Məhkəmə qərarları › İş №2(107)-464/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-464/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-464/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) X15 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərə məxsus olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evinə onunla birlikdə birgə nikahlarından 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X5, 30 may 2009-cu il tarixdə doğulmuş X6 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X1, 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun da cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı uşaqları 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X8, 30 may 2009- cu il tarixdə doğulmuş X9 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X7 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Zaqatala rayonunun Faldarlı kəndində yerləşən ümumi sahəsi 177 kvm olan 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsilə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2024cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun dövlət büdcəsindən Cavabdeh2 geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X12 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e- 2(033)-768/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsinin surətini Cavabdeh2 şəxsən qrafasına xx.xx.2024-cü tarixdə imza etməklə almışdır. Apellyasiya şikayətindən də görünür ki, Cavabdeh2 apellyasiya şikayətini məhkəməyə xx.xx.2025-cü il tarixdə elektron kabinet vasitəsilə göndərmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayan zaman müəyyən edildi ki, cavabdeh Şərifov X4 Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(033)-768/2024 nömrəli qətnaməsindən qətnaməni aldıqları gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cаvаbdеh Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2(033)-768/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar