Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-465/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbinə dair (Açar sözlər: Evə köçürülmə, evdən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun, Cavabdeh2 nümayəndəsi (vəkili) Abdullayev Ehtibar Vaqif oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1800/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 22 mart 2005-ci ildə Ağdaş rayon İHB-nin Ləki qəsəbə icra nümayəndəliyində 14 saylı rəsmi nikah qeydə aldırmışlar. Onun özünün, ailə üzvləri olan digər şəxslərin iştirakı ilə keçirilmiş müvafiq mərasimlərdən sonra ailə quraraq birlikdə yaşamağa başlamışlar. Birgə nikahlarından xx.xx.2006-cı ildə Xəyalə, xx.xx.2007-ci ildə Bəxtiyar və xx.xx.2013-cü ildə Zeynəb adlı 3 uşaqları anadan olmuşdur. 2018-ci ilin may ayına kimi gəlin gəldiyi yaşayış evində, müxtəlif vaxtlarda isə ərinin işi ilə əlaqədar müvəqqəti olaraq Rusiyada yaşamışlar. 2018-ci ilin may ayında ünvan 4nında 65.000 manata 4 otaqlı yaşayış evi almış, bütün ailə üzvləri və əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamışlar. Hesab edir ki, həmin vaxtdan həmin evdə yaşamaq, evin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlərlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadığı vaxt, yəni 17 iyun 2022-ci il tarixdə cavabdehlərin 10 nəfərə qədər yaxınlarının ailə işlərinə növbəti müdaxiləsi, ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərmələri, ona dözülməz stress yaşatmaqla evdən huşsuz vəziyyətdə çıxarmaları səbəbindən hazırda onun himayəsində qalmış bir azyaşlı uşağı ilə birlikdə çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışdır. Artıq hazırki ağır yaşayış şərtləri və şəraitində yaşamağı mümkün deyildir. Odur ki, hazırda onun azyaşlı uşağı ilə birlikdə əvvəllər yaşadığı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə oraya köçürülməyinə dair iddia ilə müraciət edir. Vəkil sorğusu əsasında həmin evə dair müvafiq sənədlər tələb olunmuş, ünvan 1 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.10 kv.m olan fərdi yaşayış evinin Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qeyd edilmişdir. Həmin yaşayış evinin 65.000 manata, ərinin birgə nikahları dövründə qazandığı pula alınmış, orada yalnız onların ailələri daimi olaraq yaşamış, daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar, sənəd üzrə qaynı mülkiyyətçi olsa da onun özü və ya ailə üzvləri heç vaxt həmin evdə yaşamamışdır. Ərinin şəxsən qazandığı pula digər yaxınlarının adına aldığı başqa əmlakları da mövcuddur. Buna görə də onun xx.xx.2013cü ildə anadan olmuş qızı X5 ilə birlikdə ünvan 1 ünvanda 0.06 ha torpaq sahəsində yerlşən ümumi sahəsi 135.10 kv.m olan, Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və oradan istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
3. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı onun qardaşı olan digər Cavabdeh1 arvadı olmuşdur. Onlar 2005-ci ildə evlənmişlər. Toylarından sonra iddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsində analarına məxsus evə köçmüşdür. X11 Federasiyasında yaşadığına görə onlar həmin evdə bir həftə qaldıqdan sonra Rusiyaya getmişlər. Onların uşaqlarının hər üçü Rusiya Federasiyasında anadan olmuşlar. İddiaçı ilə ailəsi ilə birlikdə 5-10 ildən bir Azərbaycana gəlmişlər, onlar analarına məxsus evdə, Bakı şəhərində evi olan digər qardaşının mənzilində qonaq qismində bir neçə gün qaldıqdan sonra yenə qayıdıb Rusiyaya getmişlər. Qardaşı Cavabdeh1 və İddiaçı ailəsi ilə birlikdə 2018-ci ildə Azərbaycana qayıtmışlar və Ləki qəsəbəsində anasına məxsus evdə yaşamışlar. 2019-cu ildə o, Ağdaş şəhərində ev almaq qərarına gəlmişdir. Maklerlərin vasitəsi ilə mübahisə predmeti olan yaşayış evini tapmışdır. Anası, qardaşları ilə birlikdə həmin evə baxmışlar və ev xoşlarına gəldiyinə görə həmin evi almaq qərarına gəlmiş və almışdır. Evi 21 may 2019-cu il tarixdə notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə aldıqdan sonra həmin evi və yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsini 04 iyun 2019-cu il tarixdə DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmış və bu barədə adına ********** qeydiyyat nömrəli, 04 iyun 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport işlənərək verilmişdir. O, həmin evi aldıqdan bir müddət sonra qardaşı olan digər Cavabdeh1 və iddiaçı uşaqları Rusiyada rus dilində təhsil aldıqlarına, qəsəbədə rus məktəbi olmadığına görə özlərinə ev tapana kimi onun xüsusi mülkiyyətində olan müvəqqəti olaraq həmin evdə yaşamaq istədiklərini ona bildirmişlər. O, da buna razı olmuşdur. Bundan sonra iddiaçı və qardaşı uşaqları ilə birlikdə həmin evə köçərək orada yaşamağa başladılar. 2022-ci ilin iyun ayında İddiaçı evdə azyaşlı uşaqlardan başqa heç kimin olmamasından istifadə edərək evə başqa kişi gətirərək ərinə xəyanət etdiyinə görə onlar həmin tarixdən faktiki olaraq ayrılmışlar. Buna görə evdə baş vermiş mübahisə və münaqişədən sonra iddiaçı azyaşlı uşağı Zeynəbi də götürüb həmin evdən getmişdir. Qardaşı iddiaçı ilə aralarında qeyd edilmiş nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin iş hazırda Ağdaş Rayon Məhkəməsinin icraatındadır və baxılması üçün təyin edilmişdir. İddiaçı iddia ərizəsində xüsusi mülkiyyətində olan yaşayış evinə köçürülməsi, həmin evdən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi kimi hüquqlarının olmasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5- ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarlarına istinad etmişdir. O, həmin yaşayış evini 2019-cu ildə əldə etmiş və iddiaçı həmin yaşayış evində müvəqqəti yaşaması üçün həmin evə köçmüşdür. Göründüyü kimi iddiaçı ilə aralarında yaranmış mübahisə 2019-cu ildə, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində göstərilən və istinad edilən xx.xx.2013-cü il tarixli qərarına əsasən iddiaçı ilə aralarında olan mübahisə 01 oktyabr 2009-cu ildən sonra yarandığından mübahisəyə baxılarkən Mülki Məcəllənin 228.5-ci maddəsi yox, Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edilən maddədə söhbət mülkiyyətçi ilə keçmiş ailə üzvündən gedir. Göründüyü kimi iddiaçı onun yox, digər cavabdeh olan qardaşı Cavabdeh1 keçmiş ailə üzvü, yəni arvadı olmuşdur. İddiaçı ona münasibətdə onun ailə üzvü hesab edilmir. Ona görə də iddiaçının ona qarşı belə bir iddia tələbi ilə müraciət etməsi üçün heç bir subyektiv hüququ yoxdur. Bütün qeyd edilən işin hallarından aydın görünür ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi onun xüsusi mülkiyyətində olduğundan və iddiaçı ailə üzvü hesab olunmadığından iddiaçının ona qarşı hazrki iddia tələbi ilə müraciət etməsi üçün heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edir ki, iddiaçının ona və digər cavabdehə qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası olmadığı halda, onun iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də qeyd olunanlar nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi heç bir subyektiv hüquqi əsaslar olmadan verildiyindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh1 ilə 22 mart 2005-ci ildə ailə quraraq qaynanasının evinə gəlin köçmüşdür. İki həftə orada qaldıqdan sonra yoldaşının işi ilə əlaqədar Rusiyaya köçmüşlər. Qaynanasının evi Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşir. 2005-ci ildən 2019-cu ilədək Rusiyada yaşamışlar, lakin Nehrəxəlil kəndinə də gəlirdilər. Övladları Rusiya Federasiyasında doğulub. Onlar Azərbaycana gəldikdə qaynanasının evində qonaq olaraq qalmışlar, lakin özlərinin xüsusi evləri olmayıb. 2018-ci ildə qayıdıb getdikdə o, əri Arifə dəstək olaraq Bakı şəhərində olan xüsusi evlərini sataraq Ağdaş rayonu, H.Əliyev prospektində mağaza almışlar. Sonra 2019- cü ildə əri və qaynı Yadigar ilə birlikdə Rusiyada olan evlərini sataraq məbləğini yarı bölmüşlər. Ərinin orada maşını və özünə məxsus olan 3 mağazanı sataraq, məbləğləri toplayıb 2019-cu ilin may ayının 19-da Ağdaş şəhəri, Səbuhi Səlimoğlu küçəsində yerləşən 70.000 manata deyilən evi 65.000 manata alaraq həmin evə qeydiyyata düşmüşlər. Sözügedən evin alınmasında özü şəxsən iştirak edib. Onun həmin evdə əziyyəti olub. Onun azyaşlı uşağı var və həmin evdə yaşamaq hüququ vardır. Həmin evin alınmasında əri ilə əziyyətləri çox olub. Həmin ev alınarkən evin qaynının adına rəsmiləşdirildiyindən məlumatı olmayıb. Buna görə də iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, İddiaçı ilə nikahlarını 22 mart 2005-ci ildə qeydə aldırmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2006-cı ildə Xəyalə, xx.xx.2007-ci ildə Bəxtiyar və xx.xx.2013-cü ildə Zeynəb adlı 3 uşaqları anadan olmuşdur. 2018-ci ilin may ayına kimi anasına məxsus evdə, daha sonra Rusiyada yaşamışlar. Mübahisələndirilən ünvan 4nında yerləşən 4 otaqlı evi qardaşı Cavabdeh2 öz vəsaiti hesabına və özü üçün almış, ona və ailəsinə həmin evi müvəqqəti yaşamaq üçün vermişdir, Azərbaycan Respublikasında daimi yaşayış yerləri və özlərinin adına evləri olmadığı üçün qardaşının razılığı ilə o, və ailə üzvləri həmin qediyyata düşmüşlər. Hazırda xx.xx.2006-cı ildə anadan olmuş Xəyalə və xx.xx.2007-ci ildə anadan olmuş Bəxtiyar onun, xx.xx.2013-cü ildə anadan olmuş Zeynəb isə anasının himayəsindədir. İddiaçı ona xəyanat etdiyi üçün ayrılmışlar, buna görə də aralarında bağlanılmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir, hazırda həmin iş Ağdaş Rayon Məhkəməsinin icraatındadır.
7. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməmiş, etiraz ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh2 nümayəndəsi Vəkil2 Akif oğlu məhkəmə iclasında iddianı qəbul etməmiş, etiraz ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsi ilə (F.Nəsibov), İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2005-ci ildə nikaha daxil olmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana geri dönüb ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə müvəqqəti yaşamışlar. İddiaçı mübahisəli fərdi yaşayış evinin özün iştirakı ilə əri Cavabdeh1 ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünmüşdür ki, mübahisə predmeti olan ünvan 4nında yerləşən ümumi 135.1 kv.m yaşayış sahəsi 53.3 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi həmin ünvanda qeydiyyatda olan X6 tərəfindən Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan digər cavabdeh, yəni iddiaçının qaynı olan Cavabdeh2 xx.xx.2019-cu ildə alıq-satqı müqaviləsinə əsasən satmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan evdə yaşasa da, evin mülkiyyətiçsi olan Cavabdeh2 ilə birlikdə yaşamamışdır, birgə təsərrüfat aparmamışdır, onun ailə üzvü hesab edilmir, həmin evdən istifadə hüququ əldə etməmişdir, digər cavabdeh olan əri Cavabdeh1la ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etsə də, hazırda onların arasında olan ailə münasibətləri pozulmuşdur, faktiki olaraq onun keçmiş ailə üzvüdür, həmçinin Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi deyildir və həmin evə münasibətdə cavabdeh ola bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baxımdan iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşağın mübahisəli yaşayış evinə köçürülmə məsələsinə gəldikdə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Uşağın iddiaçının himayəsində olması, onların yaşayış yerinin anasının yaşayış yeri olması əsas götürülməlidir. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 29.2, 30.1, 30.2, 30.4-cü maddələri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli və X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin mart ayında ünvan 3 ünvanında 65.000 (altmış beş min) manata 3 otaqlı yaşayış evi alınmış, bütün ailə üzvləri, əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamışlar. Hesab edir, ki, həmin vaxtdan həmin evdə yaşamaq, evin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadığı vaxtı, yəni 17 iyun 2022-ci il tarixdə cavabdehlərin 10 nəfərə qədər yaxınlarının ailə işlərinə növbəti müdaxiləsi, ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərmələri, ona dözülməz stress yaşatmaqla evdən huşsuz vəziyyətdə çıxarmaları səbəbindən hazırda onun himayəsində qalmış bir azyaşlı uşağı ilə birlikdə çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışdır.
15. Həmin yaşayış evi 65.000 manata (bu məbləğ məlum səbəbdən müqavilədə 55000 kimi göstərilmişdir) ərinin birgə nikahları dövründə qazandığı pula alınmış, evin alınmasından əvvəl oraya baxılmasında, evin seçilib bəyənilməsində özü şəxsən iştirak etmiş, evə görə ilkin olaraq ödənilmiş 5000 manat beh pulu özü şəxsən sayıb evi satana verməsi üçün keçmiş əri Arifə çatdırmış, aldıqları evdə yalnız onların ailəsi daimi olaraq yaşamış, daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar, sənəd üzrə qaynı mülkiyyətçi olsa da onun özü və ya ailə üzvləri heç vaxt, bir gün belə həmin evdə yaşamamışdır.
16. Həmin yaşayış evinin alqı-satqı müqaviləsinin Arifin qardaşı olan cavabdeh Yadigarın adına rəsmiləşdirilməsindən əvvəllər qəti şəkildə xəbəri olmamış, bundan xəbər tutduqdan sonra etirazını bildirməyinə baxmayaraq Arif qəsdən bunu etməkdən yayınmış və aramızda mübahisələrə səbəb olmuşdur. Evin “sənəd üzrə mülkiyyətçisi olan” Cavabdeh2 və ya onun arvadı və 3 nəfər uşaqlarından heç biri heç bir vaxt bir axşam belə həmin evdə yaşamamış, heç biri həmin evdə qeydiyyatda olmamış, heç biri həmin evdə hər hansı bir əşyaya malik olmamış, həyətdə və təsərrüfatda heç bir saat da olsa iştirak etməmişlər. Həmin ünvandakı bütün əmlaklar və əşyalar onlara məxsus olmuş, bütün təsərrüfatı, evi və həyəti özü idarə etmişdir.
17. Məhkəmə işin faktiki hallarının qiymətləndirilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmənin gəldiyi nəticənin qətnamədə əsaslandırılması və bütün digər tələblər baxımından maddi və prosessual hüquq normalarının tələblərini çox kobud şəkildə pozmuşdur.
18. Hesab edir ki, Ağdaş rayon məhkəməsi məhkəmə təcrübəsində qəbul edilmiş ümumi norma və qaydaları, maddi və prosessual hüquq normalarını çox kobud şəkildə pozmuş və bir sıra qanun normalarının tələblərini görməməzlikdən gəlmiş, onları açıqaydın inkar mövqeyi tutmuş, iddia tələbini rədd etdiyi halda belə çıxardığı məhkəmə qətnaməsini qanunla müəyyən edilmiş tələblər və normalarla belə heç bir formada hətta ”görüntü üçün” əsaslandırmağa lüzum görməmişdir.
19. Hazırkı tələb üzrə işin faktiki halı ondan ibarətdir ki, “sənəd üzrə mülkiyyətçi” özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri onun hüquq tələb etdiyi evdə qeydiyyatda olmayıblar, deyillər, bir gün olsa yaşamayıblar və yaşamırlar. Əksinə o və 4 nəfər ailə üzvləri ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik edir və yaşayırlar, hamısı daimi qeydiyyatdadırlar, ev və həyət təsərrüfatını şəxsən özü idarə etmişdir.
20. 2005-ci ildən daimi, etibarlı ailə-nikah münasibətləri vardır. Hələ keçmiş ailə üzvü deyildir. Nikahları saxlanılır. Hüquq tələb etdiyi evin seçilməsində, bəyənilib alınmasında şəxsən özü iştirak etmişdir. İlkin beh pulunu 5000 manatı satıcıya vermək üçün özü əri Arifə sayıb təhvil vermiş, ev 13 il ərzində Rusiyada qazandıqları pulun hesabına, əvvəllərdən onun xəbəri və razılığı olmadan qaynının adına alınmışdır. Köçürmə və hüquq tələb etdiyi ünvanda və evdə daimi qeydiyyatları, onların əmlakları, ev və bütün həyət təsərrüfatı tam maneəsiz sahibliklərində və istifadələrindədir. Formal mülkiyyətçi özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri yaşamır, qeydiyyatda deyillər və həmin ünvanla heç bir faktiki əlaqəsi, təsərrüfatı yoxdur.
21. Ata yurdundan 18 il əvvəl ərə köçmüşdür, cəmisi 2 otaqdan ibarət 1961-ci ildə tikilmiş köhnə evlərində anası, qardaşı, arvadı və 3 nəfər uşaqları yaşayır, atası yoxdur, heç bir qəpiklik gəlir yeri, boş torpağı, başqa heç bir dolanacaq yeri, ən yaxın 10 ildə belə özünü yaşayış sahəsi ilə təmin etməyə ümid verə biləcək heç bir gəlir(qazanc) yeri və ya digər əsası yoxdur.
22. Evin alınması üçün verilmiş 65.000 manat nəğd pul onların birgə nikahları dövründə qazanılmış pullarıdır və əri xəbəri olmadan qabaqcadan planlı şəkildə evi qardaşının adına almışdır. O, bunu bilib etiraz etməyə başladıqdan sonra isə aralarında mübahisələr olmuş və məsələ hazırkı vəziyyətə gəlib çıxmışdır.
23. İşin faktiki hallarından da göründüyü kimi hüquq tələb olunan yaşayış evi sənəd üzrə Cavabdeh2 adınadır. Şəxs özü, arvadı və 3 nəfər uşaqları orada yaşamır, əmlakları və qeydiyyatları yoxdur. O və ailə üzvləri 2019-cu ilin mart ayında ev alınan vaxtdan heç bir qeyd şərt olmadan bütün əmlakları ilə birlikdə həmin evə yerləşmişlər, daimi qeydiyyatdadırlar, ev və həyət təsərrüfatını heç bir maneə olmadan tam sərbəst şəkildə idarə edirlər.
24. Qanun normaları baxımından onlar həm mülkiyyətçinin ailə üzvləri hesab oluna, ən pis halda isə ailə üzvlərinə bərabər tutulan şəxslər hesab edilə bilərdilər.
25. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1800/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsaslı olduğundan təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Məhərrəmov Cavabdeh2 Aysel Fuad qızının apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1800/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi (vəkili) Abdullayev X2 Aysel Fuad qızının apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.
30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə göndərdiyi teleqramında özünün və uşağının xəstəliyi ilə əlaqədar apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və işin başqa vaxta təxirə salınmasını xahiş etsə də, iddiaçının vəkili məhkəmə kollegiyasının iclasında iştirakının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqramında özünün və uşağının xəstəliyi səbəbindən iştirak etmədiyini göstərsə də buna dair hər hansı bir sənədi məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-cü maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
33. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
34. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu:
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.
35. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi.
Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı:
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı;
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1800/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır.
46. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə 2005-ci ildə nikaha daxil olmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra 2018-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışlar. Cavabdeh2 21 may 2019cu il tarixdə ünvan 4nında yerləşən fərdi yaşayış evini aldıqdan sonra həmin mənzildə müvəqqəti yaşamışlar. İddiaçı mübahisəli fərdi yaşayış evini özünün iştirakı ilə əri Cavabdeh1 ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 4nında yerləşən ümumi 135.1 kv.m, yaşayış sahəsi 53.3 kv.m, yardımçı sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi həmin ünvanda qeydiyyatda olan X6 tərəfindən Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan digər cavabdeh, yəni iddiaçının qaynı olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən satılmışdır.
47. Apellyatorun apellyasiya şikayətində göstərdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin əri ilə birgə nikahları dövründə 13 il ərzində Rusiyada qazandıqları pulun hesabına, əvvəllərdən onun xəbəri və razılığı olmadan qabaqcadan planlı şəkildə qaynının adına alınması, evin alınmasından əvvəl oraya baxılmasında, evin seçilib bəyənilməsində özünün şəxsən iştirak etməsi, evə görə ilkin olaraq ödənilmiş 5000 manat beh pulun özünün şəxsən sayıb evi satana verməsi üçün keçmiş əri Arifə çatdırması, evin alınması üçün verilmiş 65.000 manat nəğd pulun onların birgə nikahları dövründə qazanılmış pullar olmasına dair dəlillərə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin dəlillərə dair məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmiş, iş materialından da belə bir sübutun olması halı müəyyən edilməmişdir. Bu səbəbdən də apellyatorun sadalanan dəlilləri əsaslı hesab edilə bilməz.
48. Apellyatorun apellyasiya şikayətində göstərdiyi birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin çox kobud şəkildə pozulmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması halları müəyyən edilmədiyindən həmin dəlil də əsassızdır.
49. Apellyatorun apellyasiya şikayətində göstərdiyi aldıqları evdə yalnız onların ailəsinin daimi yaşayış yeri üzrə pasport qeydiyyatında olmaları, hüquq tələb olunan yaşayış evi sənəd üzrə Cavabdeh2 adına olsa da şəxsin özünün, arvadının və 3 nəfər uşaqlarının mübahisə predmeti olan evdə qeydiyyatlarının olmamasına dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.
50. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
51. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.
52. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
53. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
54. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
55. Beləliklə kollegiya hesab edir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranması və həmin evə köçürülməsi üçün əsas deyildir.
56. Apellyatorun apellyasiya şikayətində göstərdiyi evin mülkiyyətçisi Cavabdeh2, onun arvadı və 3 nəfər uşaqlarından heç birinin heç bir vaxt həmin evdə yaşamamaları, heç birinin həmin evdə hər hansı bir əşyaya malik olmamları, həyətdə və təsərrüfatda iştirak etməmələri, həmin ünvandakı bütün əmlakların və əşyaların onlara məxsus olması, həmin ünvanla heç bir faktiki əlaqəsinin, təsərrüfatının olmaması, əksinə onun və 4 nəfər ailə üzvlərinin ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik etmələri və yaşamaları, bütün təsərrüfatı, evi və həyəti özünün idarə etməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.
57. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yəni Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.
58. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
59. Kollegiya qeyd edir ki, şəxsin özünə aid olmayan bir evdə yaşaması, ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik etməsi, bütün təsərrüfatı, evi və həyəti idarə etməsi qanunvericilikdə heç də bütün hallarda şəxsin mübahisəli əmlak üzərində istifadə hüququnun yaranması əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin Cavabdeh2 məxsus digər bir yaşayış sahəsinin olması, ailə üzvləri ilə digər bir ünvanda yaşaması, onun tərəfindən hazırda mübahisə predmeti təşkil etmiş fərdi yaşayış evinin alınmasını istisna edən hal kimi nəzərdə tutulmamışdır.
60. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
61. Hazırki iş üzrə hüquq münasibətləri 2019-cu ildə yarandığı üçün tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir.
62. İş materillarında olan 21 may 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 4nında qeydiyyatda olan X1 şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 135.1 kv.m, yaşayış sahəsi 53.3 kv.m, yardımçı sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evini Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan alıcı Cavabdeh2 satmışdır.
63. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 04 iyun 2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 10-da yerləşən fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir.
64. Göründüyü kimi cavabdehlərdən Cavabdeh1 iddia predmetini təşkil edən evin mülkiyyətçisi deyildir və onun həmin evə hər hansı hüquqları qeydə alınmamışdır. Belə olan halda Cavabdeh1 evə istifadə hüququnun və evə köçürmənin tələb edilməsi əsassız bir tələbdir.
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
66. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
67. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları, eyni zamanda tərəflərin izahatları ilə məlum olur ki, iddiaçı 2005-ci ildə Cavabdeh1la ailə qurub uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycan Respublikasına qayıtmışlar. Azərbaycan Respublikasına qayıtdıqdan bir müddət sonra, yəni 2019-cu ildən 2022-ci ilin iyun ayınadək Cavabdeh2 mülkiyyətində olan mübahisə predmeti olan evdə yaşamışlar. İddiaçı və onun uşağı qaynı Cavabdeh2 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiklərindən İddiaçı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur.
68. Məhkəmə kollegiyası azyaşlı uşaq X3 münasibətdə hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən onun yaşayış yeri valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia ona münasibətdə də təmin edilə bilməz.
69. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması tələbinin əsaslı hesab edilməməsi, birinci instansiya məhkəməsinin iddianı bütünlükdə əsassız hesab edərək rədd etməsi, iddiaçının həmin mənzilin köməkçi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi, mediasiya xərci kimi ödədiyi 50 manatın cavabdehdən alınıb onun xeyrinə verilməsinə dair tələblərinin özü-özlüyündə əsassızlığını ehtiva edir.
71. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.