürlü olmuşdur. Belə bir vəziyyətdə isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edilməklə əmək müqaviləsinə xitamverilməsi tamamilə qanunsuz olmuşdur. Mülki iş materialarında olan maddi sübutlardan göründüyü kimi İddiaçı işdən azad edilməsi onun əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı baş vermişdir ki, cavabdehlər bununla da kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindənəmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Şəki Mərkəzi Rayon Xəstəxanasının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi İddiaçı həm sertifkasiya imtahanın keçirildiyi xx.xx.2024-cü il və işdən azad edildiyi xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətini müvəqqəti itirmiş və faktiki olaraq həmin tarixlərdə baş vermiş icraatlarda üzürlü səbəbdən iştirak etməmişdir. İşinin əmək qabiliyyətinin itirməsi zamanı işdən azad edilməsini isə qanunverici işəgötürənə imperatif qaydada qadağan edir. Bundan əlavə Azərbaycan RespublikasıƏmək Məcəlləsində əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin49.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Həmin Məcəllənin83.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi əmək qanunverciliyinin tələblərinə əsasən, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən işdən azad edilmə ilə bağlı verilmiş əmri iş gününün sonunda qüvvəyə minir və həmin gün işçi üçün bütöv iş günü hesab edilir. Əmrin hüquqi qüvvəsini alması isə işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və qeyd olunan imzalanma iş günün sonunda baş verməsi şərtləndirilir. İş materiallarında olan əmrdən göründüyü kimi onun fiziki imzalanaraq möhürlənməsi və elektron informasiya sistemində qeydiyyata alınması xx.xx.2024-cü il tarixdə baş vermiş və sözügedən sənədləşmə qanunun tələbinə əsasən iş günün sonunda qüvvəsini almışdır. Həmin vaxt isə İddiaçı isə tam əmək qabiliyyətli olmamış və səhhəti ilə bağlı işə çıxmamışdır. Başqa sözlə iddiaçı tərəf əmək qabiliyyətini itirdiyi zaman onun işdən azad edilməsi ilə bağlı rəsmiləşmələr hüquqi qüvvəsini almamışdır. Ona görə də onunla bağlanılmış əmək müqaviləsinə xitamverilməsi tamqanunsuz olmuşdur. Əlavə olaraq qanun tələbinə əsasən əmrin surəti və digər sənədlərin işçiyə təqdim edilməsi iş günün sonunda təqdim edilməsi nəzərdə tutulsa da həmin sənədlər mənə xx.xx.2024-cü il tarixdə verilməmiş və bunun əksini sübut edəcək heç bir sübut mövcud deyildir. İddia tələbi müsbət halda nəticələndiyi halda cavabdehlər Şək-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb İddiaçı işdən azad edərkən qanunverciliyin tələblərini pozduğundan məcburi iş buraxma müddəti üçün əmək haqqı və işdən azad olma ilə bağlı vurulmuş mənəvi zərəri ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008ci il tarixli 07 nömrəli plenum qərarında göstərilir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Hazırkı mübahisədə İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bərabər, onun iyirmi bir il müddətində olan pedoqoji fəaliyyəti, əmək qabiliyyətini müvəqqəti itirməsinə və imtahanda üzürlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 10000 manat cavabdehlər tərəfindən ödəməlidir.

12. Ona görə də, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)- 2082/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru X7 və Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru X7 və Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)- 2082/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 aprel tarixli 155 nömrəli qərarının; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

18. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu 36-2.1-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3-cü maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 3 6-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən, yəni “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”nə dair hissədə əsaslıdır.

25. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

26. İş materialından görünür ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək üzürlü olaraq işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir;

27. İşdə olan Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

28. Göründüyü kimi qanunvericiliklə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi birmənalı olaraq qadağan edilməsinə baxmayaraq, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmri ilə İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

29. Apellyasiya şikayətinin 10000 manat həcmində mənəvi zərərin ödənilməsinə dair hissəsinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

31. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

32. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

33. Lakin iş materiallarından göründüyü kimi iddiaçı qeyd edilən halları (mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində mənfi psixi reaksiyaya səbəb olması və ya sağlamlığının pozulması) təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir.

34. Bundan başqa, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

35. Ona görə də, iddia tələbi qismən təmin edildiyindən 60 manat həcmindəki mediasiya xərcinin 30 manatı cavabdehlərdən müştərək qaydada alınınb iddiaçıya verilməli, qalan 30 manat isə iddiaçıya aid edilməlidir.

36. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 saylı qətnaməsi tam ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin direktoru X5 İddiaçı ilə (Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 45 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməli, 60 manat olan mediasiya xərcinin 30 manatı cavabdehlərdən müştərək qaydada alınınb iddiaçıya verilməli, qalan 30 manat isə iddiaçıya aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 saylı qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə və Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin direktoru X5 İddiaçı ilə (Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilsin. 60 manat olan mediasiya xərcinin yarısı 30 manat cavabdehlərdən müştərək qaydada alınınb iddiaçıya verilsin, digər 30 manat isə iddiaçıya aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar