Məhkəmə qərarları › İş №2(107)-487/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-487/2024

30.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-487/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Ucar rayon Dövlət Notariat Kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X24 ibarət tərkibdə, X35 qızının katibliyi, İddiaçı, və Cavabdeh3 hüquqi varisi X25 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 qarşı “Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X21 ilə Cavabdeh2(hazırki iş üzrə cavabdeh) birgə nikahlarından xx.xx.1992-ci il tarixdə Kamran adlı uşaqları(hazırki iş üzrə iddiaçı) doğulmuşdur. Ucar Rayon Xalq Məhkəməsinin 12 sentyabr 1995-ci il tarixli qətnaməsi ilə X21 ilə Cavabdeh2 arasında bağlanmış nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X19 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 1276 nömrəli qeydiyyat vəsiqəsi ilə müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə X14, 1/2 hissəsinə isə X5 mülkiyyət hüququ 2 nömrəli reyestr kitabında 24 may 2004-cü ildə qeydiyyata alınmışdır. X10 şəhəri N. Nərimanov küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin ona aid hissəsini bacısı X11 vəsiyyət etmişdir. Vəsiyyətnamə 07 fevral 2003-cü il tarixdə Cavabdeh1 dövlət notariusu tərəfindən təsdiq edilərək reyestrdə 2V-16 nömrə ilə qeyd edilmişdir. X21 10 fevral 2003-cü ildə, X15 01 aprel 2004-cü ildə vəfat etmişdir. 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 10 fevral 2003-cü il tarixdə vəfat etmiş X14 qardaşı- hazırki iş üzrə Cavabdeh3 miras qoyanın ünvan 2 ünvanda 490 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan yaşayış evinin 1/2 hissəsindən irs almışdır. Cavabdeh3 03 fevral 2020-ci ildə vəfat etmişdir. Cavabdeh3 arvadı X26 və oğlu X32 10 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 vərəsələri hesab edildiyindən cavabdehin hüquqi varisləri qismində hazırki işə cəlb edilmişlər. 01 aprel 2004-cü ildə vəfat etmiş X8 övladları X27 və X28 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 adına Ucar şəhər Nərimanov küçəsi 9 saylı evin 1/2 hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə miras qoyan X14 yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisi X21 xx.xx.2003-cü ildə vəfat etmişdir. İddiaçı onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. İddiaçının anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. xx.xx.2003-cü ildə VCavabdeh3 vəfat etdikdən sonra onun qardaşı Cavabdeh3 iddiaçının qanuni nümayəndəsi olan anası Cavabdeh2 təzyiq edərək, iddiaçının atasından qalmış miras əmlakı onun maraqlarına və mənafeyinə uyğun olmayan şəkildə xx.xx.2004-cü ildə Ucar rayon Notariat kontorunda öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Ucar rayon Notariat kontoru qeyd edilən miras əmlakı rəsmiləşdirərkən yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına məlumat verməli olduğu halda bunu etməyib. Ucar rayon Notariat kontoru xx.xx.2023-cü ildə açılmış miras üzrə xx.xx.2004-cü ildə, qanunla nəzərdə tutulmuş 6 aylıq müddət bitdikdən 10 ay sonra(miras açıldığı gündən 16 ay sonra) ikinci dərəcəli vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin vərəsəlik işinin iddiaçının mirasqoyanın tək oğlu- yeganə vərəsəsi olması barədə sənəd vardır. Notarius qanuni sənədlərə və faktlara əhəmiyyət vermədən Mülki Məcəllənin 1262.2-ci maddəsinin tələblərinə zidd olan mirasdan imtina barədə ərizə almışdır. Ucar Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(063)-242/2009 nömrəli iş üzrə qəbul etdiyi 22 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh3 miras qoyan VCavabdeh3 xəstə olduğu vaxtlarda onun müalicəsinə kömək etmiş, o, vəfat etdikdən sonra dəfn mərasiminin xərclərini ödəmiş, mərhum qardaşından miras qalmış fərdi yaşayış evinə köçmüş və həmin evə faktiki olaraq sahiblik etməyə başlamışdır. Mirası qanunvericilikdə müəyyən edilmiş müddət ərzində faktiki qəbul etmişdir. Miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh3 ləyaqətsiz vərəsə olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 5 saylı qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 1137, 1243.2, 1244, 1246, 1247, 1255, 1272-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərdən qaçıraraq olduqca yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan notariat işinin 14-cü səhifəsində X14 verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə saat 17:00-da verilmişdir. Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X29 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və eynən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. İş materiallarından şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiq eləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşayış yerinə dair məlumatları və şəxsiyyətini identifikasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır. İş materiallarından görünür ki, vəsiyyət qoyan VCavabdeh3 “şizofreniya” diaqnozu qoyulmuşdur. Şizofreniya anlaqlığı istisna edən xəstəliklərin siyahısına daxildir. Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Habelə qanunvericiliyin məzmununa görə fəaliyyət qabiliyyətli sayılıb sayılmamasından aslı olmayaraq şəxs vəsiyyət edərkən anlaqsız vəziyyətdə ola bilər. Mülki Məcəllənin 346.1-ci maddəsində fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. İş matriallarına əlavə edilən 2V-26 saylı Ucar Rayon Notariat Ofisinin notariat işindən görünür ki, həmin notariat işi ilə əlaqədar icraat notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, X21 xx.xx.2003-cü il tarixdə bədən səthinin 1/3 hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə X14 verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə saat 17:00-da verilmişdir (Yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X29 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyatnaməni imzalasın. Bu tamamilə yalandır. X11 iddiaçının atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Birincisi iddiaçının atasının tək əlləri deyil, bədəninin 1/3 hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildi ki, o bilsin ki, o, 3 gün sonra vəfat edəcək. Bundan başqa iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Psixiatriya X1 dair Ambulator Kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, VCavabdeh3 “şizofreniya” diaqnozu qoyulmuşdur. Yəni o, vəsiyyət verə bilməzdi. Onun verdiyi vəsiyyətnamə onsuz da bağlandığı andan etibarsızdır. Digər tərəfdən iddiaçının atası yananda affekt vəziyyətində olub. O heç danışa da bilmirdi. Çünki ona güclü ağrıkəsicilər vurulurdu ki, ağrını hiss etməsin. Bildiririk ki, atası VCavabdeh3 anlaqsızlığı tərəfindən mötəbər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Ucar Rayon Məhkəməsi ümumiyyətlə onun atası VCavabdeh3 vəsiyyatnamə verdiyi anda “şizofreniya” xəstəliyinin olmasını və bədənin 1/3 hissəsinin termiki yanıqlarından dolayı affekt vəziyyətində olması faktına hüquqi qiymət verməmiş, necə deyərlər bu faktı görməzdən gələrək sanki yoxmuş kimi bu faktdan “yan keçmişdir”. İş materiallarından görünür ki, şizofreniya xəstəsi olan VCavabdeh3 öz əmlakını ölməmişdən 3 gün əvvəl öz doğma övladına deyil, yaşlı və ölüm ayağında olan Qətibə Daşdəmirovaya vəsiyyət etmişdir. Sizcə bu halın özü də şübhəli deyilmi? Hansı ata öz mirasını 12 yaşlı övladına deyil, yaşlı və ölüm ayağında olan birinə bağışlayar? İş materiallarından açıqaydın şəkildə görünür ki, VCavabdeh3 qardaşı Cavabdeh3 notariusun da yardımı ilə “iz itirməklə” öz qardaşının övladına çatası payı dolayı yollarla mənimsəmişdir. Bu nəinki qanuna zidd, həmçinin vicdansızlıqdır. Göründüyü kimi birinci intansiya məhkəməsi qeyd etdiyi bu hala da hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, 1 il 3 ay sonra Cavabdeh2 iddiaçının adından qəbul etməmə barədə ərizə yazmışdır. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Yəni 1 il 3 aydan sonra iddiaçının anasını qucağında 11 yaşlı uşaqla məcburən qaçdığı Bakı şəhərindən Ucar Notariat Kontoruna çağırılıb ona məcburi yazdırılan ərizənin heç bir hüquqi qüvvəsi ola bilməz. Bu cür ərizə yazıldığı andan etibarsızdır. 1 il 3 ay sonra yazılmış ərizə artıq müddət bitdikdən sonra verildiyi üçün hüquq münasibətlərini dəyişdirmək və ləğv etmək iqtidarında deyildi. 1 il 3 ay sonar yazılan ərizənin qanunvericilik baxımından əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməyərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi, məhkəmə işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmişdir. Atası öləndə (xx.xx.2003-cü il) və miras açılarkən iddiaçının cəmi 11 yaşı olmuşdur. 11 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək ona məxsus əmlakı əmisi Cavabdeh3 ələ keçirmişdir. İş materialları ilə açıq-aydın şəkildə müəyyən olunur ki, 2003-2004-cü illərdə iddiaçı məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Belə ki, onun cəmi 11 yaşı olmuşdur. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. İş materiallarından göründüyü kimi iddiaçının anası Cavabdeh2 mirasın qəbul edilməsindən imtina etmişdir. Lakin bu məhkəmənin icazəsi olmadan mümkün deyildi. Çünki həmin vaxt o, azyaşlı idi və məhdud fəaliyyət qabiliyyətli idi. İş materiallarında olan notariat işinin 8-ci vərəqindən görünür ki, Cavabdeh2 mirasdan imtina barədə ərizəsini öz əli ilə yazmamışdır. Bunu məhkəməyə ünvanladığı ərizəsində özü də etiraf etmişdir. Belə ki, ərizə latın qrafikası ilə yazılsa da, kirilcə “Cavabdeh2” sözləri yazılmış və imza edilmişdir. Bildiririk ki, həmin ərizəni onun anası imzalasa da Ucar notariusi Elman Cəlalov ona saxta yollarla ona yardım adı ilə aldadaraq ərizəyə imza atdırmışdır. 2(063)-242/2009 saylı, 22 oktyabr 2009-cu il tarixli Ucar Rayon Məhkəməsinin qətnaməsində də onun anasının 500 dollar müqabilində ərizəyə imza etməsi faktı öz əksini tapır. Belə ki, Cavabdeh3 məhkəmədə öz dili ilə etiraf etmişdir ki, fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakın onun adına qeydə alınmasına etiraz etməməsi üçün ondan 500 ABŞ Dolları pul almışdır. Bunun özü bir etirafdır ki, 11 yaşlı uşağa məxsus mirası cavabdeh pul qarşılığında mənimsəmişdir. Bundan başqa həmin vaxt anası latın qrafikasını bilmirdi. Bunu özü də məhkəmədə təsdiq etmiş və bu barədə yazılı ərizə vermişdir. Ərizədən görünür ki, ərizə latınca yazılmış, lakin kirilcə imzalanmışdır. Ucar Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh1 notariusu X30 iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən Cavabdeh3 verilmiş Ucar şəhəri, Nərimanov (indiki Heydər Əliyev küçəsi 9) küçəsi 9 saylı evin 1/2 hissəsinə xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir. Notariusun 2009-cu ildə məhkəməyə verdiyi izahat tamamilə yalan və absurddur. Vərəsəlik hüququ haqqında şəhadətnamə necə qanuni əsasla verilə bilərdi ki, məhdud fəaliyyət qabiliyyətli 1-ci növbəli vərəsə olan uşağa çatası miras əmlak 2-ci növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır? İş materiallarına əlavə olunan Ucar Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışlardan görünür ki, X21 ilə Cavabdeh2 xx.xx.1991-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi onun anası Cavabdeh2 boşandığına görə və üstündən 3 ildən çox müddət keçdiyinə görə onun atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras payına münasibətdə xx.xx.2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sərəncam verə bilməzdi. Bu halda işə qəyyumluq və himayəçilik orqanı cəlb olunmalı və məhkəməyə müraciət olunmalı idi. Bütün bu hallara da Ucar Rayon Notariat Kontoru nəzarət etməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir- birindən sonra vərəsə ola bilməzlər. Hətta Həmin Məcəllənin 1164-ci maddəsində qeyd olunmuşdur ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan maddəni də işə düzgün tətbiq etməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək çoxsaylı səhvlərə yol vermişdir. İş materiallarından görünür ki, Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Cavabdeh3 vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə altı (6 ay) aydan sonra verilə bilərdi. Notariat icraatının birinci səhifəsindən görünür ki, notarius Elman Cəlilov və X21 bilərəkdən-qəsdən X14 övladları qismində ondan savayı X4 miras qoyanın oğlu və X9 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, iş materiallarından görünür ki, X2 Daşdəmirovun qardaşı, X12 isə VCavabdeh3 bacısıdır. Bundan əlavə, X14 payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ərizədə göstərilməmişdir. Bundan əlavə, X14 həyatı boyu cəmi bir vərəsəsi olmuşdur. O, da onun öldüyü gün 11 yaşı olan oğludur. Ucar rayon məhkəməsi mülki işə baxarkən konstitusion və konvension hüquqlarımı pozaraq aşağıdakıları nəzərdən qaçırmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Məsələn, onun atası VCavabdeh3 vəsiyyətnaməqoyarkən “şizofreniya” xəstəsi olması, onun vəsiyyətnaməni şəxsən tərtib etməməsi, vəsiyyətnaməni tərtib edərkən ölüm ayağında olması, ölüm səbəbinin bədən səthinin 1/3 hissəsinin termiki yanığı olması, vəsiyyətnamə qoyulan zamanı şahidlərin və vəsiyyətnaməni imzalayan şəxslərin şəxsiyyətinin müəyyən olunmaması, onun anası Cavabdeh2 ilə atası VCavabdeh3 1995-ci ildə rəsmi qaydada boşanmaları və bir-birinin vərəsəsi ola bilməməsi, onun anasının 3 ay ərzində deyil, 1 il 3 ay sonra hüquqi qüvvəsi olmayan mirası qəbul etməmə barədə ərizə yazması, onun vəsiyyətnamə qoyularkən 12 yaşında olması, köməksiz vəziyyətdə olması, çoxsaylı digər üzrlü səbəblərin olması və sair. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən onun xeyrinə mülki işdəki çoxsaylı faktiki hallar aydınlaşdırılmamış və qətnamədə həmin hallara istinad olunmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-225/2023 nömrəli iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsi ləğv dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Belə ki, qəyyumluq və himayə orqanına o vaxt müraciət etmək olardı ki, iddiaçı ya qəyyumluqda olsun yada himayə altında olsun. Halbuki həmin vaxt onun anası qanuni nümayəndə olaraq iddiaçını təmsil etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-21/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Kollegiya birinci və apelyasiya instansiyası məhkəmələrinin bu mövqelərini əsassız hesab etmişdir, ona görə ki, əvvəla, iddiaçının miras əmlaka vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Bundan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, “qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.” Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin rədd edilməsinin əsaslarından biri kimi İddiaçı iddiası əsasında açılmış digər mülki iş üzrə məhkəmə aktlarına (Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsinə, Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)- 1942/2021 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1977/2022 saylı qərarına) istinad etmişdir. Məhkəmə tərkibi belə yanaşmanı əsaslı saymır, ona görə ki, sadalanan məhkəmə aktlarında hazırkı iş üzrə çıxarılmış Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsinə istinad olunmuşdur. Buna baxmayaraq hazırkı işdə də apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009cu il tarixli qətnaməsindən sonra çıxarılan həmin məhkəmə aktlarına istinad etməsi qanuni və əsaslı olmamışdır. Ona görə ki, apellyasiya məhkəməsinin bu iş üzrə yoxlama predmetini Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsi təşkil etmişdir. Bu səbəbdən həmin tarixdən sonra çıxarılmış məhkəmə aktları bu yoxlamada nəzərə alına bilməzdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh3 hüquqi varisi X32 izahatında bildirmişdir ki, VCavabdeh3 onun əmisidir. Əmisi ölən günədək ona mərhum atası Cavabdeh3 baxmışdır. İddiaçının anası miras əmlakdan imtina etmişdir və buna görə də atasının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, həmin şəhadətnamə qanunidir və etibarsız sayılması üçün heç bir əsas yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, iddiaçı, X21 ilə Cavabdeh2 birgə nikahlarından xx.xx.1992-ci il tarixdə doğulmuşdur. X21 ilə Cavabdeh2 arasında bağlanmış nikah Ucar Rayon Xalq Məhkəməsinin 12 sentyabr 1995-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə X14 mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. X21(bundan sonra- miras qoyan) 10 fevral 2003-cü ildə vəfat etmişdir. Miras qoyanın qardaşı- hazırki iş üzrə Cavabdeh3 miras qoyanın ünvan 2 ünvanda 490 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan yaşayış evinin 1/2 hissəsindən irs alması barədə 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir: 1. Cavabdeh3 adına Ucar şəhər Nərimanov küçəsi 9 saylı evin 1/2 hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsi(iddia ərizəsində tələb şəhadətnamənin ləğv edilməsi kimi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sözügedən şəhadətnamənin etibarlılığını mübahisələndirir), 2. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinə miras qoyan X14 yeganə oğlu, birinci növbə vərəsəsi İddiaçı payının müəyyən edilməsi(adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması), 3. Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması. Birinci instansiya məhkəməsi iddia tələbini 1-ci və 2-ci hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin dəlili- mirasdan imtinanın qanunvericiliyin tələblərinə uyğun olmaması, notariusun həmin əmlaka Cavabdeh3 qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iddia tələbinə bu hissədə iddiaçının mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Bundan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, “qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.” Məhkəmə qeyd edir ki, miras açılan zaman- 10 fevral 2003-cü ildə iddiaçının 11 yaşının olması və bununla da məhdud fəaliyyət qabiliyyətli şəxs hesab olunması işin mübahisəsiz halıdır. Belə olan halda onun adından mirasdan imtinaya yalnız məhkəmənin icazəsi ilə və Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş müddətdə yol verilə bilərdi ki, hazırki mübahisədə belə halların olması öz təsdiqini tapmır. Qeyd olunanları əsas gətirərərək Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 adına Ucar şəhər Nərimanov küçəsi 9 saylı evin 1/2 hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. İddia tələbinin 2-ci hissəsi, yəni miras əmlak olan Ucar şəhər Nərimanov küçəsi 9 saylı evin 1/2 hissəsinə miras qoyanın yeganə oğlu, birinci növbə vərəsəsi İddiaçı payının müəyyən edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, miras açılan zaman- 10 fevral 2003-cü ildə iddiaçının miras qoyanın yeganə birinci növbə vərəsəsi olması işin mübahisələdirilməyən halıdır. Həmçinin iş materialları ilə o da müəyyən olunur ki, miras qoyan ünvan 2 ünvanda yerləşən yaşayış evinin ona aid hissəsini bacısı X11 vəsiyyət etmişdir. Vəsiyyətnamə 07 fevral 2003-cü il tarixdə Cavabdeh1 dövlət notariusu tərəfindən təsdiq edilərək reyestrdə 2V- 16 nömrə ilə qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatında həmin vəsiyyətnamənin etibarsız olduğunu bildirir. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, sözügedən vəsiyyətnamənin etibarlı olub-olmamasını müəyyən etmək hazırki iş üzrə yoxlama predmeti deyil. Belə ki, sözügedən vəsiyyətnamə iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. İddiaçının bu tələbi Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş qətnamə var. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir(MPM 82.3 maddə). Məhkəmə bildirir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunan maddənin tələbindən çıxış edən Məhkəmə hesab edir ki, miras əmlaka iddiaçının payının müəyyən edilməsi hissəsində də iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Müzakirə olunan hissədə iddia tələbi və apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İddiaçının miras əmlakda məcburi pay hüququnun olmasını nəzərə alan Məhkəmə hesab edir ki, miras əmlakda iddiaçının 1/2 hissədə məcburi payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 3-cü hissəsi, yəni Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1137-ci maddəsinin tələblərinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsini təsdiq edəcək sübutlar nə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş, nə də Mülki Məcəllənin 1137-ci maddəsinin dispozitiv şərtlərinə cavab verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Odur ki, Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, 10 fevral 2003-cü il tarixdə vəfat etmiş X14 qardaşı- hazırki iş üzrə Cavabdeh3 miras qoyanın ünvan 2 ünvanda 490 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan yaşayış evinin 1/2 hissəsindən irs alması barədə 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalı, miras əmlakın 1/2 hissəsinə iddiaçının məcburi payı müəyyən edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini tamamilə rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2009-cu il tarixli qətnaməsi qismən, “Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. X3 miras qalmış ünvan 2 ünvanda 490 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan yaşayış evinin 1/2 hissəsinə Cavabdeh3 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Cavabdeh1 tərəfindən verilmiş 01 iyun 2004-cü il tarixli, 2V-26 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin 1/2 hissəsinin 1/2 hissəsinə İddiaçı mirasda məcburi payı müəyyən edilsin. Qətnamə qalan, “Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar