Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-495/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİnin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Məhkəmə qərarlarının preyudisiallığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİnin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)- 1333/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçılar Nümayəndə və X6 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus olan və hal-hazırda cavabdehin istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50000 manat maddi ziyanın cavabdehdən tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması), 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış dəmir- beton elektrik dirəklərinin, həmin dirəklərlə keçirilmiş və istifadədə olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən cavabdehə məxsus 1 hektar torpaq sahəsi üzərində 1991-1992-ci illərdə əkib-becərilmiş və qulluq etdiyi, iddiaçılara məxsus olan 167 ədəd fındıq ağaclarının ümumi dəyəri 25000 manat olan pul məbləğinin iddiaçıların xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) ilkin iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Nümayəndə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması,ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 və cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-855/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2021ci il tarixli, 2(102)-4114/2021 saylı qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır.
5. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraçşdırılmış 2 ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.Məcidov, hakimlər M.Əsədli və A.Mahmudov) iddiaçı “X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış - Cavabdeh2 qarşı olan quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasına dair hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin olunması, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə xx.xx.2011- ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsində quraşdırılmış iki ədəd elektrik dayaqları Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəsi boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması, iddianın təmin olunmuş hissəsi icra edilərkən “Elektrik qurğularının quraşdırılması Qaydaları”-na və “Elektrik enerjisindən istifadə Qaydaları”-na riayət edilməsi üçün "xxxx" ASC X9 Təchizatı və Satışı İdarəsi X11 məlumatlandırılması və onların yardımından istifadə edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunduğu hissədə ləğv edilmiş həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan, xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına olaraq: - alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsi və X11 tərəfindən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X5 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəmin ərazisindən çıxarılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X5 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəsininin ərazisinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. ddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (bundan sonra mətndə: AR ƏMDX DƏDKRPHŞ) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan torpaq sahəsi onun xüsusi mülkiyyətidir. "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin (bundan sonra mətndə: Şimal-Qərb RETSİ) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV- luq Nic hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 (iki) ədəd dəmir beton dayaqları, müvafiq razılığı-icazəsi olmadan, özbaşına olaraq cavabdehlər tərəfindən xüsusi mülkiyyəti olan yuxarıda göstərdiyi torpaq sahəsinin üzərində quraşdırılmışdır və dayaqlararası naqillərlə ötürülməklə, cavabdehlər tərəfindən yüksəkgərginiikli elektrik enerjisinin alqı-satqısı edilir. Edilmiş sorğuya cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-sinin rəisi Nəriman Mahmudovun imzaladığı xx.xx.2022-ci il tarixli 01-01/ H006/045 saylı məktubla bildirmişdir ki, "...sözügedən torpaq sahəsindən keçən elektrik veriliş xətti və dayaqlar, 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq “Nic” hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasıdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma 2001-ci ildə 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq hava xəttinin 76 saylı dayağından qolayrınu götürməklə 12 ədəd dayaq basdırılaraq çəkilmiş və həmin budaqlanmadan qidalanan ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM quraşdırılmışdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma və ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM X5 balansında deyil Həmin elektrik avadanlıqları X5 abonenti kimi "ORACLE” proqramı bazasında **********8 kodu altında Cavabdeh2 adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin balansındadır. ”Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vegi Xidmətinin rəsmi internet səhifəsinin "Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edimiş məlumatları"ndan edilmiş kompyuter çıxarışına əsasən: “xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN: ********** olan, Cavabdeh3 hüquqi ünvanı Qəbələ rayonu Mirzəbəyli kəndidir və qanuni təmsilçisi Cavabdeh2dur. ” Xüsusi mülkiyyəti olan torpaq sahəsinin üzərində heç bir müvafiq icazə-razılığı olmadan quraşdırılmış göstərdiyi iki ədəd dəmir-beton elektrik xətti dayaqları və dayaqlararası elektrik naqilləri vasitəsi ilə yüksəkgərginli elektrik enerjisi alqı-satqısı edən cavabdehlərə - "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nə elektrik enetjisinin verilməsini dayandırması və ona məxsus olan iki ədəd elektrik xətti dayağının və dayaqlararası elektrik naqillərinin söküb xüsusi mülkiyyəti olan torpaq sahəsini boşaltmasına dair Cavabdeh2 dəfələrlə yazılı pretenziyalar ilə müraciət etmiş olsa da, onlar tərəfindən heç bir tədbir görülməmişdir.
10. İddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh və digər cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, bu torpaq sahəsi onların adına keçməmişdən qabaq bu işıq dirəkləri orda olmuşdur. Belə ki, işıq dirəkləri orda 2000-ci ilə qədər salınmışdır. Torpaq isə onların adına dirəklər ora qoyulandan 15 il sonra alınmışdır. İddiaçının ona qarşı olan tələbi ilə eyni predmet üzrə işə Qəbələ Rayon Məhkəməsində baxılan digər iş üzrə qiymət verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 ona və "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv edilmişdir. Qeyd olunan halları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cavabdeh "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, reyester nömrəsi **********31 olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X7 tərəfindən eyni tələblə daha öncə Qəbələ Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı X7 tərəfindən Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və məhkəmənin 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Odur ki, İddiaçı Cavabdeh3 MMC, Cavabdeh2 və "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X3rşı “xüsusi mülkiyyət torpaq sahəsindən cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayağın və dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsi ilə (E.İsayev), İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASCnin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmr-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında caşsnmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan, xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına olaraq: - alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC-nin X9 Təhcizatı və Satışı İdarəsi və X11 tərəfındən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X5 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəmin ərazisindən çıxarılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X5 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması tələb edir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Seymur Ağayev həmin mübahisə üzrə daha öncə qəbul edilmiş məhkəmə aktlarının nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, hal-hazırkı predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı Qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış - Cavabdeh2 qarşı olan quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasına dair hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası həmin hissədə təmin olunmuş, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə xx.xx.2011- ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsində quraşdırılmış iki ədəd elektrik dayaqları Cavabdeh2 hesabından çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
16. Müəyyən edilmişdir ki, iddiaçının iddiasında qeyd etdiyi Cavabdeh2 məxsus "xxxx" MMC "xxxx" ASC-nin enerji satış bazasında Cavabdeh2 adına olmaqla **********63270 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (fındıq zavodu) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin 35 kV-luq fındıq zavod budaqlanması gərginlik altındadır və işlək vəziyyətdədir. Xəttin qida mənbəyi 35/10 kV-luq Qəbələ yarımstansiyasıdır. Xətt 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşmə “Azərenerji” Səhmdar Cəmiyyəti “Dövlətenerjinəzarət” İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən istismara buraxılmışdır. Həmçinin Cavabdeh2 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma X13 Sahəsinin balansında deyil. Həmin xətt və dayaqlar Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin balansındadır.
17. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC X9 Təchizatı və Satışı İdarəsi X5 10 iyun 2021-ci il tarixli, 1/13-1668 nömrəli mütəxəssis rəyi ilə X2 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Belə ki, ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihəsmeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Beləliklə, Azərişıq” ASC X9 Təchizatı və Satışı İdarəsi X11 tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olmuşdur ki, iddiaçı X6 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassasını dəyişdirə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Daha sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihəsmeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Lakin həmin məhkəmə iclaslarında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) Nümayəndə ərizə ilə müraciət etmədən, müvafiq ödəniş etmədən və smeta hazırlanmadan cavabdehlər tərəfindən elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. İddiaçı X6 xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əksinə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, X2 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttinin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydaları”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında mübahisə olmasa da, lakin əvvəllər Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən 1,9171 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı mübahisələrin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllini tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
19. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmr-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiası təmin edilməməlidir.
20. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 157.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 14.2, 76.1, 77.1, 82.1, 82.3, 88, 119.1, 217, 218.3-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının tələblərindən də göründüyü kimi ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının tələblərini görməzdən gəlmiş, xüsusi mülkiyyəti olan torpaq sahəsinin üzərində quraşdırılımış və qəzalı vəziyyətdə olan 2 ədəd dəmirbeton dayaqların üzərində çəkilmiş yüksək gərginlikli elektrik naqilləri aparılan sahənin xüsusi mülkiyyəti olan torpaq sahəsinin təxminən 1 hektara yaxın hissəsini (“mühafizə zolağı” da nəzərə alınmaqla) zəbt etməsini onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirməmişdir. Bildirir ki, hazırda onun xüsusi mülkiyyəti olan torpaq sahəsi üzərində qanunsuz olaraq quraşdırılmış və indiki vəziyyətdə qəzalı olmaqla insan həyatı üçün daim təhklükə yaradan (foto iddia ərizəsinə əlavə edilmişdir,) yüksək gərginlikli elektrik naqillərini saxlayan, 11 metr uzunluğunda olan, 2 ədəd dəmir-beton dirəklərini çıxarmaqla zəbt edilmiş 1 hektara yaxın ərazinin boşaldılması tələbi ilə bağlı hazırkı iddiadan başqa, o heç vaxt, heç bir məhkəməyə müraciət etməmişdir. Belə olduğu halda, yəni “eyni iddiaçının, eyni cavabdehə qarşı eyni tələbinin” olmasına dair əlində heç bir sübutunun olmadığı halda və bu barədə qətnamədə heç nə göstərə bilmədiyi halda, birinci instansiya məhkəməsi hansı əsasla qətnamədə təkidlə bildirir ki, “Eyni tərəflər arasında mübahisə olmasa da, lakin əvvəllər Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən 1,9171 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı mübahisələrin olması və yuxarıda qeyd olunduğu kimi çox saylı məhkəmə aktlarına əsasən öz həllini tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.”
24. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək, ancaq və ancaq formal mülahizələrə, qeyri mötəbər dəlillərə əsaslanmışdır.
25. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.
26. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1333/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddiaçı sonradan məhkəmə kollegiyaslına apellyasiya şikayətinə əlavə göndərərək bildirmişdir ki, iş üzrə qətnamə qəbul edilərkən, AR MPM-nin 217.3-cü maddəsinin tələblərinə əhəmiyyət verilməmişdir. Tərəfindən sökülməsi tələb edilən quraşdırılmış iki ədəd elektrik dəmir beton dayaqlararası yüksək gərginlikli eiektrik naqilləri tam təhlükəli bir vəziyyətdə olmaqla, mülkiyyətçi olaraq onun üçün təhlükə yaradacaq hallar araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Axı, quraşdırılmış iki ədəd elektrik dəmir – beton dayaqlararas yüksək gərginlikli elektrik naqillərinin aşılanma vəziyyəti, yəni işlənmə vəziyyəti, təhlükəli bir halda işlədilməsi hansı səbəbdən nəzərə alınmamışdır. Quraşdırılmış iki ədəd elektrik dəmir - beton dayaqlararası yüksək gərginlikli elektrik naqilləri qarın, yağışın, küləyin altında aşılandığı, yəni işlənərək köhnəldiyi üçün mülkiyyətçi olaraq onun həyatı üçün təhlükə yaradacağı danılmazdır.
28. İddia tələbi üzrə, mübahisəyə baxılarkən məhkəmə qərarlarının preyudisiallığına istinad edilməklə, işin hərtəfəli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, bununla da hüquq və manafelərinin məhkəmədə təstiq olunması ilə bağlı haqqı əlindən alınmışdır. Onun iddia tələbi davam edən münasibətləri özündə ehtiva edən bir mübahisədir. İşə baxan məhkəmə isə, işin bu hallarını nəzərə almamışdır.
29. O, Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən ərazisi 1.9171 hektar olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə edə bilmir. Həmin ərazidə quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqilləri tam təhlükəli bir vəziyyətdədir. Hər an bədbəxt hadisələrin baş vermə təhlükəsi danılmazdır. Belə olan halda, onun mülkiyyəti altında olan torpaq sahəsindən istifadəsi mümkünsüz olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf olaraq onun mübahisələndirilən ərazidə ,yəni Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən ərazisi 1.9171 hektar olan ərazidə mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********31,xx.xx.2022- ci il tarixdə ********** nömrə qeydiyyata alınmış Çıxarışa əsasən təsbit edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh2 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının valideyinləri bundan əvvəldə onun iddiaçı olduğu 2 eyni iş üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bir məhkəmənin qətnaməsi ilə iddiası təmin edilməmiş digərində isə xitam verilmişdir. Əvvəlki iş üzrə iddiaçı X1 Tahir Yusif oğlu qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin olunmaması, Cavabdeh2 ailəsinə məxsus olan və hal-hazırda Cavabdeh2 istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50.000 (əlli min) qiymətləndirdiyi maddi ziyanın tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması) 1.9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış olduğu dəmirbeton elektrik dirəklərinin, həmin dirəklərlə keçirmiş olduğu və bu günə kimi istifadəsində olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən ona məxsus 1 hektar torpaq sahəsi üzərində,1991-92-ci ildə üzərində əkib-becərmiş olduğu və bu günə kimi qulluq etdiyi, ona məxsəs olan 167 (bir yüz altımış yeddi) ədəd fındıq ağaclarının ümumi dəyəri 25.000 (iyirmi beş min) manat olan pul məbləğinin xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb özünə qaytaralması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ilə Bağlı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 №-li qətnaməsi qəbul edilmiş və iddiası təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti təmin edilməmişdir.
31. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-289/2021 saylı və Ali Məhkəmənin 2(102)- 4114/2021 saylı qərarları ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bindan sonra yenə eyni qaydada ona və Azərişıq ASC-yə qarşı dirəklərin sökülməsi və ziyan tələbi ilə Hacıyeva Gülnarə iddia qaldırır. Eyni tələb eyni əsas eyni tərəflərlə bağlı. Qəbələ Rayon Məhkəməsinin 2(025)-626/2021 №-li qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1717/2021 saylı qərarları ilə iddia rədd edilmişdir. Sonda bu iş üzrə Ali Məhkəmənin 2(102)-1727/2022 saylı qərarı ilə qətnamələr ləğv edilmiş və icraata xitam verilmişdir. İndi isə cavabdehin oğlu bağışlama ilə əmlakı adına keçirtmiş və yenə eyni qaydada iddia qaldırmışdır. Tələb və əsas eyni olmaqla tərəf formal olaraq dəyişmmişdir. Bildirir ki, iddiaçılar ona belə əziyyət vermək üçün edirlər bunları. Əslində bu torpaqları da o almışdır vaxtilə. İndi isə Hacıyeva Gülnarənin oğlunun torpaq sahəsini bu formada görə görə bağışlama ilə adına keçirtməsi və yenidən iddia qaldırması süründürməçilikdən başqa bir şey deyil. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O həmçinin izahatında X2 onun həyat yoldaşı, İddiaçı isə onun oğlu olduğunu, özünün torpağın mülkiyyətçisi olduğunu, torpaq sahəsinin onun mülkiyyətinə verildiyini, üzərində 2 ədəd işıq dirəyinin və elektrik naqillərinin olduğu ona məxsus 1.91 hektar torpaq sahəsinin arvadı X6 tərəfindən 2022-ci ildə oğlu İddiaçı bağışlandığını bildirmişdir.
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 34.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə Cavabdeh2, digər cavabdehlər "xxxx" MMC-nin və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh2 məhkəməyə göndərdiyi apellyasiya şikayətinə etirazında məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərsə də, digər cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Qərarlar:
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
37. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. - Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.
38. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
40. Qeyd edilənlərə əsasən kollegiya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, ona etirazın dəlillərini məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
42. Belə ki, işin halları bölməsində qeyd olunan və artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə həmin tələbə hüquqi qiymət verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)- 1727/2022 saylı qərarı ilə mübahisəyə yekun hüquqi qiymət verildikdən sonra əvvəlki mübahisə üzrə iddiaçı X6 29 yanvar 2011-ci il tarixdə adına qeydiyyata alınmış, üzərində 2 ədəd işıq dirəyinin olması müəyyən edilən, Qəbələ rayonu Həmzəli kəndində yerləşən 1,9171 ha torpaq sahəsini 22 iyul 2022-ci il tarixdə oğlu İddiaçı bağışlanmışdır. Bağışlamadan sonra İddiaçı tərəfindən Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddia tələbi irəli sürülmüşdür.
43. Kollegiya qeyd edir ki, əvvəlki işlərdə də hazırkı iş üzrə iddiaçının valideynləri, yəni iddiaçılar Nümayəndə və X6 Cavabdeh2 qarşı iddia tələbi irəli sürərək 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış dəmir-beton elektrik dirəklərinin, həmin dirəklərlə keçirilmiş və istifadədə olan elektrik xəttinin sökülüb aparılması, boşaldılması tələbini irəli sürmüşdülər. Həmin işlərdə tərəflər eyni olmuşlar və iddiaçılar eyni əsaslarla iddianı irəli sürmüşdülər. Onlar tələbin əsası kimi ona istinad etmişdilər ki, torpaq sahəsi onların mülkiyyətindədir, cavabdeh onlara məxsus olan torpaq sahəsi üzərində qanunsuz olaraq elektrik dirəkləri quraşdırmışdır və bu onların mülkiyyət hüquqlarını məhdudlaşdırır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə də iddia tələbi eyni əsaslarla əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı qismində Nümayəndə və X2 oğlanları İddiaçı qeyd edilməsi və Cavabdeh3 MMC-nin cavabdehlər sırasına daxil edilməsi əvvəlki məhkəmə qətnamələrinin preyudisiallığını aradan qaldırmır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olan mübahisələrə 2 dəfə baxılıb yekun hüquqi qiymət verildikdən sonra torpaq sahəsinin övladına bağışlanmaqla yenidən övlad adından eyni cavabdehlərə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbinin irəli sürülməsi bağışlamanın məhz yeni iddia tələbinin irəli sürülməsində subyekt tərkibi baxımından yaranacaq maneənin aradan qaldırılması məqsədilə aparılması qənaətini formalaşdırır. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslərlə yanaşı onların hüquq varisləri də məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
46. Məhkəmə kollegiyası hazırkı iddia tələbində Cavabdeh3 MMC-nin cavabdehlər sırasına daxil edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən çıxarışdan göründüyü kimi Cavabdeh2 Cavabdeh3 MMC-nin qanuni təmsilçisidir. Həmçinin iddia ərizəsində torpaq sahəsindən keçən elektrik xəttinin və dayaqların Cavabdeh2 adına qeydiyyata alınan qeyri-yaşayış sahəsinin balansında olması qeyd edildiyi halda qaldırılan iddia tələbinin Cavabdeh3 MMC-nə aidiyyəti əsaslandırılmamış və tələbin həmin cavabdehə aidiyyəti müəyyən edilməmişdir.
47. Kollegiya qeyd edir ki, irəli sürülən tələbdə hər-hansı sözün dəyişdirilmiş formada yazılması, yenidən həmin iddia tələbinin irəli sürülməsi məqsədi ilə torpaq sahəsinin ailə üzvünün adına özgəninkiləşdirilməsi və yaxud, həmin tələbə aidiyyəti olmayan şəxslər hesabına işdə iştirak edən şəxslərin siyahısının artırılması həmin işə yenidən baxılması üçün əsas ola bilməz.
48. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
49. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
50. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək baxmaqla prosessual qanunvericiliyin qeyd olunan normalarını pozduğundan İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 387, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.