Məhkəmə qərarları › İş №2(107)-471/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-471/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-471/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X4rşı (açar sözlər: Əmək mübahisələri - İşə bərpa) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Şəki Rayon Mərkəzi X12 Şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18rşı “işə bərpa tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(075)-210/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 2010-cu il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Kadrlar şöbəsinə həmin şöbənin müdiri vəzifəsinə təyin edilmiş, 22 sentyabr 2022-ci il tarixədək həmin xəstəxanada müxtəlif vəzifələrdə işləmişdir.

2. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli 1320 nömrəli əmrdən çıxarışdan görünür ki, İnsan resusrları şöbəsinin müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 03 avqust 2022-ci il tarixdən İnsan resusrları şöbəsinə kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir.

3. İş materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 (bundan sonra - “Şəki RMX” PHŞ) maliyyə şöbəsinin hesabatlıq bölməsinin xx.xx.2022-ci il tarixli “Mühasibat arayışı”ndan görünür ki, məsul şəxs - İnsan resursları şöbəsinin sabiq kadrlar üzrə mütəxəssisi İddiaçı tərəfindən sığorta olunan, Poliklinika şöbəsinin həkim endokrinoloqu X3 təqdim etdiyi xx.xx.2022-ci il tarixli SN00007 seriyalı0490280 №-li xəstəlik vərəqəsinin “Kadrlar şöbəsi tərəfindən əmək kitabçasına əsasən doldurulur” bölməsində onun əmək qabiliyyətinin itirdiyi günədək sığorta stajı 7 il 3 ay yerinə 13 il 3 ay göstərildiyi üçün sığorta olunana 12 iş günü üçün sığortaedən “Şəki RMX” PHŞ-in vəsaiti hesabına 244,20 manat yerinə 407, 09 manat hesablanıb ödənilmişdir. Gəlir vergisi çıxıldıqdan sonra onun kart hesabına 210,01 manat yerinə 350, 10 manat vəsait köçürülmüşdür. Nəticədə sığortaedənin dövlət büdcəsinə 22,80 manat (56,99-34,19) gəlir vergisi və sığortaolunana 140,09 manat (350,10-280,08) müavinət (cəmi 162,89 manat) artıq ödənilmişdir. Bununla da, müəssisəyə 162,89 manat məbləğində maddi ziya vurulmuşdur. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X23 ilə müəyyən edilmiş aylıq tarif vəzifə) maaşlarının məbləği 2022-ci il yanvarın 1-dən artırılsa da, bunların İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan işçilərin, o cümlədən İddiaçı təqsiri ucbatından Əmək Nazirliyinin Mərkəzləşdiribmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə vaxtında daxil edilməsi təmin edilmədiyinə görə sığortaolunanlara qalan günlər üçün məcburi dövlət sosial sığorta haqları (DSMF-nin) hesabına müavinət ödənilməmişdir və ya gecikdirilməklə ödənilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 sədr müavininin Həmin Nazirliyin yanında X15 Xidmətinə ünvanladığı xidməti məktubundan məlum olur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) baxış keçirilərkən sığortaedən (işəgötürən), Şəki RMX” PHŞ (SUN: **********9) (bundan sonra - Xəstəxana) tərəfindən daxil edilmiş haqq- hesab cədvəllərinin “Aylıq vəzifə maaşı düzgün daxil edilməyib” qeydi edilməklə əsaslı şəkildə geri qaytarıldığı müəyyən olunmuşdur.

5. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli tibbi şura yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, “Şəki RMX” PHŞ-nin İnsan Resursları şöbəsinin müdiri kimi fəaliyyəti dövründə bir çox ciddi nöqsanlara yol verdiyinə görə İddiaçı ilə hazırda tutduğu “Kadr üzrə mütəxəssis” vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, qərarın əmrləşdirilməsinin “Şəki PMX” PHŞ-nin direktoru Məcid Əliyevdən xahiş edilmişdir.

6. İş materiallarında olan X19 X5 iddiaçının da iştirak etdiyi 14 sentyabr 2022-ci il tarixli, 21 saylı iclas protokolunun surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi işəgötürən tərəfindən tənzimləndiyindən işəgötürənin (cavabdeh) işçi barədə verdiyi hər hansı qərara etiraz bildirilmir.

7. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli, 1715 nömrəli əmrin surətindən görünür ki, Şəki RMX” PHŞ-nin İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir.

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Şəki RMX” PHŞ arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanası" X21 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən əmək fəaliyyətinə başlayaraq, bir çox vəzifələrdə işləmişdir. İşlədiyi müddətlərdə heç vaxt nöqsana yol verməmiş, həmişə iş yoldaşlarının və rəhbərliyin rəğbətini qazanmışdır. “Şəki RMX” PHŞyə X11 direktor təyin ediləndən sonra ona qarşı qərəzli münasibət nümayiş etdirərək, son vaxtlar onun ciddi nöqsanlara yol verdiyini bildirmişdir. O da öz növbəsində heç bir nöqsana yol vermədiyini, özbaşına heç bir iş yerinə yetirmədiyini, yerinə yetirdiyi işləri isə birbaşa keçmiş rəhbərliyin göstərişləri və tələbləri əsasında icra etdiyini direktorun nəzərinə çatdırmışdır. Buna baxmayaraq “Şəki RMX” PHŞ-nin direktorunun xx.xx.2022-ci il tarixli 1715 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, “Şəki RMX” PHŞ-nin xx.xx.2022-ci il tarixli 1715 saylı əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə qanunvericilikdə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında bildirmişdir ki, iddia tələbi əsaslıdır. Qarşı tərəfin nümayəndəsi qeyd etmişdir ki, onlara Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məktub daxil olmuşdur hansı ki, bütün şöbə müdirlərinin həm ali təhsilli həm də 5 il iş təcrübələrinin olmasının zəruri olduğu qeyd edilmiş və şöbə müdirliyi vəzifəsindən mütəxəssis vəzifəsinə keçiriləndə həmin məktub nəzərə alınmışdır. Bundan sonra qeyd etmişlər ki, iddiaçının yol verdiyi nöqsanlara görə mütəxəssis vəzifəsindən də azad olunmuşdur. Dövlət Sığorta Agentliyinin 19 may 2020-ci il tarixli məktubundan görünür ki, şöbə müdirlərinin hamısının ali təhsilli və 5 il iş təcrübələrinin olmasının zəruri olduğu qeyd edilməmişdir. Həmin məktubun 3-cü vərəqəsinin qeyd hissəsindəndə görünür ki, daha öncə bu vəzifələrdə çalışan işçilərin işdən azad edilməsinə hər hansı bir zərurət yoxdur. Lakin rəhbərlik bunu nəzərə almamışdır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Şəki RMX” PHŞnin nümayəndəsi X9 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı 1987-ci ildə Şəki Tibb Məktəbini oxumaqla, orta-tibbi təhsil almışdır. İddiaçı sonuncu dəfə 14 iyun 2022-ci il tarixdə “Şəki RMX” PHŞ-nin X13 müdiri vəzifəsinə təyin edilmişdir. Halbuki, təlimatların tələblərinə əsasən qeyd olunan vəzifəyə təyin olunan şəxs ali təhsilli olmalıdır. Yeni rəhbərlik təyin edildikdən sonra müvafiq araşdırmalar aparılmış, işlərində nöqsanlara yol vermiş əməkdaşlara müvafiq xəbərdarlıqlar edilmiş, həmçinin iddiaçıya təhsilinin həmin vəzifədə işləməsinə uyğun olmadığı bildirilmiş, başqa işə keçirilməsi təklif edilmişdir. O, isə müəssisə rəhbərliyinin təklifini qəbul etməmiş, belə olacağı təqdirdə məhkəməyə müraciət edəcəyini göstərmişdir. Həmçinin bildirmişdir ki, rəhbər vəzifəsinə keçənlər ancaq TƏBİBnin rəhbərliyinin imtahanından sonra vəzifəyə təyin oluna bilərlər. Qarşı tərəf heç bir imtahan verməmiş, Sərxan müəllimin qohumluq əlaqəsi ilə olan əmrinə görə müdirlik vəzifəsinə təyin edilmişdir. İnsan resurslarının rəhbərinin imtahan verməli olduğunu Mahizər xanım bilmişdir. Yoxlama zamanı onun ali təhsili və savadı olmadığına görə müəssisəyə ziyanlıq vurmuşdur. Belə ki, İddiaçı tərəfindən ayrı-ayrı əmakdaşların adına işlənilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində əməkdaşların ümümi stajında yanlışlığa yol vermiş, bununun nəticəsində də “Şəki RMX” PHŞ-yə ziyan dəymişdir. Belə əmək qabiliyyətinin olmaması vərəqələrindən biri X2 adına işlənişmişdir. Lamiyyə Mustafayevanın adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilmişdir. Belə olduğu halda sosial məzuniyyətə olduğu üçün işçiyə qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmişdir. Nəticdə müəssisəyə 162,89 manat ziyan dəymişdir. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 16 yanvar 2023-cü il tarixli, e- 2(075)-210/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X18rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X21 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X24 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır.

14. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, İddiaçı ilə bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Ona görə də iddiaçı hesab etmişdir ki, “Şəki RMX” PHŞ-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının məzmununa nəzər yetirməmiş və bu normaların tələblərini görməzdən gəlmiş, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənərək, qətnamədə qeyd etmişdir ki, “İddiaçı tərəfindən X2 adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun sosial sığorta stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilməklə, Lamiyyə Mustafayevaya sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmişdir. Bununlada işçi tərəfindən işəgötürənə, yəni cavabdehə 162,89 manat ziyan dəymişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsinə dair 22 sentaybr 2022-ci il tarixli 1715 saylı əmri qanunvericiliyin tələbləri gözlənilməklə verilmişdir.” İş materiallarında işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlməsini təsdiq edən heç bir sübut yoxdur. İşəgötürən İddiaçı qarşı qərəzli olduğu üçün Lamiyyə Mustafayevaya sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilməsini, bununlada işçi tərəfindən işəgötürənə 162,89 manat ziyan dəyməsini bəhanə edərək, mübahisələndirilən əmri vermişdir. Fərz edilsə ki, iddiaçı tərəfindən cavabdehə 162,89 manat ziyan dəyib, bu hal ən pis halda iddiaçıya töhmət verilməsi üçün əsas ola bilərdi. Cavabdeh tərəfindən iddiaçıya niyə görə xəbərdarlıq, töhmət, şiddətli töhmət verilmədən məhz əmək müqaviləsi xitam verilməsi barədə əmr verilməsi əsaslandırılmadığı halda, birinci instansiya məhkəmənin yuxarıda qeyd edilən nəticəyə gəlməsi bizdə çox böyük təəccüb hissi doğurur. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə qarşı etirazında göstərilənləri və öz fərziyələrini əsas hesab edərək, qeyd edilən maddi hüquq normalarının dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi cavabdehin digər tənbeh tədbirlərinin tətbiq edilməsi imkanlarını nəzərdən keçirilmədən niyə görə birbaşa ən ağır tənbeh tədbiri tətbiq etməsini araşdırmalı idi. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e- 2(075)-210/2023 saylı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilərək, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi TƏBİB “Şəki RMX” PHŞ-nin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi TƏBİB “Şəki RMX” PHŞ-də İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi barədə qətnamə yeni qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkilhər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında Şəki Rayon Mərkəzi X12 Şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(075)-210/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

23. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

24. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

25.Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri (-).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, ... əsasən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır.

26. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habeləfiziki şəxs.

27. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; (-) ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; (-) f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

28. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

29. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

30. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

31. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri (-)

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(075)-210/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 01 mart 2010-cu il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasına Kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur (sonralar strukrur dəyişiklikləri ilə əlaqədar “Şəki PMX” PHŞ-nin İnsan resursları şğöbəsinin müdiri). “Şəki PMX” PHŞ-nin 03 avqust 2022-ci il tarixli 1320 nömrəli əmrlə o, 03 avqust 2022-ci il tarixdən İnsan resusrları şöbəsinə kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. “Şəki PMX” PHŞ-nin 22 sentyabr 2022-ci il tarixli, 1715 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 6-cı hissəsinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

49. Həmin Əsasnamənin 7-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

50. Həmin Əsasnamənin 62-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət 8 ilədək sosial sığorta stajı olan işçilərə qazancının 60 %-i miqdarında, 12 il və daha çox sosial sığorta stajı olan işçilərə qazancının 100%-i miqdarında verilir.

51. İş materiallarından məlum olur ki, İddiaçı tərəfindən X2 adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun sosial sığorta stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilməklə, Lamiyyə Mustafayevaya sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmişdir. Bununla da işçi tərəfindən işəgötürənə, yəni cavabdehə 162,89 manat ziyan dəymişdir.

52. Göründüyü kimi, İddiaçı özünün təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vuraraq əmək vəzifələrini kobud şəkildə pozmuşdur.

53. Məhkəmə kollegiyasının iclasında da İddiaçı işəgötürənə maddi ziyan vurduğunu etiraf etsə də, əvvəllər rəhbərlik etdiyi, sonradan isə kadrlar üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyi şöbədə baş vermiş nöqsanlara görə cavabdehlik daşımadığını bildirmişdir.

54. Halbuki, qətnamənin 4-cü bəndində qeyd edilən xidməti məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Qeyd olunanlardan aydın olduğu kimi, vəzifə (tarif) maaşı yekun müavinət məbləğinin müəyyən olunmasında əsas amillərdən biridir. Aylıq vəzifə maaşının düzgün daxil edilməməsi Xəstəxana tərəfindən MEİS-in müvafiq altsisteminə göndərilən əksər müavinət sənədlərində müşahidə olunmaqdadır. Belə ki, Xəstəxana tərəfindən 1 yanvar 2022-ci ildən cari tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı göndərilmiş 145 (bir yüz qırx beş) haqqhesab cədvəlinin 68-i (altmış səkkiz), başqa sözlə 46,9%-i aylıq vəzifə maaşının düzgün daxil edilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan əlavə qeyd olunan dövrdə Xəstəxana tərəfindən MEİS-in müvafiq altsisteminə məcburi dövlət sosial sığortası hesabına ödənilən 5 (beş) müavinət növü (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət) üzrə ümumilikdə 357 (üç yüz əlli yeddi) haqqhesab cədvəli göndərilmişdir. Bunlardan yalnız 159 (bir yüz əlli doqquz) haqq-hesab cədvəlinin, başqa sözlə 44,5%-inin düzgün formada tərtib edildiyi müəyyən olunmuş, emal olunaraq ödənişə göndərilmişdir (və ya təsdiq edilib, ödənişə göndərilmə mərhələsindədir). Digər haqq-hesab cədvəlləri isə yol verilən uyğunsuzluqlar qeyd edilməklə geri qaytarılmışdır.

55. Göründüyü kimi, xidməti məktubda qeyd olunan çox saylı nöqsan və pozuntular 2022-ci ildə baş vermişdir və iş materialları ilə müəyyən edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) aylıq vəzifə maaşlarının daxil edilməsinə İnsan resursları şöbəsi birbaşa məsuldur.

56. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

57. Qeyd edilməlidir ki, işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İşəgötürənin bu hallarda malik olduğu diskresion səlahiyyəti əmək qanunvericiliyinin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı işəgötürənin öz əmrini əsaslandırmasında istinad etdiyi halların əmək qanunvericiliyinin 10, 70, 71, 72 və 186-cı maddələrinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır.

58. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının işində yol verdiyi nöqsan və pozuntularla bağlı məsələ “Şəki RMX” PHŞ-nin tibbi şura yığıncağının gündəliyinə salınmış, geniş və hərtərəfli müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir. (qətnamənin 5-ci bəndi)

59. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair 22 sentaybr 2022-ci il tarixli 1715 saylı əmri verilərilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir.

60. Apellyasiya şikayətinin və iddiaçının məhkəməyə ünvanladığı ərizənin dəlillərindən biri sonuncu ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılığı X19 X5 yığıncağı deyil, Həmkarlar ittifaqı üzvlərinin Ümumi yığıncağı verməlidir.

61. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X1 33-cü bəndinə görə, Şura (komitə) - Ərazi həmkarlar İttifaqının daimi fəaliyyət göstərən rəhbər оrqanı seçkili kоllеgial оrqanı olmaqla bir sıra funksiyaları, o cümlədən işəgötürən və оnun nümayəndələri tərəfindən əmək qanunvеriciliyinə və digər nоrmativ hüquqi aktlara əməl оlunmasına nəzarəti həyata kеçirir.

62. Həmin Nizamnamənin 34-cü bəndinə Rəyasət Hеyəti (icrakоm) - Şuranın (kоmitənin) iclaslararası dövründə ərazi təşkilatının kоllеgial оrqanı olmaqla bir sıra funksiyalarla yanaşı, həmçinin ərazi təşkilatının kоmitə (şura) iclaslarını çağırır, gündəlikdəki məsələlərə və оnların kеçirilmə vaхtına dair təkliflər vеrir, həmkarlar İttifaqı оrqanlarının qərarlarının yеrinə yеtirilməsini təşkil və оna nəzarət еdir.

63. Belə olan halda X19 X8 iddiaçının əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməkdə səlahiyyətli olmuşdur.

64. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı “Şəki RMX” PHŞ-nin İnsan Resursları şöbəsinin müdiri kimi fəaliyyəti dövründə bir çox ciddi nöqsanlara yol verdiyinə və kadrlar üzrə mütəxəssis vəzifəsində çalışarkan işəgötürənə maddi ziyan vuraraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından iddia tələbi əsassızdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

66. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

67. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(075)-210/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(075)-210/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar