Məhkəmə qərarları › İş №2(107)-49/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-49/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-49/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, barışıq sazişi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X6 nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(014)-1500/2023 nömrəli qətnaməsindən iddiaçı/cavabdeh İddiaçı və cavabdeh/iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X5 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu Cüvə kəndində yerləşən 2,99 torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X7 ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin xahiş etdi hissəsində adının Şahrul olduğu halda səhvən Şamxal yazıldığını bildirərək iddiaçının İddiaçı olmasının nəzərə alnınmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndində yerləşən 2,99 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndində 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 (üç min) ABŞ dolları məbləğində pulun və 85899 (səksən beş min səkkiz yüz doxsan doqquz) manat həmin 2,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərcin, 2375 (iki min üç yüz yetmiş beş) manat həmin torpağa görə vurduğu ziyanın, eləcə də həmin torpağa görə ondan əlavə olaraq müxtəlif vaxtlarda aldığı 9000 (doqquz min) manat, mütəxəssis rəylərinə görə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 392,37 (üç yüz doxsan iki, otuz yeddi qəpik) manat, cəmi 3000 (üç min) ABŞ dolları və 97966,37 (doxsan yeddi min doqquz yüz altmış altı, otuz yeddi qəpik) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(014)-1500/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ailə üzvləri ilə birlikdə ilkin iddia üzrə iddiaçıya məxsus 2,99 ha torpaq sahəsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ilkin iddia üzrə iddiaçıya məxsus 0,60 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 ABŞ dolları məbləğində torpağa görə ödənilmiş pul, 26334 manat torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat pul, cəmi 3000 ABŞ dolları və 26664 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dövlət rüsumuna dair hissədə hər iki iddia üzrə tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan iddiaçı/cavabdeh İddiaçı və cavabdeh/iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətləri vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı/cavabdeh İddiaçı, cavabdeh/iddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X10 tərəfindən 02 may 2025-ci il tarixdə mediasiya qaydasında MŞQ/MT035-267 nömrəli barışıq sazişi imzalanmış, həmçinin iddiaçı/cavabdeh İddiaçı 05 may 2025-ci il tarixdə, cavabdeh/iddiaçı Cavabdeh 06 may 2025-ci il tarixdə ayrı-ayrılıqda məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, ilk və qarşılıqlı iddia tələblərindən imtina etmişlər. Həmçinin onlar aralarında mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Bundan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6 adından nümayəndələri İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ərizələrlə də 02 may 2025-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Tərəflər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimidir:

1. Cavabdeh qarşı ‘qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” ilkin iddia tələbinə dair mülki iş üzrə iddiaçı, Cavabdeh isə “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonunun Cüvə kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında özünün, anası X4 və bacısı X6 paylı əmlakı olan 2,99 ha torpaq sahəsini yuxarıda qeyd olunan Etibarnamə ilə verilmiş səlahiyyətlər əsasında və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə özünə məxsus 0,60 ha torpaq sahəsini qarşılıqlı razılaşma əsasında 20000 (iyirmi min) manata Cavabdeh satır.

2. Bu məqsədlə Barışıq sazişi bağlanan an Cavabdeh İddiaçı 5000 (beş min) manat pul ödəməklə qalan 15000 (on beş min) manat pulu 2025-ci ilin dekabr ayının 20-nə kimi tamamiilə ona ödəyir.

3. Tərəflər hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)- 49/2025 saylı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair iddia tələblərindən və apellyasiya şikayətlərindən imtina edirlər və həmin işin icraatına xitam verilməsi üçün məhkəməyə ərizə təqdim edirlər.

4. Barışıq sazişinin 2-ci bəndində qeyd olunan 5000 (beş min) manat pulun Cavabdeh tərəfindən İddiaçı verilib-alınması barədə qəbz 2 (iki) nüsxədə tərtib olunaraq, müvafiq olaraq tərəflərdə saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi İddiaçı ilk iddia üzrə iddiasından, Cavabdeh isə qarşılıqlı iddia üzrə iddiasından imtina etmələri tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddiasından, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasından imtina etmələrinə dаir ərizələrini nəzərə alaraq hər iki iddiadan imtinanın qəbul edilməsini, mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Həmçinin tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, həmin şərtlər prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq işdə iştirak edən şəxslərin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2023cü il tarixli, 2(014)-1500/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddiasından, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasından imtinaları qəbul edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə iddiaçı/cavabdeh İddiaçı ilə cavabdeh/iddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X10 arasında 02 may 2025-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh qarşı ‘qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” ilkin iddia tələbinə dair mülki iş üzrə iddiaçı, Cavabdeh isə “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonunun Cüvə kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında özünün, anası X4 və bacısı X6 paylı əmlakı olan 2,99 ha torpaq sahəsini yuxarıda qeyd olunan Etibarnamə ilə verilmiş səlahiyyətlər əsasında və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə özünə məxsus 0,60 ha torpaq sahəsini qarşılıqlı razılaşma əsasında 20000 (iyirmi min) manata Cavabdeh satır.

2. Bu məqsədlə Barışıq sazişi bağlanan an Cavabdeh İddiaçı 5000 (beş min) manat pul ödəməklə qalan 15000 (on beş min) manat pulu 2025-ci ilin dekabr ayının 20-nə kimi tamamiilə ona ödəyir.

3. Tərəflər hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)- 49/2025 saylı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair iddia tələblərindən və apellyasiya şikayətlərindən imtina edirlər və həmin işin icraatına xitam verilməsi üçün məhkəməyə ərizə təqdim edirlər.

4. Barışıq sazişinin 2-ci bəndində qeyd olunan 5000 (beş min) manat pulun Cavabdeh tərəfindən İddiaçı verilib-alınması barədə qəbz 2 (iki) nüsxədə tərtib olunaraq, müvafiq olaraq tərəflərdə saxlanılır. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1500/2023 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. İlkin iddia üzrə ödənilmiş 100 dövlət rüsumu dövlət büdcəsindən iddiaçı/cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 392,37 manat dövlət rüsumu dövlət büdcəsindən cavabdeh/iddiaçı Cavabdeh geri qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar