Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-463/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı2 və onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma, keçid yolunun bağlanması və metal torun sökülməsi” tələbinə dair mülki üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı Cavabdeh(hazırki iş üzrə cavabdeh) cavabdehlər X17(hazırki iş üzrə İddiaçı1) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinə qarşı “torpaq sahəsinə keçid yolunun açılması, dövlət aktının etibarsız hesab edilməsi, plan-ölçü sənədlərinin hazırlanması və sair” tələbinə dair iddiası üzrə Balakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsinə ilə iddia tələbi qismən təmin edilmiş, X14 Balakən rayonunun Katex kəndində 283,82 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X15 və onun ailə üzvlərinə- Cavabdeh, X2, X11 və X7 Balakən rayonu Katex kəndində 1,53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №-206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum X13 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1,53 ha torpaq sahəsinə X15, Cavabdeh, X3, X12 və X7 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquq üzrə İddiaçı1, fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X10, İddiaçı2, X1, X8, X9 və X4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X10, İddiaçı2, X1, X8, X9 və X4 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.175 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X10, İddiaçı2, X1, X8, X9 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X10, İddiaçı2, X1, X8, X9 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0,0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hisəssində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onların ailəsinin ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndində 0,20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri vardır. Torpaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-in ərazi idarəsi tərəfindən çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir ki, torpaq sahələrini qanunsuz zəbt edərək ora metal tor çəkib qanunsuz olaraq gediş-gəliş yolu kimi istifadə edir. Belə ki, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsinin qət etdiyi hissəsində torpaq sahəsinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamənin qət etdiyi hissəsində elə bir qeyd yoxdur ki, Cavabdeh keçid yolu onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilsin. Cavabdeh keçid yolu kimi qanunsuz olaraq zəbt edib istifadə etdiyi torpaq sahəsi isə qanuni olaraq DƏDRX-nin ərazi idarəsi tərəfindən onlara verilmiş çıxarışa əsasən onların xüsusi mülkiyyətindəki torpaq sahəsidir. Dəfələrlə Cavabdeh torpaq sahələrini qanunsuz zəbt etdiyi barədə xəbərdarlıq etsələr də, xəbərdarlıqlarına məhəl qoymadan və torpaqlarından qanunsuz istifadə edərək, onların mülkiyyət hüquqlarını pozur. Onlar həm kəndli, həm qohum, həm də qonşu olduqları üçün bu mübahisəni məhkəmə səviyyəsinə çatdırmaq istəməmişlər. Lakin artıq cavabdeh xoşluqla qanunsuz hərəkətindən vaz keçmədiyi üçün onlar da bu qanunsuzluğa son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(019)-36/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən) çıxarılması, Cavabdeh tərəfindən həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hissəsində 6.1 m, son hissəsində 5,8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolunun bağlanması, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçılar X18 və İddiaçı2 tərəfindən hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-yə mütəxəssis xərci kimi ödənilmiş 311 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçılar X18 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh, RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinin 0,0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.20 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0250 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) hissəsindən çıxarılmalı, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli, başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlanmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2 213.1, 213.2, 213.6, 214.1, 238.1, 238.2, 238.3, 239.2ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 116.2, 117.1, 118.1, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-968/2022 nömrəli iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vəkil1 (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)-36/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının (bundan sonra- kassasiya instansiyası məhkəməsi) 2(102)-141/2023 nömrəli iş üzrə 23 yanvar 2023-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir. Baxılan işdə mübahisəli sahədən cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi kimi istifadə etməsinə dair məhkəmə aktı və aidiyyəti dövlət orqanının ona verdiyi plancizgi sənədləri mövcuddur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Xətim Xodayevaya və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia üzrə torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının adı çəkilən Komitənin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni həm də Mülki Məcəllənin 175.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin qətnamə icra edilməklə bu iş üzrə iddiaçılara məxsus torpaq sahəsindən mübahisəli sahə yol kimi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə dair tərəflərə verilmiş plan-cizgi sənədlərində sözügedən hissə şərti işarələrlə və yazılı qeydlərlə keçid yolu kimi xüsusi olaraq göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmaması baxımından həmin halları müzakirə etməmiş və iş üzrə əhəmiyyəti olan bu xüsusatlara hüquqi qiymət verməmişlər. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Baxış zamanı hazırkı iş üzrə mübahisənin Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə həll edilmiş mübahisə ilə (tərəflər, tələblər və əsaslar baxımından) eyni olub-olmaması müzakirə edilməli və nəticəsinə görə müvafiq qənaətə gəlinməlidir. İşə mahiyyəti üzrə baxılması nəticəsinə gəlindiyi təqdirdə isə yuxarıda göstərilən hallar nəzərə alınmaqla, iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmamasına qiymət verilməli, həmin hüququn məhdudlaşdırılması qanuni sayıldığı təqdirdə iddiaçıların sahib olduqları qanuni təminatlar (keçid ayrılmasının əvəzinin kompensasiya ilə ödənilməsi hüququ) da izah olunmaqla mübahisə üzrə əsaslandırılmış yekun qərar qəbul edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Hazırki işdə Balakən Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli, 2(019)- 45/2012 saylı qətnaməsi ilə X14 Balakən rayonunun Katex kəndində 283,82 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X15 və onun ailə üzvlərinə- Cavabdeh, X5, X11 və X7 Balakən rayonu Katex kəndində 1,53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №-206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum Xodayev Sədrəddinİsa oğlunun adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakənrayonunun Katex kəndində verilmiş 1,53 ha torpaq sahəsinə X15, Cavabdeh, X5, X11 və X7 torpaq sahəsi üzərində hüqüqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Sözügedən qətnamə 06 aprel 2012-ci il tarixdə qanuni qüvvəyə minərək icra olunması üçün Balakən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Balakən rayon icra və probasiya şöbəsi qətnamənin icra edilməsi üçün bütün hərəkətləri etmiş, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasını təmin etmişdir. Buna görə də Balakən rayon icra və probasiya şöbəsi Balakən Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsi əsasında verilmiş icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 05 avqust 2013cü il tarixli, 8(019)-282/2013 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsi əsasında verilmiş icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun vəkili Vəkil1 iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda izahat vermişdirlər. İddiaçı2 həm də onu bildirmişdir ki, digər İddiaçı1 onun anasıdır. 24 yanvar 2011-ci il tarixli qətnamədə cavabdeh kimi qeyd olunan Xətim Xodayeva və hazırki iş üzrə İddiaçı1 eyni şəxsdir. Mülkiyyətə dair əvvəlki sənədlərdə anasının adı səhv olaraq Xətim kimi yazıldığından sözügedən qətnamədə də anasının adı səhvən Xətim kimi qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçıların göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçların həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyaya sahiblik (yaxud maneçilik) etməsi və cavabdehin sahibliyinin (müdaxiləsinin) qanunsuz olması aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha yaşayış məntəqəsi torpağı ümumi birgə mülkiyiyyət hüququ ilə iddiaçıların adına qeydə alınmışdır. İşdə olan ƏMDX-nin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Katex kəndində yerləşən və ümumi birgə mülkiyiyyət hüququ ilə iddiaçılara məxsus 0.20 ha torpaq sahəsinin sahəsinin cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edilən 0.0250 torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçılara məxsus 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olunmuşdur. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolu açılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyindən görünür ki, ekspert yuxarıda göstərilən mütəxəssis rəyinə əsaslanaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz ddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi, keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olunur. İşdə olan İddiaçı1 verilmiş xx.xx.2020-ci il tarixli fərdi yaşayış evinə dair Texniki pasportda iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin müvafiq hissəsinin metal torla ayrıldığı işarələnmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(019)-45/2012 nömrəli qətnaməsi ilə açılan 4 metr enində keçid yolunun olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verilmiş Torpaq sahəsinin planı və ölçü sənədində şərti işarə ilə ayrılmış sahə sonuncuya məxsus iki ayrı torpaq sahəsi arasında yol kimi qeyd olunmuşdur. Göründüyü kimi, işdə olan sənədlərlə təsdiq edilir ki, ümumi birgə mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,0250 ha torpaq sahəsi cavabdeh tərəfindən keçid yolu kimi istifadə edilir. İddiaçılar bu istifadəni mülkiyyət hüquqlarına qanunsuz müdaxilə kimi qəbul edir, cavabdeh isə məhkmə qərarına və daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınmış plan-cizgi sənədlərinə istinad edərək həmin yoldan qanuni şəkildə istifadə etdiyini ifadə edir. Bununla bağlı Məhkəmə bildirir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir. Hazırki işdə mübahisəli sahədən cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi kimi istifadə etməsinə dair məhkəmə aktı və aidiyyəti dövlət orqanının ona verdiyi plan-cizgi sənədləri mövcuddur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı1 və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia üzrə torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının adı çəkilən Komitənin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni həm də Mülki Məcəllənin 175.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin qətnamə icra edilməklə bu iş üzrə iddiaçılara məxsus torpaq sahəsindən mübahisəli sahə yol kimi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə dair tərəflərə verilmiş plan-cizgi sənədlərində sözügedən hissə şərti işarələrlə və yazılı qeydlərlə keçid yolu kimi xüsusi olaraq göstərilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus 0,20 ha torpaq sahəsinin bir hissəsindən keçid yol kimi cavabdehin istifadəsi qanunidir. Lakin bununla yanaşı Məhkəmə qeyd edir ki, cavabdehin keçid yolu kimi istifadə etdiyi sahənin ölçüləri aidiyyəti dövlət orqanının verdiyi plan-cizgi sənədlərində göstərilən ölçülərə uyğun deyil. Belə ki, sözügedən sənədlərdə keçid yolunun 4 metr enində olduğu qeyd olunsa da, işdə olan mütəxəssis və ekspert rəylərinə əsasən cavabdehin keçid yolu kimi istifadə etdiyi sahənin faktiki ölçüləri 0,0250 ha təşkil edir. Göründüyü kimi, cavabdeh, rəsmi sənədlərə əsasən ona keçid yolu kimi ayrılmış 4 metr enində torpaq sahəsindən deyil, başlanğıc hissəsində 6,1 m, son hissəsində 5,8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolundan istifadə edir. Bununla da təsdiq olunur ki, cavabdeh eni 4 metr istisna olmaqla, qalan hissədə iddiaçılara məxsus torpaq sahəsini zəbt etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, başlanğıc hissəsində 6,1 m, son hissəsində 5,8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolunun Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş eni 4 metr olan hissəsi istisna olmaqla qalan hissələrdə keçid yolu bağlanılaraq cavabdeh həmin hissədən çıxarılmalı, həmin sahədə çəkdiyi metal tor isə sökülməlidir. Məhkəmə eyni zamanda onu da bildirir ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən iddiaçılara məxsus torpaq sahəsindən cavabdehə ayrılmış keçid yolunun müqabilində iddiaçıların cavabdehdən kompensasiya tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçıların tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iş üzrə maddi və prosesssual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsi iddianı tam təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımır, dəlillər əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülsün. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən və başlanğıc hissəsində 6,1 m, son hissəsində 5,8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolunun Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş eni 4(dörd) metr olan hissəsi istisna olmaqla qalan hissələrdə keçid yolu bağlanılaraq Cavabdeh həmin hissədən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-463/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-463/2023
06.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver