Məhkəmə qərarları › İş №2(107)-492/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-492/2022

29.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-492/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər; 2.Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin arasında 17.09.2009-cu il tarixdə bağlanılmış kredit müqaviləsinə xitam veilməsi, kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borc, 55708 manat faiz borc, 4000 manat dəbbə pulu, cəmi 194148 manat kredit borc, ödənilmiş 20 manat dövlət rüsumunu İddiaçı alınıb iddiaçıya ödənilməsi, kredit borcun ipotekaya qoyulmuş mülkiyyətində olan Mingəeçvir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A№li fərdi yaşayış evinə, Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yeləşən 7№li, bir mərtəbəli, qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" İKB ASC –yə olan cəmi 194148 manat borcu ödənilməsi qət edilmişdir. Qətamə qanuni qüvvəyə minmiş, icra olunması üçün icra şöbəsinə göndərilmiş, Mingəçevir şəhər icra şöbəsinin icra məmuru “İcraata başlamaq haqqında” qərar qəbul etmiş, tələbin könüllü olunması təklif edilmişdir. 3."xxxx" MMC-nin 31.10.2011-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən İddiaçı məxsus Mingəçevir şəhəri Gəncə şösessində yeləşən 7 №li qeyri yaşayış sahəsi 103000 manat, Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A №li fərdi yaşayış evi 122000 manat qiymətləndirilmişdir.

4. Cavabdeh2 3631 №li 10.12.2011-ci il tarixli məktubu ilə əmlakın açıq hərracda satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. 5."xxxx" MMC-nin "xxxx" İK Bankına göndərdiyi 05.03.2012-ci il tarixli 01/747 və 01/748 №li təklifflərdən görünür ki, hərraclar baş tutmamış, ipoteka predmetlərinin alınması banka təklif edilmişdir. 6."xxxx" MMC-nin Mingəçevir şəhəri İcra şöbəsinə göndərdiyi 01/3674 №li 19.12.2012-ci il tarixli məktubundan görünür ki, icra müddəti bitdiyinə görə sənədlər geri qaytarlmışdır. 7."xxxx" İKB ASC-nin 29 mart 2013-cü il tarixdə Mingəçevir şəhər icra şöbəsinə göndərdiyi ərizədə borclu İddiaçı icra sənədini “İcra haqqında” Qanunun 23.1.-ci maddəsinə əsasən geri qaytarılması xahiş olunur. 02 saylı Bakı İstehsalat-İqtisadi Məhkəməsinin 2iq(82)-479/2013 №-li 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 7 №-li qeyri-yaşayış binasının 103000 manat, Günəş küçəsində yerləşən 1 A№-l fərdi yaşayış evinin 122000 qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 31.10.2011-ci il tarixli 428, 429 saylı “Əmlakın qiymətlndirilməsinin nəticələri hesabat”ının ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi, cavabdeh İddiaçı məxsus Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi üzrə və Mingəçevir şəhəri Gəncə şossesində 0,03 torpaq sahəsində yerləşən 7 №-li, bir mərtəbəli qeyriyaşayış binası üzrə keçirilmiş hərracların etibarsız hesab olunması qət edilmişdir.

8. Mingəçevir şəhər İcra şöbəsinin 2724 №-li 12 aprel 2013-cü il tarixli məktubu ilə icra vərəqəsi “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Mingəçevir şəhər icra şöbəsinin icra məmurunun 27 may 2013-cü il tarixli qərarı ilə qiymətləndirici dəvət olunmuş, "xxxx" MMC-nin 30.09.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata görə İddiaçı Hüsxeyn oğluna məxsus Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1A fərdi yaşayış evi 120000 manat dəyərində qiymətləndirilmişdir. 9."xxxx" İKB ASC-nin Mingəçevir şəhər məhkəməsinə 03 oktyabr 203-cü il tarixdə göndərdiyi ərizədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-479/2013 №-li 11 mart 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə ilkin qiymətləndirmə və hərracın nəticələrinin ləğv olunması qət edildiyinə görə 2(051)-14/2011 saylı 18.04.2011-ci il tarixli qətnaməsinin yenidən icraya yönədilməsi xahiş olunmuşdur. 10.Mingəçevir şəhər məhkəməsinin 15.11.2013-cü il tarixli məktubu ilə məhkəmənin 18 aprel 2011-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra olunması üçün Mingəçevir şəhər icra şöbəsinə göndərilmişdir. 11.Mingəçevir şəhər icra şöbəsinin 8543 №-li 15.11.2013-cü il tarixli məktubu ilə Mingəçevir şəhər məhkəməsinin 2(051)-14 №-li 18 aprel 2011-ci il tarixli icra sənədi üzrə borcluya məxsus Mingəçevir şəhəri Günəş küçəsində 0,12 ha torpaq sahəsində yerləşən ilkin qiyməti 120000 manat olan 1A №-li fərdi evin, Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsndə yerləşən ilkin qiyməti 95000 manat olan bir mərtəbəli 7 №-li qeyri-yaşayış binasının hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. 12."xxxx" MMC tərəfindən Mingəçevir şəhər icra şöbəsinə, "xxxx" İKB ASC-yə və İddiaçı göndərilmiş 01 №li 14 dekabr 2013-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 saylı 18.04.2011-ci il tarixli icra vərəqəsi üzrə, ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin hərracının keçirilməsi 14.01.2014-cü ildə saat 10:00- 13:00 və 14:00-17:00-da ünvan 1 ünvanda keçirilməlidir. 13.Külək MMC-nin 11.01.2014-cü il tarixli açıq hərrac keçirilməsinə dair bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan, ipoteka qoyulmuş Mingəçevir şəhəri Günəş küçəsində yeləşən 1 a saylı fərdi yaşayış evi üzrə açıq hərrac 21.01.2014-cü il tarixdə saat 10:00 -13:00 və 14:00-17:00-də ünvan 2 ünvanda keçirməsi nəzərdə tutulmuşduir. Lakin hərracların nəticələri iş materialları ilə müəyyən edilmir. Mingəçevir şəhər icra bölməsi qeyd edilən əmlakların yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etmiş və 14."xxxx" MMC-nin 15.10.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatda X2 məxsus Mingəçevir şəhər Günəş küçəsində yerləşən 1 A №li fərdi yaşayış evinin qiyməti 90000 manat, Mingəçevir şəhəri Gəncə şosesində yerləşən qeyriyaşayış sahəsinin qiyməti 80000 manat qiymətləndirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

15.İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. 16.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 saylı 18.04.2011-ci il tarixli qətnaməsi ilə onunla "xxxx" İKB ASC-nin Yevlax filialı arasında bağlanmış 17.09.2009-cu il tarixli KBB NEV nömrə YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu, cəmi 191148 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ondan alınıb iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, ödənişin 17.09.09-cu il tarixli KBB № YEV 0121-2 saylı ipotka müqaviləsi ilə yüklü edilmiş, Mingəçevir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1 A №li fərdi yaşayış evinə və 17.09.09-cu il tarixli KBB MYE0121-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yerləşən 7 №li bir mərtəbəli, qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına onun "xxxx"İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Cavabdeh2 sifarişi ilə hər iki ipoteka predmetləri hərraca çıxarılmışdır. Mingəçevir şəhəri Gəncə şosessində olan qeyri-yaşayış binası "xxxx" MMC Hərrac Mərkəzinin 01/3934 saylı 23.12.2013-cu il tarixli, 01 №li bildirişlə 14.01.2014-cü il tarixdə açıq həraca çıxarılaraq ilkin 95000 manat, Mingəeçvir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evi 01/54 sayl 13.01.2014-cü il tarixli 01/2 №li bildirişlə 21.01.2014-cü il tarixdə açıq hərraca çıxarlımış, ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir. Hər iki ipoteka predmeti üzrə iki dəfə hərrac keçirilmiş və hərraclar baş tutmadığından ipoteka predmetlərinin alınması banka təklif edilmişdir. "xxxx" İKB ASC ipoteka predmetlərinin alınmasına dair hərrac təşkilatının təklifini qəbul etməmişdir. Həmçinin, onu da bildirir ki, o, banka olan borcunu tam ödəmişdir, banka borcu qalmamışdır.

17. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Mingəçevir şəhər Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evi və Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsidə yerləşən 7 №li bir mətəbəli qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsinə dair iddiası təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

18.Qətnamədən narazı qalan İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılımaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb yeni qətnamə qəbul edilməlidir. Beləki, iş üzrə təqdim edilmiş Mingəçevir Şəhər məhkəməsinin 2(051)-770/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsinin təsviri hissəsində iddiaçı olan "xxxx" ASC-nin nümayəndəsi X1 ifadəsi əsasında qeyd edilmişdir ki, ipoteka qoyulmuş əmlaklar hərrac yolu ilə satılmamış, bank da bu əmlakları götürməmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamələrdə təstiqini tapmış halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş və öz qənaətini cavabdehin ifadəsi üzərində formalaşdırmışdır. "Yelo Bank” ASC-nin nümayəndəsinin məlikəmə prosesində hərrac mərkəzinin hərracların baş tııtmamasma görə əmlakların alınmasına dair təklif məktubların almamasını bildirməsi də inandırıcı deyildir. Beləki, cavabdeh "Yelo Bank” ASC ipoteka saxlayn kimi hərracın keçirilməsinə maraqlı olmuş və sifarişçi qisminə Mingəçevir İcra şöbəsinə müraciət etdikdən sonra icra icraatı açılmış, axırıncı isə Hərrac Mərkəzinə müraciət edərək əmlakların satılması hərraca çıxarılmışdır. Bundan sonra da Hərrac Mərkəzin əmlakların satışa çıxarılması ilə bağlı bildirişlərini cavabdeh və icra şöbəsi almışdır. 194000 borcun alınmasında maraqlı olan cavabdehin əmlakdan imtina edilməsi anlaşılmazdır. Digər tərəfdən də "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki. ikinci hərrac keçirildikdən sonra 30 gıın müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekava xitam verilə hilər Qevd edilən norma imperativ xarakter və tərəfləri intizamlandırmaq məqsədi daşıyır. Məhz bu səbəbdən qanunverici həmin normada düzünə tərəfə (banka) hərrac baş tutmadığı halda əmlakların alınması haqda təklifin rəsmi qaydada göndərilməsini ifadə etmir. Bu hərəkət hərracın keçirilmə prosedur qavdalarına aid olduğundan məsuliyyət işdə maraqlı olan bankın üzərinə düşür. İş materiallarından da görünür ki. mübahisəli əmlaklar üzrə hərraclar keçirilmiş, hərraclar baş tutmamış və sonra alınması üçün banka təklif edilmişdir. Fakt olaraq müəyyən edilmişdir ki, həmin əmlaklar bankın balasına keçməmiş və yalnız ipoteka ilə yüklüliiyiı mövcuddur. İpoteka ilə yüklü edilmiş əmlakların bankın balansında olmaması ipoteka müqavilələrinin xitam edilməsinə hüquqi əsas verir. Birinci instansiya məhkəməsi bu halları nəzərə alsa idi iddia tələbini təmin edərdi. Nəticədə birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, onlara düzgün hüquqi qiymət verməmiş, tətbiq etməli olduğu maddi və prosessual hüquq normalarını tətbiq etməmişdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(051)-1672/2021 saylı qətnaməsinin ləğv edilməsi yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun banka heç bir borcu qalmamışdır. Bundan əlavə hərrac keçirilən zaman banka təklif göndərilsə də, bank evi almaqdan imtina edib. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla iddiaçının dediyi kimi banka borcu yoxdur. İkincisi, təkrar hərracdan sonra ipoteka predmeti olan əmlak tələbkara, yənə Banka təklif olunsa da, sonuncu həmin əmlakı almaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

23. . Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf apellyasiya şikayəti verməklə işi süni şəkildə yubatmağa çalışır. Bundan əlavə iddiaçı banka borcu olmadığını bildirir. Yəqin ki, iddiaçı ya nəyisə düz demir, ya da hansısa borcu ilə qarışdırır. Çünki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc bugünə kimi ödənilməmiş qalır. Ona görə də apellyasiya şikayətini əsasız hesab edir və təmin olunmamasını xahiş edir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndələri səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 25.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.).

26.“İpoteka haqqında” Qanununa əsasən; Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

30. Kollegiya qeyd edir ki, hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.).

31. İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.

33. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.

34. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

35. Apellyasiya kollegiyası baxılan iş üzrə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və birinci instansiya məhkəməsinin qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

36. Apellyasiya instansiyası məhkəməsi hərrac təşkilatının hərrac baş tutmadıqdan sonra ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi barədə təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsinin müəyyən olunmasına diqqət yetirmiş və müəyyən etmişdir ki, hərrac təşkilatı tərəfindən tələbkar banka hər hansı məlumat və ya təklif göndərilməsi iş materialları ilə sübut olunmur.

37. Birinci instansiya məhkəməsində iştirak etmiş icra məmuru da onlara belə bir məlumatın daxil olmamasını bildirmişdir (məhkəmə iclas protokolu).

38. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə görə hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini ala bilər. Bu normadan göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini ala bilməsi üçün əsas, hərracın baş tutmamış elan edilməsidir. 39.Həmin normada hərracın baş tutmamasını elan edən subyekt kimi isə icra məmuru deyil, hərracın təşkilatçısı nəzərdə tutulmuşdur.

40. Qeyd olunmalıdır ki, hərrac zamanı əmlakın alınması barədə tələbkara icra məmuru tərəfindən təklif olunması qaydası “İcra haqqında” qanunun 53-cü maddəsində nəzərdə tutulmuşdur. Lakin həmin normada üzərinə həbs qoyulmuş əmlakın satılması üçün hərracın keçirilməsindən bəhs olunur və ipoteka predmetinin satılması qaydalarına bu norma ilə müəyyən olunan qaydalar tətbiq edilmir.

41. Çünki “İpoteka haqqında” Qanunun preambulasına görə mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri bu Qanun tənzimləyir.

42. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur

43. Bundan əlavə, işin faktiki hallarından aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilməsi qaydası və halı ilə də tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan 17.09.2009-cu il tarixdə 136500 manat borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edildiyi 18.04.2011- cı il tarixədək cüzi ödəniş etmiş, bununla da onun qətnamənin qəbul edildiyi tarixə cəmi 194148 manat məbləğində ödənilməmiş kredit borcu qalmışdır. 44.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya o zaman xitam verilir ki, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlsin, əsas öhdəliyə xitam verilsin, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılsın və yaxud ipoteka predmeti məhv olsun.

45. Göründüyü kimi hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün əsas verən qanunda müəyyən olunmuş hallardan heç bir mövcud deyildir.

46. Apellyasiya şikayətində qeyd edilən dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 47.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar