Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-485/2021 12.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı-nin nümayəndəsi X2; Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı (hakim Elçin Mehdiyev) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013cı il olan avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı-yə qaytarılması, Cavabdeh əsas məbləğ üzrə 11550,30, faiz məbləği üzrə 1862.99 manat və hesablanmış cərimə üzrə 346.65 olmaqla, cəmi 13759.94 manat borc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK**********8 saylı X10 Müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsinə əsasən İddiaçı-nin mülkiyyətində olan, 1 ədəd **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013cı il olan avtomobili Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı-yə qaytarılması, lizinq müqaviləsinin ləğv edilməsi və lizinq müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 11550.30 manat, faiz məbləği üzrə 1862.99 manat, 346.65 manat hesablanmış cərimə, ümümilikdə cəmi 13759.94 manat 0,94 qəpik və məhkəməyə müraciətlə əlaqədar 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən seçilmiş, təsviri və dəyəri X10 müqaviləsində göstərilən 1 ədəd **- PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3, Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cı il olan avtomobili İddiaçı öz mülkiyyətinə əldə edərək, həmin avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində 12500 manat məbləğində borcu illik 48 faiz olmaqla, 24 ay müddətində İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X10 müqaviləsində göstərilmiş illik 48 faiz olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəliklərini tam və vaxtmda yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq obyektlərini geri qaytarmamışdır. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Lizinq alan Cavabdeh xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxx 2019-cu il tarixə əsas məbləğ üzrə 11550,30, faiz məbləği üzrə 1862.99 manat və hesablanmış cərimə üzrə 346.65 olmaqla, cəmi 13759.94 manat borcu vardır. Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsinə əsasən İddiaçı-nin mülkiyyətində olan, 1 ədəd **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cı il olan avtomobili Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı-yə qaytarılması, lizinq müqaviləsinin ləğv edilməsi və lizinq müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 11550.30 (on bir min beş yüz əlli ) manat 0.30 qəpik, faiz məbləği üzrə 1862.99 (bir min səkkiz yüz altmış iki) manat 0.99 qəpik, 346.65 (üç yüz qırx altı) manat 0,65 qəpik, hesablanmış cərimə, ümümilikdə cəmi 13759.94 (on üç min yeddi yüz əlli doqquz) manat 0,94 qəpik və məhkəməyə müraciətlə əlaqədar 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə iclasında iştirakı təmin edilmədən və müdafiə hüququ pozulmaqla qətnamə qəbul edilmişdir. O artıq 18 ildir ki, qeydiyyatda olduğu ünvanda deyil Bakı şəhərində yaşamaqla orada işləyir. Bundan əlavə bildirir ki, o, bir müddət həmin avtomobilin ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Sonradan işlərinin pis getməsi və maddi çətinliyə düşməsi səbəbindən borcunu ödəməkdə çətinlik çəkmişdir. Həmin vaxt iddiaçı təşkilatın Nicat adlı əməkdaşı ilə telefon danışığı olmuş və avtomobilin qayınanası X6 yaşadığı evin həyətində olduğunu və oradan gedib götürə biləcəklərini bildirmişdir. Nicat da ona 11550 manat borcumun olduğunu, avtomobili 16400 manata sata biləcəklərini və qalan məbləği geri qayataracaqlarını bildirmişdir. Aralarında belə razılıq olmuş, onlar avtomobili və açarları Aybəniz Əliyevadan təhvil almışlar. Ancaq ona dedikləri məbləği də ödəməkdən boyun qaçırmışlar. Həmin vaxtlar şəxsi işləri ilə məşğul olduğundan iddiaçının əməkdaşları ilə görüşmək imkanı olmamış və arxayın olmuşdur ki, artıq maşın iddiaçı tərəfindən götürülmüş və heç bir borcu qalmamışdır. Ancaq noyabr ayında Şəki Rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona zəng edərək hazırkı qətnamənin olduğunu bildirmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etmiş və məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə lizinq obyekti olan avtomobil iddiaçı tərəfindən başqa şəxsə 12000 manata satıldığından, ödənilməmiş qalan 1789,94 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı X10 müqaviləsinin surətindən görünür ki, həmin müqaviləəsasında İddiaçı mülkiyyətində olan **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cı il olan avtomobili Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli təbil təslim aktından görünür, İddiaçı tərəfindən Cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357- 2018 saylı X10 müqaviləsi üzrə **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013cı il olan avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AD ******* nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013cı il olan avtomobil İddiaçı-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən cavabeh Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin icrası tələb edilmiş, əks təqdirdə borcun, cərimənin ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyektinin saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə kollegiyasının sorğusuna İddiaçı tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı X10 müqaviləsinin predmeti olan **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cı il olan avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh saxlancında götürülmüş və xx.xx.2020-ci il tarixdə X1 12000 manata satılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən seçilmiş, təsviri və dəyəri X10 müqaviləsində göstərilən 1 ədəd **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3, Ban: 3W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cü il olan avtomobili İddiaçı öz mülkiyyətinə əldə edərək, həmin avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində 12500 manat məbləğində borcu illik 48 faiz olmaqla, 24 ay müddətində İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəliyinə əməl edilərək lizinq obyekti olan əmlak Cavabdeh təhvil verilməsinə baxmayaraq sonuncu tərəfindən müqavilə öhdəliklərinə tam şəkildə əməl edilməmiş, lizinq ödənişlərini müqaviləyə əlavə olan ödəniş qrafiklərinə uyğun iddiaçının hesabına ödəməmişdir. Belə ki, Cavabdeh X10 müqaviləsində göstərilmiş illik 48 faiz olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq alan Cavabdeh xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxx 2019-cu il tarixə əsas məbləğ üzrə 11550,30, faiz məbləği üzrə 1862.99 manat və hesablanmış cərimə üzrə 346.65 olmaqla, cəmi 13759.94 manat borcu yaranmışdır. Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi əsаslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verəməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) tərqdim etməlidir. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1 lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.3 lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.3 lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı X10 müqaviləsinin predmeti olan **-PV-*** dövlət nömrə nişanlı Volkswagen Jetta minik markalı, mühərriki: 1984 sm3 , Ban: 3 W2K7AJ8EM394397, rəngi: qara, buraxılış ili 2013-cı il olan avtomobil Cavabdeh saxlancından götürülərək 12000 manata satıldığından, bu səbəbdən də iddiaçı tərəfindən, ödənilməmiş qalan 1789,94 manat məbləğində pulun Cavabdeh tutulması xahiş edildiyindən apellyasiya şikayəti qismən təmin edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində hazırkı mülki iş üzrə məhkəmə baxışı xx xxxx 2018-ci il tarixə saat 10:00-a təyin edilmiş və bu barədə iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət verməmiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə əsаsən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardandır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 388-ci maddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı maliyyə lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 1789,94 manat məbləğində pul tutularaq İddiaçı-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tаrixli, 2(075)-1340/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BK0023357-2018 saylı maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1789,94 manat məbləğində pul tutularaq İddiaçı-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-485/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-485/2021
12.04.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver