Məhkəmə qərarları › İş №2(107)-473/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-473/2024

04.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-473/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququ, prezumpsiya, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı, iddiaçı X3 və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı X6 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X3 adına rəsmiləşdirilmiş, cavabdehin zəbt edərək istifadə etdiyi əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin boşaldılması, zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X4 məxsus Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X3 adına rəsmiləşdirilmişdir. Müvafiq qurumdan əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin ümumi sahəsi 42,3175 ha-dır (Torpağın çıxarışı əlavə olunur). Cavabdeh iddiaçıya məxsus 2 ha torpaq sahəsini 5 ildir ki, əkib becərir və faydasını götürür. Torpaq sahəsinin kadastr ölçüləri vardır (iddia ərizəsinə əlavə olunur). 2020-ci il tarixdə Həmzəliyev Saleh öz vəsaiti hesabına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin Ağsu şöbəsinə müraciət etmiş və həmin idarədən ********** olan çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin elektron kordinatları əsasında naturada olan sərhədləri Şöbənin əməkdaşı Mirzəyev Elnur tərəfindən göstərilmişdir. Sərhəd kimi arxlar çəkilmişdir. Sonradan buna cavabdeh tərəfindən məhəl qoyulmamış və öz istədiyi kimi davranmışdır. Belə ki, iddiaçı tərəfindən iddiaçının özünə məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunsa da, o buna məhəl qoymamışdır. Beləliklə, cavabdeh əmlak hüquqları iddiaçıya məxsus torpaq sahəsini nəinki qanunsuz sahiblikdən geri qaytarmamış, hətta qanunsuz istifadəyə davam etmişdir. İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” ilə bağlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Həmzəliyev Salehə məxsus torpaq sahəsinin boşaldılmasını, verilmiş mülki iddia ilə bağlı iddiaçının çəkdiyi xərclərin, məhkəmə rüsumunun, ekspertə və mütəxəssisə ödədiyi xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hakim: B.Qasımov) 9 oktyabr 2023-cü il tarixli, 2(016)- 38/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2,46 ha hissəsinin boşaldılması, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 794 manat mütəxəsisə ödənilmiş pulun Cavabdeh alınaraq iddiaçı X4 verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində ümumi sahəsi 42,3175 ha olan torpaq sahəsi mövcuddur. Həmin ərazidə, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli çıxarışlarına əsasən Cavabdeh mülkiyyətində müvafiq olaraq ümumi sahəsi 16,222632 ha və 4,970541 ha olan torpaq sahəsi mövcuddur. Cavabdehin naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmüş, iddiaçı tərəfindən ona məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq edilsə də torpaq sahəsi nəinki geri qaytarılmamış, hətta istifadəsi davam etdirilmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, elektron baza məlumatlarına əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4765 saylı ekspert rəyi ilə) Cavabdeh naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsinin X4 reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan, o öz mülahizəsinə görə mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Həmin torpaq sahəsinə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mübahisəli torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılmalı və iddia həmin hissədə təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, eyni zamanda ekspertizanın keçiriməsi üçün xx.xx.2023-cü il tarixdə 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına 794 manat smeta pulu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 794 manat smeta pulu cavabdehə aid edilməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, ekspertiza xərci də cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Beləliklə, birincin instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2,46 ha hissəsi boşaldılmalı, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 794 manat mütəxəsisə ödənilmiş pul Cavabdeh alınaraq iddiaçı X4 verilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 153.3, 157.2, 157.4 və 239.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi, Azərbaycan Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarının” 5.2 və 5.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş qətnamədə əsaslanılan hal kimi ekspert rəyi götürülmüşdür. Həmin ekspert rəyi tərtib olunmuş zaman Cavabdeh məxsus ********** reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışda göstərilən kordinatlara deyil, faktiki olaraq 2016-cı il tarixdə düzəliş edilərək yenidən işlənmiş elektron məlumat bazasına əsaslanılmışdır. Elə olan halda daşınmaz əmlak obyektinin vahidliyi prinsipi pozulmuşdur. İndiki halda Cavabdeh məxsus hüquqlar hələ 2011-ci ildə ona verilmiş **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışda torpaq sahəsinin kordinatları göstərilmişdir. Amma Məhkəmə qanunun tələbini deyil, fərmanın tələbini əsas götürməklə Konstistusiyanın 149.4-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünmüşdür ki, Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 4,970541 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə, **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh məxsus çıxarışda olan kordinatlar mütəxəssis və ekspert rəyinin tərtibatı zamanı nəzərə alınmamış və Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Cavabdeh ekspertin qərarının obyektiv olmaması ilə bağlı mövqeyini açıq aydın hakimə bildirsə də Məhkəmə yekun olaraq əlavə halların aydınlaşdırılması ilə bağlı heç bir addım atmamışdır. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2010-cu il tarixli 308 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı mövcuddur. Həmin Fərmanın tələbinə uyğun olaraq Cavabdeh məxsus **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışda göstərilən kordinatlar nəzərə alınmamaqla məhkəmənin qətnaməsi kobud pozuntu ilə çıxarılmışdır. Ağsu Rayon Məhkəməsi mübahisəli torpaq sahəsi ilə bağlı yerində müayinə aparmamış, şəxsin prosessual hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh əmlak hüquqları faktiki olaraq mənsub olan **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışda olan həmin torpaq sahəsinin kordinatları araşdırılmamışdır, yalnız və yalnız 2016-cı il tarixdən sonraki elektron kadastr baza məlumatları əsas götürülmüşdür. Həmin faktlar öz əksini həm qətnamədə, həm də ekspertiza rəyində tapmışdır. Ağsu Rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli, 2(016)-38/2023 nömrəli qətnaməsində göstərdiyi ekspertiza rəyində yalnız və yalnız Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına” əsaslanmışdır. Halbuki həmin fərmandan əvvəl “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2010-cu il tarixli 308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı mövcuddur. Həmin Fərman əsasında ona məxsus torpağın kordinatları faktiki istifadə etdiyi sahəyə uyğundur. Məhkəmə həmin halları araşdırmamışdır. Bəs necə olur ki, həmin iki normativ hüquqi akt arasında məhkəmə tərəfindən kolliziya yaradılmışdır. Ağsu Rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli, 2(016)-38/2023 nömrəli qətnaməsində ekspertiza təyin qərardadında ona məxsus olan **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışda olan kordinatların faktiki olaraq hansı əraziyə düşməsi barədə heç bir fikir irəli sürməmiş, heç bu məsələni araşdırmağa cəhd göstərməmişdir. Məhkəmənin araşdırdığı məsələlər hal-hazırda ona aid olmayan dönmə nöqtələridir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərmanını Azərbaycan Respublikasının “Reyestr haqqında” Qanunundan üstün tutmaqla kobud pozuntuya yol vermişdir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(016)- 38/2023 saylı qətnamənin ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətinin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka Məlik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də Kollegiya Ağsu Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam olaraq araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı X6 iddia tələbini belə əsaslandırmışdır ki, ona məxsus Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X3 adına rəsmiləşdirilmişdir. Müvafiq qurumdan əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin ümumi sahəsi 42,3175 ha-dır (Torpağın çıxarışı əlavə olunur). Cavabdeh iddiaçıya məxsus 2 ha torpaq sahəsini 5 ildir ki, əkib becərir və faydasını götürür. Torpaq sahəsinin kadastr ölçüləri vardır (iddia ərizəsinə əlavə olunur). 2020-ci il tarixdə Həmzəliyev Saleh öz vəsaiti hesabına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin Ağsu Şöbəsinə müraciət etmiş və həmin idarədən ********** olan çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin elektron kordinatları əsasında naturada olan sərhədləri Şöbənin əməkdaşı Mirzəyev Elnur tərəfindən göstərilmişdir. Sərhəd kimi arxlar çəkilmişdir. Sonradan buna cavabdeh tərəfindən məhəl qoyulmamış və öz istədiyi kimi davranmışdır. Belə ki, iddiaçı tərəfindən iddiaçının özünə məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunsa da, o buna məhəl qoymamışdır. Beləliklə, cavabdeh əmlak hüquqları iddiaçıya məxsus torpaq sahəsini nəinki qanunsuz sahiblikdən geri qaytarmamış, hətta qanunsuz istifadəyə davam etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində ümumi sahəsi 42,3175 ha olan torpaq sahəsi mövcuddur. Həmçinin həmin ərazidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli çıxarışlarına əsasən Cavabdeh mülkiyyətində müvafiq olaraq ümumi sahəsi 16,222632 ha və 4,970541 ha olan torpaq sahəsi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4765 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qərardadın 1-ci sualı üzrə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Əkrəm Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X4 məxsus 42,3175 hektar torpaq sahəsinin və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********22 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221928) və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221889) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh məxsus 16,222632 və 4,970541 hektar torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri, koordinatları, konfiqurasiyaları və onlar arasındakı məsafənin koordinatları dəqiq müəyyən edildi. Qərardadın 2-ci sualı üzrə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Əkrəm Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron baza məlumatlarına əsasən Cavabdeh naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi X4 reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdə üstüstə düşən hissə göstərilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf Cavabdeh Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı ümumi torpaq sahəsindən qanunsuz istifadə etməsi ilə bağlı hər hansı bir sübut məhkəmələrə təqdim etməmişdir. Əksinə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışlara əsasən Cavabdeh mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisidir. Kollegiya hesab edir ki, cavabdehə məxsus rəsmi sənədlərlə iddiaçıya məxsus sənədlər biri-birindən üstün hüquqa malik olmadığından və cavabdehə məxsus həmin sənədlər iddiaçı tərəfindən mübahisələndirilmədəyindən iddiaçının iddia tələbi təmin edilə bilməz. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(016)-38/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X3 adına rəsmiləşdirilmiş, cavabdehin zəbt edərək istifadə etdiyi əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin boşaldılması, zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçı X4 aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 794 (yeddi yüz doxsan dörd) manat mütəxəssisə ödənilmiş pul iddiaçı X4 aid edilsin, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı X2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar