Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-484/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 , Əzizova (Şütüyeva) Günay Kamil qızı, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN645 KOD 40103018 olan Dövlət Aktının 645 A planşetində qeyd olunan, 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsinin obyekti olmuş 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsində münasibətdə müqavilənin etibarsız, həmin torpaq sahəsinə verilmiş 03 may 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi, torpaq sahəsindəki fərdi yaşayış evinin və digər tikililərin torpağı zəbt edib həmin tikililəri tikmiş şəxslər tərəfindən və ya onların hesabına sökülməsi, 100 manat dövlət rüsumunun cavabdeh fiziki şəxslərdən tutulub iddiaçılara verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2,Əzizova (Şütüyeva) Günay Kamil qızının, Layıcova (Şütüyeva) Yeganə Kamil qızının, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6,Cavabdeh5, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı “Torpağa mülkiyyət hüququna dair JN- 645 KOD 40103018 olan Dövlət Aktının 645 A planşetində qeyd edilən, 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsinin obyekti olmuş 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilərək fərdi yaşayış evi və digər tiklilər tikilmiş 0.50 ha torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin etibarsız və həmin torpaq sahəsinə verilmiş 03 may 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin və digər tikililərin, tikililəri inşa etmiş şəxs və ya onun hesabına sökülməsi, 100 manat məbləgində dövlət rüsumunun cavabdeh fiziki şəxslərdən tutulub iddiaçılara verilməsi” tələbinə dair iş üzrə icraata “01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqısatqı müqaviləsinin obyekti olmuş 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilərək fərdi yaşayış evi və digər tikililər tikilmiş 0.50 ha torpaq sahəsinə münasibətdə alqısatqı müqaviləsinin etibarsız və həmin torpaq sahəsinə verilmiş 03 may 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi”-nə aid hissədə xitam verilmişdir. İddiaçı1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)- 290/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-398/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh5, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə (01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair) mübahisəyə dair qüvvədə olan məhkəmə qətnaməsi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(019)-290/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-484/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-484/2025
22.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver