Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-479/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi X2; Cavabdeh - Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 18654.75 manat zərər məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 18685.15 manatın alınıb İddiaçınə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18654.75 manat vurulmuş zərər, 2277.43 manat faiz, 3000 manat əldən çıxmış fayda, 7.15 manat poçt xidmət haqqı olmaqla, cəmi 23939.33 manat pulun və 30.40 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Cavabdeh1 işə qəbul olunmaq üçün ərizə ilə İddiaçı MMC-yə müraciət etmişdir. 2015-ci ilin avqust ayının 7-də Cavabdeh1 ərizəsi əsasında onunla bir il müddətinə 07 avqust 2016-cı il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında Cavabdeh1 şirkətdə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. 2015-ci ilin avqustun 7-də Cavabdeh1la tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 İddiaçı MMC ilə aralarında olan razılığa əsasən tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliyinin icrasının təminatı məqsədi ilə digər Cavabdeh2la İddiaçı MMC arasında 07 avqust 2015-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. 2015-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən Cavabdeh1 şirkətə məxsus məhsulların satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirməyi, marşurut siyahısı üzrə mütamadi olaraq müştərilərə baş çəkməyi, müştərilərlə bağlanmıış müqavilənin şərtlərinə uyğun olaraq onlardan satılmış malların pulunu almağı, həmin gün kassa mədaxil orderi yazıb maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərdən yeni sifarişlər qəbul etməyi və sifariş vərəqəsini doldurmağı, daim müştəri bazasının artmasına və genişləndirilməsinə çalışmağı, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamağı, müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazmağı, onun bir nüsxəsini müştəriyə və ikinci nüsxəsini elə həmin gün maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərin debitor borclarını daim nəzarətdə saxlamağı və bağlanmış müqavilə şərtlərinə uyğun borcları vaxtında almağı, satış planına uyğun olaraq müştərilərin mal ehtiyyatı ilə təmin olunmasını təmin etməyi, özünün kitabında hər bir ticarət obyekti və müştəri barəsində məlumatların ətraflı qeydiyyatını aparmağı, müştərilərlə daim təmkinli davranmağı, səliqəli geyinməli, danışıq və hərəkətləri ilə müştəriləri qıcıqlandırmamağı və onların rəğbətini qazanmağı və alıcıya satış üçün verilmiş malların qaytarılmasını üç gün müddətində həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə bağlandıqdan sonra Cavabdeh1 işə başlamış və İddiaçı MMC-yə məxsus malları qaimə əsasında təhvil götürərək, satışı ilə məşğul olmuşdur. Cavabdeh1 müqavilə əsasında vəzifəsinə uyğun olaraq satdığı məhsulların pullarını mağazalardan yığaraq cəmiyyətin xəzinəsinə ödəməli olduğu halda vəzifəsindən sui-istifadə edərək həmin pulların bir hissəsini iddiaçının xəzinəsinə ödəməmişdir. Cavabdeh1 öhdəliyə əməl etməyərək müəssəyə maddi zərər vurmuşdur. Cavabdeh1 müəssəyə maddi zərər vurduğundan onun fəaliyyəti əmək qanunvericiliyinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh1 hesabında qalan pul vəsaitini ödəmədiyindən iddiaçı tərəfindən həmin pul vəsaiti dəfələrlə istənilsə də Cavabdeh1 hər dəfə vaxt istəyərək borcunu ödəyəcəyini bildirərək sənədlərinin hüquq mühafizə orqanlarına verilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 yaşadığı ünvana teleqram göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Alınmış mallara görə hesablaşma vərəqəsində Cavabdeh1 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 alınmış mallara görə hesablaşma vərəqəsində 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmasını öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə Cavabdeh1 18654.75 manat zərər məbləğini vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, 21.02.2018-ci il tarixdən 30 iyul 2020-ci il tarixədək cəmi 2277.43 manat məbləğində faiz, əldən çıxmış faydaya görə 3000 manat və yaşadığı ünvanına göndərilən teleqram üçün poçt xidmətinə ödənilən 7.15 manat məbləği əsas zərər məbləğinə əlavə edilərək ümumilikdə 23939.33 manat borc hesablanmışdır.İddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsinə dair vaxt verilsə də, sonuncu borcu ödəməyəcəyini bildirmişdir. Hazırda Cavabdeh1 iddiaçıya 23939.33 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehlərin borcunu ödəmədiyindən əmin olduqdan sonra məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 18654.75 manat vurulmuş zərər, 2277.43 manat faiz, 3000 manat əldən çıxmış fayda, 7.15 manat poçt xidmət haqqı olmaqla, cəmi 23939.33 manat pulun və 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında 2015-ci ildə bir il müddətinə 07 avqust 2015-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında İddiaçı MMC-də ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə aralarında əmək müqaviləsi bağlandıqdan sonra işə başlamışdır. İddiaçıya məxsus malları qaimə əsasında təhvil götürərək ticarət obyektlərində satmış və satdığı malların pullarını iddiaçının xəzinəsinə ödəmişdir. 2017-ci ilin noyabrın 24-də İddiaçı MMC-nin balansında olan pulları təmiz təhvil verdikdən sonra şirkətdən ayrılmışdır. İddiaçı MMC-dən işdən çıxdığı vaxtdan üç ilə yaxın müddətdə şirkətə borcunun olması barədə ona hər hansı məlumat verilməmişdir. İşdən çıxdığı vaxtdan üç il müddət keçdikdən sonra iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində onun şirkətə borcu olmasını içi əlyazma ilə dolu olan heç bir əhəmiyyət kəsb etməyən cari uçot kitabını əsas göstərmişdir. İddiaçıya məxsus müəssədən 2017-ci ilin noyabrın 24-də ayrılmasına baxmayaraq cari uçot kitabında bir ay əvvəl 23 oktyabr 2017-ci il tarixdə əməliyyat dayandırılmışdır. İddiaçı tərəfindən borcun olmasının əsası kimi məhkəməyə təqdim edilmiş cari uçot kitabı onun tərəfindən imzalansa da həmin kitab heç bir hüquqi əhəmiyyət kəsb etmir və onun iddiaçıya borcunun olmasının əsası kimi qiymətləndirilə bilməz. İddiaçıya məxsus müəssədən ayrılarkən hesabda qalan borcla bağlı təhvil-təslim olmuşdur. İddiaçıya məxsus müəssisədə işlədiyi müddətdə sonuncuya heç bir borcu qalmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, o, İddiaçı Zaqatala rayonu üzrə ticarət nümayəndəsi işləmişdir. 2016-cı ilin dekabr ayında Zaqatala bölgəsindən çıxmışdır. Həmin vaxt onun balansında 6085 manat borc hesablanmışdır. 19.01.2017-ci ildə 1000 manat, 06.03.2017-ci ildə isə 5085 manat ödəyərək Zaqatala bölgəsi üzrə borc balansını sıfırlamışdır. İddiaçı müəyyən etdiyi qaydalara görə bir bölgədən digərinə keçmək üçün balansda borc qalmamalıdır. O da həmin vaxt borc balansını bağladıqdan sonra 10.03.2017-ci il tarixdən etibarən Sumqayıt şəhərində şirkətin ticarət nümayəndəsi kimi işləməyə başlamışdır. Necə ola bilər ki, Sumqayıt şəhərində işləməyə başladığı gün onun balansında təhvil alınan, lakin şirkətə qaytarılmayan mallar üzrə 7500 manat borc olur? Bundan başqa, 23.11.2017-ci il tarixli hesab borcu barədə açıqlamada qeyd edilmişdir ki, şirkət ilə onun arasında olan ümumi borc 13719,25 manat hesablanmışdır. Bu məbləğin 7604,97 manatı satılmadan geri qaytardığı mallara görə şirkətin hesabladığı cərimə, 6114,28 manatı isə satılmış mallara görə müştərilərdə qalan ümumi borcdur. O, işdən çıxdığı ərəfədə işllədiyi ərazi iki hissəyə bölünmüş və bir hissəsi Ülvi Vəlievə, digər hissəsi isə Səməd Eyvazova həvalə edildi. Şirkətdən işdən çıxdığına görə 20.11,2017-ci ildə satılmış mallara görə müştərilərdə qalan 1383,92 manat borcu onun işlədiyi ərazinin bir hissəsi üzrə işləyəcək ticarət nümayəndəsi Ülvi Vəlievə, 1101.40 manatı isə 24.11.2017-ci ildə onun işlədiyi ərazinin bir hissəsi üzrə işləyəcək ticarət nümayəndəsi Səməd Eyvazova təhvil vermişdir. Bundan başqa, 3588,40 manat dəyərində malı təhvil-təslim zamanı şirkətə qaytarmışam. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 07 avqust 2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 07 avqust 2015-ci il tarixdən 07 avqust 2016-cı il tarixədək əmək müqaviləsi bağlanmış və sonuncu müqavilənin 3.1-ci bəndinə əsasən şirkətə məxsus məhsulların satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirməyi, marşurut siyahısı üzrə mütamadi olaraq müştərilərə baş çəkməyi, müştərilərlə bağlanmıış müqavilənin şərtlərinə uyğun olaraq onlardan satılmış malların pulunu almağı, həmin gün kassa mədaxil orderi yazıb maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərdən yeni sifarişlər qəbul etməyi və sifariş vərəqəsini doldurmağı, daim müştəri bazasının artmasına və genişləndirilməsinə çalışmağı, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamağı, müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazmağı, onun bir nüsxəsini müştəriyə və ikinci nüsxəsini elə həmin gün maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərin debitor borclarını daim nəzarətdə saxlamağı və bağlanmış müqavilə şərtlərinə uyğun borcları vaxtında almağı, satış planına uyğun olaraq müştərilərin mal ehtiyyatı ilə təmin olunmasını təmin etməyi, özünün kitabında hər bir ticarət obyekti və müştəri barəsində məlumatların ətraflı qeydiyyatını aparmağı, müştərilərlə daim təmkinli davranmağı, səliqəli geyinməli, danışıq və hərəkətləri ilə müştəriləri qıcıqlandırmamağı və onların rəğbətini qazanmağı və alıcıya satış üçün verilmiş malların qaytarılmasını üç gün müddətində həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 07 avqust 2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 07 avqust 2015-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 10 mart 2017-ci il tarixdən 23 oktyabr 2017-ci il tarixədək olan alınmış mallara görə hesablaşma vərəqələrinin surətlərindən görünür ki, Cavabdeh1 10 mart 2017-ci il tarixdən 23 oktyabr 2017-ci il tarixədək olan alınmış mallara görə hesablaşma vərəqələri əsasında iddiaçıya məxsus müəssədən müxtəlif çeşidli mallar götürmüş, həmin malların dəyərinin bir hissəsini iddiaçıya ödəsə də 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 07 avqust 2015-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliyinin icrasının təminatı məqsədi ilə Cavabdeh2la İddiaçı MMC arasında 07 avqust 2015-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncunun öhdəliyi ilə 07 avqust 2015-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 07 avqust 2015-ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh şirkətə məxsus məhsulların satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirməyi, marşurut siyahısı üzrə mütamadi olaraq müştərilərə baş çəkməyi, müştərilərlə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq onlardan satılmış malların pulunu almağı, həmin gün kassa mədaxil orderi yazıb maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərdən yeni sifarişlər qəbul etməyi və sifariş vərəqəsini doldurmağı, daim müştəri bazasının artmasına və genişləndirilməsinə çalışmağı, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamağı, müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazmağı, onun bir nüsxəsini müştəriyə və ikinci nüsxəsini elə həmin gün maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərin debitor borclarını daim nəzarətdə saxlamağı və bağlanmış müqavilə şərtlərinə uyğun borcları vaxtında almağı, satış planına uyğun olaraq müştərilərin mal ehtiyyatı ilə təmin olunmasını təmin etməyi, özünün kitabında hər bir ticarət obyekti və müştəri barəsində məlumatların ətraflı qeydiyyatını aparmağı, müştərilərlə daim təmkinli davranmağı, səliqəli geyinməli, danışıq və hərəkətləri ilə müştəriləri qıcıqlandırmamağı və onların rəğbətini qazanmağı və alıcıya satış üçün verilmiş malların qaytarılmasını üç gün müddətində həyata keçirməyi öhdəsinə götürsə də öhdəliyə əməl etməmiş və 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanm Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə görə, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Qeyd olunan Məcəllənin 205-ci maddəsində işəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası müəyyən edilmişdir; 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir; 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; 3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tam maddi məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlərin, yəni ona etibar edilən maddi dəyərlərə və habelə etibar edilmiş işlərə qayğı ilə yanaşmaq, eyni zamanda heç bir halda müəssisəyə ziyan gətirməməyi öz boynuna götürməsi barədə Müqavilə bağlayaraq, işəgötürənə vurduğu ziyanın ödənilməsi barədə öhdəlik götürmüşdür. Eləcə də materiallarından görünür ki, Ticarət nümayəndələri öz ərizələri və yaxud firmanın rəhbərliyi tərəfindən işdən azad edilərkən onların balans hesabatı üzrə xidmət göstərdikləri bütün ticarət obyektlərində olan borc qalıqlarını mal və yaxud pul şəkilində tam məbləğdə firmaya qaytarılmasını və ya ödənilməsini təmin etmək onların vəzifə borcu olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002 tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsindən görünür ki, tərəflər arasında Əmək Müqaviləsi 07 avqust 2015-ci il tarixdə bağlanmış və tərəflər arasında hüquq və vəzifələr müqavilə imzalandığı gündən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı MMC-yə heç bir borcunun olmamasını, iddiaçı cəmiyyətin ondan əsassız olaraq pul tələb etməsini bildirsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdeh1ndаn 18654.75 manat məbləğində pulun аlınаrаq iddiаçı İddiaçı MMC-yə verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissəsi ilə əlaqədar araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(037)-639/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-479/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-479/2021
14.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver