Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-489/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsindən qətnamə ilə hüquqlarına toxunan şəxs Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə qarşı “Cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq məqsədi ilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin bag salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsi ilə iddiaçı X2 arasında icarə müqaviləsinin bağlanması qət edilmişdir. İşin halları İddiaçı X2 (bundan sonra iddiaçı və ya Kəmaləddin Məhərrəmov) cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsinə (bundan sonra cavabdeh və ya Car Bələdiyyəsi) qarşı cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq məqsədilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan 0.20 ha torpaq sahəsinin bag salınması məqsədilə qanunvericiliyə uygun olaraq uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi və hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ilin yanvar ayının əvvəllərində Car Bələdiyyəsinə müraciət edərək, Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki yararsız vəziyyətdə olan 0.20 ha torpaq sahəsinin bag salınması məqsədilə qanunvericiliyə uygun olaraq uzun müddətə ona icarəyə verilməsini xahiş etmişdir. Cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli ümumi yığıncağının qərarı ilə həmin bələdiyyənin mülkiyyətindəki yararsız vəziyyətdə olan 0.20 ha torpaq sahəsinin abaşlaşdırılmaqla bag salınması məqsədilə uzun müddətə ona icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra sənədlər Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinə göndərilmiş, torpaq şöbəsinin mütəxəssisləri və Car Bələdiyyəsinin sədri Məhəmməd Xiniyevin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmiş və sərhədləri müəyyənləşdirilmişdir. Torpaqla bağlı toplanmış sənədlər Аzərbаycаn Respublikаsının Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinə göndərilmiş və orada sənədlər təsdiqlənərək, sənədləşmənin başa çatdırılması üçün yenidən Komitənin Zaqatala Rayon Şöbəsinə göndərilmişdir. Sənədləşdirilmə davam etdirilməli olduğu halda, qanunsuz olaraq Car Bələdiyyəsi tərəfindən saxlanılmış və bununla da onun hüquqları pozulmuşdur. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Kəmaləddin Məhərrəmov izahatında iddia tələbini müdafiə edərək, оnun təmin edilməsi bаrədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Car Bələdiyyəsinin nümayəndəsi X4 iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini, iddianı qəbul etdiyini bildirmiş və bununla bağlı yаzılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamə ilə hüquqlarına toxunan şəxs Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi (bundan sonra hüquqlarına toxunan şəxs və ya DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi) apelyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə Zaqataia rayonu Car bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m və ya 0,20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Car bələdiyyəsi ilə iddiaçı Kəmaləddin Məhərrəmov arasında icarə müqaviləsi bağlanması qət edilmişdir. Lakin, məhkəmə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cavabdeh Car bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadan Kəmaləddin Məhərrəmovun icarəsinə verilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda məhkəmə hüquq və maraqlarına toxunulan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini və Zaqatala rayon Notariat ofisini işə cəlb etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx xxxxxx 2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanına, bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin aparılması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hüquq və vəzifələri Zaqatala və Balakən rayonları üzrə həyata keçirən ixtisaslaşdırılmış hüquqi şəxsdir”. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə ilə hüquqlarına toxunan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsi dövlət fondu torpaqlarına aid deyil, bələdiyyə mülkiyyətidir. Onlar torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olmasını mübahisələndirmirlər. Sadəcə olaraq apellyasiya şikayətini ona görə vermişlər ki, birinci instansiya məhkəməsi icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cavabdeh Zaqatala rayonu Car bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadan Kəmaləddin Məhərrəmovun icarəsinə verilməsini qət etmişdir. Hesab edirlər ki, məhkəmə bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Car Bələdiyyəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi əvvəlki Car Bələdiyyəsinin əvvəlki sədri tərəfindən icra edilmişdir və həmin vaxtdan da sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətidir, dövlət fondu torpaqlarına aid deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Kəmaləddin Məhərrəmov apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2014-cü ildə cavabdeh Car Bələdiyyəsi tərəfindən icra edilərək onunla icarə müqaviləsi bağlanmışdır. O, 2014-cü ildən etibarən sözügedən torpaq sahəsindən qanuni əsaslarla, yəni icarə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edir. Ərazidə xeyli xərc çəkərək abadlıq işləri aparmışdır. İcarə müqaviləsi üzrə icarə haqqını ilbəil ödəmişdir. Yalnız 2020-ci ildə Car Bələdiyyəsinin yeni sədri seçildiyindən və yeni sədr həmir torpaq sahəsini ondan almaq istədiyindən son bir ildə icarə haqqını ödəməmişdir, amma dərhal ödəməyə hazırdır. Kəmaləddin Məhərrəmov sözügedən torpaq sahəsində abadlıq işləri aparmasını təsdiq edən fotoşəkilləri məhkəmə kollegiyasına təqdim etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Kəmaləddin Məhərrəmovun ərizələrinin məzmunundan aydın olur ki, o, Car Bələdiyyəsindən abadlıq məqsədilə 0,20 ha yararsız torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının protokolunun 01 nömrəli qərarından çıxarışdan görünür ki, həmin bələdiyyənin icarə predmeti olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin abadlıq məqsədilə icarəyə verilməsilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Bununla əlaqədar icarə hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin icarə haqqının aşağı həddi barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən, bələdiyyənin icarəyə verilməsi məqsədilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair çıxarışın verilməsinin Azərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi İdаrəsindən xahiş edilməsi qərara alınmışdır. Car Bələdiyyəsindən abadlıq məqsədilə icarəyə verilmiş torpaq sahəsinə dair Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin baş məsləhətçısı F.Qaziyevin mütəxəssis rəyindən görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən abadlıq məqsədilə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən verilmiş arayışdan görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə abadlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid olmaqla, kolluq ərazidir. Həmin torpaq 2000 kv.m. və ya 0,20 ha sahədən ibarətdir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin Car Bələdiyyəsinin mülkiyyətindən abadlıq məqsədilə 0,20 ha torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə təqdim edilmiş sənədlərə dair xx.xx.2013-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, Car Bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.20 ha olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsi həmin torpaq sahəsinin icarəyə verilməsini qanuna müvafiq hesab edir. Car Bələdiyyəsinin sədri M.Xiniyevin iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubunda göstərilir ki, torpaq sahəsinin icarəyə verilməsi tələbinə dair iddiaçının ərizəsi Zaqatala Rayonu Car Bələdiyyəsinin üzvlərinin xx.xx.2013-cü il tarixli yığıncağında müzakirə edilmişdir. İddiaçının icarəyə verilməsini tələb etdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair qeydiyyata alınma proseduruna başlanılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Car Bələdiyyəsinin nümayəndəsi X3 Zaqatala Ryon Məhkəməsinə ünvanlanan ərizəsindən görünür ki, cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini, iddianı qəbul etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0 və 4.0.2-cı maddələrinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır. 6.6-cı maddəsinə əsasən, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İşin gerçək hallarından görünür ki, iddiaçı X7 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, bələdiyyənin mülkiyyətində olan istifadəyə yararsız 0.20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə ona icarəyə verilməsini xahiş etmişdir. Car Bələdiyyəsinin üzvlərinin yığıncağının xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə həmin bələdiyyənin icarə predmeti olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin abadlıq məqsədilə icarəyə verilməsilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən abadlıq məqsədilə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinin mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasının məqsədəuyğun olması barədə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsi tərəfindən mütəxəssis rəyi vermişdir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin arayışı ilə təsdiq olunmuşdur ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə abadlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazidir. Cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindən abadlıq məqsədilə 0,20 ha torpaq sahəsinin icarəyə verilməsi barədə təqdim edilmiş sənədlərə dair Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin xx.xx.2013-cü il tarixli 16 nömrəli rəyi ilə təsdiq olunur ki, Car Bələdiyyəsi tərəfindən icarəyə verilməsi nəzərdə tutulan 0.20 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsi həmin torpaq sahəsinin icarəyə verilməsini qanunauyğun hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Kəmaləddin Məhərrəmovun bag salınması məqsədilə uzun müddətə ona icarəyə verilməsini xahiş etdiyi 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olmaqla Car Bələdiyyəsinin mülkiyyətindədir. Car Bələdiyyəsinin üzvlərinin yığıncağının xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə həmin torpaq sahəsinin bag salınması məqsədilə uzun müddətə ona icarəyə verilməsi ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Qeyd edilən torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmışdır və onun icarəyə verilməsi qanuna müvafiqdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci mаddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci mаddəsinə əsаsən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci mаddəsinə əsаsən, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci mаddəsində müəyyən edilmişdir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. 191.3-cü mаddəsinə əsаsən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4-cü mаddəsində müəyyən edilmişdir ki, məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Cavabdeh Car Bələdiyyəsinin nümayənədəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərkən iddianın təmin edilməsinə etiraz etmədiyini, iddianı qəbul etdiyini şifahi olaraq bildirmiş, bununla yanaşı iddianı etiraf etməsi barədə yаzılı ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi MPM-in 191.3-cü mаddəsinin tələbinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildiyinə görə, iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarmışdır ki, məhkəmənin həmin mövqeyi qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “məhkəmə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cavabdeh Zaqatala rayonu Car bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadan X1 icarəsinə verilməsini qət etmişdir” dəlili ilə bağlı bildirir ki, hazırda mübahisələndirilən qətnamə 2014-cü ildə qəbul edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, cavabdeh Car Bələdiyyəsi tərəfindən icra edilərək Kəmaləddin Məhərrəmov ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı 2014-cü ildən etibarən sözügedən torpaq sahəsindən qanuni əsaslarla istifadə edir və onun həmin torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə etməsinə indiyə kimi nə Car Bələdiyyəsi, nə də hər hansı digər fiziki və ya hüquqi şəxs tərəfindən etiraz edilməmişdir. Kəmaləddin Məhərrəmov sözügedən torpaq sahəsində xeyli abadlıq işləri aparmışdır. Ona görə də 2014-cü ildə Car Bələdiyyəsi ilə iddiaçının arasında sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanan zaman həmin torpaq sahəsinin Car bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadan Kəmaləddin Məhərrəmovun icarəsinə verilməsinin iddiaçının ziyanına təfsir edilməsi düzgün olmazdı. Bununla yanaşı, məhkəmə kollegiyasının iclasında cavabdehin və Car Bələdiyyəsinin nümayəndələrinin izahatlarından da görünür ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətindədir. Odür ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Qətnamə ilə hüquqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-489/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-489/2021
12.03.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver