Məhkəmə qərarları › İş №2(107)-5/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-5/2021

31.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-5/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, İddiaçı nümayəndəsi X2, Cavabdeh və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dаir mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbi barədə iddiası təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manatın X3 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 60 (altmış) manatln Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMCnin (kod 200071, VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonunun Bərgüşad kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə ona verilmiş 1999,94 kv.m həyətyanı torpaq sahəsindəki tikililərin sökülməsi, həmin torpaq sahəsindən cavabdehə məxsus bütün əmlakın çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinə mane olan hərəkətlərə cavabdeh tərəfindən son qoyulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəddən görünür ki, ona Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə Ucar rayonunun Bərgüşad kəndi ərazisindən 1999,94 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Lakin cavabdeh orada qanunsuz olaraq özbaşına tikinti işləri aparmış və onu həmin sahəyə buraxmır. Bu səbəbdən də o, öz mülkiyyətindən istifadə edə bilmir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkli iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişlər və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, tikinti işləri iddiaçıya məxsus deyil, ona məxsus torpaq sahəsində aparılmışdır, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir, əvvəllər də iddiaçının bacısı da ona qarşı iddia qaldırmış, məhkəmə qətnməsi ilə iddia rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və onun vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini əsassız, qanunazidd, tam və qeyri-obyektiv araşdırılmamış kimi hesab edir. Belə ki, Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il N**********26 saylı məktubunda qeyd edilir ki “Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə sizə və ailə üzvlərinizə Ucar Rayonu, Bərgüşad kəndində 0,8227 ha həyətyanı torpaq sahəsi verilmiş və müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. xx.xx.2013-cü il tarixdə həmin həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi 0,8227 ha həyətyanı torpaq sahəsindən 0,11753 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.” Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yuxarıda qeyd edilən məktubunun davamında isə qeyd edilir ki, guya İddiaçı adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN-507241 nömrəli torpaq sahəsində göstərilmiş 0,19 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və AN 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mövcud deyildir. Hansı ki, İddiaçı adına Ucar rayon Aqrar islahat Komissiyası tərəfindən verilən xx xxxxxx 1998-ci il tarixli 11 saylı “A № 507241 nömrəli rəsmi qərarı ilə, Ucar rayonunun Bərgüşad kəndi ərazisindən 1999,94 kv.metr həyətyani torpaq sahəsinə rəsmi sənəd verilmiş və xx.xx.2014-ci il tarixdə X11 kitabında 34 nömrə ilə uçota alınmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri Hacıyev R.Ə. və icraçı Mirmövsumov R.S. tərəfindən imzalanmış, qanuni möhürlənmiş rəsmi hüquqi dövlət sənədi verilmişdir. Azərbaycan Respublikası X9 Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reestri Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli №**********95 saylı vəkilin sorğusuna cavab məktubunda isə qeyd edilir ki, İddiaçı adına xx.xx.2013-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yaşayış evinin yerləşdiyi 0,8227 ha həyətyanı torpaq sahəsinin 0,11753 ha hissəsi daşınmaz əmlakın dövlət reestrində qeydiyyata alınmışdır (arayışın surəti əlavə olunur). Sonra isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli rəsmi sənədində qeyd edilir ki, “AN 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar 25.01 2018-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Ucar rayon Bərquşad kəndində fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu necə ola bilər? Nəyə görə ilkin Ucar rayon Bərgüşad kəndində yerləşən həyatyani torpaq sahəsini Ucar rayon Aqrar İslahat Komissiyası rəsmi sənədlə İddiaçı verir, sonar isə guya AN 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ərazi idarəsinin baza məlumatlarinda və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mövcud deyildir. Nəyə görə kiminsə kobud səhvinə görə neçə illərdir ki, iki qonşu arşında davalar səngimir ki, səngimir. Lakin, hakim heç bir araşdırma aparmadan, (neçə illərdir ki, bu mübahisə öz həllini tapa bilmir) heç olmasa mütəxəssisi dəvət etməklə yerində baxış keçirməsini belə məsləhət bilmədən, yalnız ekspertin rəyini əlində əsas tutub, dərhal prosesi başa çatdırarkən, iddianın təmin edilməməsini elan edib qanunsuz qətnamə çıxarmış və bunun nəticəsində qonşular arasında böyük mübahisə baş vermişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsini ləğv edib və Azərbaycan Respublikası X9 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reestrı Xidmətinin xx.xx.2018-ci il tarixdə №**********26 saylı rəsmi məktubunda qeyd edilənləri nəzərə alaraq, işin yenidən tam və obyektiv araşdırılıb baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil və nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)- 49/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilməlidir. İşdə olan A 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı Ucar rayonu, Bərgüşad kəndi ərazisindən 1999,94 kv.m. həyətyanı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X11 kitabında xx xxx 2014-cü il tarixdə 34 nömrə ilə uçota alınmışdır. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 745 nömrəli, xx xxxxxx 2017-ci il tarixli arayışından və AZE seriyalı, ******** nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 744 nömrəli, xx xxxxxx 2017-ci il tarixli arayışından və AZE seriyalı, 13705626 nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində xx xxxxxx 2018-ci ildə qeydiyyata alınmışdır. İşdə olan Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(063)-865/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş üzrə məhkəmənin qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 21390 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehə məxsus tikililərin iş materiallarında təqdim edilən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 158.2-ci maddələrinə, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranması əsasları göstərilmişdir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların öz başına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus tikililərin iş materiallarında təqdim edilən və onun adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kmi istinad etdiyi halları sübut etməlidir, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, ekspert və mütəxəssis rəylərinə görə də cavabdehə məxsus tikililərin onun adına verilmiş çıxarışda göstərilən torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur, iddia tələbinin təmin edilməsi üçün qanunauyğun əsaslar yoxdur, odur ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri ona aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat və mütəxəssis rəyinin dəyərinə görə 60 manat məbləğində pul iddiaçıdan tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-370/2019 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edimiş, ekspertizаnın аpаrılmаsının Azərbаycаn Respublikаsı X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbаycаn Respublikаsı X9 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 17142 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat xx xxxxxx 2019-cu ildə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(107)-19/2020 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-370/2019 nömrəli qərаrdаdı icra olunması üçün Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə göndərilmiş, İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dаir mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2039 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x xxxxxx 2020-ci il tаrixli, 2(107)- 19/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 04 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Hüquqmüəyyənedici sənədlərə, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli **********26 saylı məktubunun məzmununda qeyd olunduğu kimi, İddiaçı Ucar rayonu, Bərgüşad kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş 1999.94 kv.m həyətyanı torpaq sahəsi ilə Ucar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Ucar rayonu, Bərgüşad kəndində verilmiş 0.8227 ha həyətyanı torpaq sahəsinin 0.11753 ha hissəsi ayrı-ayrı torpaq sahələridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli **********26 saylı məktubunda qeyd olunmuşdur ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə Ucar rayonu, Bərgüşad kəndində 0.8227 ha həyətyanı torpaq sahəsi verilmiş və müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. xx.xx.2013-cü il tarixdə həmin həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi 0.8227 ha həyətyanı torpaq sahəsindən 0.11753 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Lakin müraciətə əlavə edilən A №-507241 nömrəli torpaq sahəsində göstərilmiş 0.19 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmiş və A №- 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mövcud deyildir. Həmçinin mübahisəli 0.19 ha torpaq sahəsinin yerləşdiyi koordinatların daxilində 0.0447 ha torpaq sahəsi verilmiş RX seriyalı ******* nömrəli çıxarış sənədi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı verilmiş A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.1994 ha torpaq sahəsinin hüdudları ilə Cavabdeh verilmiş RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin hüdudları üst-üstə düşür və üst-üstə düşən hissənin sahəsi 0.0447 ha təşkil edir. Mübahisəli torpaq sahəsinin ölçüləri Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 300 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı tərəf də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-49/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar