Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-493/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi X33 qızının katibliyi ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları:
İddiaçı 16 oktyabr 2023-cü ildə cavabdehlər X12 və Cavabdeh1 qarşı (iddia ərizəsində X30 və Göyçay Rayon Notariat Ofisi – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər) “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, X5ndan miras qalmış, Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə onun və 1/8 hissəsinə 31 oktyabr 2011 -ci il tarixdə doğulmuş oğlu X6 və ünvan 1-də yerləşən 31 saylı mənzilin 1/16 hissəsinə onun və 1/16 hissəsinə 31 oktyabr 2011 -ci il tarixdə doğulmuş oğlu X6 miras payınızın tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə cavabdeh X10 oğlu X32 ilə ailə qurmuşdur və onun Vüsal Musayevlə birgə nikahından 31 oktyabr 2011 -ci il tarixdə Məhəmmədsəid adlı oğlu doğulmuşdur. Lakin, Vüsal Musayev və atası X1 idarə etdiyi minik avtomobilii ilə 01 dekabr 2012-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gələrkən Kürdəmir rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həm Vüsal Musayev, həm də atası Əfqan Musayev hadisə yerində həlak olmuşlar. X5 vəfat edərkən ondan Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 7 ünvanında fərdi yaşayış evi və cavabdeh Şərqiyyə Musayeva ilə birgə nikah dövründə aldığı ünvan 1 ünvanında 31 saylı mənzili miras qalmışdır. X18 üzrə birinci növbə vərəsələri aşağdakı şəxslərdir: 1) arvadı X16, 2) oğlu X32, 3) oğlu Cavabdeh1 və 4) qızı X30. O, qanun üzrə birinci növbə vərəsə X24 ölümündən sonra mərhum miras qoyanın digər qanun üzrə birinci növbə vərəsələrlə birlikdə mirasa faktiki sahiblənmiş və 03 oktyabr 2016-cı il tarixə kimi azyaşlı oğlu ilə birlikdə miras evdə yaşamışdır. Miras qoyanın qızı Güney Musayevanın ona qardaşı Cavabdeh1 qazancı ilə dolandığını dəfələrlə bildirib, psixoloji təsir etdiyindən o, mərhum ərinin ailəsi ilə birlikdə yaşaya bilməmiş və 2016-cı ildə miras evi tərk etməyə məcbur olmuşdur. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə birinci növbə vərəsə olan cavabdehlər mirasın bölüşdürülməsi üçün notariat orqanına gəlməmişlər və notarius ona eyni tələblə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də miras payının tanınması tələbinə dair hazırkı iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1243.3, 1246, 1134.1, 1159.1, 1274 və 1291-ci maddələrinə istinad olunmuşdur). İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə hazırkı iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra cavabdeh X10 nümayəndəsi tərəfindən iş üzrə 13 noyabr 2023-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə “iddia ərizəsinə qarşı” yazılı Etiraz təqdim edərək, mirasın kütləsinə aid Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evin 2/8 hissəsinə X6 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbinə qarşı həmin Etirazını onunla əsaslandırmışdır ki, X5 vəfat etdiyi tarixə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və cavabdeh X16 ilə birgə nikah dövründə aldığı ünvan 4ı mənzil miras qalmışdır. X2 birinci növbəli vərəsəsi arvadı X16, oğlu X32, oğlu Cavabdeh1 və qızı X25r. İddia tələbi qismən əsaslı və qanuni hesab etdiyi üçün iddianı da qismən qəbul edir. İddiaçı işin faktiki halları barədə göstərdiklərinin rəsmi sübutlarla təsdiq edilən məlumatları mübahisə doğurmur. Cavabdeh X10 oğlu X32 və əri X17 faciəli şəkildə vəfat etmiş və onların vəfatından sonra ona ən yaxın nəvəsi 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X7r. İddiaçı özünün, valideynlərinin, yaxud başqa şəxslərin təkidi ilə 03 oktyabr 2016-cı il tarixdə yaşadığı evdən çıxmış və Göyçay rayonunun Ləkçıplaq kəndində olan valideynlərinə məxsus evə köçmüşdür. Həmin tarixə kimi İddiaçı istər X16, istərsə də Cavabdeh1 və X30 tərəfindən “gözün üstə qaşın var deyən olmamışdır”. Hətta Məhəmmədsəidlə görüşmək üçün dəfələrlə cəhd etsələr də iddiaçı buna etiraz etmişdir. Miras qalmış əmlakın kütləsinə aid əmlaklar Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evi və ünvan 3 mənzilin ½ hissələridir. Həmin əmlakları X5 ilə arvadı X16 birgə nikah dövründə əldə etdikləri üçün həmin fərdi yaşayış evi ilə mənzilinin ½ hissəsi X8r. Birinci növbəli vərəsə miras qoyanın arvadı X16, oğlu Cavabdeh1, qızı X30 və 31 oktyabr 2011-ci il tarixdə doğulmuş nəvəsi, İddiaçı himayəsində olan X7r. Ona görə də mirasın kütləsinə aid Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və ünvan 4ı mənzilin 1/8 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X6 payının tanınmasına etiraz etmir. Hər evdən 1/8 hissəsinin real bölgüsü mümkün deyil. Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evi ilə ünvan 4ı mənzildən həm sahəsinə həm həyatyanı torpaq sahəsi olması. Həmdə dəyərinə görə üstündür. X16 mərhum oğlu Vüsalın qoxusunu nəvəsi Məhəmmədsəiddən alır. Ona görə də 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X6 payının toplamaq yolu ilə Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evinin 2/8 hissəsi həcmdə tanınmasına etiraz etmir. İddiaçının Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evinə köçməsinə, həmin evdən bütünlüklə istifadə etməsinə etiraz etmir. X16 hətta payına düşən hissəsini nəvəsi Məhəmmədsəiddə vəsiyyət edəcəyini istisna etmir. Odur ki, iddianın qismən təmin edilməsini qəbul edir və mirasın kütləsinə aid Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanda yerləşən fərdi yaşayış evin 2/8 hissəsinə X6 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Göyçay Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı səlahiyyətli nümayəndəsi 07 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5ndan miras qalmış Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə İddiaçı 31 oktyabr 2011-ci il tarixdə doğulmuş övladı X6 miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı “miras əmlakda payının tanınması” tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək, X5ndan miras qalmış Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə özünün və 1/8 hissəsinə isə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X6 və Göyçay şəhəri Atatürk küçəsi, bina 12-də yerləşən 31 saylı mənzilin 1/16 hissəsinə özünün və 1/16 hissəsinə isə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışına hazırlığın icraatı - Göyçay rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair digər mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2(107)-449/2024 saylı qətnaməsinə əsasən Cavabdeh1 İddiaçı qarşı mirasda tam payının tanınması tələbinə dair mülki iş üzrə Göyçay rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(046)-635/2023 saylı qətnaməsi ləğv edilmiş və miras əmlakın, yəni Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 nömrəli mənzilin X5ndan miras qalmış ½ hissəsinə iddiaçının azyaşlı oğlu X6 ¼ miras payı müəyyən edilmişdir. Göründüyü kimi, artıq mirasın bir hissəsindən, yəni mənzildən hazırkı iş üzrə İddiaçı azyaşlı övladı X6payı müəyyən edilmişdir. Bu səbəbdən də hazırda iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Ona görə də, qeyd edilənlərə əsasən X5ndan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə iddiaçının 31 oktyabr 2011-ci il tarixdə doğulmuş övladı X6 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir.
2. Birinci instansiya məhkəməsində icraat:
Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı “miras əmlakda payın müəyyən edilməsi” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, X9 miras qalmış Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, 7 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payı müəyyən edilsin (hakim Elçin Qurbanov). Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə miras əmlaka X11 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmış Göyçay şəhəri Heydər Əliyev prospekti, dalan 4, ev 7 daxildir. Miras qoyan X17 ilə cavabdeh X16 29 avqust 1979-cu ildə nikaha daxil olmuşlar, onların birgə nikahından Cavabdeh1, Güney Musayeva və Vüsal Musayev adlı üç övladı doğulmuşdur. Miras qoyanın oğlu X32 ilə İddiaçı xx.xx.2010-cu ildə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2011-ci ildə Məhəmmədsəid adlı övladları doğulmuşdur. Miras qoyan X17 ilə oğlu X32 xx.xx.2012-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması - hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən və mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə - borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə nəzərə alır ki, miras qoyan X17 ilə oğlu X32 avtomobil qəzası nəticəsində eyni anda xx.xx.2012-ci ildə ölmüşlər və belə olan halda irsi transmissiyyanın tətbiqi istisna olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, mərhum X24 İddiaçı ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədsəid Musayev miras əmlakdan ölmüş atası Vüsal Musayevə çatası paydan bərabər miras almaq hüququna malikdir. Odur ki, X9 miras qalmış Göyçay şəhəri, Heydər Əliyev prospekti, dalan 4, ev 7 miras əmlakı qismində 4 vərəsə - mərhumun arvadı X16, oğlu Cavabdeh1, qızı X30 və ölmüş övladı X29 çatası pay üzrə sonuncunun övladı X14 arasında bərabər şəkildə bölüşdürülməli, onların hər birinin həmin əmlakda 1/4 miras payı müəyyən edilməlidir. Məhkəmə, bu nəticəyə gələrkən eyni tərəflər arasında X9 miras qalmış digər Göyçay şəhəri, Atatürk küçəsi, 12 saylı evin 31 nömrəli mənzilinə dair miras payının müəyyən edilməsinə dair qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-449/2024-cü il tarixli qətnamənsinin olmasını da nəzərə almışdır. O ki qaldı, Göyçay şəhəri, Heydər Əliyev prospekti, dalan 4, 7 saylı evin sökülərək cavabdeh X10 X5 ilə birgə nikah dövründə ümumi vəsait hesabına inşa edildiyinə görə onların ümumi əmlak hesab edilməsi barədə cavabdeh X10 dəlilinə məhkəmə, cavabdeh X10 istinad etdiyi bu halın təsdiqi kimi qanunla müəyyən edilmiş qaydada hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə alıb, onun bu dəlilini qəbul etməmiş və nəzərə almamışdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına, “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1252, 1253.1, 1253.2, 1255, 1262 və 1273-1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi həmin qətnamədə aşağıda qeyd olunan sənədlərin tədqiq olunduğunu göstərmişdir: - İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi: Həmin Qətnamədən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh1 ünvan 5 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payı müəyyən edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)449/2024 nömrəli qətnaməsi: Həmin Qətnamədən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X9 miras qalmış ½ hissəsinə Cavabdeh2, Cavabdeh1, X19 və X6 hər birinin ¼ miras payı müəyyən edilmişdir. - Azərbcayn Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı: Həmin Qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 449/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışın surəti: Həmin sənəddən görünür ki, Göyçay şəhəri, Heydər Əliyev prospekti, 6, 4-cü dalanda istifadədə olan 0,0414 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2-ci mərtəbəsində yerləşən 134,3 kv.m ümumi, 34,2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əməlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 10 yanvar 2025-ci il tarixli arayışı: Həmin sənəddən görünür ki, X11 mülkiyyətinə verilmiş **********13-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evinin ünvanı naturada ünvan 7yata alınması üçün təqdim edilmiş ilkin sənədlərdə əmlakın ünvanı Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 kimi qeyd olunmasına baxmayaraq, xx.xx.2011-ci il tarixdə ********** nömrəli ərizəyə əsasən qeydiyyat aparılan zaman yaşayış evinin ünvanı naturaya uyğun “H.Əliyev prospekti dalan 4 ev 6” kimi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, həmin ünvanda yerləşən ev 6 ilə ev 7 - eyni evdir. - İşə əlavə edilmiş Nikahın bağlanması haqqında Şəhadətnamənin surəti: Həmin sənəddən görünür ki, X11 X20 ilə nikahları 29 avqust 1979-cu ildə qeyd edilmişdir. - Ölüm haqqında Şəhadətnamənin surəti: Həmin sənəddən görünür ki, X17 xx.xx.2012-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. Ğlüm haqqında Şəhadətnamənin surəti: Həmin sənəddən görünür ki, X32 xx.xx.2012-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamənin surəti: Həmin sənəddən görünür ki, X3 Sevinc Vəkil qızı ilə 08 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. - Doğum haqqında Şəhadətnamənin surəti: Həmin sənəddən görünür ki, xx.xx.2011ci il təvəllüdlü X6 atası X21, anası İddiaçıdır. - Göyçay rayon Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli məktubu: Həmin sənəddən görünür ki, İddiaçı X22 və Cavabdeh1 ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
3. Apellyasiya şikayəti və ona etiraz:
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh X16 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Vəkil imzalamışdır), “Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)- 12/2025-nömrəli qətnaməsinin ləğv edilməsi, ünvan 9 fərdi yaşayış evinin ½ hissəsinin birgə nigah dövründə əldə edilmiş əmlak kimi cavabdeh X10 mülkiyyətinə verilməsi və X5ndan miras qalmış ünvan 9 fərdi yaşayış evinin 1/8 hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının müəyyən edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun olaraq X5ndan miras qalmış, Göyçay şəhəri H.Əliyev prospekti dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə iddiaçının 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025-nömrəli qətnaməsi ilə X9 miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının müəyyən edilməsi qət edilmişdir. Lakin, o, cavabdeh olaraq Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, “O ki qaldı, Göyçay şəhəri Heydər Əliyev prospekti, dalan 4, 7 saylı evin sökülərək cavabdeh X10 X5 ilə birgə nikah dövründə ümumi vəsait hesabına inşa edildiyinə görə onların ümumi əmlak hesab edilməsi barədə cavabdehin dəlilinə, məhkəmə - cavabdeh X10 istinad etdiyi halın təsdiqi kimi qanunla müəyyən edilmiş qaydada hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə alıb, cavabdehin bu dəlilini qəbul etməmiş və nəzərə almamışdır”. O, hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, Göyçay şəhəri, Heydər Əliyev prospekti, dalan 4, ev 7 saylı fərdi yaşayış evi X2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə ilə keçsə də, birgə nikah dövründə həmin fərdi yaşayış evin dəyərini xeyli artıran işlər görüldüyü üçün bu ev X5 ilə birgə nikah dövründə əldə edilmiş sayılır. X5 ilə birgə nikah dövründə Göyçay şəhəri, Heydər Əliyev prospekti, dalan 4, ev 7 saylı fərdi yaşayış evini əsaslı təmir etdirmişlər. Evin köhnə və yeni texniki pasportları müqayisəli şəkildə incələnsə, evin konstruksiyasındakı dəyişiklikləri görmək mümkündür və onun əsaslı təmir olunduğu müəyyən edilə bilər. Evin tavanı tamamilə yenilənmiş, divarları suvanmış, yenidən zamaskalanıb oboylanmış, evin daxilində sanitar qovşaq tikilmiş və dəyərini artıran digər işlər görülmüşdür. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd olunan maddənin mənasına görə ər-arvadın birgə mülkiyyəti onlara birlikdə mənsubdur. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Vərəsəlik açıldıqda sağ qalan arvada (ərə) onların birgə mülkiyyətində olan əmlakdan, çatası əmlak hissəsi ayrılaraq ona verilir, əmlakın yerdə qalan hissəsi miras əmlaka daxil edilərək, sağ qalan arvad (ər) da daxil olmaqla vərəsələr arasında bölüşdürülür. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən (Ailə Məcəlləsinin 35-ci və Mülki Məcəllənin 1162-ci maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və cavabdehin hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir. Göründüyü kimi, hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025-nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar qətnamədə əks etdirilməmiş və qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
3.2). Apellyasiya şikayətinə qarşı etiraz
İddiaçı nümayəndəsi 14 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş və həmin Etirazda iddiaçı tərəf mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh X4 rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini, ünvan 2 saylı fərdi yaşayış evinin ½ hissəsinin birgə nigah dövründə əldə edilmiş əmlak kimi cavabdeh X10 mülkiyyətinə verilməsi, X5ndan miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinin 1/8 hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti miras evin sökülərək X17 ilə X10 birgə nikah dövründə onların vəsaiti hesabına yenidən tikilməsi ilə əsaslandırılmış və “məhkəmənin cavabdeh X10 istinad etdiyi halın təsdiqi kimi qanunla müəyyən edilmiş qaydada hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi ilə əlaqədar cavabdehin bu dəlilini qəbul etməməsini” apellyasiya şikayətində maddi və prosessual normaların tələblərinin məhkəmə tərəfindən pozulması kimi göstərilmişdir. Lakin, iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Əvvəla, apellyasiya şikayətinin dəlilləri - iddiaya etirazın dəlilləri ilə eynidir və cavabdeh tərəf bu dəlilləri əsaslandıran sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, miras qoyan miras evə mülkiyyət hüququnu 10 sentyabr 2002-ci il tarixdə vəfat etmiş mərhum X23 vərəsəsi kimi 18 avqust 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əldə etmişdir və miras qoyanın mülkiyyət hüququnu qeydə aldırarkən DƏDKRX 16 saylı Ucar Ərazi İdarəsinə təqdim etdiyi Göyçay rayonunun baş memarı tərəfindən verilmiş arayışda da ünvan 9 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı 1980-ci illərdə inşa edilmiş yaşayış evinın mərhum X26 məxsus olması göstərilir. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, Cavabdeh1, apellyasiya şikayətini vermiş cavabdeh X16 və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X30 və Göyçay Rayon Notariat Ofisi və yaxud, iş üzrə həmin tərəflərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh X16 tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025-nömrəli qətnaməsinin ləğv edilməsi, ünvan 9 fərdi yaşayış evinin ½ hissəsinin birgə nigah dövründə əldə edilmiş əmlak kimi cavabdeh X10 mülkiyyətinə verilməsi və X5ndan miras qalmış ünvan 9 fərdi yaşayış evinin 1/8 hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları, o cümlədən də hazırkı iddia üzrə cavabdeh tərəfin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri ilə müəyyən olunur ki, cavabdeh X16 mərhum əri X9 miras qalmış Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum övladı X24 31 oktyabr 2011-ci il təvəllüdlü övladı X6 miras payının olmasını qəbul etsə də, birinci instansiya məhkəməsinin məlum qətnaməsi ilə sonuncunun payının “həmin əmlakın 1/4 hissədə” müəyyən olunması ilə razılaşmır və öz mövqeyini “ünvan 9 fərdi yaşayış evinin ½ hissəsinin birgə nigah dövründə əldə edilmiş əmlak” kimi özünün (cavabdeh X10) mülkiyyətinə verilməli olması ilə əsaslandıraraq, həmin əsasla da X5ndan miras qalmış ünvan 9 fərdi yaşayış evinin yalnız 1/8 hissəsinə İddiaçı 31 oktyabr 2011-ci il təvəllüdlü övladı X6 miras payının müəyyən edilməsini tələb edir. Lakin, məhkəmə araşdırmaları zamanı mötəbər sübutlar əsasında X5ndan miras qalmış ünvan 9 fərdi yaşayış evinin cavabdeh X16 ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi və həmin əmlakın “ər-arvadın birgə nikah dövründə əldə edilən əmlak” qismində qəbul edilməsinin mümkünlüyü təsdiq olunmamışdir. Yəni, cavabdeh X10 hazırkı iddia tələbinə etirazının və eləcə də, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin həmin yuxarıda qeyd olunan dəlilləri - qanunvericiliyin tələb etdiyi qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(046)-12/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.