Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-498/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X2, X4, Cavabdeh2 və cavabdehlərin vəkili X1 iştirakı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-706/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışa əsasən paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən, 30.7 kv.m qeyri-yaşayış sahəsi-ticarət mağazasının 2013-cü ilin sentyabr ayından bu günədək ötən müddətdə fasiləsiz olaraq avtomobil ehtiyyat hissələri mağazası kimi işlədilməsi ilə əlaqədar istifadə, istismar və icarə haqqı kimi hər ay üzrə 500 manat olmaqla 70 ay ərzində ödənilməmiş qalmış cəmi 35000 manat borcun, həmin mağazanın istifadə haqqını ödəmədən işlətdikləri, heç bir əsas olmadan özbaşına boşaltmaqdan imtina etdikləri, özlərinin işlədərək aylar üzrə daha artıq gəlirlər və fayda əldə edə biləcəklərinə dair real vəziyyət nəzərə alınmaqla həmin mağazadan 70 ay müddətində, hər ay üzrə götürdükləri minimum 2000 manatdan olmaqla təmiz aylıq gəlirlərinin 20 faizi miqdarında, yəni 28000 manat məbləğində əldən çıxmış fayda formasında pulun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğinin, ümumilikdə 63.030 manat pulun Cavabdeh1 və Cavabdeh2 alınıb onlara verilməsi, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan mağaza binasından məcburi çıxarılmaqla mağazanın boşaldılması və onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 məhkəmə prossesinin gedişində iddia tələbinin artırılması barədə ərizə təqdim edərək xüsusi mülkiyyətlərində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən, 30.7 kv.m ticarət mağazasının xx xxxxxxxx 2013-cü il tarixdən ötən müddətdə fasiləsiz olaraq avtomobil ehtiyyat hissələri mağazası kimi işlədilməsi ilə əlaqədar iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günədək ötən müddətə görə istifadə, istismar və icarə haqqı kimi hər ay üzrə 500 manatdan az olmamaqla yaranmış borc məbləğinin, xx xxxxxxxx 2019-cu il tarixdən həmin mağazanı heç bir istifadə və icarə haqqı ödəmədən işlətdikləri, dəfələrlə tələblərinə baxmayaraq heç bir əsas olmadan özbaşına olaraq boşaltmaqdan imtina etdikləri, özlərinin işlədərək aylar üzrə daha artıq gəlirlər və fayda əldə edə biləcəklərinə dair real vəziyyət nəzərə alınmaqla hər ay üzrə götürdükləri gəlirlərindən əldən çıxmış fayda formasında iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günədək ötən bütün müddətə görə hər ay üzrə 400 manatdan az olmamaqla yaranmış borc məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq onlara verilməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 dəymiş zərərin əvəzi kimi 28.000 manat məbləğin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 məhkəmə prossesinin gedişində qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək İddiaçı1 və İddiaçı2 dəymiş zərərin əvəzi kimi, mağaza binasının halhazırkı bazar qiymətinin 38.375 manat məbləğin alınaraq onlara verilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-706/2019 saylıqətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 30.7 kv.m qeyri-yaşayışsahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı1 və İddiaçı2 38375 (otuz səkkiz min üç yüz yetmiş beş) manat məbləği alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi həmin obyektin cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyi ilə razılaşsa da, cavabdehlərə hansısa maddi ziyanın dəydiyi qənaətinə gəlmişdir. İş üzrə qarşılıqlı iddianın təmin edilməsi tam əsassızdır. Bundan əlavə birinci instansiya məhkəməsi əldən çıxmış fayda tələbini təmin etməməklə, 6 il ərizində pozulmuş hüquqlarını bərpa etməmişdir ki, bu da qanunsuz və əsassızdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(037)-706/2019 saylı qətnаməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi və vəkili X2, X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və cavabdehlərin vəkili X3 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-706/2019 saylıqətnаməsi qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Hakim dayısıdır, Faizi isə dayısının şəriki kimi tanımışdır. İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən qeyri-yaşayış obyekti İsmayıllı RİH-nin sərəncamı və İsmayıllı bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə onun adına qeydə alınmışdır. Sonradan dayısı Hakim mağazanı Naibənin adına sənədləşdirmişdir. Hakimlə Faiz arasında razılaşma olmuş, razılaşmaya əsasən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağaza Faizin sahibliyində və istifadəsində, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağaza isə Hakimin sahibliyində və istifadəsində qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bəkirov Vəkil Üzeyr oğlu ifadə verərək göstərmişdir ki, Hakim və Faizi 1990-cı ildən tanıyır. Əvvəllər Faizlə Hakim birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağazanı işlədirdilər. O, həmin vaxt tez-tez Faiz və Hakimin yanına gəlmişdir. Sonradan Faiz və Hakim İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağazanı almış və mağazada satıcı kimi ilk olaraq Faizin bacısı oğlu Hikmət işləmişdir. O, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağazada satıcı kimi işləmişdir. 2004-cü ildə Faizlə Hakim arasında razılaşma olmuş, razılaşmaya əsasən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağaza Faizin sahibliyində və istifadəsində, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağaza isə Hakimin sahibliyində və istifadəsində qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, o, Hakim və Faizlə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağazada işləmişdir. 2004-cü ildə Hakim və Faiz ayrıldıqdan sonra İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağazada satıcı kimi qalaraq işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, Hakimi və Faizi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə işləyərkən tanımışdır. İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə işləyərkən Faizlə Hakim arasında razılaşma olduğunu, razılaşmaya əsasən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağazanın Faizin sahibliyi və istifadəsində, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağazanı isə Hakimin sahibliyi və istifadəsində qalmasını eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, “Topçu” istirahət mərkəzində işləyir. Naibə onun əmisi qızıdır, Hakim isə işlədiyi “Topçu” yeməkxanasının müdiridir. O, Naibənin mərhum əri Faizin Hakimlə birlikdə İsmayıllı şəhərində avtomobil ehtiyyat hissələri mağazası işlətdiklərini, sonradan Faizlə Hakim arasında razılaşma olduğunu və razılaşmaya əsasən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən mağazanı Faizin sahibliyi və istifadəsində, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən mağazanı isə Hakimin sahibliyi və istifadəsində qalmasını eşitmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə və mübahisə predmetinə aid olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında olan qeyri-yaşayış sahəsimağaza binalarına yerində müaayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi “Kəpənək” adlanan ərazidə yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı1 avtomobil təmiri sexi kimi istifadə edir. Mübahisə predmetinə aid olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında olan qeyri-yaşayış sahəsi-mağaza binası faktiki olaraq 110 kv.metrdir. Həmin mağaza binası bütöv bir sahə olmaqla bir giriş qapısı vardır. İddiaçı1 və İddiaçı2 adına olan 30.7 kv.metr hissə də həmin 110 kv.metr mağaza binasının içərisindədir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən avtomobil ehtiyyat hissələri mağazası kimi istifadə edilir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1982-ci il tarixli İİ-JQ N487906 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 xx xxxxxx 1982-ci il tarixdə nikah bağlamış və nikahlarını Topçu kənd xalq deputatları sovetində rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2013-cü il tarixli AZ-İ N 606527 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı1 mərhum əri Faiz Əliyevlə Cavabdeh1 arasında yaxın dostluq münasibəti olmuş və onların İsmayıllı şəhərində Ə.Ələkbərzadə küşəsi 8A ünvanında və M.F.Axundov küçəsi 15 ünvanında şərikli iki avtomobil ehtiyyat hissələri mağazaları olmuşdur. 2004-cü ilədək həmin mağazaları şərikli işlətmişlər. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 15 ünvanında yerləşən 30.7 kv.metr qeyri-yaşayış sahəsi-mağaza binası İddiaçı1 və İddiaçı2 paylı mülkiyyəti kimi onların adına sənədləşdirilmişdir. Məhkəmə kollegiyası İlk iddia tələbinin təmin edilməyən hissəsi olan 2013-cü ilin sentyabr ayından bu günədək ötən müddətdə fasiləsiz olaraq avtomobil ehtiyyat hissələri mağazası kimi işlədilməsi ilə əlaqədar istifadə, istismar və icarə haqqı kimi hər ay üzrə 500 manat olmaqla 70 ay ərzində ödənilməmiş qalmış cəmi 35000 manat borcun, həmin mağazanın istifadə haqqını ödəmədən işlətdikləri, heç bir əsas olmadan özbaşına boşaltmaqdan imtina etdikləri, özlərinin işlədərək aylar üzrə daha artıq gəlirlər və fayda əldə edə biləcəklərinə dair real vəziyyət nəzərə alınmaqla həmin mağazadan 70 ay müddətində, hər ay üzrə götürdükləri minimum 2000 manatdan olmaqla təmiz aylıq gəlirlərinin 20 faizi miqdarında, yəni 28000 manat məbləğində əldən çıxmış fayda formasında pulun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğinin, ümumilikdə 63.030 manat pulun Cavabdeh1 və Cavabdeh2 alınıb onlara verilməsi, barədə apelyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericiliköhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmasını müəyyən etmişdir. İş materiallarında isə tərəflər arasında icarə müqaviləsinin olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut növü yoxdur. Tərəflər özləri də belə bir müqavilənin olmadığnı mübahisələndirmirlər. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa iddia tələbinin mağazanın istifadə haqqını ödəmədən işlətdikləri, heç bir əsas olmadan özbaşına boşaltmaqdan imtina etdikləri, özlərinin işlədərək aylar üzrə daha artıq gəlirlər və fayda əldə edə biləcəklərinə dair real vəziyyət nəzərə alınmaqla həmin mağazadan 70 ay müddətində, hər ay üzrə götürdükləri minimum 2000 manatdan olmaqla təmiz aylıq gəlirlərinin 20 faizi miqdarında, yəni 28000 manat məbləğində əldən çıxmış fayda formasında pulun alınması hissəsinə münasibət bildirən kollegiya hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf iddianın həmin hissədə təmin edilməsi üçün məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişlər. Bundan başqa kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəf həmin mağazanı iddiaçı tərəfin razılığı ilə işlətmişlər. Ona görə də şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər ( əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası şikayətin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, dəlillər əsaslıdır. Qarşılıqlı iddia ərizəsi isə əsassızdır. İddiaçı1 və İddiaçı2 dəymiş zərərin əvəzi kimi, mağaza binasının hal-hazırkı bazar qiymətinin 38.375 manat məbləğin alınaraq onlara verilməsini xahiş etmişlər. Bu tələb əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Birincisi, qeyri yaşayış sahəsinin tikintisinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Digər tərəfdən həmin mağaza cavabdehlərin birgə mülkiyyətindədir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onların mağazaya xərc çəkdiyini müəyyən edə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İkincisi, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Belə ki, iddiaçı mağazada işləyərkən həmin mağaza cavabdehlərin mülkiyyətində olub. Cavabdehlər əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qarşılıqlı iddianın təmin edilməsinə münasibətdə, işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları qismən düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-706/2019 saylıqətnаməsi qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilıməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-706/2019 saylı qətnаməsi qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi, yəni İddiaçı1 və İddiaçı2 38375 (otuz səkkiz min üç yüz yetmiş beş) manat məbləği alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-498/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-498/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver