Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-491/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 və Maraqlı şəxs iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2595/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ( doğulduğu tarix –xx xxxxxx 1952-cı il, doğulduğu yer – Azərbaycan Respublikası, Ağdaş şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2595/2019 saylıqətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1952-ci ildə Ağdaş şəhərində doğulmuş, “X1” Açıq Səhmdar Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədən iş üzrə Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən Maraqlı şəxsŞəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət edib apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iş üzrə apelyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Maraqlı şəxstərəfindən apelyasiya şikayətindən imtina edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Mülki işin materiallarından görünür ki, Maraqlı şəxsapelyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə Maraqlı şəxs münasibətdə apelyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs apelyasiya şikayətindən imtinası qəbul edilsin və mülki işin Maraqlı şəxs münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-491/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-491/2020
06.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver