Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-492/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Cavabdeh2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli e-2(075)-44/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən hal-hazırkı dövrə qədər Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləmişdir. 2008-ci ildə rəhbərlik etdiyi uşaq bağçası köhnə maddi-texniki bazaya malik olmaqla, iki qrupda fəaliyyət göstərirdi. Rəhbərlik etdiyi müddətdə qənaətbəxş fəaliyyəti və təkidli xahişləri nəzərə alınaraq, Ulu Öndərin adına olan X19 və Şəki şəhər İcra Hakimiyyətinin birgə dəstəyi nəticəsində bağça yenidən qurularaq, müasir dövrün standartlarına cavab verən müəssisəyə çevrilmiş və hal-hazırda onun rəhbərliyi ilə 1 (bir) körpələr evi olmaqla, 7 (yeddi) qrupda fəaliyyət göstərir. Rəhbərlik etdiyi müəssisədə Təsil Nazirliyi, Əmək Müfəttişliyi, X2 və sair qurumlar tərəfindən keçirilmiş yoxlamalar və monitorinqlərin nəticəsində bu günə kimi heç bir neqativ hal müəyyən edilməmişdir. Bunun da məntiqi nəticəsi olaraq, digər bağçalarla müqayisədə rəhbərlik etdiyi müəssisə kifayət qədər nüfuz və Şəki şəhər sakinlərinin rəğbətini qazanmışdır. Cavabdeh2nə X8 müdir təyin edildikdən sonra onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişmiş, rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə kölgə salınmağa çalışılmışdır. Bəhruz Mehdiyevin ona qarşı o qədər qərəzli və hiddətli olmuşdur ki, qərəzli olaraq aparılan yoxlamanın nəticəsində ona xx.xx.2022-ci il tarixli K-148 nömrəli əmri ilə şiddətli töhmət vermişdir. O da bu əmrin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh2 müdiri X4 İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə qətnamə qəbul edilməmiş X8 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar verərək, Elm və Təhsil Nazirinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-ci il tarixli 3- 29/3-1-251K/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə mənimlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə nail olmuşdur. Elm və Təhsil Nazirinin xx.xx.2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmri maddi hüquq normalarının tələbləri pozulmaqla verilmişdir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84- cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərimi) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, Elm və Təhsil Naziri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək onu qanunsuz olaraq işdən azad etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Onun əmək müqaviləsinə xx.xx.2023- cü il tarixli 3-29/3-1-251K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə qanunsuz olaraq işinə xitam verilməsinin nəzərə alınaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işində ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. Həmin nöqsanlar barədə orta məktəblərdə monitorinq aparılan zaman ortaya çıxmışdır. 14 yanvar 2023-cü il tarixdə keçirilmiş Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməmişdir. Əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə xitam verildiyini bildirsə də, iş materiallarında olan sənədlərdəndə onun işə başlamalı olduğu xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Buna görə də, iddiaçının tələbinin əsassızdır, rədd olunmalıdır.
6. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
7. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-44/2024 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 251K/2023 nömrəli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi, uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrində, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixində keçirilən iclasın 15 nömrəli Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. İddiaçı 16 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il və 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamışdır və göstərilən müddət aralığında işdən azad edilmişdi, 21 fevral 2023- cü il tarixdən işə başlamalı olması göstərilmişdir. İddiaçı əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə qanunsuz olaraq işinə xitam verilməsini göstərərək iddianı müdafiə etmişdir, cavabdeh təşkilatların nümayəndələri isə iddianı qəbul etməmişdirlər. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
10. Məhkəmə hesab etmişdir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilmiş, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsinin qanunsuz əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək işdən azad edilmişdir, yəni 21 fevral 2023cü il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrindəndə göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onun işə başlamalı olduğu xx.xx.2023-cü il tarixdə ləğv edilməsi əmr edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Belə ki, müqaviləyə İddiaçı büllütendə olduğu müddət tamam olduqdan sonra yəni işə başladığı gün xitam verilmişdir.
11. Məhkəmə, həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir.
12. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi, uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 10, 68, 69, 70, 71, 72, 76, 79, 80, 83, 84, 186.1, 186.2, 187, 189, 192, 194 və 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3 və 217.4–cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi onun xəstə olmağını, 3 beyin infadktını keçirtməyini, HəmkarlarTəşkilatının onun işi üzrə təşkilat olmadığını yəni, ona aid olmayan, qarşısında heç bir öhdəliyi olmayan bir təşkilatın bu protokolu tərtib etməkdə səlahiyyətli olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki o 70-ci maddə ilə işdən çıxarılırasa, onun öz qurumunun yəni, müəssisə rəhbərinin üzvü olduğu Həmkarlar Təşkilatının iclasının protokolu əsası ola bilərdi. İşəgötürən hesab edilən nazir həmin protokola istinad etmişdir. Digər aydınlaşdırılmayan məsələnin onun eyni gündə işə qəbulu və iş saatına 33-dəqiqə qalmış onu işə götürməyən bir şəxs tərəfindən işdən çıxarılmasıdır. Bu fakt araşdırılmamışdır. Bundan başqa müqavilədə müqavilənin bağlanma tarixi xx.xx.2023-cü il tarixidirsə, işə başlama vaxtı xx.xx.2023-cü il tarixidir. Birinci instansiya məhkəməsi Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixində keçirilən iclasının protokoluna qiymət verərkən nədən həmin təşkilatın iclası ilə bağlı o, xəstə ikən bu iclasın keçirilməsinin yol verilməzliyi onunda insan hüquqlarının olması qaldırılan məsələyə fikir və mülahizələrimin bildirilməsi vəziyyətini aydınlaşdırmamışdır. Bundan başqa əmrin tərtibatı qanunazidd olmuşdur.
16. O aşağıdakı əsaslarla hesab etmişdir ki, qaldırdığı tələb Şəki Rayon Məhkəməsi tərəfindən tam mənada əsassız olaraq təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi Həmkarlar Təşkilatının barəsində olan mövqeyi ilə razılaşmışdır. Həmkarlar Təşkilatı o, xəstə ikən iclas keçirmişdir, onu keçirilən iclasın vaxtı ilə tanış belə etməmişdir. Bundan başqa həmin təşkilat onun bir rəhbər olaraq təmsil olunduğu Həmkarlar Təşkilatı deyildir. O, Azərbaycan Təhsil İşçiləri X13 Respublika Komitəsinin şəhər hüquqlu Həmkarlar Komitəsinin tələbinə əsasən intizam məsuliyyətinə cəlb edilə bilərdi. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X14 Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişin 3-cü bölməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri qrafasının 3.1.6-cı maddəsində bu hal öz təsdiqini tapmışdır.
18. O bağçanın rəhbəridir. Həmkarlar İttifaqı bağçada həmkarlar təşkilatını yaratmışdır. Burada rəhbər o, işçilər isə həmin təşkilatın üzvləridir. Bağlanan müqavilələr onunla bağçanın yəni, 22 saylı körpələr-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin arasında bağlanılırdı. Qarşılıqlı öhdəlikər daşıyırdı. Bu təşkilat onunla müvafiq öhdəlikləri daşımaqda haqlıdır. Ancaq onun intizam məsuliyyətinə baxmaqda haqlı deyildir. İşdə Şəki Şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixində keçirilən iclasın 15 saylı protokolu ilə onun ciddi pozuntulara yol verməsi qeyd edilmiş və işdən çıxarılma məsəlsinə baxılmışdır.
19. Bildirmək istəyir ki, təşkilat onun kollektivində olan tərbiyəçi və texniki işçilərin təşkilatıdır. Onun məsuliyyət məsələsinə baxmaq səlahiyyəti, qiymət vermə vəzifəsi mövcud deyil. Halbuki məhkəmənin var gücü ilə istinad etdiyi halın biridə Həmkarlar Təşkilatının protokoludur. Əmək Məcəlləsi birmənal ıolaraq qeyd edir ki, həmin Məcəllənin yəni, 70-ci maddənin “ç” bəndi ilə işçi işdən çıxarılırsa; bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
20. O, rəhbər olduğu halda onun təmsil olunduğu Həmkarlar Təşkilatı ona qiymət verə bilərdi. Barəsində xx.xx.2023- cü il tarixdə guya iclas keçirilmişdir. O isə həmin gün təcili yardım maşınında koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdir. İşə diqqət yetirilsə idi həm onun təşkilatı olmayan bir Həmkarlar Komitəsi barəsində qərar qəbul etmişdir, həm də bu qərar əsasında barəsində ədalətsiz əmr formalaşmışdır. Bütün bunlarda maddi hüquq normalarını pozmaqla çıxarılmışdır.
21. O işəgötürən X8 tərəfindən xx.xx.2023-cü il tarixində işə götürülmüşdür. İşə götürülməsinin tarixi xx.xx.2023-cü il saat 17:27:23 vaxtıdır. Həmin əmək müqaviləsində onun işə başlama tarixi xx.xx.2023-cü il tarixi təyin olunubdur. Eynilə işdən çıxma əmri isə Azərbaycan Respublikası Elmvə Təhsil Naziri Emin Əmrullayev tərəfindən xx.xx.2023-cü il tarixində 3-29/3-1- 251K/2023 saylı əmirdir. Əmrin məzmunu bir cümlədən ibarətdir. Yəni Şəki Şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin70ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilməsi qeyd edilmişdir. İşin bu formal tərəfidir. Çıxarılan əmr Əmək Məcəlləsinin 84-cümaddənin tələblərinə ziddir. Əmrə diqqət yetirsək işə götürən Bəhruz Mehdiyev olduğu halda işdən çıxardan Emin Əmrullayevdir. Bundan başqa həm eyni gündə əmək müqaviləsi tərtib olunur, bütün bunlarda xx.xx.2023-cü il tarixdə 17:27-də işə götürən tərəfindən yox, Nazir tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinə zidd olaraq tərtib edilmişdir.
22. İşə götürən olmayan şəxs onu işdən çıxarmışdır. Həmdə yuxarıda qeyd edilən normaların ziddinə uyğun olaraq işdən çıxarılmışdır. Eyni gündə əmək müqaviləsi onunla bağlanmış, eyni gündədə işdən çıxarılmışdır. İşdən çıxma əmrilə bağlı şifahi ona xx.xx.2023cü il tarixində bildirilmişdir. Yazılı qaydada isə xx.xx.2023-cü il tarixində poçt vasitəsilə ona bildirilmişdir. Həm əmək müqaviləsinin bağlanması, həmdə işdən çıxarılma əmri şübhəli məqamlarla doludur. Hətta əmək müqaviləsi portalda hal-hazırki günədək izlənilir. Nazirin işdən çıxma əmri isə portalda görünməməkdədir.
23. O uzun müddət rəhbər vəzifəsində işləmişdir. 38 il əmək stajı vardır. Şəkidə svilizasiyalı bir bağça yaratmışdır. Adı rəhbər olsada işə götürən olmamıdır. Onunla bağlı aparılan araşdırma və digər hallarla bağlı qanuni qüvvəyə mimiş heç bir məhkəmə qərarları mövcud deyildir.
24. O heç bir halda bu günə kimi təqsirli deyildir. Onu işə götürən adlanılan şəxs hansı əsasla işdən çıxarmasını bir cümləlik əmrində heç bir halda əks etdirməmişdir. Əmr formal olaraq tərtib edilməklə Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozmaqla qəbul edilmişdir.
25. O, xəstə olmuşdur. Baş-beyin insultu keçirmişdir. 39 gün müddətində xəstə olmuşdur. Ağır vəziyyətdə olmaqla 3 dəfə lakunal beyin infaktı keçirmişdir. Həmkarlar deyilən ona aid olmayan təşkilatın iclasıda xəstə olduğu gündə keçirilmişdir.
26. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərini pozmaqla qərar qəbul etmişdir. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi bu əmrdə əks edilməmişdir. Onun təqdim etdiyi tibbi sənədlər mülki işin materaillarındadır. Onun xəstəlik kağızları vardır.
27. O, işə çıxdığı gün işdən azad edilmişdir. Qeyd olunan Əmək Məcəlləsinin “ç” bəndi ona xəstə dövründə, insult keçirtdiyi vaxtda qondarma iclas keçirməklə ona aid olmayan təşkilatın protokolunu tərtib etməklə bu çıxarılma əsaslandırılmışdır. İnsan haqqında ölüm hökmü çıxaran məhkəmə onun icra etməmişdən əvvəl səhhətini, sağlamlığını, hökmün icrası üçün dayanaqlılığını yoxlayırdı. Ancaq bu işə götürən təşkilat insult keçirən 3 beyin infaktını yaşayan bir qadını bir gün içində işə çıxan gün işdən çıxarmışdır.
28. Məhkəmə əmək münasibətlərində ayrı seçkiliyin yolverilməzliyi müddəasına əməl etməmişdir. Halbuki qanun bu hüquqların məhdudlaşdırılmasını qəti qadağan edir. O, heç bir hüquqlarından istifadə etmdən qanunsuz qaydada işdən azad edilmişsir.
29. Məhkəmə Prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onun sübutları qiymətləndirilməmiş, cavabdehin əsası olmayan sənədlərinə dəyər verilmişdir. O, faktiki olaraq məhkəmədə işinə bərabər qaydada baxılmağından mərhum olunmuşdur. Qarşı tərəf öz tələbinin əsası kimi hansı istinad etdiyi halları sübuta yetirə bilmişdir. Bu hal işdə görünmür. Onun qaldırdığı məsələyə qeyri-obyyektiv yanaşılmış, fikirlərinə və təqdim etdiyi sənədlərə bərabər qaydada baxılmamışdır. İşdə onun təqdim etdiyi sənədlərlə bağlı bir arqumet belə qeydə alınmamışdır.
30. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmadı. Məhkəmə onun xəstə olmağını 3 beyin infadktını keçirtməyini, Həmkarlar Təşkilatının onun işi üzrə təşkilat olmadığını yəni, ona aid olmayan, qarşısında heç bir öhdəliyi olmayan bir təşkilatın bu protokolu tərtib etməkdə səlahiyyətli olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki o, 70-ci maddə ilə işdən çıxarılırsa, onun öz qurumunun yəni, müəssisə rəhbərinin üzvü olduğu Həmkarlar Təşkilatının iclasının protokolu əsası ola bilərdi. İşəgötürən hesab edilən Nazir həmin protokola istinad edir. Digər aydınlaşdırılmayan məsələ onun eyni gündə işə qəbulu və iş saatına 33-dəqiqə qalmış onu işə götürməyən bir şəxs tərəfindən işdən çıxarılmağıdır. Bu fakt araşdırılmamışdır. Bundan başqa müqavilədə müqavilənin bağlanma tarixi xx.xx.2023-cü il tarixidirsə, işə başlama vaxtı xx.xx.2023-cü il tarixidir. Məhkəmə Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixində keçirilən iclasının protokoluna qiymət verərkən nədən həmin təşkilatın iclası ilə bağlı o, xəstə ikən bu iclasın keçirilməsinin yol verilməzliyi onunda insan hüquqlarının olması qaldırılan məsələyə fikir və mülahizələrinin bildirilməsi vəziyyətini aydınlaşdırmamışdır. Bundan başqa əmrin tərtibatı qanunazidd olmuşdur.
31. Məhkəmə iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir. Yuxarıda qeyd etdiyi nüyansları aydınlaşdırmadan fərziyyələrlə qərar qəbul etmişdir. Əmrdə əks olunanların əsasını müəyyən etmədən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə əleyhinə qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhf nəticəyə gəlmiş, aidiyyatı olmayan Həmkarlar Təşkilatının protokolundan istifadə etmiş, tərtib olunan əmrin əsasını işdə əks etdirməmişdir.
32. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-44/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi qəbul edilərək iddiası tam olaraq təmin edilməklə xx.xx.2023-cü il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-44/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-44/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-44/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “E” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyator Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli e-2(075)-44/2024 nömrəli qətnaməsini tam mübahisələndirdiyindən, yəni qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmiş, Cavabdeh2 11 yanvar 2023-cü il tarixli əmri ilə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması məqsədi ilə komissiya yaradılmış, 11,12 yanvar 2023-cü il tarixlərdə Şəki şəhər 22 saylı körpələr eviuşaq bağçasında yoxlama aparılmış, sonra Cavabdeh2 tərəfindən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi məqsədi ilə təqdimatla müraciət edilmiş, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 14 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 08 fevral 2023-cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmri ilə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi ilə bağlı zəruri tədbirlərin görülməsi əmr edilmişdir. Əmrin verilməsinə əsasın Cavabdeh2 müdiri Bəhruz Məmmədovun əsaslandırması, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 14 yanvar 2023-cü il tarixli, 15 nömrəli protokoldan çıxarışı, müvafiq izahatlar və aktlardan ibarət olması göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
46. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin 70-ci maddə ilə işdən çıxarılırasa, onun öz qurumunun yəni, müəssisə rəhbərinin üzvü olduğu Həmkarlar Təşkilatının iclasının protokolunun əsaslı ola bilməsi, onun Azərbaycan Təhsil İşçiləri X13 Respublika Komitəsinin şəhər hüquqlu Həmkarlar Komitəsinin tələbinə əsasən intizam məsuliyyətinə cəlb edilə bilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
47. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının işdən azad edilməsi barədə əmr verilməmişdən əvvəl məhz onun işlədiyi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Həmkarlar Təşkilatının iddiaçının xəstə ikən iclas keçirməsi, onu keçirilən iclasın vaxtı ilə tanış belə etməməsi, Həmkarlar İttifaqı Komitəsinin heyət üzvləri tərəfindən 14 yanvar 2023-cü il tarixli iclasın keçirildiyi gün təcili yardım maşınında koma vəziyyətində xəstəxanaya yerləşdirilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin heyət üzvləri tərəfindən tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 13 yanvar 2023-cü il tarixli 3-29-42 /2-58/2023 nömrəli təqdimatının müzakirəsi ilə əlaqədar Şəki şəhər 22 saylı körpələr evi uşaq bağçasında iclas keçirilmişdir. Bağçanın müdiri İddiaçı iclasda iştirak etməsi üçün dəvət edilmiş, lakin o, iclasda iştirak etməkdən imtina etmişdir.
49. Həmçinin iş materiallarında olan Şəki Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 16 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək işdən azad edilmişdir. Lakin İddiaçı 13 yanvar 2023-cü il tarixdə əmək qabiliyyətli olmamasına dair iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun eyni gündə işə qəbulu və iş saatına 33-dəqiqə qalmış onun işdən çıxarılmasının aydınlaşdırılmaması, müqavilədə müqavilənin bağlanma tarixi xx.xx.2023-cü il tarixidirsə, işə başlama vaxtının xx.xx.2023-cü il tarixi olmasına dair dəlillərinə də münasibətdə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixidə isə işdən azad edilmişdir. Yəni elektron sistemdə hansısa məlumatın daxil edilmə tarixi özü-özlüyündə müqavilənin həmin tarixdə bağlanması, müqaviləyə dəyişikliyin də həmin tarixdə aparılmasını ehtiva etmir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə götürən olmayan şəxsin onu işdən çıxarması, nazirin işdən çıxma əmrinin portalda görünməməsinə dair dəlillərinə də münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri) istisna olmaqla Azərbaycan Respublikası Təhsil nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirinin iddiaçının işdən azad edilməsinə dair 21 fevral 2023-cü il tarixli əmri iş materiallarına əlavə edilməklə, həmin əmrin mövcudluğu işin mübahisəsiz halıdır. Həmçinin işdə olan elektron qaydada əldə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmr 21 fevral 2023-cü il tarixdə sistemə daxil edilmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin çıxarılan əmrin Əmək Məcəlləsinin 84cümaddənin tələblərinə zidd olması, əmrin tərtibatının qanunazidd olması, hansı əsasla işdən çıxarmasının əmrdə əks etdirilməməsi, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əmrdə əks edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3- 1-251R/2023 nömrəli əmrindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Həmin əmrin verilməsinə əsasın Elm və Təhsil Nazirliyinin 08 fevral 2023-cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmrin 1-ci bəndi olması göstərilmişdir.
53. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 08 fevral 2023-cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmrinin 1-ci bəndindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi ilə bağlı zəruri tədbirlərin görülməsi əmr edilmişdir. Həmin əmrdə əmrin verilməsinə əsasın Cavabdeh2 müdiri Bəhruz Məmmədovun əsaslandırması, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 14 yanvar 2023-cü il tarixli, 15 nömrəli protokoldan çıxarışı, müvafiq izahatlar və aktlardan ibarət olması göstərilmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin əmək münasibətlərində ayrı seçkiliyin yolverilməzliyi müddəasına əməl etməməsinə, məhkəmədə işinə bərabər qaydada baxılmağından mərhum olunmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin iclaslarında müdafiəçisi ilə birlikdə iştirak etmiş, ona hüquq və vəzifələri izah edilmiş, qaldırdığı iddia tələbini müdafiə etməsi üçün lazımi şərait yaradılmış, ona qarşı hər hansı bir qeyri-bərabərliyə yol verilməsi halı müəyyən edilməmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin faktiki hallarının tam və hərtərəfli araşdırmaması, məhkəmənin tərəflərin qarşılıqlı münasibətləri üzrə səhf nəticəyə gəlməsi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
56. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(075)-44/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-44/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.