Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-465/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X11 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi X2 vəklili X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “onun qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən evdən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində qarşılıqlı iddia üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi idarəsinə qarşı “iş üzrə tələbin təmin edilməməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-531/2019 nömrəli qətnaməsindənCavabdeh nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən evindən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması barədə, Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində qarşılıqlı iddia üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi idarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iş üzrə tələbin təmin edilməməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-531/2019 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh məxsus əşyalar İddiaçı qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi onun qanuni mülkiyyətindədir. Həmin evin 1988ci il tarixli, 12 saylı Qeydiyyat vəsiqəsi olmaqla həmin dövrdən mülkiyyət sənədi olmuşdur. Cavabdeh onun qardaşı X18 ilə evlənərkən 2006-cı il tarixdə öz əşyalarını onun evinə müvəqqəti olaraq yığmışdır. Onlar toydan sonra bir-neçə gün iddiaçının evində yaşamış və sonra Rusiya Federasiyasına getmişlər. Cavabdeh heç zaman onun evində yaşamamış, həmişə Rusiya Federasiyasında yaşamışdır. O, dəfələrlə cavabdehdən onun evindən avadanlıqlarını çıxarmasını tələb etsə də, cavabdeh bundan imtina etmiş, ona qanunsuz təzyiqlər göstərmişdir. Qarşılıqlı iddianı isə qəbul etmir. Sözügedən ev onun qanuni mülkiyyətidir və evə dair çıxarış heç zaman etibarsız hesab edilə bilməz. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən özünün qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən evindən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması və cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1977-ci il tarixdə Qax şəhərində anadan olmuşdur. İddiaçı onun qaynıdır. O, X18 ilə 2006-cı ildə ailə qurduqdan sonra Qax rayonunun Qum kəndindəki qaynatası X7 məxsus olan fərdi yaşayış evinə gəlin düşmüşdür. Həmin vaxtdan indiyə qədər onun mehr və cehiz əşyaları ilə yanaşı ərinə məxsus olan və onların birgə nikah dövründə əldə etdikləri əmlak da onların sərəncamında olan otaqda yerləşir. Əri ilə toydan bir müddət sonra Rusiya Federasiyasına gedərək orada yaşamağa başlasalar da, Azərbaycana gələndə Qax rayonunun Qum kəndindəki evdə onlara ayrılmış otaqda yaşamışlar. Həmin otaq həmişə qıfıllı olmuşdur. Az müddət qabaq iş üzrə iddiaçı və onun ailə üzvləri onlara aid olan otağın qapısını sındıraraq, oraya qanunsuz daxil olmuş və otaqdakı əşyaları oğurlamış və onlara zərər vurmuşlar. Bu məsələ onun və ərinin müraciəti əsasında hazırda Qax rayon Polis Şöbəsinin icraatındadır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Milli X33 Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 236/X saylı məktubundan göründüyü kimi, Qax rayon Qum kənd XDS İcrayyə Komitəsinin (Qax rayon Qum kənd İƏD üzrə nümayəndəliyinin) 1975-2000-ci illərə aid “Təsərrüfatbaşına kitab”ları dövət mühafizəsinə təhvil verilmədiyindən mühafizə olunmur. Həmin məktubla təqdim olunmuş Qax rayonunun Qum kəndinin 2001-2005-ci illəri əhatə edən “Təsərrüfatbaşına kitab”ın X8 atası X7 aid səhfəsindən olan arxiv çıxarışından göründüyü kimi, qeyd olunan dövrlər ərzində X3 adına qeyd edilən təsərrüfatda kolxozçu həyətinin üzvlərinin sayı 3 nəfər olmaqla, xx.xx.1928-ci il təvəllüdlü X14, arvadı xx.xx.1928-ci il təvəllüdlü X4 və oğlu X5 ibarət olmuşdur. Həmin sənəddən göründüyü kimi, təsərrüfat üzvlərinin aid olan həyətyanı torpaq sahəsi 0,67 ha, oradakı fərdi yaşayış evinin ümumi sahəsi 130 kv.m və yaşayış sahəsi 48 kv.m olmuşdur. Aqrar islahatla əlaqədar həyətyanı torpaq sahələri istifadəçilərin birgə mülkiyyətinə əvəzsiz olaraq verilmiş, bununla əlaqədar həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində onların hüquqları tanınmışdır. Odur ki, vaxtı ilə X8 atası X3 adına qeyd edilən təsərrüfatda kolxozçu həyətinin üzvləri olan X14, X9 və X8 0,67 ha həyətyanı torpaq sahəsi və oradakı ümumi sahəsi 130 kv.m və yaşayış sahəsi 48 kv.m olan məhkmə mübahisəsinə çevrilən fərdi yaşayış evi üzərində hüquqları tanınmalıdır. 1996-cı ilin 02 avqustundan qanuni qüvvəsini alan “Torpaq islahatı" haqqında Azərbaycan Respublikası Qanununun 9,10 və 12-ci maddələrinin tələblərinə və Azərbaycan SSR Mülki Məcəllənin 119,124 və 564-cü maddələrinə əsasən Qax rayonunun Qum kəndində yerləşən 0,67 ha həyətyanı torpaq sahəsi və oradakı ümumi sahəsi 130 kv.m və yaşayış sahəsi 48 kv.m olan məhkəmədə mübahisələndirdiyi fərdi yaşayış evi üzərində X14, X9 və X8 birgə mülkiyyət hüquqları olmuşdur. İş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Retestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında Qax rayonunun Qum kəndindəki məhkəmədə mübahisələndirdiyim fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin evin 1988-ci il tarixli, 12 nömrəli “Qeydiyyat Vəsiqəsi" olmuşdur. Yuxarıda qeyd etdiklərimə görə sözügedən ev və həmin evə aid olan həyətyanı torpaq sahəsi qeyd olunan tarixdə, yəni 1988-ci il tarixdə X14, X9 və X8 mülkiyyətində olmalı idi. Belə olduğu halda isə sözügedən daşınmaz əmlakın İddiaçı mülkiyyətində olduğu barədə dövlət qeydiyyatına alınması üçün mülkiyyətçilərin və yaxud onların ölümündən sonra vərəsələrinin razılığının olması zəruridir. Mülkiyyətçilərdən X14 və X9 rəhmətə getmişlər. Mərhumların 6 nəfər vərəsəsi olmuşdur. Əldə ediyi dəqiq məlumata görə mərhumların 5 nəfər vərəsəindən heç kim məhkəmədə mübahisələndirdiyi evin İddiaçı adına keçməsi üçün razılıq verməmişlər. Məlum olduğu kimi, mübahisə predmeti barəsində qarşılıqlı iddia üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Retestri Xidməti Şəki Ərazi İdarəsi hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatını aparır. Elə hesab edir ki, fərdi yaşayış evi üzərində ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında mülkiyyət hüququ qazanan iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz hərəkətlər etmiş və əməllər törətmişdir. Odur ki, hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində qeyd etdiklərinə görə və təqdim etdiyi sübutlarına əsasən əri X18 iş üzrə iddia tələbi ilə bağlı əsas cavabdehdir. Odur ki, o ikinci növbədə cavabdeh ola bilər. Belə ki, iş üzrə iddia tələbində ona qarşı olan boşaldılması tələb edilən evin bir otağına o X18 ilə ailə qurmağı səbəbli gəlin düşmüşdür. Həmin otaqda onun mehir və cehiz əşyaları ilə yanaşı, əri Əvəzə məxsus olan əşyalar və birgə nikah dövründə alınan əmlakı da vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 apelyasiya şikayətini onunla əsaslandırmışdır Qax Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydlnlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 vəkili X23 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, ümumiyyətlə qarşılıqlı iddia tələbi düzgün araşdırılmamışdır. Buna görə də, apelyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının iclasında iştirak edən iddiaçı X10 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi 1988-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh onun qardaşı ilə ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmiş və hazırda ailəsi ilə birlikdə Rusiyada yaşayır, uşaqları da orada məktəbə gedirlər. Cavabdeh özünə məxsus olan əşyalarının bir hissəsini aparmış, bir hissəsi isə yəni servant, taxt, şifoner, divan, güzgü, stol, 6 ədəd stul və sandıq hazırda ona məxsus evdədir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını və Qax rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X19 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə daim iddiaçı və onun ailə üzvləri yaşamışdır. Cavabdeh isə daim Rusiyada yaşamışdır. Sadəcə cavabdehə məxsus olan bəzi cehiz əşyaları iddiaçının evində qalmışdır ki, bu da mülkiyyət hüququ ilə mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq və cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları apelyasiya kollegiyası tərəfindən araşdırılarkən müəyyən olundu ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iş üzrə bir sıra prosessual pozuntulara yol verməklə yekun nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli və düzgün araşdırmağa çaışmışdır. Belə ki, apelyasiya instansiya məhkəməsi ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış nöqsanlar apelyasiya icraatı qaydasında davam etdirilə bilməz, ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə buraxılmış prosessual pozuntulara görə qətnamə tamamilə ləğv edilməli və tam hüquqlu məhkəmə kimi verilmiş iddia tələbləri əsasında yenidən araşdırılma aparılmaqla yeni qətnamə qəbul edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-531/2019 nömrəliqətnaməsi ləğv edilərək, əvvəlki və yeni sübutlar əsasında yeni qətnamə çıxarılmalıdır. Apelyasiya icraatı zamanı sorğu əsasında alınmış və məhkəmə iclasında tədqiq edilən sənədlər; Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu Qum kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 151.4 kv.m olan fərdi yaşayış evi İddiaçı, həmin evin yerləşdiyi torpaq sahəsi İddiaçı X3, X1 birgə mülkiyyətindədir. **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həmin texniki pasportun verilməsinə əsas DTXK Qax rayon şöbəsinin xx.xx.2002-ci il tarixli, JN-120 F nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə, 1988-ci il tarixli 12 nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. Qax RİHB-nin Qum kənd İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli, 514 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu Qum kəndində qeydiyyatdadır, onun ailə tərkibi onun özündən və arvadı X17, X25, X15 ibarətdir. Azərbaycan Respublikası Milli X33 Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 236/x saylı məktubundan və məktuba əlavə edilmiş Qax rayonunun Qum kəndinin 2001-2005-ci illəri üzrə Təsərrüfatbaşına kitabın arxiv çıxarışından görünür ki, həmin məktubda Qax rayon Qum kənd XDS İcrayyə Komitəsinin 1975-2000-ci illərə aid Təsərrüfatbaşına kitabları dövət mühafizəsinə təhvil verilmədiyindən mühafizə olunmadığı, Təsərrüfatbaşına kitabın arxiv çıxarışında qeyd olunan dövrlər ərzində X3 adına qeyd edilən təsərrüfatda kolxozçu həyətinin üzvlərinin sayı 3 nəfər olmaqla, xx.xx.1928-ci il təvəllüdlü X14, arvadı xx.xx.1928-ci il təvəllüdlü X4 və oğlu X5 ibarət olmuşdur. Məhkəmə kollegiyası ilk iddia ərizəsində qeyd olunan tələblə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə 2006-cı ildə iddiaçının qardaşı Əvəz İsgəndərovla ailə qurduqdan sonra bir-neçə vaxt həmin evdə yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonradan daimi yaşamaq üçün ailəsi ilə birlikdə köçüb Rusiyaya Federasiyasına getmiş və hazırda ailəsi ilə birlikdə Rusiyada yaşayır, uşaqları da orada orta məktəbə gedir. Bundan əlavə kollegiya qeyd edir ki, əgər cavabdeh yay aylarında həmin evə gəlsə də bu daimi xarakter daşımamışdır. Çünki tərəflərin izahatından bir daha aydın olur ki, cavabdeh daimi olaraq oz ailəsi ilə birlikdə Rusiyada yaşayır. Beləliklə müəyyən olunur ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin daimi yaşamaq üçün mübahisəli evdən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin evə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan yaşayış evində qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğundan və o, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində olmadığından, habelə artıq iddiaçının ailə üzvü hesab edilmədiyindən (qardaşının arvadı olmaqla) cavabdehin cehiz əşyalarının iddiaçıya məxsus evdən çıxarılması barədə tələbi əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, qarşılqıqlı iddianın obyektiv araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən DƏDRX-nin Şəki Əİ-nə sorğu verilmiş və həmin sorguda hazırki mübahisəli evin əvvəliki mülkiyyətçisi, İddiaçı tərəfindən əldə olunma səbəbləri və tarixi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Sözügedən orqan xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubla qeyd olunan evə və torpağa dair sənədləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, hazırki mübahisəli ev 1988-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında da İddiaçı adına olmuş, sonradan yeni çıxarış alınmaqla fərdi yaşayış evinə dair tam mülkiyyət hüququ ilə iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Məhkəmə kollegiyası sonda qarşılıqlı iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını qarşılıqlı iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, cavabdeh tərəf (qarşılıqlı iddiaçı) Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirilməmişdir, qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kоllegiyаsı sonda аpelyаsiyа şikаyətində göstərilən dəlillərə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qətnamənin ləğv olunması üçün əsas olsa da, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə həmin evdə bir neçə ay yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonradan ailəsi ilə birlikdə daimi yaşamaq üçün köçüb Rusiyaya getmiş və hazırda Rusiyada yaşayır. İkincisi, cavabdeh tərəfin hərdənbir yay aylarında mübahisəli evə gəlməsi, onun həmin evə ehtiyacının olması anlamına gəlmir. Çünki cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Üçüncüsü, apelyasiya şikayətinin digər dəlili, yəni mübahisəli evin iddiaçının adına qeydə alınamsının və çıxarışın etibarsızlığı ilə də məhkəmə kollegiyası araşdırma aparmış və bu zaman müəyyən edilmişdir ki, sözügedən mübahisəli ev 1988-ci il tarixdən qeydiyyat vəsiqəsi əsasında iddiaçının adına olmuş, sonradan yeni qaydalar əsasında çıxarış almış və çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmiş, qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(024)-531/2019 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməlidir Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-531/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan əşyalar- yəni servant, taxt, şkaf (şifoner), divan, güzgü, stol, 6 ədəd stul və sandıq İddiaçı məxsus olan Qax rayonunun Qum kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-465/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-465/2020
18.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver