Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-50/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X22 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçılar - İddiaçı1 və İddiaçı2, Cavabdeh - X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)- 94/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan JN-0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. İş materiallarında olan JN-0057 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində Məmməli (Məmmədov) Əhməd Məhəmməd oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni-İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; onun yəni-İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək- açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və ailə üzvləri həyat yoldaşı X6, övladları X7, X14, X15 və X17 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.46 ha torpaq sahəsinə görə onlara JN- 0059 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, ünvan reyestri və kadastr xidmətinin əməkdaşlarını əraziyə dəvət etsəmdə, zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh dəfələrlə torpaq sahəmdən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişəm və cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəmi mənə qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və ailə üzvləri - həyat yoldaşı X3, övladları X18, X16, islamov Tərlan Valik oğluna və X9 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.14 ha torpaq sahəsinə görə onlara JN-0058 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 0.6307 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X8 iddianı qəbul etməyərək göstərmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddiaçıların ona qarşı olan iddia tələbi tam və hüquqi əsassızdır. Buna görə də həmin iddianı qəbul etmir. İddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadə və sahibliyindədir. Yəni, həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırkı vəziyyətə çatdırmışdır. İlk baxışda və sözdə bu məsələlər asan və çox sadə görünsə də əslində böyük əziyyət, zəhmət və fiziki qüvvə, bundan savayı maddi vəsait və xərc tələb edir. Hansı ki, o, sadaladığı bu cürə hərəkət sahəsində buna nail ola bilmişdir. Belə ki, həmin torpaq sahəsində müxtəlif növ ağac növləri əkmiş, calaqlar calayaraq müxtəlif meyvə növlərini yetişdirmişdir. Həmin ağaclara qulluq göstərmiş və hazırkı vəziyyətdə çatdırılmqala, göz qabağında olan gözəl və ağacları bar verən bağ yaratmışdır. Necə deyərlər, atalar demişkən : «Bağa baxarsan bağ olar, baxmazsan dağ». Həqiqətən də, bu prinsipi üstün tutmaqla zəhmətinin və xərclədiyi vəsaitin hesabına belə bağın yaradılmasına nail olmuşdur. Bunu isə bütün kənd icması (camaatı) və eləcə də iddiaçıların özləri də çox gözə! bilirlər. Bununla belə bu yaxın vaxtlara qədər istifadə və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə də məxsus torpaq sahəsi mövcuddur. Hesab etmiş ki, istifadə və sahibliyimdə olan torpaq sahəsi onun özünə məxsusdur. Bu barədə xəbər biləndən sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif «yollar və vasitələrlə» mübahisələndirilən torpaq sahəsinə, yəni hazırkı bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bir sözlə hazırına yiyə və sahib olmuşlar. Bundan sonra iddiaçılarla yaranan münasibətlərinə barışıq mövqeyindən yanaşaraq aralarında torpaq sahəsinə dair qarşılıqlı razılığın əldə olmasına dəfələrlə cəhd etmişdir. Hətta onlara ayrı yerdən torpaq sahəsinin alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər, bir sözlə iddiaçılar təklifləri qəbul etməyərək arzuladıqları formada, bir növ düşünülmüş və şüurlu surətdə onunla məhkəmə çəkişməsindən vaz keçmək istəməmişlər. Ancaq iddiaçılar bir məsələni unudurlar ki, həyatda kimin və nəyinsə hesabına torpaq sahəsinə və başqa mülkiyyətə də sahib olmaq olar, ancaq halallıq olmayan yerdə heç bir xeyir tapmazlar. Yəni illər boyu halal zəhməti ilə (bu yaşında) və əziyyəti ilə əldə etdiyi ağacların məhsulunu və meyvəsini yeyə bilməzlər. Çünki, Böyük allah yerin və göyün tək sahibidir, hər bir bəndənin hərəkətini görür və qiymətləndirir. Uzun illərin əziyyəti və zəhməti hesabına yaratdığı bağa çəkilən xərclərin iddiaçılardan tələb edilməsi də onun hüquqlarıdır. Çox güman ki, gələcəkdə qəbul olunacaq məhkəmə qərarından asılı olaraq onun da bu istiqamətdə və s. iddiaları olacaqdır. Buna görə də iddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif edir. Onların barışıq sazişindən imtina etdikləri halda isə məhkəmədən ədalət və haqq naminə, iddiaçıların iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili Vəkil2 İsgəndər oğlu iddia tələbini qəbul etməyərək, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılması, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılması, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəklərinin sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh X1 tutularaq “X11” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçılar özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.
13. Məhkəmə iddianın rədd edilmiş hissəsində belə qənaətə gəlmişdir ki, iddiaçılar JN0058 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və JN-0059 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin cavabdeh X8 tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 1.14 ha torpaq sahəsinin yalnız 0.1931 ha hissəsinin və 2.46 ha torpaq sahəsinin yalnız 0.4589 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəlləsinin 139, 152-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-152.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
III. Apellyasiya instansiya məhkəməsində birinci icraat
15. Cavabdeh X8 apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(107)-1519/2021 saylı qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlil təqdim etməmişdir.
18. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1., 152.1., 152.2.-152.4., 152.5-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
IV. Kassasiya instansiya məhkəməsində birinci icraat
19. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(107)-1519/2021 saylı qətnaməsinin ləğv olunması və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(102)-440/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(107)-1519/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
V. Apellyasiya instansiya məhkəməsində ikinci icraat
21. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(107)-648/2022 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.
22. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təhlil olunan 13 sentyabr 2022-ci il tarixli, 10/5725 №-li ekspert rəyindən bəlli olur ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin Dövlət Aktında göstərilmiş cizgilər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamış, bununla da birinci instansiya məhkəməsi məlum hüquqi nəticəyə gələrkən haqlı olmamışdır.
23. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 165-ci, Torpaq Məcəlləsinin 48, 50, 55, 84, 111-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 217, 218-ci maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad etmişdir.
Vİ. Kassasiya instansiya məhkəməsində ikinci icraat
24. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək Şəki Apellyasiya
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(102)-955/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(107)-648/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
VII. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsinə istinadən belə əsaslandırılmışdır ki, ekspert rəyi natamam, əsassız və iddiaçıların mənafelərini təmsil edərək verilmişdir. Ekspertlər mübahisə predmetinə yerli baxışları zamanı keçmiş qaydalarla heç bir müasir texniki vasitələrdən (CıRS və s ) istifadə etməməklə demək olar ki, mübahisəli torpaq sahəsinin qonşu sərhədləri üzrə koordinatlarını müəyyən etmədən, kortəbii ölçü işləri aparmaqla kifayətlənməklə əsassız və qanunsuz rəy tərtib etmişlər. Aparılan ölçü işləri ilə bağlı o mübahisə üzrə tərəf olduğunu ekspertlərin nəzərinə çatdırmaqla hazırki şəraitdə istifadə olunan texniki vasitələrdən istifadə edilmədən niyə ölçü işlərinin aparıldığını xəbər aldıqda, onlar həmin ölçülərin onların ofislərində yerləşən texniki vasitələrlə analiz və araşdırmaqla ekspert rəyinin veriləcəyi barədə yalan danışmaqdan belə çəkinməmişlər. Ekspertin rəyində konfiqurasiya fərqləri, koordinat sürüşmələri və s. kimi ifadələr işlədilmişdir. Bu ifadələrin özləri də iddiaçıların adlarını çəkmədiyi və həmin məsələlərlə bağlı işləri görən təşkilatlarda işləyən qohumları vasitəsi ilə torpaq sərhədlərini sürüşdürməklə, yerlərini dəyişdirməklə və daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında olan xəritələrində konfiqurasiya işlərini görməklə saxta yollarla sənəd alınmasına nail olduğuna dəlalət edir. Onlar onun həmin sahədə olan 0,24 ha bələdiyyə torpağını da iddiaçılara pay torpağı kimi təhvil verməsini tələb edirlər. Torpaq qonşuları Usub və Elmanda olan torpaqlarını isə onlardan tələb etmirlər. Qeyd olunanlara əsasən Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
VIII. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
33. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IX. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
34. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
42. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
43. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
44. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
45. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
46. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
50. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
51. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
53. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
56. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; -385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
57. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
58. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
59. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
X. Apellyasiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Qəbələ rayonu, Nic kəndi ərazisində aparılmış aqrar islahatla əlaqədar iddiaçılardan İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə 1,14 ha, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2,46 ha, cavabdeh Məmməli (Məmmədov) Əhməd Məhəmməd oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
64. İddiaçılardan İddiaçı2 müllkiyyətində olan torpağın 0,25 ha hissəsinin, İddiaçı1 isə mülkiyyətində olan torpaq sahəsinin 0,50 ha hissəsinin cavabdeh Əhməd Məmmədli tərəfindən zəbt edildiyini göstərərək sonuncunun zəbt edilmiş sahədən çıxarılmasını tələb edirlər.
65. Göründüyü kimi iddia tələblərinin əsaslı olub-olmaması iddiaçıların mülkiyyətində olan torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür.
66. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN- 0059, Kod 40600068 saylı dövlət aktında göstərilən 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktında göstərilən 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X8 tərəfindən zəbt edilmişdir. İddiaçılar özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.
67. Məhkəmə bu nəticəyə gələrkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 99 saylı ekspert rəyinə istinad etmişdir.
68. Lakin "xxxx" MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir.
69. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.
70. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir. Ona görə "xxxx" MMC tərəfindən verilən rəyini mötəbər sübt kimi qəbul etmək yolverilməzdir.
71. Bu səbəbdən Şəki Apellyasiya Məhkəmənin Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(107)-650/2023 asylı qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertlər (mütəxəssislər) qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1) Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair dövlət aktına (JN-0058, Kod ********) əsasən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin dövlət aktının planında (cizgisində) 5111 kv.m və 6307 kv.m olmaqla 2 planşetdə göstərilən ölçü və koordinatları faktiki yerində mövcuddurmu? 2) Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair dövlət aktına (JN-0059, Kod ********) əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin dövlət aktının planında (cizgisində) 5111 kv.m və 19494 kv.m olmaqla 2 planşetdə göstərilən ölçü və koordinatları faktiki yerində mövcuddurmu? 3) Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair dövlət aktına (JN-0057, Kod ********) əsasən Məmmədov (Məmmədli) Əhməd Məhəmməd oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin dövlət aktının planında (cizgisində) 5111 kv.m və 8500,60 kv.m olmaqla 2 planşetdə göstərilən ölçü və koordinatları faktiki yerində mövcuddurmu? 4) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (JN-0058, Kod ********) əsasən Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (JN-0059, Kod ********) əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X8 tərəfindən zəbt edilmişdirmi? 5) Zəbt müəyyən edildiyi təqdirdə, zəbt edilmiş torpaq sahələrinin ölçüsü nə qədərdir? 6) Zəbt edilmişdirsə, zəbt edilmiş torpaq sahələrində X8 tərəfindən hər hansı tikili (dirəklər, məftil tor, hasar və sair) inşa edilmişdirmi?
72. Məhkəmə kollegiyasına daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 11 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4373 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Qərardadın 1, 2 və 3-cü sualları sualı üzrə: Mülki iş materiallarında olan (İİ cild, səh.213) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın 1, 2 və 3-cü suallarına münasibət bildirilmədiyindən həmin sualların cavablandırılması mümkün olmamışdır. - Qərardadın 4, 5 və 6-cı sualları üzrə: X12 X13 (TEKUİS) əsasən JN-0058 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair “ Dövlət aktına əsaən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı2 və ailə üzlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-0059 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüuquna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində X20 və ailə üzlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X8 tərəfindən zəbt olunmamışdır.
73. Göründüyü kimi, iddiaçıların cavabdehə qarşı iddiası, sonuncu tərəfindən sözügedən torpaq sahəsinin zəbt olunaraq qanunsuz istifadə etməsi sübut olunmur.
74. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi əsaslı sayır.
75. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya səlahiyyətli orqan tərəfindən verilmiş ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
76. “X10rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
77. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
78. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini qismən təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
80. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov