Məhkəmə qərarları › İş №2(107)-485/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-485/2024

25.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-485/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ezamiyyə xərcinin ödənilməsi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 “tibb bacısı” vəzifəsində işləyir. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X23nin müvafiq əmrinə əsasən 06 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün X21 ezamiyyətə göndərilmişdir. 06 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursunda iştirak etmiş, lakin yataqxana ilə təmin olunmadığına görə məcbur olub Şəki şəhərində yerləşən mehmanxanada qalmış və mehmanxananın sahibi sahibkar X10 1400 manat məbləğində pul ödəmişdir. Mehmana xərci barədə sənədi “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 təqdim etməyinə baxmayaraq gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan mehmanxana xərcinin ona ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən vəzifəli şəxs X14 barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 saylı (sədrlik edən hakim İ.Fəttahov) qətnaməsi ilə İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 noyabr 2022-ci il tarixli 301-K saylı əmrinə əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Göyçay rayon X8 və X5 Stansiyasının Ümumi heyətin Tibb bacısı İddiaçı «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X21 göndərilmişdir. Qeyd edilən müddət ərzində İddiaçı X19 ixtisasartırma kursunda olmuş, kursu bitirdikdən sonra, Göyçay rayon X8 və X5 Stansiyasında əmək fəaliyyətini davam etdirməyə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6 dövr ərzində ona ezamiyyə xərci verilmədiyinə görə, müxtəlif instansiyalara müraciət etmiş, müraciəti əsasında inzibati orqanlar tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Göyçay rayon X9 Hüquqi şəxsinin maliyyə şöbəsinin müdiri Könül Əliyeva barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən sonuncu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərardan narazı qalan Könül Əliyeva şikayətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə X7 şikayəti qismən təmin edilmiş, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1ytarılmışdır. Məhkəmənin sözügedən qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 noyabr 2022-ci il tarixli 301-K saylı əmrinə əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Göyçay rayon X8 və X5 Stansiyasının Ümumi heyətin Tibb bacısı İddiaçı «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X21 göndərilmişdir. Qeyd edilən müddət ərzində İddiaçı X19 ixtisasartırma kursunda olmuş, kursu bitirdikdən sonra, Göyçay rayon X8 və X5 Stansiyasında əmək fəaliyyətini davam etdirməyə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6 dövr ərzində ona ezamiyyə xərci verilmədiyinə görə, müxtəlif instansiyalara müraciət etmiş, müraciəti əsasında inzibati orqanlar tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Göyçay rayon X9 Hüquqi şəxsin maliyyə şöbəsinin müdiri Könül Əliyeva barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən sonuncu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərardan narazı qalan Könül Əliyeva şikayətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarı ilə X7 şikayəti qismən təmin edilmiş, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1ytarılmışdır. Məhkəmənin sözügedən qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi yalnız müəyyən müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getmiş işçiyə «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndində göstərilən məbləğdə ezamiyyə xərci ödənilir. Yəni, başqa sözlə desək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır, lakin hazırki iş materiallarında aydın olur ki, İddiaçı xidməti tapşırığı yerinə yetirmək üçün deyil, məhz təhsil səviyyəsinin artırılması (ixtisasartırma) üçün X21 getmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən isə ixtisasartırmaya (tədrisə) cəlb edilmiş işçinin ixtisasartırma xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göründüyü kimi qanunverici ezamiyyə və Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərclərinin ödənilməsi qaydasını dəqiq müəyyən etmişdir. Yuxarıda göstərilənlərin cəminə hüquqi qiymət verən birinci instansiya məhkəməsi yekun olaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Beləliklə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ğ bəndi, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsi, «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1 və 8-ci bəndi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, o, cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. O, “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 “tibb bacısı” vəzifəsinə təyin edilmişdir. Göyçay rayon X9 Hüquqi Şəxsinin müvafiq əmrinə əsasən 6 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün X21 ezamiyyətə göndərilmişdir. 6 dekabr 2022ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursunda iştirak etmiş, lakin yataqxana ilə təmin olunmadığına görə məcbur olub Şəki şəhərində yerləşən mehmanxanada qalmış və mehmanxananın sahibi sahibkar X12 1400 manat məbləğində pul ödəmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərci “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməlidir. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə görə ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Ona görə də, ona gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 20 faizi miqdarında hesablanmaqla 25 gün ezamiyyə müddətinə görə cəmi 1534 manat pul almalı olduğu halda, ona 286 manat ödəniş edilmişdir. Odur ki, ödənilməmiş qalan 1248 manat pul cavabdehdən alınıb ona verilməlidir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göyçay Rayon Məhkəməsinin 2(046)- 2040/2023-nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Göyçay Rayon Məhkəməsinin 2(046)-2040/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və onun cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı və cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X23nin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrnin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ğ bəndinə əsasən işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları siyahısına daxil edilmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Həmin Qərarın 1-1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir (27 yanvar 2021-ci il tarixə kimi qüvvədə olmuşdur). Həmin Qərarın 4-cü bəndinə əsasən, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində «X4»nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 2(046)-2040/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və onun cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 noyabr 2022-ci il tarixli 301-K saylı əmrinə əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Göyçay rayon X8 və X5 Stansiyasının Ümumi heyətin Tibb bacısı İddiaçı «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X21 göndərilmişdir. Qeyd edilən müddət ərzində İddiaçı X19 ixtisasartırma kursunda olmuş, kursu bitirdikdən sonra, Göyçay rayon X8 və X5 Stansiyasında əmək fəaliyyətini davam etdirməyə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6 dövr ərzində ona ezamiyyə xərci verilmədiyinə görə, müxtəlif instansiyalara müraciət etmiş, müraciəti əsasında inzibati orqanlar tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Göyçay rayon X9 Hüquqi şəxsin maliyyə şöbəsinin müdiri Könül Əliyeva barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən sonuncu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərardan narazı qalan Könül Əliyeva şikayətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarı ilə X7 şikayəti qismən təmin edilmiş, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1ytarılmışdır. Məhkəmənin sözügedən qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, müəyyən müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getmiş işçiyə «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndində göstərilən məbləğdə ezamiyyə xərci ödənilir. Yəni, başqa sözlə desək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır, lakin hazırki iş materiallarında aydın olur ki, İddiaçı xidməti tapşırığı yerinə yetirmək üçün deyil, məhz təhsil səviyyəsinin artırılması (ixtisasartırma) üçün X21 getmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən isə ixtisasartırmaya (tədrisə) cəlb edilmiş işçinin ixtisasartırma xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göründüyü kimi qanunverici ezamiyyə və Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərclərinin ödənilməsi qaydasını dəqiq müəyyən etmişdir. Yuxarıda göstərilənlərin cəminə hüquqi qiymət verən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq ona ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında mübahisə gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi Kollegiya qeyd edir ki, TƏBİB-in nizamnaməsinin 1.1-ci bəndinə əsasən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. X3 qorunması haqqında Azərbaycan Respublikasının qanunun 9-cu bəndinə əsasən dövlət səhiyyə sistemi dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Əhalinin Sağlamlığının qorunmas haqqında Azərbaycan Respublikasının qanunun 48-ci bəndinə əsasən: dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisaslaşdırma xərcləri dövlət büdcəsi hesabına ödənilir. Göründüyü kimi TƏBİB-in nizamnaməsinin 1.1-ci bəndinə əsasən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Dövlət səhiyyə sistemi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisaslaşdırma xərcləri dövlət büdcəsi hesabına ödənilir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” PHŞnin arayışıdan görünür ki, TƏBİB-in tabeçiliyində olan müəssisənin əməkdaşı tibb müəssisəsinin təşəbbüsü ilə ixtisasartırma müəssisələrinə ezam olunan zaman işçilərin ezamiyyədə olduqları vaxt ərzində yeməklə və mehmana xidməti (gecələmək üçün yer) ilə təmin edilib-edilməməkləri barədə kursda iştirak edən əməkdaşların təşkilatçının adından gətirdikləri arayışa uyğun olaraq ezamiyyə xərclərinin ödənilməsi həyata keçirilir. Belə ki, təqdim edilən arayışda əməkdaşın yalnız mehmanxana xidməti ilə təmin edildiyi bildirilərsə, bu zaman "Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarına uyğun olaraq ezamiyyə xərcinin 1 günlük normasının 20 faizi miqdarında gündəlik xərc, əgər əməkdaşın yalnız yeməklə təmin edildiyi bildirilərsə ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında mehmanxana xərci və yaxud əməkdaşın heç biri ilə təmin edilmədiyi bildirilərsə, bu halda 100 faiz həcmində ezamiyyə xərci ödənilməsi nəzərdə tutulur. Təşkilatçı tərəfin arayışı olmadan ezamiyyə xərclərinin ödənişinə icazə verilmir. İşdə olan X20 arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi X19 keçirilmiş “Tibb bacısının işi” üzrə ixtisasartırma kursunda iştirak etmiş və yataqxana ilə təmin olunmamışdır. İşdə olan mehmanxana qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1400 manat pul ödəmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 20 faizi miqdarında hesablanmaqla 25 gün ezamiyyə müddətinə görə cəmi 1534 manat pul almalı olduğu halda, ona 286 manat ödəniş edilmişdir. Ona görə də ödənilməmiş qalan 1248 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(046)-2040/2023 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərci “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar