Məhkəmə qərarları › İş №2(107)-484/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-484/2024

30.04.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-484/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs qarşı (açar sözlər: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X6 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə оlаn vergi bоrcunun ödənilməsinin təmin оlunmаsı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnaməsindən maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan vergi ödəyicisi barədə xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, maraqlı şəxs "xxxx" MMC-in rəhbəri Maraqlı şəxs xx.xx.1975-cı il tarixdə Balakən rayonunda anadan olmuşdur və Zaqatala şəhəri, Azərbaycan prospekti ev 87-də, qeydiyyatdadır.

2. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxs "xxxx" MMC-in rəhbəri Maraqlı şəxs xx.xx.2018-ci il tarixə vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat olmaqla, dövlət büdcəsinə 1411415,19 manat vergi borcu vardır.

3. İş materiallarında olan reyestr məlumatlarına əsasən maraqlı şəxs "xxxx" MMC-in icra orqanının rəhbəri Maraqlı şəxsdur və o, ünvan 1 ünvanında qeydiyyatdadır.

II. Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-in (VÖEN:**********) dövlət büdcəsinə olan 1411415,19 manat vergi borcunun ödənilməsinin təmin edilməsi üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi xxxxxxx, Seriya və nömrəsi - AZE ********, xx.xx.1975-ci il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC (VÖEN:**********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra-Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 1411415,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 1232250,09 manat, faizlər üzrə 179165,1 manat, maliyyə sanksiyası üzrə 0 manat) vergi borcu vardır. "xxxx" MMC-nin (VÖEN:**********) 24904,19 manat məbləğində (o cümlədən vergilər üzrə 18243,78 manat, faizlər 6660,41 manat) vergi borcu vardır.Yaranmış vergi borcu məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2018-cı il tarixli **********737100 nömrəli, xx.xx.2017-ci il tarixli **********024500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini indiyədək ödəməmişdir.

6. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.

7. Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnaməsi ilə ərizə təmin edilərək Azərbaycan Respublikasının Dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə olan 1411415,19 (bir milyon dörd yüz on bir min dörd yüz on beş manat on doqquz qəpik) manat vergi borcunun ödənilməsi tam təmin edilənədək maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi xxxxxxx, seriya və nömrəsi - AZE ********, xx.xx.1975-ci il tarixdə Balakən rayonunda anadan olmuşdur) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 73-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1 və 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 106.1, 217.4, 305.1.12, 355-5, 355-5.2, 355-6-cı, 355-7 və 355-7.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Qətnamədən narazı qalan maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...qətnaməyə diqqət yetirdikdə müəyyən olunur ki, işin halları göstərilən dəlillərlə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmünə əsasən məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Maraqlı şəxs bildirmişdir ki, Əhmədli qəsəbəsində, çayxanada sonradan adını bildiyi Aydın Yarməmmədov adlı şəxs ilə görüşmüş, müəssisə ilə əlaqədar bankda hesab açmamış, müəssisənin möhürü onda olmayıb, qaimə-faktura, vəkalətnamə və yaxud başqa sənədlərə imza etməmişdir. Bundan fərqli olaraq Maraqlı şəxs ibtidai istintaq dövrü verdiyi və iş materiallarında olan ifadəsi elan edilmiş, həmin ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayında şəxsiyyət vəsiqəsini tanışı X8 verdiyini və sonuncunun onun adına “Green Beam“ MMC adlı müəssisənin təsis etdiyini, həmin MMC-nin sənədlərinin, Namiqin vasitəsilə, qeyri-rəsmi olaraq sənədləşdirmə aparılmadan, Bakı şəhərində, 3-cü mikrorayon bazarının yanında, Namiq Bəylərlinin tanışı olan, təxminən 45-50 yaşda olan, orta köklükdə, sonradan adını bildiyi Bahəddin adlı şəxsə satdığını, həmin müəssisənin rəsmi sənədləşdirilməsini Namiqdən dəfələrlə tələb etməsinə baxmayaraq, Bahəddin ilə sənədləşmə aparılması üçün görüşə bilmədiyini və ilk dəfə, istintaqa cağrıldıqdan sonra, Namiqin evinə getdiyini və Namiqin vasitəsilə Əhmədli qəsəbəsində, çayxanada sonradan adını bildiyi Aydın Yarməmmədov adlı şəxs ilə görüşdüyünü, müəssisə ilə əlaqədar bankda hesab açmadığını, müəssisənin möhürünün onda olmadığını, qaimə-faktura, vəkalətnamə və yaxud başqa sənədlərə imza etmədiyini göstərmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmü ilə həmin iş üzrə Maraqlı şəxs təqsirsiz olduğu sübuta yetirilmiş, təqsirləndirilən şəxslər X4 və X7 barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edir ki, o, 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasını tərk etmək istəyərkən ona şifahi olaraq bildirmişlər ki, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hansı səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırıldığını soruşduqda ona bildirmişlər ki, guya rəhbəri olduğu "xxxx" MMC-nin vergi borcu olduğundan məhkəmə tərəfindən qərar qəbul olunub. Hesab edir ki, həmin borcun yaranması barədə səbəblər Yasamal Rayon Məhkəməsinin hökmündə təqsirləndirilən şəxslər tərəfindən yarandığı öz əksini tapmışdır və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycaı Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü i tarixli Qərarında göstərilir ki: - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. - Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Göründüyü kimi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin diqqətəlayiq halları nəzərə alınmamışdır. İşin faktiki halları aydınlaşdırılmadığı üçün, məhkəmə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

15. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

16. İş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəsməhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi

18. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

19. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir.

20. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır.

21. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

22. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

23. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: (...) - 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; (...).

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 09 sentyabr 2013-cü i tarixli Qərarı.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

27. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 355-5.1. (əvvəlki redaksiyada). Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

31. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

32. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

33. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

34. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və ərizə rədd edilməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs tərəfindən indiyədək 1411415,19 manat vergi borcu üzrsüz səbəbdən dövlət büdcəsinə ödənilməmişdir.

45. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilərək, xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə olan 1411415,19 (bir milyon dörd yüz on bir min dörd yüz on beş manat on doqquz qəpik) manat vergi borcunun ödənilməsi tam təmin edilənədək maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.

47. Belə ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmünə əsasən məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Maraqlı şəxs bildirmişdir ki, Əhmədli qəsəbəsində, çayxanada sonradan adını bildiyi Aydın Yarməmmədov adlı şəxs ilə görüşmüş, müəssisə ilə əlaqədar bankda hesab açmamış, müəssisənin möhürü onda olmayıb, qaimə-faktura, vəkalətnamə və yaxud başqa sənədlərə imza etməmişdir. Bundan fərqli olaraq Maraqlı şəxs ibtidai istintaq dövrü verdiyi və iş materiallarında olan ifadəsi elan edilmiş, həmin ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayında şəxsiyyət vəsiqəsini tanışı X8 verdiyini və sonuncunun onun adına “Green Beam“ MMC adlı müəssisənin təsis etdiyini, həmin MMC-nin sənədlərinin, Namiqin vasitəsilə, qeyri rəsmi olaraq sənədləşdirmə aparılmadan, Bakı şəhərində, 3-cü mikrorayon bazarının yanında, Namiq Bəylərlinin tanışı olan, təxminən 45-50 yaşda olan, orta köklükdə, sonradan adını bildiyi Bahəddin adlı şəxsə satdığını, həmin müəssisənin rəsmi sənədləşdirilməsini Namiqdən dəfələrlə tələb etməsinə baxmayaraq, Bahəddin ilə sənədləşmə aparılması üçün görüşə bilmədiyini və ilk dəfə, istintaqa cağrıldıqdan sonra, Namiqin evinə getdiyini və Namiqin vasitəsilə Əhmədli qəsəbəsində, çayxanada sonradan adını bildiyi Aydın Yarməmmədov adlı şəxs ilə görüşdüyünü, müəssisə ilə əlaqədar bankda hesab açmadığını, müəssisənin möhürünün onda olmadığını, qaimə-faktura, vəkalətnamə və yaxud başqa sənədlərə imza etmədiyini göstərmişdir.

48. Məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs ibtidai istintaq dövrü verdiyi ifadəsi iş materialları ilə üst-üstə düşür və həmin ifadə daha dəqiqdir.

49. Apellyasiya baxışı zamanı sorğu əsasında müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 dekabr 2017-ci il tarixədək qüvvədə olan 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2020-ci il tarixdə baxılmış və 1(004)-5/2020 nömrəli ittihamedici hökm çıxarılmışdır. Göstərilən hökmdən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2020-ci il tarixdində baxılmış və 1(103)-706/2020 nömrəli qərarla məhkum X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin məhkum X4 və qeyrisi barəsində olan 05 iyun 2020-ci il tarixli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə baxılmış və 1(004)-5/2020 nömrəli qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir.

50. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, X4, tanışları X10 və X1 ilə qabaqcadan əlbir olub, hüquqi ünvanı ünvan 2 Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********)xx.xx.2016-cı il tarixdəndirektoru vəzifəsində işləyərkən, Namik Bəylərli və Bahəddin Qarkedəyevlə birlikdə, cəmiyyətin həyata keçirdiyi müxtəlif adda malların idxalı və satışı fəaliyyəti üzrə qeydiyyatda olduğu Lokal Gəlirlər Departamentinə təqdim etdiyi əlavə dəəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyənnamələrini təqdim etməməklə 2016-cı ilin yekunu üzrə cəmi 190.810,88 manat mənfəəət vergisi və 2017-ci ilin mart ayı üzrə 176.623,23 manat ƏDV olmaqla, ümumilikdə külli miqdar təşkil edən 367.434,11 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü i tarixli Qərarı ilə qərara alınmışdır ki; - 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. - 2. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

52. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi müəyyən edilmişdir ki, sonuncu "xxxx" MMC-nin faktiki rəhbəri olmuş, həmin hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs olmuşdur. Həmin cinayət iş üzrə Maraqlı şəxs yalnız şahid qismində dindirilmiş, ona qarşı heç bir ittiham irəli sürülməmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş hökmlə Maraqlı şəxs "xxxx" MMC-yə faktiki olaraq heç bir aidiyyəti olmadığı müəyyən eilmişdir.

53. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmündən həmçinin o da məlum olur ki, həmin cinayət işi üzrə mülki iddia tam təmin olunmuş, 391.744,12 manat məbləğində pulun X4 və X5 hər birindən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır.

54. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi üçün heç bir əsas yoxdur.

55. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

56. Mülki işin apellyasiya baxışında maraqlı şəxsin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və verilmiş apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(033)-1065/2018 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə оlаn vergi bоrcunun ödənilməsinin təmin оlunmаsı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar