Məhkəmə qərarları › İş №2(107)-468/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-468/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-468/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul və ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)-2196/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2800 manat pulun alınıb İddiaçı1, Cavabdeh 500 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2500 manat pulun alınıb İddiaçı2, və cavabdehdən 73 manat məbləğində dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh onlarla müqavilə bağlamışdır. Lakin onları müdafiə etməmişdir. İki müqavilə olmuşdur. Biri qızının nikahın pozulması və aliment işi. Digər iş də onun işə bərpa olunması ilə bağlı olmuşdur. Hər iki müqavilə üzrə 400 manat cəmi 800 manat ödəniş etmişdir.İşini yarımçıq qoymuşdur. Belə ki, müqavilə bütün instansiya məhkəmələri üçün bağlanmışdır. Qızının boşanma işinə ümumiyyətlə çıxmamışdır. Aliment işində ərizəsini yazsa da, məhkəmə prosesində iştirak etməyib. Onun işə bərpa olunması işində isə yalnız birinci instansiya məhkəməsində iştirak etmişdir. Apellyasiya və kasasiya instansiyalarında iştirak etməmişdir. Onu təhqir etmişdir. O qədər əsəbləşmişdir ki, 2000 manatdan artıq xəstəliyi ilə əlaqədar xərc çəkmişdir. Özü onkoloji xəstədir və şəkəri var. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)-2196/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 466.66 manat pul tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh 333.33 manat pul tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı1 ilə Cavabdeh arasında hüquqi yardımın göstərilməsi haqqında iki müqavilə bağlanmışdır. İddiaçı1 hər iki müqavilə üzrə cavabdehə 400 manat, cəmi 800 manat pul ödəmişdir. Birinci müqavilə üzrə cavabdeh İddiaçı1 qızı olan X2 boşanma və aliment tələbi ilə bağlı hüquqi yardımın göstərilməli idi. Həmin müqavilə üzrə cavabdeh aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)1496/2022 saylı qətnaməsi ilə 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. İkinci müqavilə üzrə İddiaçı1 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Həmçinin İddiaçı2 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə Cavabdeh 500 manat ödəniş olunmuşdur. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2800 manat pulun alınıb İddiaçı1, Cavabdeh 500 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2500 manat pulun alınıb İddiaçı2 və cavabdehdən 73 manat məbləğində dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış boşanma və aliment müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsi ilə 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. Yəni müqavilə iki iş üçün nəzərdə tutulmuş və Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyin 1/2 hissəsini, aliment hissəsini icra etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi haqqında 10 fevral 2022-ci il tarixli 59 saylı müqavilə üzrə 200 manat pul Cavabdeh İddiaçı1 ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış işə bərpa tələbi haqqında müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e- 2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi; İddiaçı1 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 106 saylı müqavilə üzrə 266.66 manat Cavabdeh alınıb İddiaçı1 ödənilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış işə bərpa tələbi haqqında müqaviləsi üzrə İddiaçı2 500 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e- 2(051)-1355/2022 saylı qətnaməsi ilə görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 105 saylı müqavilə üzrə 333.33 manat Cavabdeh İddiaçı2 ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılara mənəvi ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 448.1, 777.1, 777.2, 778.1, 779.1, 21 və 1097.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 124 və 191.3-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 17 mart 2023-cü ildə onunla işə bərpa tələbi üzrə müqavilə bağlamış və 400 manat vəsait ödəmişdir. Bununla bağlı mediasiya prosesini o, başa çatdırıb, iddia sənədlərini məhkəməyə təqdim etmişdir. Bütün məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbi təmin olunmuşdur. Müqavilədə bütün instansiyalarda onun hüquqlarını müdafiə etməklə bağlı öhdəlik götürsə də bununla bağlı hər proses üçün ayrı order təqdim olunmalı olduğunu tərəfə bildirmişdir. Öhdəliyi isə ondan ibarət olmuşdur ki, həmin proseslərə çıxacaqdır. Ancaq order üçün zəruri vəsait ödənilmədiyindən çıxa bilməmişdir. Həmin 400 manat vəsaitdən 40 manat DSMF-yə, 50 manat 40 qəpik vergi, 6 manat 40 qəpik Vəkillər Kollegiyasının hesabına, 10 manat üzvlük haqqı, 10 manat marka pulu tutularaq 283 manat 40 qəpik əmək haqqı almışdır. Ona çatan 556.80 qəpik vəsaitin 466.66 manatını tutan məhkəmə tam əsassız qənaətə gəlmişdir. Halbuki, Firuzə Məmmədovanın işləri üzrə digər instansiya öhdəliyi ümumiyyətlə olmamışdır. İddiaçı2 17 mart 2023-cü ildə onunla işə bərpa tələbi üzrə müqavilə bağlamış və 500 manat vəsait ödəmişdir. Bununla bağlı mediasiya prosesini o, başa çatdırıb, iddia sənədlərini məhkəməyə təqdim etmişdir. 4 məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbi təmin olunmuşdur. Müqavilədə bütün instansiyalarda onun hüquqlarını müdafiə etməklə bağlı öhdəlik götürsə də bununla bağlı hər proses üçün ayrı order təqdim olunmalı olduğunu tərəfə bildirmişdir. Öhdəliyi isə ondan ibarət olmuşdur ki, həmin proseslərə çıxacaqdır. Ancaq order üçün zəruri vəsait ödənilmədiyindən çıxa bilməmişdir. Kollegiyasının hesabına, 10 manat üzvlük haqqı, 10 manat marka pulu tutularaq 359 manat 30 qəpik əmək haqqı almışdır. Ona çatan 359.30 qəpik vəsaitin 333.33 manatını tutan məhkəmə tam əsassız qənaətə gəlmişdir. Hesab edir ki, vəkil olaraq bütün iddia sənədlərinin hazırlanıb məhkəməyə təqdim edilməsi üçün onun iş saatı sərf olunsa da məhkəmə bu halları nəzərə almadan formal olaraq vəsaiti 3 hissəyə bölməklə bu qənaətə gəlməkdə haqlı olmamışdır. Halbuki, bununla bağlı bütün əsaslandırmanı apararkən o, bir çox vəsaitdən istifadə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 442, 448.1, 777.1, 777.2, 778.1, 779,1-ci maddələrinə istinad edərkən hesab etmişdir ki, o, qarşı tərəfə zərər vurmuşdur. Ancaq bu zərərin nədən ibarət olmasını göstərməmişdir. Həmin məsələ ilə bağlı ona Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 6 aprel 2023-cü ildə irad bildirilmiş və iradın məzmunu bundan ibarət olmuşdur ki, o, bir müqavilə üzrə 2 order vermişdir. O da göstərilmişdir ki, o, İddiaçı1 və İddiaçı2la müqavilə bağlayarkən apellyasiya şikayəti veriləcəyi təqdirdə onları müdafiə edəcəkdir. Ancaq hər mərhələ üçün vəsait ödənilməklə müqavilə bağlanılmadığından o, həmin instansiyalarda iştirak edə bilməmişdir. Aralarında bağlanmış müqavilənin heç bir şərtində onun məhkəmə iclaslarında mütləq iştirak etməyinə dair hər hansı şərt olmamışdır. Müqavilə şərtləri Firuzə Məmmədovaya münasibətdə nikahın pozulması və aliment tələbinə dair hüquqlarının realizə edilməsi, İddiaçı1 və İddiaçı2 münasibətdə işə bərpa tələbinə dair iddia sənədlərinin məhkəməyə hazırlanıb verilməsi və müdafiə olunmasından ibarət olmuş və bunlar da onun tərəfindən icra olunmuşdur. Məhkəmə həmin tapşırığın icrası ilə əlaqədar iddiaçılara ziyan vurulmadığını müəyyən etsə də həmin normanı düzgün tövsif etmədiyindən səhv nəticəyə gəlmişdir. Məhkəmə göstərmişdir ki, o, alimentə dair mülki işdə iştirak etsə də nikahın pozulmasına dair mülki işdə iştirak etməmişdir. Halbuki, onların müqavilə şərti Firuzə Məmmədovaya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırılacağı təqdirdə onun da Firuzə Məmmədovanın adından təmsil edilərək nikahın pozulmasına razılıq verməyi və həmin iddiaya qarşılıqlı iddia olaraq aliment tələbinin qaldırılması olmuşdur. 10 fevral 2022-ci ildə bağlanmış müqavilə üzrə Firuzə Məmmədovanın əri həmin işləri görmədiyindən İddiaçı1 təkidi ilə bu işləri özü görüb, mediasiya sənədlərini hazırlayıb aliment tələbinə dair iddia qaldırıb müdafiə etmişdir. Həmin işdə aliment tələbini birgə qaldırmağına Hidayət Məmmədov icazə vermədiyindən hazırlayıb verə bilməmişdir. X10 ayrıca nikahın pozulmasına dair iddia qaldırmış, nikahın pozulmasına dair Firuzə Məmmədovanın razılıq ərizəsini məhkəməyə təqdim etsə də, məhkəmə həmin ərizə ilə bərabər ondan vəkil orderi tələb etdiyindən, məhz həmin orderin hazırlanması üçün 100 manat ödəniş edilməsini təklif etmişdir. Onun nikahın pozulmasına dair mülki işdə iştirak etməyinə dair hər hansı müqavilə şərti olmamışdır. Məhkəmə bu halı nəzərə almamışdır. Bir daha qeyd edir ki, apellyasiya və kassasiya instansiyalarında onun iştirakı üçün vəkil orderi tələb olunurdu. İş üzrə onun iddiaçılara ziyan vurduğuna dair hər hansı sübut mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(039)-2196/2023 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işçlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinin tələbinə görə, Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinin tələbinə görə, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinin tələbinə görə, Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinin tələbinə görə, Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(039)-2196/2023 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)-2196/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)- 2196/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında hüquqi yardımın göstərilməsi haqqında iki müqavilə bağlanmışdır. İddiaçı1 hər iki müqavilə üzrə cavabdehə 400 manat, cəmi 800 manat pul ödəmişdir. Birinci müqavilə üzrə cavabdeh İddiaçı1 qızı olan X2 boşanma və aliment tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi idi. Həmin müqavilə üzrə cavabdeh aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsi ilə 8 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. İkinci müqavilə üzrə İddiaçı1 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Həmçinin İddiaçı2 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə Cavabdeh 500 manat ödəniş olunmuşdur. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsini, İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2800 manat pulun alınıb İddiaçı1, Cavabdeh 500 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2500 manat pulun alınıb İddiaçı2, və cavabdehdən 73 manat məbləğində dövlət rüsumunun alınıb onlar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, İddiaçı1 17 mart 2023-cü ildə onunla işə bərpa tələbi üzrə müqavilə bağlamış və 400 manat vəsait ödəmişdir. Bununla bağlı mediasiya prosesini o, başa çatdırıb, iddia sənədlərini məhkəməyə təqdim etmişdir. Bütün məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbi təmin olunmuşdur. Müqavilədə bütün instansiyalarda onun hüquqlarını müdafiə etməklə bağlı öhdəlik götürsə də bununla bağlı hər proses üçün ayrı order təqdim olunmalı olduğunu tərəfə bildirmişdir. Öhdəliyi isə ondan ibarət olmuşdur ki, həmin proseslərə çıxacaqdır. Ancaq order üçün zəruri vəsait ödənilmədiyindən çıxa bilməmişdir. Həmin 400 manat vəsaitdən 40 manat DSMF-yə, 50 manat 40 qəpik vergi, 6 manat 40 qəpik Vəkillər Kollegiyasının hesabına, 10 manat üzvlük haqqı, 10 manat marka pulu tutularaq 283 manat 40 qəpik əmək haqı almışdır. Ona çatan 556.80 qəpik vəsaitin 466.66 manatını tutan məhkəmə tam əsassız qənaətə gəlmişdir. Halbu ki, Firuzə Məmmədovanın işləri üzrə digər instansiya öhdəliyi ümumiyyətlə olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış boşanma və aliment müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsi ilə 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. Yəni müqavilə iki iş üçün nəzərdə tutulmuş və Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyin 1/2 hissəsini, aliment hissəsini icra etmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(107)-1119/2022 saylı məktubu ilə, İddiaçı1 cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işlə bağlı audio-video yazılara baxış keçirilərək müəyyən olunmuşdur ki, Cavabdeh Nemət qızı məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış işə bərpa tələbi haqqında müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsi ilə, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsini, iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də şikayət əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, İddiaçı2 17 mart 2023-cü ildə onunla işə bərpa tələbi üzrə müqavilə bağlamış və 500 manat vəsait ödəmişdir. Bununla bağlı mediasiya prosesini o, başa çatdırıb, iddia sənədlərini məhkəməyə təqdim etmişdir. 4 məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbi təmin olunmuşdur. Müqavilədə bütün instansiyalarda onun hüquqlarını müdafiə etməklə bağlı öhdəlik götürsə də bununla bağlı hər proses üçün ayrı order təqdim olunmalı olduğunu tərəfə bildirmişdir. Öhdəliyi isə ondan ibarət olmuşdur ki, həmin proseslərə çıxacaqdır. Ancaq order üçün zəruri vəsait ödənilmədiyindən çıxa bilməmişdir. Kollegiyasının hesabına, 10 manat üzvlük haqqı, 10 manat marka pulu tutularaq 359 manat 30 qəpik əmək haqqı almışdır. Ona çatan 359.30 qəpik vəsaitin 333.33 manatını tutan məhkəmə tam əsassız qənaətə gəlmişdir. Hesab edir ki, vəkil olaraq bütün iddia sənədlərinin hazırlanıb məhkəməyə təqdim edilməsi üçün onun iş saatı sərf olunsa da məhkəmə bu halları nəzərə almadan formal olaraq vəsaiti 3 hissəyə bölməklə bu qənaətə gəlməkdə haqlı olmamışdır. Halbuki, bununla bağlı bütün əsaslandırmanı apararkən o, bir çox vəsaitdən istifadə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 442, 448.1, 777.1, 777.2, 778.1, 779,1-ci maddələrinə istinad edərkən hesab etmişdir ki, o, qarşı tərəfə zərər vurmuşdur. Ancaq bu zərərin nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. İş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. İş materiallarından məlum olur ki, Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023cü il tarixli 2(107)-1183/2022 saylı məktubu ilə, İddiaçı2 cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işlə bağlı audio-video yazılara baxış keçirilərək müəyyən olunmuşdur ki, Cavabdeh Nemət qızı məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı1 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsi ilə, cavabdeh "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Həmçinin İddiaçı2 ilə vəkil Cavabdeh arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə Cavabdeh 500 manat ödəniş olunmuşdur. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsini, İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Şikayətin digər dəlili onda ibarətdir ki, iş üzrə onun iddiaçılara ziyan vurduğuna dair hər hansı sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işdə olan müqavilələrdən görünür ki, apelyator müəyyən məbləğlər qəbul edərək, tərəflərin hüquqlarını məhkəmələrdə müdafiə edəcəyi barədə öhdəlik götürmüş, lakin öhdəliyə əməl etmədiyi üçün iddiaçılara ziyan vurmuşdur. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)-2196/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(039)-2196/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar