Məhkəmə qərarları › İş №2(107)-47/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-47/2025

12.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-47/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X18 (sədrlik edən və məruzəçi), X23 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsinin 0.25 ha hissəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən və Tərxan Məsimovun mülkiyyətində olan 1.8901 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2023-cli il tarixli alğı-satqı müqaviləsinə əsasən almışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etmişdir. Mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək məqsədi ilə əraziyə gəldikdə, Cavabdeh qeyd edilən torpaq sahəsinin 0.25 ha hissəsini zəbt edərək, qanunsuz istifadə etdiyinin şahidi olmuşdur. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayon Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.

5. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Hazırda istifadəsində olan torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir.Həmin torpaq sahəsinə dair sənədləşməsi iddiaçı qanunsuz olaraq əldə etmişdir. İstifadəsində olan torpaq sahəsinə dair sənədləri vardır. Həmin torpaq sahəsində bağ sahəsi salmış və fərdi yaşayış evi inşa etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.

6. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********07 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir.

9. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçının iddiası təmin edilməli, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən Cavabdeh çıxarılmalıdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, "İnsan Hüquqlarının və X12 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı, "Qavazov Bolqarıstana qarşı”, “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

14. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X5, Cavabdeh, X3, X7, X13 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmişdir.

15. Qeyd edir ki, həmin 1.16 ha torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələrinin dəyişdirilmə sxeminə uyğun olaraq Cavabdeh və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. Ona və ailə üzvlərimə məxsus olan 1.16 ha torpaq sahəsini bu günədək heç bir mübahisə olmadan qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində onlara məlum olmayan yerdə işlənmişdir.

16. Mülkiyyətlərinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X14 X17 (TEKUİS-də) aradan qaldırılması barədə müraciətinə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətlərinin təmin edilməsi məqsədə müvafiqdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı ərazi idarəsinin əməkdaşları vəzifə saxtakarlığı edərək, öz vəzifə səlahiyyətlərini aşaraq ona və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində onlara məlum olmayan yerdə işlənmiş, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan ölçü sənədi işlənmiş, bununla da Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələbləri pozulmuşdur.

17. Qeyd edir ki, İddiaçı adına tərtib edilmiş **********07 reyestr nömrəli plan ölçü sənədinin hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16saylı Ucar Ərazi İdarəsi İddiaçı adına olan **********07 reyestr nömrəli plan ölçü sənədini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək (yəni, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir.

18. Bu səbəbdən o, Şəki İnzibati Məhkəməsində - İddiaçı adına olan **********07 reyestr nömrəli plan ölçü sənədinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Həmçinin vəsatətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şəki İnzibati Məhkəməsində İddiaçı mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” barədə inzibati iş həll edilib qərar çıxarılana və həmin qərar qanuni qüvvəsini alana qədər Göyçay rayon Məhkəməsində İddiaçı cavabdeh MəmmədovBəhruz Bəxtiyar oğluna qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddiası üzrə mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Lakin işə baxan Göyçay rayon Məhkəməsi həmin vəsatəti ümumiyyətlə müzakirə etməmiş, qanunsuz qətnamə qəbul etmişdir.

19. Göründüyü kimi İddiaçı adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

20. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunsuz olaraq işin icraatının dayandırılması barədə vəsatəti müzakirə edib təmin etməmiş, iddiaçını mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi qiymətləndirmiş, bununla da Mülki Məcəllənin 152.1-ci maddəsinin tətbiq edilməsində səhv buraxmış, yaxarıda qeyd olunan maddi hüquq normasını səhv təfsir edərək düzgün tətbiq etməmişdir.

21. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinin tətbiqində səhvə yol vermiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 152.1-ci maddəsinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və Cavabdeh hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.

22. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPMnin 217-ci maddəsinin tələblərini pozmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)-1002/2023nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.

23. Odur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1002/2023-nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)-1002/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1002/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. “X16rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı üzrə verilmiş JN 615 nömrəli kodu 40808048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 1.16 ha torpaq sahəsi X4, Cavabdeh, X1, X6, X8, X11 ümumibirgə mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 mart 2023-cü il tarixdə verilmiş **********07 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

39. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********07 reyestr, ********** qeydiyyat nömrəli 07 mart 2023-cü il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı adına tərtib edilmiş plan- ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması və **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatlarının onun mülkiyyətində olan torpaq sahəsinə işlənilməsi, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olması, mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququnun olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Elektron baza məlumatlarına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********07 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktfna əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi ilə üst üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə işinə baxış zamanı cavabdehin naturada göstərdyı, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi olan 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 24 dekabr 2024-cü il tarixli qərardadı ilə də məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş rəy mülki iş materiallarına əlavə edilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli, 10/3641 nömrəli ekpsert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-36/2-1019/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri mütəxəssis tərəfindən müəyyən edilmişdir.

44. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, müvafiq olaraq üç hissədən ibarət olan JN-615 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh və digərlərinin ümumibirgə mülkiyyətlərində olan 1.16 ha torpaq sahəsinin koordinatları və naturada ölçüləri mütəxəssis tərəfindən müəyyən edilmişdir.

45. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş Cavabdeh faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0.23 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada mütəxəssis tərəfindən ölçüləri müəyyən edilmişdir.

46. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş Göyçay rayonu Kürdəmiş kəndində yerləşən fərdi yaşayış evinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir.

47. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olan, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən fərdi yaşayış evi Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı ilə Cavabdeh ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş 0.23 ha torpaq sahəsinin üzərində yerləşir.

48. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli ekspert rəyi verilərkən istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 22 avqust 2023-cü il tarixli sxemdən Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən istifadə edildiyi müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatlarının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilmiş, ekspertiza tədqiqatları zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə, iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir.

50. Həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının, həmçinin məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış ekspertiza tədqiqatının nəticələri arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli, 01 iyul 2025-ci il tarixli, 10/3641 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

52. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu,həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

53. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

54. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ olmuşdur.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsinin elektron uçot informaiya sistemində ona məlum olmayan yerdə işlənməsi, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan ölçü sənədi işlənməsi, iddiaçının adına plan ölçü sənədi tərtib edilərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək qeyd etməli olduğu halda bunu etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin məsələlər inzibati icraat qaydasında mübahisələndirilməli olan tələblərdirlər.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun Şəki İnzibati Məhkəməsində- İddiaçı adına olan **********07 reyestr nömrəli plan ölçü sənədinin ləğv edilməsi barədə iddia qaldırması, vəsatətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, mülki işin icraatının dayandırılmasını xahiş etməsi, lakin işə baxan Göyçay rayon Məhkəməsinin həmin vəsatəti ümumiyyətlə müzakirə etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti məhkəmə kollegiyasına da təqdim edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(107)-561/2024 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair 2(107)-561/2024 nömrəli işin icraatı, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə qarşı Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə vəkonfiqurasiyafərqlərinin) yerquruluşu qaydasında X14 X17 (TEKUİSdə) aradan qaldırılması, həmin kordinatlara uyğun X9 və ailə üzvlərinin adlarına Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə İddiaçı mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə e-2-1(116)-2183/2023 (e-2-1(116)-282/2024) nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəsini alanadək dayandırılmışdır.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı adına tərtib edilmiş plan-ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması, **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatlarının onun mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərardadı ilə Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16saylı Ucar Ərazi İdarəsinə qarşı “**********07 reyestr nömrəli çıxarışın iddiaçının faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.27 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır.

58. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin üzərinə iddiaçı Cavabdeh faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0.23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş və həmin qərar qanuni qüvvəsini almışdır.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsində bağ salınması, müxtəlif növ meyvə ağaclarının əkilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh həmin məsələni mülki qaydada ayrıca ayrıca icraatda mübahisələndirmək hüququ vardır.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarını pozması və düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməməsi, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.

62. Odur ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar