Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-488/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən və pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), X21 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının iştirakları ilə, İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən və pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşməklə ailəsinin mülkiyyətində olan 2762.90 kv/m pay torpaq sahəsindən cavabdeh X4 ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.
2. İddiaçı məhkəmə baxışı iclasında iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 əlavə olaraq cavabdeh qismində işə cəlb edilməsini və 6500 manat kompensasiya verilməklə cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmuşdur.
İş üzrə əvvəlki icraatda qəbul edilmiş məhkəmə aktları
4. Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(019)- 672/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər X9 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X9 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X8 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli 2(107)-655/2018 nömrəli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər X4 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən cavabdeh X6 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər X4 və Cavabdeh2 iddiaçı X12 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018- ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.
7. Qərar belə əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apelyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(107)- 655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11 dekabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Birinci instansiya məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, göstərmişdir ki, Balakən rayon Aqrat İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqları-X15 və X5 Balakən rayonu Meşəşambul kəndində ərazisindən 1.14 ha pay torpaq sahəsi veirlmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kvm torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİKnin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, Torpağın mülkiyyət hüququna dair» JN-422, KOD 40109018 olan Dövlət Aktında rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində iddiaçının əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, Gülnaz Qzaxova və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə cavabdeh Solmaz Qazaxova ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bacğlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir,1996-cı ildən orada yaşayır və orada iki mərtəbəli ev inşa etdirmişdir. Oğlu Ruslan da birlikdə həmin evdə yaşayır. Həmin ev pay torpağında tikildiyinə görə həmin evə dair sənəd verilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Ona görə də hazırki iddianın hüquqi əsası aradan qalxmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
10. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
11. Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı X6 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə X4 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6500 manat kompensasiya verilməklə cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)- 672/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər X9 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X9 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X8 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər X4 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən cavabdeh X6 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər X4 və Cavabdeh2 iddiaçı X12 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2 (107)-655/2018 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Vəkil1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2 (102)-1585/2019 nömrəli qərarı ilə cavabdehlər X4, Cavabdeh2 və onların vəkilləri Vəkil1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2 (107)- 655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 767/2019 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2 (102)-7145\18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (102)-511/2019 saylı qərarı ilə kasasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli,13(102)-1/2021 nömrəli qərardadı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsi və qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilimişdir. Həmin qərardadda göstərilir ki,Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (019)- 672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (107)- 655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
13. Məhkəmə eyni tərəflərə aid qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 767/2019 saylı qətnaməsi ilə İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi faktını hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan bir fakt kimi qəbul etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6500 manat kompensasiya verilməklə cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir.
15. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad olunan Konstitusiyasın 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun.
16. Məhkəmə qeyd etmişdir ki, hazırki halda İddiaçı cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, qeyd olunanlar hazırki iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir.
18. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab etmişdir ki, İddiaçı X6 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə X4 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 140, 146.1, 146.2, 152.1, 152.3, 152.4, 228.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.5, 16.6-cı maddələrinə, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, «İnsan Hüquqlarının və X13 Haqqında» Konvensiyanın 6-cı maddəsinə, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-cı il tarixli Qərarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Eyri İrlandiyaya qarşı iş üzrə Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
20. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1991/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3406/2022 nömrəli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3406/2022 nömrəli qərarında göstərilmişdir ki, iddiaçı evin mülkiyyətçisi olmadığı üçün onun kompensasiya verməklə cavabdehlərin evdən çıxarılması tələbinin rədd edilməsi qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti həmin hissədə rədd edilməli, qətnamə evə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla belə Kollegiya hesab etmişdir ki, cavabdehlərin 2762.90 kv.m. pay torpaq sahəsindən çıxarılması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
26. Belə ki, iddiaçı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etməklə hüququna müdaxilə etdiyini bildirir.
27. MM-in 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Məhkəmələr bu tələbi rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmişlər və belə nəticəyə gəlmişlər ki, həmin norpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyil.
29. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyatı barədə olmuşdur.
30. Sözügedən torpaq sahəsinin də daxil olduğu 1.14 ha sahənin isə iddiaçının ümumi mülkiyyətində olmasına dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı işə əlavə edilmişdir. Həmin aktın hansı səbəbdən nəzərə alınmaması məhkəmələr tərəfindən əsaslandırılmamış, torpağa dair iddianın həllində ona hüquqi qiymət verilməmişdir.
31. Kollegiya onu da nəzərə alır ki, iddiaçı, evin ona mülkiyyət hüququ ilə məxsus olan 2762.90 kv.m. torpaq sahəsində yerləşdiyini bildirsə də, adı çəkilən çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0207 ha, statusu Bələdiyyə mülkiyyəti, hüququn növü isə istifadə kimi qeyd edilmişdir.
32. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyində isə cavabdeh Solmaz Qazaxovanın yaşadığı evin İddiaçı və digər ümumi mülkiyyətçilərə məxsus 2762.90 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi qeyd olunmuşdur.
33. Belə olan halda, iddiaçının mülkiyyət hüququna dair çıxarışın etibarsız sayıldığı fərdi yaşayış evinin bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa qeyd olunan dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m. torpaq sahəsində yerləşibyerləşməməsi lazımi qaydada müəyyənləşdirilməmişdir.
34. Halbuki, iddianın torpaq sahəsindən çıxarılma hissəsinin düzgün həlli üçün həmin xüsusatların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, evin iddiaçının ümumi mülkiyyətində olan torpaqda yerləşib-yerləşmədiyi aydınlaşdırılmalı, JN422 nömrəli, xx.xx.1999-cu il tarixli dövlət aktının hüquqi qüvvəsində olduğu halda iddiaçının torpaq sahəsindən çıxarılma tələbinə yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verilməli, bu zaman cavabdehlərin həmin sahədən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmaması da yoxlanılmaqla nəticəsindən asılı olaraq tələb qanuni və ədalətli şəkildə həll olunmalıdır.
35. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddianın torpaq sahəsinə aid hissəsində apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
36. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilməli, bu hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-100/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Solmaz Qazaxovanın və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Solmaz Qazaxova və Cavabdeh2in iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m pay torpaq sahəsindən çıxarılmaları qət olunmuşdur.
38. Həmin qətnamədən İddiaçı (Vəkil2) və cavabdeh Solmaz (Qazaxova) Çerçiyeva (Vəkil1) tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)-97/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2024cü il tarixli, 2(102)-97/2024 nömrəli qərarında göstərilmişdir ki, sonuncu dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə baxmaq səlahiyyəti olmayan hakimin iştirakı ilə çıxardığından, bu hal kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq həmin məhkəmə aktının ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı və birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan həmin şikayətlər qismən təmin edilməli, apelyasiya insyansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
42. İşə yenidən baxılarkən apelyasiya məhkəməsi işə bundan əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl etməklə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
a)Apellyasiya şikayətinin dəlilləri
43. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir.
44. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqlarına - X15 və X5 Balakən rayonu Meşəşambul kəndi ərazisində 1.14 ha pay torpaq sahəsi verilmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kv/m torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİKnin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, “Torpağın mülkiyyət hüququna dair” JN-422, KOD 40109018 olan onun tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, İddiaçı və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə cavabdeh Solmaz Qazaxova ilə birlikdə oğlu Cavabdeh2 yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bağlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin yəni onların mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Balakən Rayon Məhkəməsi maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozmuş, cavabdeh X4 həmin torpaq sahəsinə və evə hər hansı bir hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdehlər X4 və Cavabdeh2 nə mübahisəli torpaq sahəsinə, nə də mübahisəli evə hər hansı bir mülkiyyət hüququnun olub-olmamasını, onun adından RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə, həmçinin, Balakən rayonu Meşəşambul kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli evin ona məxsus olmasını nəzərə almamışdır.
45. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)- 739/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
46. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
47. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
49. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Malalova (Qazaxova) Hürü Nürəddin qızı və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
52. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Qərarlar:
53. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
54. “X10rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
56. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3406/2022 nömrəli qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
61. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd olunmuş X4 və Cavabdeh2 torpaq sahəsindən çıxarılması hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilmiş torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3406/2022 nömrəli qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan və mübahisələndirilən yəni, cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılmalarına dair hissəsinə qiymət verilməsi zəruridir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılmalarına dair hissədə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilmiş cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılmalarına dair hissəsində gəldiyi nəticəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməsi, artıq həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının mövcud olmaması, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüquqlarının mövcud olmaması ilə əsaslandırmışdır.
66. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş cavabdehlərin torpaq sahəsindən çıxarılmalarına dair hissədə gəldiyi nəticə ilə tam razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdehlərin torpaq sahəsindən çıxarılmalarına dair rədd edilmiş hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına tam uyğun olmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
67. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini torpaq sahəsindən çıxarılma hissəsində rədd edərkən mövqeyini İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə əsaslandırsa da, etibarsız hesab edilən həmin çıxarışın 2762.90 kv/m. pay torpaq sahəsinə münasibətdə deyil, fərdi yaşayış evinə münasibətdə verilməsini diqqətə almamışdır.
68. Halbuki işdə olan Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktı üzrə cəmi 1,14 ha, o cümlədən 1,14 ha torpaq sahəsinin tərkib hissəsinə daxil olan 422A planşeti üzrə 2762.90 kv/m torpaq sahəsi İddiaçı, üçüncü şəxslər Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərindədir.
69. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərin torpaq sahəsindən çıxarılmalarını tələb etməkdə subyektiv hüququnun olmaması nəticəsinə gələrkən də yanlış mövqedən çıxış etmişdir.
70. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
71. Göründüyü kimi iddiaçı cavabdehlərin torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun buna subyektiv hüququ olmuşdur.
72. Yüksək instansiya məhkəməsinin göstərişlərinin icrası, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının qərardadları ilə iş üzrə məhkəmə tikinti texniki və əlavə məhkəmə tikinti texniki ekspertizaları təyin edilmiş, məhkəmə tikinti texniki ekspertizasının 13 iyul 2023-cü il tarixli, 10/3986 nömrəli, 11 oktyabr 2024-cü il tarixli, 10/2990 nömrəli rəyləri əldə edilərək iş materiallarına əlavə edilmişdir.
73. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 13 iyul 2023-cü il tarixli, 10/3986 nömrəli rəydə göstərilmişdir:
74. Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv/m olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
75. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 2762.90 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.
76. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 10/2990 nömrəli rəydə göstərilmişdir:
77. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
78. JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı ilə İddiaçı, üçüncü şəxslər X15 və X3 ümumibirgə mülkiyyətlərində olan cəmi 1.14 hektar torpaq sahəsinin 2762.90 kv.m hissəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı- 1- də göstərilmişdir.
79. JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı ilə İddiaçı, üçüncü şəxslər X15 və X3 ümumibirgə mülkiyyətlərində olan cəmi 1.14 hektar torpaq sahəsinin 2762.90 kv.m hissəsində inşa edilmiş fərdi yaşayış evindən normal istifadə üçün hansı ölçülərdə, hansı döngə nöqtələrində və hansı koordinatlarda torpaq sahəsinin zəruri olması idarəmizin səlahiyyətlərinə aid deyildir.
80. JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı ilə İddiaçı, üçüncü şəxslər X15 və X3 ümumibirgə mülkiyyətlərində olan cəmi 1.14 hektar torpaq sahəsinin 2762.90 kv.m hissəsində inşa edilmiş fərdi yaşayış evinədək ümumi istifadədə olan yoldan (küçə yolundan) gediş-gəliş üçün zəruri olan yol sahəsinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-2-də göstərilmişdir.
81. JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı ilə İddiaçı, üçüncü şəxslər X15 və X3 ümumibirgə mülkiyyətlərində olan cəmi 1.14 hektar torpaq sahəsinin 2762.90 kv.m hissəsində inşa edilmiş fərdi yaşayış evindən normal istifadə üçün zəruri olan torpaq sahəsi nə qədər olması idarəmizin səlahiyyətlərinə aid deyildir. Ancaq evin altında yerləşən torpaq sahəsinin ölçüləri 0.0207 ha və həmin evə ümumi istifadədə olan yoldan küçə yolundan gediş-gəliş üçün zəruri olan yol sahəsinin ölçüləri isə 0.0088 hektardır.
82. Beləliklə ekspertiza tədqiqatı ilə mübahisəli evin iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir.
83. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
84. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
85. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmamasına münasibətdə qeyd edir ki, torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktı üzrə ümumibirgə mülkiyyətində olan 2762.90 kv/m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasına dair hissədə iddia tələbi rədd edilməklə, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Həmçinin mübahisəli evin yerləşdiyi torpaq sahəsindən istifadədə cavabdehlərin əsaslı mənafelərinin olub-olmamasının yoxlanılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən Balakən rayon İcra Hakimiyyəti Başçısının Meşəşambul kənd İnsibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu məktubu göndərilmişdir.
86. Həmin nümayəndəliyin 05 dekabr 2024-cü il tarixli məktubu, 11 dekabr 2024-cü il tarixli arayışı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının mübahisəli evdə, oğlu Ruslanın Rusiya Federasiyasında yaşamaları, Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının Meşəşambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1 nömrəli təsərrüfatbaşına kitabın 64 nömrəli şəxsi hesabında (təsərrüfatında) 1993-cü ildən qeydiyyatda olması, hal-hazırda həmin təsərrüfatda qeydiyyata alınmış 2007-ci ildə tikilmiş fərdi yaşayış evində (mübahisəli) yaşaması müəyyən edilmişdir.
87. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkilinin, eyni zamanda cavabdeh Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının izahatları ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının 1993-cü ildə Ramazan Qazaxovla ailə qurması, ailə qurduqdan sonra 2762.90 kv/m torpaq sahəsində yerləşən digər bir evdə yaşamaları, X20 Federasiyasından göndərdiyi pul vəsaiti hesabına Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən 2006-cı ildə mübahisəli fərdi yaşayış evinin inşasına başlanması, 2007-ci ildə fərdi yaşayış evinin inşasının tamamlanması, inşasının tamamlanmasından sonra cavabdehlərin həmin evdə yaşamaları, 2017-ci ildə X14 (Qazaxova) Solmaz Məhəmməd qızı arasında bağlanmış nikahın pozulması müəyyən edilmişdir.
88. Göründüyü kimi cavabdeh tərəfin 2762.90 kv.m torpaq sahəsindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçüləri həddində, həmçinin həmin yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək) zəruri yol sahəsindən istifadədə əsaslı mənafeləri vardır.
89. İddiaçının nümayəndəsi və vəkili 09 dekabr 2024-cü il tarixdə məhkəmə kollegiyasına göndərdiyi Balakən rayon İcra Hakimiyyəti Başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli, 154 nömrəli arayışında Şərif kəndində yaşamış Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının Şərif kəndində anasına məxsus 1972-ci ildə tikilmiş fərdi yaşayış evinin olması qeyd edilsə də həmin hal cavabdehlərin 2762.90 kv.m torpaq sahəsindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçüləri həddində, həmçinin həmin yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək) zəruri yol sahəsindən istifadədə əsaslı mənafelərinin olmasını istisna etmir.
90. Məhkəmə kollegiyası fərdi yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək) məsafədə torpaq sahəsindən bütünlükdə deyil, fərdi yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək) hissədə ekspertiza tədqiqatı, həmin tədqiqatın aparılmasında istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə olan yerquruluşu planında nəzərdə tutulmuş zəruri yol sahəsi həddində əsaslı mənafelərinin olması qənaətinə gəlir.
91. Belə ki, işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən və həmin rərə əlavə edilmiş 2 saylı yerquruluşu planından görünür ki, 2762.90 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüləri 0.0207 ha və həmin evə ümumi istifadədə olan yoldan küçə yolundan gediş-gəliş üçün zəruri olan yol sahəsinin ölçüləri isə 0.0088 hektardır.
92. Beləliklə 2762.90 kv.m torpaq sahəsindən fərdi yaşayış evinin altında yerləşən 0.0207 ha və həmin evə ümumi istifadədə olan yoldan (küçə yolundan) gediş-gəliş üçün zəruri olan 0.0088 hektar yol sahəsi çıxıldıqda yerdə qalan torpaq sahəsinin ölçülərinin 2467,9 kv/m təşkil edir ki, 2467,9 kv/m torpaq sahəsindən istifadədə cavabdeh tərəfin əsaslı mənafeyinin olması iş materiallarından müəyyən edilməmişdir.
93. Bu baxımdan İddiaçı torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktının 422A planşeti üzrə ümumibirgə mülkiyyətində olan 2762,90 kv/m torpaq sahəsinin 2467,9 kv/m hissəsindən cavabdehlərin çıxarılmalarını tələb etməkdə haqlıdır.
94. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın “torpaq sahəsindən çıxarılmanın rədd edilməsi” hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı iddia tələbi pay torpaq sahəsindən çıxarılma hissəsində qismən təmin edilməli, cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktının 422A planşeti üzrə İddiaçı, Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərində olan 2762,90 kv/m torpaq sahəsinin 2467,9 kv/m hissəsindən çıxarılmalıdırlar.
95. İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı pay torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərində olan 2762,90 kv/m torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin altındakı 207 kv/m və həmin torpaq sahəsinin qarşısından keçən ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinədək məsafədə gedişgəliş üçün zəruri olan 88 kv/m yol sahəsindən çıxarılmaları hissələrində təmin edilməməlidir.
96. İddianın rədd edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları 1. X 605039,7073 Y 4617059,0202, 2. X 605038,4780 Y 4617054,3806, 3. X 605036,1580 Y 4617054,9953, 4. X 605034,8292 Y 4617050,1748, 5. X. 605022,8428 Y 4617053,3507, 6. X 605024,1716 Y 4617058,1712, 7. X 605021,8517 Y 4617058,7858, 8. X 605023,0810 Y 4617063,4255,
9. X 605025,4009 Y 4617062,8108, 10. X 605026,6815 Y 4617067,6440, 11. X 605038,6679 Y 4617064,4681, 12. X 605037,3873 Y 4617059,6349; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 2,4 metr, 3-4 arası məsafə 5.0 metr, 4-5 arası məsafə 12.4 metr, 5-6 arası məsafə 5.0 metr, 6-7 arası məsafə 2.4 metr, 7-8 arası məsafə 4.8 metr, 8-9 arası məsafə 2.4 metr, 9-10 arası məsafə 5.0 metr, 10-11 arası məsafə 12.4 metr,11-12 arası məsafə 5,0 metr, 12-1 arası məsafə 2.4 metr müəyyən edilməlidir.
97. İddianın rədd edilmiş ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri olan yolun ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları 1. X 605039,7073 Y 4617059,0202, 2. X 605038,4780 Y 4617054,3806, 3. X 605056,2622 Y 4617049,6685, 4. X 605057,1413 Y 4617052,4950,
5. X. 605056,8224 Y 4617054,4854; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 18.4 metr, 3-4 arası məsafə 3.0 metr, 4-5 arası məsafə 2.0 metr, 5-1 arası məsafə 17.7 metr müəyyən edilməlidir.
98. Torpaq sahəsinin ölçülməsi ilə bağlı İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat xidmət haqqının 47,50 manatı cavabdehlər X9 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalı, məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın “torpaq sahəsindən çıxarılmanın rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı iddia tələbi pay torpaq sahəsindən çıxarılma hissəsində qismən təmin edilsin. Cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktının 422A planşeti üzrə İddiaçı, Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərində olan 2762,90 kv/m torpaq sahəsinin 2467,9 kv/m hissəsindən çıxarılsınlar. İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı pay torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərində olan 2762,90 kv/m torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin altındakı 207 kv/m və həmin torpaq sahəsinin qarşısından keçən ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinədək məsafədə gedişgəliş üçün zəruri olan 88 kv/m yol sahəsindən çıxarılmaları hissələrində təmin edilməsin. İddianın rədd edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları 1. X 605039,7073 Y 4617059,0202, 2. X 605038,4780 Y 4617054,3806, 3. X 605036,1580 Y 4617054,9953, 4. X 605034,8292 Y 4617050,1748, 5. X. 605022,8428 Y 4617053,3507, 6. X 605024,1716 Y 4617058,1712, 7. X 605021,8517 Y 4617058,7858, 8. X 605023,0810 Y 4617063,4255,
9. X 605025,4009 Y 4617062,8108, 10. X 605026,6815 Y 4617067,6440, 11. X 605038,6679 Y 4617064,4681, 12. X 605037,3873 Y 4617059,6349; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 2,4 metr, 3-4 arası məsafə 5.0 metr, 4-5 arası məsafə 12.4 metr, 5-6 arası məsafə 5.0 metr, 6-7 arası məsafə 2.4 metr, 7-8 arası məsafə 4.8 metr, 8-9 arası məsafə 2.4 metr, 9-10 arası məsafə 5,0 metr, 10-11 arası məsafə 12.4 metr,11-12 arası məsafə 5.0 metr, 12-1 arası məsafə 2.4 metr müəyyən edilsin. İddianın rədd edilmiş ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri olan yolun ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları
1. X 605039,7073 Y 4617059,0202, 2. X 605038,4780 Y 4617054,3806, 3. X 605056,2622 Y 4617049,6685, 4. X 605057,1413 Y 4617052,4950, 5. X. 605056,8224 Y 4617054,4854; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 18.4 metr, 3-4 arası məsafə 3.0 metr, 4-5 arası məsafə 2.0 metr, 5-1 arası məsafə 17.7 metr müəyyən edilsin. Torpaq sahəsinin ölçülməsi ilə bağlı İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat xidmət haqqının 47,50 manatı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.