Məhkəmə qərarları › İş №2(107)-490/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-490/2020

04.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-490/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlunun və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və miras əmlakdan payın müəyyən edilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) ilkin iddia tələbi qismən təmin olunmuş, ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin miras əmlak kimi tanınması, qalan hissədə ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, 25 (iyirmi beş) manatının isə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatının iddiaçıya aid edilməsi, cavabdehlərdən 5 (beş) manatın müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə qarşı iddia qaldıraraq xx.xx.1984-cü ildə Göyçay rayonun Bığır kəndində vəfat etmiş X4 miras qalmış bir cüt sırğanın və xx.xx.1989-cu ildə Göyçay şəhərində vəfat etmiş X6 miras qalmış xaricdə istehsal olunmuş cib saatından ibarət əmlakların, o cümlədən Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinin istifadə hüquqlarının tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evə daxil olması, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 əməkdaşları tərəfindən ərizəsi əsasında sənədləşmə işlərinin və texniki pasportun tərtib olunması işlərinin yerinə yetirilməsi üçün maneələrin qadağan olunması, Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və atası İddiaçı adına qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 üzərinə qoyulması, Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi tanınması və vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşılıqlı iddia verərək mərhum valideynlərinin ölümündən sonra onlardan miras qalmış ünvan 2 saylı ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlu ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı anasının vəfatından sonra ondan miras qalan bir cüt qızıl sırğanı, atasının vəfatından sonra ondan miras qalan xaricdə istehsal olunmuş qiymətli cib saatını və o, cümlədən ünvan 1 saylı ünvanında yerləşən fərdi yaşayış evini faktiki sahiblik etmişdir. Anasının və atasının bütün dəfn və hüzür xərclərini də iddiaçı çəkmişdir. Anasının vəfatından sonra atası yaşlı bir insan olduğundan evin saxlanılması, kommunal xərclərinin ödənilməsi və sair işləri iddiaçıya böyük oğlu kimi həvalə olunmuşdur. İddiaçı atasının vəfatından sonra İsmayıllı rayonunda yerləşən geologiya idarəsində müdir vəzifəsində işləmişdir. Hər həftənin şənbə və bazar günləri iddiaçı evə baş çəkirdi. Evin bütün saxlanılma və kommunal xərclərini mərhum atasının adından iddiaçı ödəmişdir. İddiaçı evə faktiki olaraq mübahisəsiz qaydada sahiblik və istifadə edirdi. Anasının vəfatından sonra ondan miras qalmış məişət əşyalarını, bir dəst qızıldan (qiyməti az da olsa) sırğa dəstini iddiaçı qəbul etmişdir. Hazırda iddiaçının həyat yoldaşı istifadə edir. Atasının vəfatından sonra miras qalmış məişət əşyalarını, bir ədəd cib saatını və Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak olaraq faktiki olaraq qəbul etmişdir. Həmin miras əmlaklara iddiaçı sahiblik edərək, istifadə etmişdir. Bundan başqa iddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı X32 rəsmi ərizə ilə müraciət edərək anasından və atasından miras qalmış Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində atasının adından qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətinin 16 saylı X37 bu günə qədər rəsmi müraciətinə heç bir cavab verməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının vərəsə olması barədə vərəsəlik məktubu olduqdan sonra hüquqlarının qeydə alınacağı bildirilmişdir. Göyçay rayon notariat ofisinin notariusu P.Nəcəfli tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1049 saylı məktubla cavab verilərək məhkəmədə mülki iş olduğundan xahişi təmin olunmamış, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən sonra Cavabdeh1 fərdi yaşayış evinin həyət darvazasının açarlarını özbaşına dəyişmiş, iddiaçını və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 əməkdaşlarını müvafiq sənədləşmə işlərinin aparılması üçün həyətə və evə buraxmır. Həmin evdə olan bütün əmlaklarını bir otağa yığaraq qapısını bağlamışdır. Mirasın qaçıdığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 119-125-ci maddələrinin tələbinə əsasən əmlakın satıcı tərəfindən faktiki olaraq verilməsi və alıcı tərəfindən faktiki alınması anından sonra mülkiyyət hüququ yaranmış olur. Eyni zamanda miras qoyanın ziynət əşyaları da mirasın kütləsinə daxil edilir. O, qarşılıqlı iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı özü bildirmişdir ki, anasının vəfatından sonra ünvan 1 saylı ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 və və Cavabdeh4 yaşadığını bildirmişdir. O, ailə qurduqdan sonra, yəni 1991-ci ildə əşyalarını mübahisəli evdə bir otağa yerləşdirmişdir. O, anasının və atasının sağlığında, vəfat etdikdən sonra bu evə baş çəkirdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ilkin iddia tələbini qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, anası mərhum X13 xx xxxxxx 1984-cü il tarixdə, mərhum atası X16 xx xxxxxxx 1989-cu il tarixdə vəfat etmişlər. Mərhum valideynlərinin 5 nəfər qanun üzrə birinci növbə vərəsələri olmuşdur: İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4. Miras qoyan valideynlərinin ölümündən sonra onlardan ünvan 1 saylı ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qanun üzrə birinci növbə vərəsələr olan İddiaçı, Cavabdeh2 və Cavabdeh3 nəinki mirası faktiki qəbul etməmiş, hətta mərhum valideynlərinin ölümündən sonra ötən uzun illər ərzində nə notariat orqanına, nə də məhkəməyə mirasla bağlı müraciət etməmişdir. Qanun üzrə birinci növbə vərəsələr olan İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mərhum miras qoyanın sağlığında ata evini tərk etmiş, miras əmlakı faktiki idarə etməmiş, İddiaçı 1991-ci ildə ailə qurandan sonra bir neçə ay miras evdə yaşamış, başqa vaxtlarda isə miras evə yalnız qonaq kimi gəlib-getmişlər. Miras əmlak qanun üzrə birinci növbə vərəsələr olan Cavabdeh4 və onun tərəfindən faktiki qəbul edilib idarə edilmiş, qorunub saxlanmışdır. 1983-cü ildə nikahı pozulan Cavabdeh4 valideynlərinin evinə qayıtmış və 2000-ci ilə kimi miras evdə yaşamışdır. Cavabdeh4 2 nəfərdən ibarət və onun 4 nəfərdən ibarət ailələri miras evdə yaşamağa çətinlik çəkdikləri üçün 1992-ci ildə o, başqa mənzil alaraq miras evi tərk etmişdir. Bir dəst qızıldan sırğa dəstini mərhum anası sağlığında, bir ədəd cib saatını da atası sağlığında İddiaçı bağışlamışdır. İddiaçı öz məişət əşyaları ailə qurduqdan sonra, yəni 1991-ci ildə miras evdə yerləşdirmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X18 ilkin iddia tələbini qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, miras açılan vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin tələblərinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532ci maddəsinin tələblərinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Lakin qanun üzrə birinci növbə vərəsələr olan İddiaçı, Cavabdeh2 və Cavabdeh3 nəinki mirası faktiki qəbul etməmiş, hətta mərhum valideynlərimizin ölümündən sonra ötən uzun illər ərzində nə notariat orqanına, nə də məhkəməyə mirasla bağlı müraciət etməmiş, yəni susmuşdur. Vərəsənin susması isə onun mirasdan imtinası kimi başa düşülür. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 bildirmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evində anası ilə birlikdə atası, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh4 daimi olaraq yaşamışlar. Anasının vəfatından sonra orada atası, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh4 daimi olaraq yaşamışlar. Atası vəfat etdikdən sonra isə həmin evdə qardaşı Cavabdeh1 və bacısı Cavabdeh4 daimi olaraq yaşamışlar. Bacısı Cavabdeh3 valideylərinin vəfatından çox əvvəl oradan köçüb həyat yoldaşının evinə getmişdir. O, və qardaşı ünvan 4 saylı ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində daimi yaşamasalar da, oraya baş çəkmişlər. Anasının və atasının bütün dəfn və hüzür xərclərini də qardaşı İddiaçı çəkmiş, evin bütün saxlanma və kommunal xərclərini mərhum atasının adından ödəmişdir. Bir dəst qızıldan sırğa dəstini mərhum anası sağlığında, bir ədəd cib saatını da atası sağlığında İddiaçı bağışlamışdır. O, miras əmlakdan ona pay verilməsini xahiş etmişdir. Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh3 və Cavabdeh4 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 vəGöyçay rayon Notariat Ofisinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh4 birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə xx.xx.2019-cu ildə daxil olmuş teleqramına əsasən o, atasından miras qalmış əmlakdan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Cavabdeh4 birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə xx.xx.2019-cu ildə daxil olmuş ərizəsinə əsasən valideynlərinin ölümündən sonra onlardan ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras, mərhum X8 xx xxxxxxx 1989-cu il tarixdə ölməsi ilə açılmışdır. Lakin İddiaçı, Cavabdeh2 və Cavabdeh3 həmin evdə yaşamadıqları üçün nəinki mirası faktiki qəbul etməmiş, hətta mərhum valideynlərinin ölümündən sonra ötən uzun illər ərzində nə notariat orqanına, nə də məhkəməyə mirasla bağlı müraciət etməmişlər. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mərhum miras qoyanın sağlığında ata evini tərk etmiş, miras əmlakı faktiki idarə etməmişlər. Miras əmlak qanun üzrə birinci növbə vərəsələr olan Cavabdeh1 və onun tərəfindən faktiki qəbul edilib idarə edilmiş, qorunub saxlanmışdır. 1983-cü ildə nikahım pozulandan sonra valideynlərimin evinə qayıdıb 2000-ci ilə kimi miras evdə yaşamışdır. Valideyinləri vəfat etdikdən sonrada qardaşı Asiflə birgə həmin evdə 1992-ci ilə kimi yaşamışlar, o, 2000-ci ildə Bakı şəhərinə köçüb yaşadıqdan sonra həmin evi qardaşı Asif idarə etdiyi üçün mərhum valideynlərinin ölümündən sonra onlardan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakdan qardaşı Cavabdeh1 xeyrinə imtina edir. Ona görə ki, X33 onun və bacısı Simanın yanında demişdir ki, “bu mülk kiçik oğlum Asifindir, o biri iki oğluma Qasıma və Akifə Bakıdan evin almışam". Cavabdeh3 birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə xx.xx.2019-cu ildə və xx.xx.2019-cu ildə daxil olmuş ərizələrinə əsasən miras qoyan valideynlərinin ölümündən sonra onlardan ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras, mərhum X9 xx xxxxxxx 1989-cu il tarixdə ölməsi ilə açılmışdır. Lakin İddiaçı, Cavabdeh2 və o həmin evdə yaşamadıqları üçün mirası faktiki qəbul etməmişlər, bu barədə notariat orqanına, nə də məhkəməyə mirasla bağlı müraciət etməmişlər. İddiaçı, Cavabdeh2 mərhum miras qoyanın sağlığında ata evini tərk etmişlər, miras əmlakı faktiki idarə etməmişlər. Miras əmlak qanun üzrə birinci növbə vərəsələr olan Cavabdeh1 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilib idarə edilmiş, qorunub saxlanmışdır. Ona görə ki, X33 mənim və bacım Sevincin yanında demişdir ki, “bu mülk kiçik oğlum Asifindir, o biri iki oğluma Qasıma və Akifə Bakıdan evin almışam". Ona görə də qardaşı Cavabdeh1 qarşılıqlı iddiasının təmin olunmasına etiraz etmir. Bundan başqa İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, guya atasından miras olaraq qalmış qızıldan cib saatını və anasından miras qalmış brilyant qaşlı qızıl sırğanı qəbul etmişdir. Halbuki, 1979-cu ildə Qasım həmin saatı atasından, özünə aldığı troyka kostyumun cübbəsinin cibinə qoymaq üçün almış və geri qaytarmamışdır. Anasına məxsus olan çox qimətli və dəyərli brilyant qaşlı qızıl sırğanı isə anasının vəsiyyətinə əsasən anasının ölümündən sonra 1991-ci ildə Qasımın toyu günü onun yoldaşına verilmişdi. 1970-ci ildə Bakıda şəhərində yaşayan və işləyən Qasımın, işlədiyi idarədə avtomaşın növbəsi çatdığından ona pul lazım olduğu üçün Bakıda yaşayan qardaşı Akifi pul götürmək üçün atasıgilə göndərmiş, bunun üçün də atası 40 ədəd qızıl onluğu Qasıma vermək üçün Akifə vermişdir. Həmin qızıl onluqları satan Qasım əldə etdiyi pulla özünə avtomobil almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Göyçayski Elşad Rəşid oğlu bildirmişdir ki, İddiaçı həyat yoldaşı onun əmisi qızıdır. Qasım onun qardaşı ilə birlikdə işləmişlər. Həmin vaxtlar, yəni 1980-cı ildə Qasım İsmayıllıda işləyirdi və orada da yaşayırdı. 1984-cü ildə Qasım atasının evinə gedib-gəlirdi, bacısı Sevincə onun vasitəsilə pay da göndərmişdir. Anasının və atasının yas mərasimlərini Qasım təşkil etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 və X19 bildirmişlər ki, X13 xx xxxxxx 1984-cü il tarixdə, X16 xx xxxxxxx 1989-cu il tarixdə vəfat etmişlər. ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evində X16, X13, Cavabdeh1 və Cavabdeh4 daimi olaraq yaşamışlar. X7 vəfatından sonra orada X16, Cavabdeh1 və Cavabdeh4 daimi olaraq yaşamışlar. X16 vəfat etdikdən sonra isə həmin evdə Cavabdeh1 və Cavabdeh4 daimi olaraq yaşamışlar. Bacısı Cavabdeh3 valideylərinin vəfatından çox əvvəl oradan köçüb həyat yoldaşının evinə getmişdir. İddiaçı və Cavabdeh2 həmin vaxtlar ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamamışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini ilk iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatlarının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin bu qətnaməsi tam qanunsuz, əsassız, özbaşınılıq və sifarişli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə tam təsdiq edilir ki, o, anasının və atasının vəfatından sonra onlardan qalan miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etməklə qanunla müəyyən edilmiş vaxt ərzində qəbul etmişdir. Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası adından sifarişli qətnamə çıxarmaqda maraqlı olduğundan onun digər tələblərini rədd edərkən heç bir hüquqi əsaslanma aparmamışdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, tərəfindən verilmiş iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 1946-ci ildə Göyçay rayonunda anadan olmuşdur. X3, X2 iki bacı üç qardaşdırlar. Böyük qardaşı İddiaçı, bacısı Cavabdeh3, qardaşı Cavabdeh1, bacısı Cavabdeh4. Amma çox təəssüflər olsun ki, bacı qardaşlar arasında ayrı seçkilik baş verdi. Böyük qardaşları, yəni Qasımla onu çıxdaş edərək, özləri “ittifaq” yaratdılar. Məqsədləri onları ata mülkündən uzaqlaşdırmaq olub. Buna da Göyçay rayon məhkəməsində nail oldular. İşə baxan hakimin nə qədər ədalətli olub olmadığını deyə bilməz. Halbuki, qardaşıyla onun istədiyi, mülkün beş bərabər hissəyə bölünməsi idi. Ata mülkündən hamısına pay düşsün. Bu tam ədalətli olardı. Məhkəmənin gedişi zamanı humanistlik prinsipi nəzərə alınmadı. Ona görə ki, onun, nə Bakı şəhərində, nə də ki, Respublikanın heç bir şəhər və rayonlarında evi yoxdur. Ailəliklə Bakı şəhəri Xətai rayon X20 binasında müvəqqəti qeydiyyatdadırlar. Eviləri demək olar ki, Bank tərəfindən alındı. 10 ilə yaxındır ki, kirayədə yaşayırlar. Qardaş bacılararının hamısının evi, eşiyi var. Bununla belə o, istəmişdir ki, mülk beş hissəyə bərabər şəkildə bölünsün, narazılıqlar olmasın. Bir qardaş iki bacı məkirli niyyətlərini həyata keçirdilər. Qardaşıyla onun işi ancaq Bakı şəhəri ilə əlaqədar olduğundan, ayda bir dəfə iki dəfə valideyinlərinə baş çəkirdilər. Qalan üç nəfər rayonda yaşayırdılar. Simanın başı cürbəcür işlərə qarışmışdı. Asif öz kefində idi. Ailə yadına düşmürdü. Sevinc isə boşanmış qız idi. Ailənin maddi durumu yaxşı deyildi. Qardaşı və o hər rayona gələndə onlara pul verərdilər. Valideyinləri isə buna qəti etiraz edirdi. Sevincə demişdilər və o da ona demişdi. Qardaşından xahiş etmişdir ki, bunu qəbul etmirlər. Onda Asifə rayonda bir iş təşkil elə qoy bu ailəni dolandırsın. Ona iş təşkil etdi. Amma bir müddət keçəndən sonra onun sorağı qumarxanalardan, restoranlardan gəlməyə başladı. Hətta o dərəcəyə çatmışdı ki, bacısı Simanın qızıl nişan üzüyünü qumarda uduzmuşdu. Sima üzüyü istəyəndə, Asifdən 1000 manat pul istəmişdilər. Qardaşının yanına getməyə üzü olmadığından ona üz tutmuşdu. O, da ona istədiyi pulu vermişdir. Bir müddət sonra Sevinc ondan Asifə pul verib vermədiyini soruşdu. Verdiyini demişdir. Sevincin deməyinə görə o pulu aparıb verib üzüyü götrüb.Sima ilə onun arasında böyük gərginlik əmələ gəlmişdi. İldən çox bir birlərini danışdırmayıblar. Rayonda hamı onu yaxşı tanıyır. Atası heç vaxt ona inanmayıb. Kiçik rayondu, onun haqqında hər şeyi bilirdi eşidirdi. O, Asif nə də bacıları haqqında heç nə deməsi. Ancaq qətnamədə yazılanları oxuyandan sonra qardaşına verdiyi sözü geri götürməli oldum. Qardaşı gərək onu bağışlasın. Yalan, şər, böhtan bir sözlə cəfənqiyyat. Onun deyəcəkləri nə şərdir nə də böhtan. Asif hakimin icazəsilə ona sual verirdi. O, cavab vermək istəyəndə hakim ona icazə vermirdi. Açıq-aşkar Futbol termini ilə desək oyun 1 qapıya idi. Guya onun verəcəyi cavab işə aidiyyatı yoxdur. Odur ki, qətnamədə onun dedikləri nəzərə alınmayıb. Elə bil o məhkəmədə iştirak etməmişdir. Hər hansı bir evlad, valideyinlərinin üzünə ağ olarsa o evladlara münasibətiniz necə olar? Hətta onlara əl qaldırıb döyən evladlara necə baxarsınız ? Hakim icazə vermədi. Halbuki istər Asif, istərsə də Sevinc atalarına əl qaldırıb onu döymüşlər. Sevinc isə anasını döyərək üz-gözünü cırmaqlamışdı. Atasını da həmçinin, Asif isə atasını yerə yıxıb boğmağa çalışaraq onu yumruqlayıb. Səs küyü eşidib gəlmiş, Asifi kişinin üstündən qaldırıb onu vurmuş və balkondan aşağı itələyib salmışdır. Sevinc isə onların üstündə məşq etdiyindən ər evində ata-ananın gözü qarşısında ərini döymüş üzünü cırmaqlamışdı. O, oğlanı gördükdə utandığından başını aşağı dikmişdir. İndi sual verir, onlar nə haqla hansı üzlə ata mükündən pay umurlar? Analarının yasını verən, yüksək səviyyədə baş daşı düzəltdirən. Atalarının yasını verən, analarının baş daşına tam oxşar baş daşı düzəltdirən qardaşı Qasım kənarda paysız qalsın.? Məsələ payda deyil, məsələ bu qədər haqsızlıq qurbanı olmaqdan gedir. Halbuki ata ananın sağlığında onların ona dedikləri sözləri necə unuda bilər? Elə bil rəhmətliklər gələcəkdə yaranan bu vəziyyəti əvvəlcədən hiss etmişlər. Ürək qızdırıb öz planlarını ona bildirmişdilər. Çünki o, o biri evladlar kimi deyildi. Bunu hamısı bilirdi. Bir gün atası, anası və o, oturub söhbət edirdilər. Anası qayıtdı ki Ariflə (Qasım, çünki hamı onu Arif kimi tanıyırdı) sən Bakılı oldunuz. Ancaq bununla belə belə qərara gəlmişlər ki, bu ev eşik Arifin olsun. Qızılağacda olan ev də sənin olsun. İki qardaş çalışıb Asifə yurd-yuva qurar. İstəmədiyini demişdir. Verin Asifə onlar baxışdılar. Razı şəkildə gülümsədilər. Elə bil onun cavabını əvvəlcədən bilirmişlər. Anası vəfat etməmişdən qabaq brilyant qaşlı bir cüt sırğaları ona vermiş və tapşırmışdı ki, nə vaxtsa o, olmaz, bunlar Arifindir, Arifə verərsən. Eyni şəkildə atası da qızıl saatı ona etibar etmişdi. O, hər ikisinin vəsiyyətini əməl etmişdir. Ölümlərindən sonra hər ikisini qardaşı Qasıma vermişdir. Onu da qeyd etmişdir ki, bütün yaşlı adamlar kimi atası da son mənzilə getmək üçün özünə hazırlıq görüb. Əmanət kassasında üç min manat pulu olub. Son mənzilə getmək üçün özünə pul yığıbmış. Sevinc bunu ona dedi və sonrasından xəbəri olmadığını dedi. Sonradan məlum oldu ki o puldan bir qəpik də, nə yasa nə də baş daşına verilməyib. Asif həmin pulu götürüb. Uzun müddət üç nəfər arasında didişmə olub. Asif, Sima, Sevinc hətta iki bacı Asifi ailəsi ilə birgə o evdən qovublar. Asif də məcbur olub başqa yerdən ev alıb. Aldığı evin də bir tarixçəsi var. X34 nələr etməyib? Şadlıq evi tikdirib verdi Asifə, kafe tikdirdi onu da verdi Asifə. Asif deyir ki, Akifə maşın bağışlayıb yalan deyir. Onu Asifdən pulla almışdır. On min manat onun toyundan ona çatacaq pul olub. Atası da o pulu Simaya verdi ki, o pulu əmanət kimi saxla. Nə vaxt Akif istəsə bu pulu verərsən ona pul lazım oldu. Simadan onu istədim. 3300 manat verildi. Bəs qalanı? 1500 manat Sima dedi ki, ondadı.Yaxın vaxtlarda verəcək. Bəs qalanı? Simanın deməyinə görə Asif onu zorla alıb. Aydın məsələdir ki, nəyə görə alıb. 52xx xxxxx 1000 manatda vaxtı ilə məndən aldığı pul. Elədi 6200 manat. O vaxt ona verilən maşın 3500 manat idi. Asifdə 2700 manat pulu var.Qardaşı eşidəndə ki, Asif maşmsızdı, həmin qiymətə ona maşın alıb verdi. Asif ona qardaşına yaltaqlandığını deyir. O, bədbaxt başa düşmür ki, əgər o, qardaşına yaltaqlansaydı 50 il bundan qabaq yaltaqlanardı. Elə edərdi ki, sənə burada yaratdığı şəraiti Bakıda ona yaradardı. Ona qardaşının sağlamlığı daha önəmlidi. Nəinki, saxtakarlıqla, hiyləynən qazanılan var dövlət. Tarixə nəzər salsalar bütün müharibələrin, fitvasını məkirli qadınlar verib. Bir qadın bəsdir ki, aləmi qatsın bir-birinə. Bu bədbəxtin ətrafında isə 5 qadın var. Arxasın söykəyib qadınlara. Onlar nə deyirsə, o da onu eləyir. Hünəri var eləməsin. O dəqiqə maddi durumu pisləşəcək. Nə qədər sağdır. Soysun onları yavaş-yavaş, necə ki, qardaşını soydu yedi. Sonra da təpik atdı. Çox çəkməz! Bu dəstənin başında 73 yaşlı bacısı Sima durur. O, Sima ki, 1983-cü ildən 2000-ci ilə kimi Gəncəni 2-ci vətəni sayıb. Sürücüsüdə yoldaşı Telman olub. Sumkasında isə onun ailəsiylə birgə şəkli. Bunları ona bacısı Sevinc, Sima ilə araları dəyən zaman deyib. Sima elə bilməsin ki, o, heç nə bilmir. O, hər şeyi bilir. Hələlik açıqlamır, susur. Qardaşı icazə vermir. Nə vaxt ki, qardaşı icazə verər o vaxtı açıqlayar. Simaya məsləhəti odur ki, məkirli niyyətlərindən əl çəksin. Vurmasın bacı qardaşları bir- birinə. Onun heç biri ilə qəsdi-qərəzliyi yoxdur. Haqq tərəfindədir. Ancaq elədiklərini gördükdə dəhşətə gəlir. İnsanlar bu qədər unutqan olar? O, bunlara dözə bilmədi və ona görə də hər şeyi açıq şəkildə yazdı. O, kimsəni müdafiə etmək fıikrində deyil. Qardaşının və onun çəkdiyi əziyyətləri necə unudasan. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 1126/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 və Göyçay rayon Notariat Ofisinin nümayəndələri, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsi qismən-İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə qarşı ilk iddia tələbi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində təmin edilməli, ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras əmlakdakı payı 1/3 hissə müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla müəyyən olunmuşdur: X13 xx.xx.1984-cü ildə vəfat etmişdir (AZ-İ 998691, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamə). X16 xx.xx.1989-cu ildə vəfat etmişdir (AZ-İ 998690, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamə). X13 ilə X9 övladları İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4dır (Göyçay rayon İHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cü il tarixli arayışı və AZ-T 080141 saylı doğom haqqında şəhadətnamə). Göyçay şəhəri, N.Nərimanov küçəsində 0,10 ha torpaq sahəsi X9 istifadəsinə verilmişdir (torpaq üzərində istifadə hüququna dair 1744 saylı Torpaq qeydi). X22 və X23 mülkiyyət hüququ əsasında onlara məxsus olan ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evini 2711 manata X1 (xx.xx.1962-ci tarixli müqavilənamə). X13 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evini X11 bağışlamışdır və sonuncunun şəxsi mülkiyyət hüququna aid olunmuşdur (xx.xx.1974-cü il tarixli evin bəxş edilməsi müqavilənaməsi, həmin müqavilə əsasında xx.xx.1975-ci ildə aparılmış qeyd). Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 100, 100-1, 126, 132, 230, 245, 528, 532, 552, 556 və 563-cü maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məsələ ilə bağlı hüquq münasibətləri 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Həmin Məcəllənin: 100-cü maddəsinə əsasən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa tə`yinatlı istənilən əmlak; 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 132-ci maddəsinə əsasən şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən, evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir; 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır; 245-ci maddəsinə əsasən yaşayış evini və tikinti materiallarını bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır; 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır; 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar; 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur; 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir; 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təqdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X13 hələ sağlığında mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evini həyat yoldaşı X11 bağışlamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi öz daşınmaz əmlakını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, bağışlama müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin qeydə alındığı tarixdən etibarən baş verir. Həmin anda həmçinin əmlakı bağışlayan şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq X16 tərəfindən əldə olunmuşdur. Beləliklə, miras əmlak ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evidir. Miras qoyan isə həmin əmlakı əvəzsiz əldə etmiş X12r. ünvan 2 saylı ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində miras qoyanın istifadə hüququ olmuş və bu əmlak mirasa daxil deyildir. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbə vərəsələri övladları İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 olmuşdur. Lakin miras əmlakı yalnız Cavabdeh1 və Cavabdeh4 faktiki qəbul etmişlər. İddiaçı xx.xx.1984-cü ildə Göyçay rayonun Bığır kəndində vəfat etmiş X4 miras qalmış bir cüt sırğa və xx.xx.1989-cu ildə Göyçay şəhərində vəfat etmiş X6 miras qalmış xaricdə istehsal olunmuş cib saatı olan əşyaları miras kimi qəbul etmələrini bildirsələr də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə baxışında bir dəst qızıldan sırğa dəstinin mərhum X13 tərəfindən sağlığında, bir ədəd cib saatının da X16 tərəfindən sağlığında İddiaçı bağışlandığı müəyyən olunmuşdur. Ona görə də həmin əşyalar mirasa daxil deyildir. İddiaçı məişət əşyalarını ailə qurduqdan sonra, yəni 1991-ci ildə ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evində yerləşdirmişdir. Bundan əlavə İddiaçı tərəfindən 2000-ci ildən sonra ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair kommunal haqların ödənilməsi xx.xx.1989-cu ildə və ya ondan əvvəl açılmış mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən miras qoyanın dəfn və yas mərasimlərinin təşkil olunması və bununla bağlı xərclər çəkilməsi miras əmlaka faktiki cəhətdən sahiblik etmə və ya onu idarə etmə kimi qiymətləndirilə bilməz. Belə ki, bu hərəkətlər ya qohumluq, ya da qonşuluq münasibətlərindən irəli gəlir, yas və dəfn mərasimlərində təkcə vərəsələr deyil, həm də vərəsə olmayan digər şəxslər iştirak edərək bu tədbirlərin təşkili ilə bağlı xərclərin ödənilməsində köməklik göstərirlər. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mirasın qəbul edilməsi müddətində faktiki qəbul etməmişlər, mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Ona görə də bu şəxslərin miras əmlaka vərəsəlik və mülkiyyət hüquqları yaranmamışdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İddiaçı tərəfindən miras əmlaka dair hər hansı hüquqlar da qəbul olunmamışdır. Beləliklə, İddiaçı miras əmlaka daxil olması, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 əməkdaşları tərəfindən ərizəsi əsasında sənədləşmə işlərinin və texniki pasportun tərtib olunması işlərinin yerinə yetirilməsi üçün maneələrin qadağan olunması, Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və atası İddiaçı adına qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 üzərinə qoyulması barədə tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bundan əlavə Göyçay şəhəri, N.Nərimanov küçəsi, 61 saylı ünvanda yerləşən fərdi yaşayış evində vərəsələrin payların müəyyən edilməsi barədə İddiaçı tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı miras əmlaka dair digər vərəsələrin paylarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, bu hüquq hər bir vərəsənin özünə məxsusdur və onların hər biri öz payının müəyyən edilməsini, həmin paya vərəsəlik hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda Cavabdeh4 məhkəməyə ərizə verərək valideynlərindən qalan miras əmlakdakı payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Ona görə ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi müəyyən edilməli və həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. İlkin iddia qismən təmin olunduğuna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, 25 (iyirmi beş) manatı isə iddiaçıya aid olunmalıdır. Qarşılıqlı iddia qismən təmin olunduğuna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməli, cavabdehlərdən 5 (beş) manat müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin valideyinləri- anaları X13 və ataları X16 ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. Onlardan anaları X13 xx xxxxxx 1984-cü il tarixdə, ataları X16 xx xxxxxxx 1989-cu il tarixdə vəfat etmişdir. ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi atalarından miras qalmışdır. Miras qalan evdə həmin vaxt yaşamış oğul- Cavabdeh1 və qız-Cavabdeh4 daimi olaraq yaşamışlar və mirası faktik qəbul etmişlər. İddiaçı xx xxxxxxx 1989-cu ildə ataları X9 öldükdən sonra Cavabdeh1 və Cavabdeh4 ilə bərabər mirası qəbul etmiş, onun tərəfindən miras qoyanın dəfn və yas mərasimlərinin təşkil olunmuş və bununla bağlı xərclər çəkilmiş, miras əmlaka faktiki cəhətdən sahiblik etmə və onu idarə etmə baş vermişdir. İddiaçı həmin evdə yaşamış, 1991-ci ildə ailə quraraq arvadını cehiz əmlakları ilə birlikdə həmin evə gəlin köçürtmüşdür. Daha sonra isə İddiaçı həmin evi daimi yaşamaq üçün tərk etsə də, müntəzəm olaraq həmin evə gəlibgetmiş və evin kommunal haqlarını ödəmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh4 məhkəməyə ərizə verərək valideynlərindən qalan miras əmlakdakı payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsi onun imtinasını qəbul etmişdir. Azərbаycаn Respublikаsının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X29 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı mirası qəbul etməməsi ilə bağlı gəldiyi nəticə əsaslı deyildir. Çünki, onun mirası qəbul etməsi faktı iş üzrə dindirilmiş tərəflərin verdikləri izahatlar və şahid ifadələri ilə təsdiq edilir. Cavabdeh4 valideynlərindən qalan miras əmlakdakı payından qardaşı Cavabdeh1 xeyrinə imtina etməsinə gəlincə isə belə imtinanın qəbul edilməsi yol verilən deyildir. Ona görə ki, miras qoyan X9 öldüyü xx xxxxxxx 1989-cu il tarixdə qüvvədə olmuş Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Göründüyü kimi xx xxxxxxx 1989-cu il tarixdə X9 ölümü ilə vərəsəlik açılmış, ünvan 1 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır və həmin miras miras qoyanın birinci növbəli vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən-İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən ümumilikdə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən-İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsi qismən- İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə qarşı ilk iddia tələbi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində təmin edilməli, ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras əmlakdakı payı 1/3 hissə müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsi qismən-İddiaçı ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X32, Göyçay rayon Notariat Ofisinə qarşı ilk iddia tələbi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində təmin edilsin. ünvan 2 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin, həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras əmlakdakı payı 1/3 hissə müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar