Məhkəmə qərarları › İş №2(107)-486/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-486/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-486/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, apellyasiya şikayətini vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “cərimə məbləğinin azaldılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e- 2(037)-69/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 30 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh evində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 8 (səkkiz) istifadə faktına görə hesablanmış 8143,2 (səkkiz min yüz qırx üç manat 20 qəpik) manat məbləğində itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 101,45 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq iddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan və qaz paylayıcısı İddiaçı struktur vahidi olan X8 İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsinin abonenti Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. Çünki, xx.xx.2018-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarxdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə ”Azəriqaz” X4 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman onun təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək, itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli Qərarlar qəbul edilərək, istehlakçı Cavabdeh İsmayıllı Xidmət Sahəsinin abonent bazasındakı **********02650 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, xx.xx.2018ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3–669,6 (altı yüz altmış doqquz manat 60 qəpik) manat, xx.xx.2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3–540 (beş yüz qırx) manat, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3–1036,8 (min otuz altı manat 80 qəpik) manat, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 24190 m3– 2903,04 (iki min doqquz yüz üç manat 04 qəpik) manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 12288 m3–1474,56 (min dörd yüz yetmiş dörd manat 56 qəpik) manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 4368 m3–524,16 (beş yüz iyirmi dörd manat 16 qəpik) manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 2112 m3–253,44 (iki yüz əlli üç manat 44 qəpik) manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3–512,64 (beş yüz on iki manat 64 qəpik) və xx.xx.2024-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3–898,56 (səkkiz yüz doxsan səkkiz manat 56 qəpik) manat itirilmiş təbii qazın dəyəri hesablanaraq, onun abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 9 (doqquz) istifadə faktına görə ümumilikdə 8812,80 (səkkiz min səkkiz yüz on iki manat 80 qəpik) manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Lakin, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)- 570/2020 nömrəli Qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892,70 (səkkiz yüz doxsan iki manat 70 qəpik) manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 (altı yüz altmış doqquz manat 60 qəpik) manat itirilmiş təbii qazın dəyərinin, ümumilkdə 1592,70 (min beş yüz doxsan iki manat 70 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindənd dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********02650 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar İddiaçı əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443.1 və 385.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi “Tərəflər arasında bağlanılmış təbii qazın alqı-satqı” müqaviləsi, Abonentin saldosu (**********02650), “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar və digər sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı Cavabdeh da İddiaçınə qarşı “cərimə məbləğinin azaldılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı tərəfindən təbii qazdan istifadə faktına görə 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli aktlara əsasən hesablanmış borcun Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə 3 illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə həmin hissədə iddiasının təmin edilməməsi, hesablanmış qaz sərfiyyatının Azərbaycan Respublikası Nazirlər Kabnetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə hesablamalar aparılmaqla müəyyən edilməsi, dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazdan maksimum 30 gün müddətində hesablanmaların aparılması və **********02650 abonent koduna işlənmiş 8812,8 manat debitor cərimənin azaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş üzrə qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçınə qarşı “cərimə məbləğinin azaldılması” barədə qarşılıqlı iddiasının icraata qəbul edilməsi və qarşılıqlı iddiaya İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair e-2(037)- 69/2025 nömrəli mülki işlə birlikdə baxılması qərara alınmışdır). Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, itirilmiş təbii qazın dəyəri 8812,8 manat qeyd olunaraq onun **********02650 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsində hesablanmış qaz həcmini özlərinin müəyyən etdiyi əmsala vuraraq dəymiş ziyan hesablanmışdır. Fərdi yaşayış evində qaz sərfiyyatı saat hesabı ilə 0,75 kub metr olan 1 ədəd "İran istehsalı" olan (radiator) soba və 2,2 kub metr qaz sərfiyyatı olan 1 ədəd axınlı su qızdırıcısı olmuşdur. Qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrdə 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 6696 kub metr üçün hesablanmış 669,6 manat (4x12x90-6696), 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 5400 kub metr üçün hesablanmış 540 manat (2.5 x 24 x 90- 5400), 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 8640 kub metr üçün hesablanmış 1036,8 manat (4x24x90 - 8640), 16 dekabr 2022-ci tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 24192 kub metr üçün hesablanmış 2903,04 manat (4x24x90 - 8540), 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 12288 kub metr üçün hesablanmış 1474,56 manat (4x24x128-12288), 26 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 4368 kub metr üçün 524,16 hesablanmış (4x12x91-4368), 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 2112 kub metr üçün hesablanmış 253,44 manat (4x12x44-2112), 28 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 kub metr üçün hesablanmış 512,64 manat (4x24x-7488) və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 kub metr üçün hesablanmış 898,56 manat (4x12x104-7488) olmaqla, ümumilikdə 8812,8 (səkkiz min səkkiz yüz on iki manat 80 qəpik) manat hesablanaraq abonent koduna işlənmişdir. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixl aktlara əsasən 4x12x90-6696 və 2.5 x 24 x 90-5400 kub.metr hesablanmış və ondan tələb olunan borclar isə Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər olduğundan həmin tələblər üzrə 3 illik iddia müddəti ötmüşdür. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. 08 aprel 2022-ci il tarixli aktla hesablanmış 4x24x252-24192 kub metr, 16 dekabr 2022-ci tarixli aktla hesablanmış,4x24x90-8540 kub metr 28 aprel 2023cü il tarixli aktla hesablanmış 4x24x128-12288 kub metr, 26 iyul 2023-cü il tarixli aktla hesablanmış 4x12x91-4368 kub metr, 31 avqust 2023-cü il tarixli aktla hesablanmış 4x12x44- 2112 kub metr, 28 noyabr 2023-cü il tarixli aktla hesablanmış 4x24x78-7488 kub metr, 29 fevral 2024-cü il tarixli aktla hesablanmış 4x12x104-7488 kub metr itirilmiş qazın bərpası 2.95 kub metr müəyyən olunmalıdır. Belə ki, fərdi yaşayış evində qeydə alınmış 1 ədəd "İran istehsalı" olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0,75 kub metr və 1 ədəd axınlı su qızdırıcısının qaz sərfiyyatı isə 2.2 kub metr müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd qaz "İran istehsalı" olan (radiator) soba 0.75 kub metr + 1 ədəd axınlı su qızdırıcısı 2, 2 kub metr qaz sərfiyatı cami = 2.95 kub metr saat hesabı ilə qaz sərf olunuşdur. Lakin tərtib olumuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 2.5, 4 və 6 kub metr orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddəti 44-78-xx-xx-104128-252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur. Lakin isti hava şəraitində qazdan az istifadə olduğu halda Azəriqaz İB bunları nəzərə almamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə -1 (bir) ədəd "İran istehsalı" olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0.75 kub metr və -1 (ədəd) axınlı su qızdırıcısı 2.2 kub metrdir. Lakin cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir aktlar tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazlarına uyğun olaraq təbii qazdan istifadə olunması maksimum 30 gün müddətində hesablanmaqla cərimənin ümumi məbləği azaldılmalıdır. Hesab edir ki, ötən dövr ərzində sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarını pozmağı nəticəsində 8812,8 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5.3 bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylacısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkarın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəməyə təqdim etdiyi **********02650 saylı abonentin saldosundan görünür ki, tərtib olunmuş aktlar əsasında "Azəriqaz "İstehsalat Birliyinə ümumilikdə 8812,80 manat qalıq borcu yaranmışdır. Hesab edir ki, itirilmiş təbii qazın həmin məbləğdə ondan tələb edilməsi əsassızdır. Ona görə də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki- Presessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-cı, 81-ci, 217-ci və Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddələrinin tələblərinə əsasən "X3 tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamə əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsini, 29 aprel 2022-ci il tarixli tələbnamə əsasında hesablanmış 4x24x90-8640 kub metr, 30 dekabr 2022-ci il tarixli tələbnamə əsasında hesablanmış 4x24x252-24192 kub metr, 28 aprel 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x24x128-12288 kub metr, 31 iyul 2023-cü il tarixli tələbnamə əsasında hesablanımış 4x12x91-4368 kub metr, 31 avqust 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x12x44-2112 kub metr, 30 noyabr 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x24x89-4272 kub metr və 29 fevral 2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 6x12x104-7488 kub metr qaz sərfiyyatının Azərbaycan Respublikası Nazirlər Kabnetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazın maksimum 30 gün müddətində hesablanması və **********02650 abonent koduna işlənmiş 8812,8 (səkkz min səkkiz yüz on iki manat 80 qəpik) manat cərimə borcunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 21 fevral 2025-ci il tarixli e-2(037)- 69/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması" barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət edilmişdir ki: - “İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********02650 nömrəli abonent koduna vurulmuş 8143,2 manat cərimə məbləği - 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 540 manat azaldılaraq 90 manat (2,5 x 12 x 30 = 900 m3 x 10 = 90 manat), 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1036,8 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat), 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 2903,04 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat), 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1474,56 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 524,16 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 253,44 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 512,64 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 898,56 manat azaldılaraq 259,2 manat (6 x 12 x 30 = 2160 m3 x 12 = 259,2 manat) cəmi 1386 manat müəyyən edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh 33,86 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 101 manat 45 qəpik dövlət rüsumunun 67,59 manat hissəsi İddiaçınə aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin.” İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 21 dekabr 2018-ci il, 30 iyun 2020-ci il, 08 aprel 2022-ci il, 16 dekabr 2022-ci il, 23 aprel 2023-cü, 26 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 28 noyabr 2023-cü il və sonuncu dəfə 29 fevral 2024cü il tarixlərdə ”Azəriqaz” X4 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Cavabdeh tərtyib olunmuş aktları imzalamamışdır. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsinə və İddiaçı İB-nin X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq tələbnamələrə əsasən 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 – 669,6 manat, 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 – 540 manat, 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 – 1036,8 manat, 30 dekabr 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 24190 m3 – 2903,04 manat, 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 12288 m3 – 1474,56 manat, 31 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4368 m3 – 524,16 manat, 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 2112 m3 – 253,44 manat, 30 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4272 m3 – 512,64 manat və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 7488 m3- 898,56 manat sayğacdan kənar əlavə qaz xəttindən doqquz istifadə faktına görə Cavabdeh abonent koduna cəmi 8812,8 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,6 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh törətdiyi əmələ görə 23 sentyabr 2020-ci il tarixli qərarla AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdır. Məhkəmə ilkin və qarşılıqli iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istifadəsində olan qaz xəttinə təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman Cavabdeh mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən səkkiz dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 8143,2 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, Cavabdeh təbii qazdan qanunsuz olaraq səkkiz dəfə istifadə etdiyi müəyyən olunsa da İddiaçı tərəfindən tərtib olumuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2.5, 4 və 6 kub metr, orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddətini 44-89-90-91-104-128-252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdeh qanunsuz qaz xəttindən 8143,2 manat dəyərində təbii qazdan istifadə etməsinə dair İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda Cavabdeh qaz xəttinə səkkiz qanunsuz qoşulması faktı ilə bağlı tərtib olunmuş yalnız bir akt üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş, Cavabdeh törətdiyi əmələ görə Azərbaycan Respublikası İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Ona görə də, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, Cavabdeh özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 540 manat cərimə məbləği azaldılaraq 90 manat (2,5 x 12 x 30 = 900 m3 x 10 = 90 manat), 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 1036,80 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 2903,04 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 1474,56 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 524,16 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 253,44 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 512,64 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat) və 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 898,56 manat cərimə məbləği azaldılaraq 259,2 manat (6 x 12 x 30 = 2160 m3 x 12 = 259,20 manat) olmaqla, cəmi 1386 manat müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçı Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamələr əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsinə münasibət bildirərək qeyd edir ki, 21 dekabr 2018-ci il tarixli tələbnamə üzrə Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bundan başqa Cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə vaxtaşırı ödənişlər etmişdir. Həmin ödənişlərin tərtib olunmuş tələbnamələr üzrə cərimə məbləğindən və ya istifadə olunan qaz sərfiyyatına görə ödəniş olması barədə Cavabdeh tərəfindən sübut etmə yükü onun üzərində olmasına rəğmən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən və Cavabdeh bu sübutu təsdiq edən sənədi təqdim etmədiydən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələblərinin təmin edilmiş məbləği 1386 manat olduğundan, ilkin iddia tələbi üzrə Cavabdeh 33,86 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməli, İddiaçı tərəfindən 101 manat 45 qəpik dövlət rüsumu ödənilməsi nəzərə alınmalı, ödənilmiş rüsumun 67,59 manat hissəsi İddiaçınə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 372.1, 373.2, 380.1, 385.1, 560, 1096 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci hissəsinə və 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, mülki iş üzrə qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsində aşağıda qeyd olunan sənədlərə də istinad olunmuşdur: - X8 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi qazın dəyərini təqdim olunmuş hesab üzrə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2020- ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman -abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 iyun 2020ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 5400 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 23 sentyabr 2020-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. - İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892,7 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin, ümumilikdə 1592,70 manat məbləğin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 aprel 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman -abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 8640 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 dekabr 2022ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman -abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 24192 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2023cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman -abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 12288 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 iyul 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman -abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə 4368 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 avqust 2023cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 2112 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2023cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 4272 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 fevral 2024cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X8 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 7488 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 24 oktyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh adına olan **********02650 nömrəli abonent koduna 2018-ci ilin dekabr ayının sonuna 6696 m3 təbii qazın dəyəri 669,6 manat, 2020-ci ilin iyun ayının sonuna 5400 m3 təbii qazın dəyəri 540 manat, 2022-ci ilin aprel ayının sonuna 8640 m3 təbii qazın dəyəri 1036,8 manat, 2022-ci ilin dekabr ayının sonuna 24192 m3 təbii qazın dəyəri 2903,04 manat, 2023-cü ilin aprel ayının sonuna 12288 m3 təbii qazın dəyəri 1474,56 manat, 2023-cü ilin iyul ayının sonuna 4368 m3 təbii qazın dəyəri 524,16 manat, 2023-cü ilin avqust ayının sonuna 2112 m3 təbii qazın dəyəri 253,44 manat, 2023-cü ilin noyabr ayının sonuna 4272 m3 təbii qazın dəyəri 512,64 manat, 2024-cü ilin fevral ayının sonuna 7488 m3 təbii qazın dəyəri 898,56 manat borc vurulmuş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-69/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 8 (səkkiz) istifadə faktına görə hesablanmış 8143,20 manat məbləğində itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 101,45 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutularaq ”Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia verərək hesablanmış məbləğlərin bir hissəsinin iddia müddəti tətbiq edilərək silinməsini, digər hissəsinin isə azaldılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-69/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli Qətnaməsi ilə hər iki iddia qismən təmin edilərək, İddiaçı İB-nin X8 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən iddiaçı Cavabdeh məxsus abonent saldosuna hesablanmış ümumilkdə 8143.20 manat məbləğin azaldılaraq 1386 manat müəyyən edilməsi qət edilmiş,qalan hissədə iddia təmin edilməmişdir. İddiaçı tərəf hesab edirik ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbi qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarxdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023cü il tarixdə,xx.xx.2023-cü il tarixdə və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ”Azəriqaz” İstehsalat Birliyinin, Ağsu RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli Qərarlar qəbul edilərək Cavabdeh İsmayıllı XS-nin abonent bazasındakı **********02650 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. xx.xx.2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m – 669.60 manat, xx.xx.2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m – 540 manat, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m – 1036.80 manat, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 24190 m – 2903.04 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 12288 m – 1474.56 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 4368 m – 524.16 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 2112 m – 253.44 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m – 512.64 manat və xx.xx.2024-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m – 898.56 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 9 istifadə faktına görə ümumilikdə 8812.80 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-570/2020 nömrəli Qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892.70 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669.60 manat itirilmiş təbii qazın dəyərinin,ümumilkdə 1592.70 manat məbləğin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonent Cavabdeh ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən iddiaçı tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın tam təmin edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə, tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər məhkəmə tərəfindən düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi və qarşəlıqlı iddianın rədd edilməsi üçün çoxlu əsaslar olduğu halda tərəfimizdən qaldırılmış iddianın qismən təmini barədə qərar vermişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, saldo və digər sübutları düzgün təhlil etməmiş, təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 9 istifadə faktına görə ümumilikdə 8812.80 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə, səhv nəticəyə gəlmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 08 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Ömərov X5 Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh isə qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-69/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin və cavabdehin qarşılıqlı iddia tələbinin dəlillərinə və tərəflərin iddia və qarşılıqlı iddia tələbləri üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsinin hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnaməsindən görünür ki, məişət qaz istifadəçisi olaraq Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadə etməsi faktı, yəni qaz xəttinə qanunsuz qoşulma faktı - onun özünün etirafedici hərəkətləri və eyni zamanda, bu əməlinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta törətməsi ilə əlaqədar məsuliyyətə cəlb olunub, barəsində inzibati tənbeh tədbiri görülməsi ilə öz təsdiqini tapmış olsa da, qaz paylayıcısı İddiaçı tərəfindən həmin sayğacdan kənar əlavə qaz xəttindən 8 istifadə faktına görə itirilmiş qazın dəyəri kimi ödənilməsi tələb olunan ümumilikdə cəmi 8143,2 manat məbləğində borcun əsaslılığı məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Yəni, həmin qanunsuz qoşulma hallarına görə vurulmuş zərər olaraq itirilmiş qazın dəyərinin ümumilikdə 8143,2 manat məbləğində hesablanmasının əsaslılığının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə və yuxarıda təsvir olunan işin konkret hallarına uyğun olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)- 69/2025 nömrəli qətnaməsində isə işin halları, “borcun tutulması” barədə ilkin iddia və “cərimə məbləğinin azaldılması” barədə qarşılıqlı iddia tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun hesabat aparılaraq, işin konkret hallarına görə ilkin iddia və qarşılıqlı iddia tələbləri üzrə əsaslılığı və qanuniliyi şübhə doğurmayan nəticəyə gəlinmişdir. Qeyd etmək lazımdır ki, həmin Qaydaların 6.5-3-cü bəndinin tələblərinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(037)-69/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar