Məhkəmə qərarları › İş №2(107)-500/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-500/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-500/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlu tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsi (hakim Kamran Süleymanov) İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlunun ünvan 1 ünvanında yerləşən, xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən özlərinə məxsus olan əşyaları ilə birlikdə çıxarılmaları, Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlunun İddiaçı qarşı maneələrin aradan qaldırılması və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlu da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin təmin edilməməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə dair İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədi və xx.xx.2017-ci il tarixli Texniki pasport tərtib edilmişdir. Lakin hazırda həmin evdə cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlu yaşayırlar. O, cavabdehlərə dəfələrlə müraciət edərək özünə məxsus olan evdən çıxmalarını, evi boşaltmalarını onlardan tələb etmiş, cavabdehlər isə evdən çıxmaq istəməmişlər. Bu da onun Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Ona görə də o, hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarını tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iştirak etdiyi məhkəmə iclasında öz iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirmiş və öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evi 2017-ci ildən onun xüsusi mülkiyyətindədir. Həmin vaxtdan əvvəl də qeyd olunan fərdi yaşayış evinə, evin əvvəlki sahibinin xahişi ilə o özü nəzarət etmişdir. Cavabdehlər 3-4 il əvvəl onun razılığı ilə həmin evə köçüb yaşamağa başlamışlar. Ancaq cavabdehlərə əvvəlcədən demişdir ki, ev nə vaxt onun özünə lazım olsa, evi boşaltmalıdırlar. Cavabdehlər də həmin şərtlə razılaşmışlar. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdehlər ona hər ay 40 manat miqdarında kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Ancaq onlar arasında yazılı kirayə müqaviləsi mövcud olmamışdır. Əvvəllər cavabdehlər evin şifahi razılaşmaya əsasən müəyyən edilmiş kirayə haqqını gecikmələrlə də olsa, ödəmələrinə baxmayaraq, sonradan kirayə haqqını ödəməkdən müxtəlif bəhanələrlə yayınmışlar. Son 34 ayda cavabdehlər, ümumiyyətlə, kirayə haqqı ödəməmişlər və hazırkı vəziyyətdə cavabdehlərin cəmi 15 ay üçün ödənilməmiş kirayə haqqı borcu qalmışdır. Bundan əlavə cavabdehlər yaşadıqları evdə istifadə etdikləri elektrik enerjisinin dəyərini və digər didmət haqqılarını da vaxtlı-vaxtında ödəmədiklərindən, həmin ev isə onun öz adına olduğundan o, cavabdehlərə aid kommunal xərcləri də ödəmək məcburiyyətində qalmışdır. Hazırda da cavabdehlər faktiki olaraq onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar, həmin evdən, həmçinin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən qanunsuz olaraq və onun iradəsi ziddinə istifadə edirlər. O, xüsusi mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən cavabdehlərin istifadə etmələrini istəmir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, ünvan 1 ünvanında yerləşən, xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarını tələb edir. Eyni zamanda, bildirir ki, cavabdehlərin qarşılıqlı iddia tələblərini əsassız hesab edir. Mübahisə predmetinə aid olan fərdi yaşayış evi qanuni əsaslarla onun mülkiyyətinə keçmiş və həmin evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də qanuni əsaslarla tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən öz iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 Məmmədiyə qızı iddiaçının iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o və oğlu Cavabdeh2 Rafayel oğlu artıq bir neçə ildir ki, hazırkı iddianın predmetinə aid olan, ünvan 1 ünvanında yerləşən evdə yaşayırlar. Əvvəllər həmin evlə tiraltı olan digər evdə yaşamışlar, indi yaşadıqları ev isə boş olmuşdur. Bir müddət sonra isə qonşuluqda yaşayan Esmira adlı qadının məsləhəti ilə hazırkı evə köçmüşlər. Həmin vaxtlarda da evə hazırkı iş üzrə iddiaçı nəzarət etmiş, iddiaçı da onun qeyd olunan evə köçməsinə narazılıq etməmişdir. Sonralar isə iddiaçı həmin evin öz mülkiyyətinə keçdiyini demiş və onlar arasında kirayə haqqı ödənilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Onlar kirayə haqqı kimi hər ay 40 manat ödəniləcəyi barədə razılığa gəlmişlər. Həmin vaxtadək isə o, ancaq evin kommunal xərclərini ödəmişdir. O və digər cavabdeh indiyədək də qeyd olunan evdə yaşayırlar, lakin maddi imkanı olmadığından kirayə haqqını iddiaçıya vaxtlı-vaxtında ödəyə bilməmişdir. Son 3-4 ayda isə iddiaçı ondan evdən çıxmasını tələb etmişdir. Hazırda onların yaşamağa digər yerdə yaşayış sahəsi yoxdur. Ona görə də iddiaçının xüsusi mülkiyyətində olan evi boşaldıb təhvil verməmişlər və hazırkı vəziyyətdə də yaşadığı evdən çıxmağa razı deyil. Bu səbəbdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və mübahisə predmetinə aid olan həmin evə dair iddiaçının adına verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddiaçının iddia tələbinin təmin edilməməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 Məmmədiyə qızının etibarnamə üzrə nümayəndəsi X1 da iddiaçının iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmişdir və Cavabdeh1 Məmmədiyə qızının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddiaçının iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlu apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində qeyd etdikləri kimi, həmin ünvanda 20 ildən artıqdır yaşayırlar. Həmin ev qonşuların da dediyi kimi 1988-ci il tarixədək Azərbaycanda yaşamış Cortaniyan familyasında erməni milliyyətindən olan şəxsin evi olmuşdur. Sözügedən evlə bağlı İddiaçı həmin mənzilə nisbətdə heç bir hüququ olmamış, o həmin evdə bir gün də olsun yaşamamışdır. Həmin evlə bağlı bütün vergiləri də özləri ödəmişlər. Hətta həmin ünvana öz adına olan su sayağacı da qurlaşdırılmışdır. Halbuki İddiaçı istifadə etdikləri fərdi yaşayış evini qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məmmədiyə qızı və onun etibarnamə üzrə nümayəndəsi Hacıyeva leyla məmmədiyyə qızı apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin edilməsi və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” və xx.xx.2017-ci il tarixli Texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar həyətyanı torpaq sahəsi hazırda xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdehlərə məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, cavabdehlər Oğuz rayonu Böyük Söyüdlü kəndində qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Hazırkı vəziyyətdə həmin evdə faktiki olaraq cavabdehlər yaşayırlar. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, xx.xx.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi qeyd olunan fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasına dair öz adına tərtib edilmiş hüquq müəyyənedici sənədlərə istinad edir. Eyni zamanda, iddiaçı qarşılıqlı iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh1 Məmmədiyə qızı iddiaçının iddia tələbini qəbul etmir, eyni zamanda, mübahisə predmetinə aid olan evdən istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə dair iddiaçının adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsini xahiş edir. Cavabdeh onun və digər cavabdehin başqa yerdə yaşayış sahəsi olmadığını, ona görə evdən çıxmağa razı olmadığını bildirmiş, iddiaçının iddia tələbinə etirazlarının əsası kimi, eyni zamanda, özünün qarşılıqlı iddia tələbinin əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evinə dair tərəflər arasında yazılı əmlak kirayə müqaviləsi olmasa da, bir neçə il əvvəl onlar arasında cavabdehlərin həmin evdən istifadə etmələrinə dair şifahi razılaşma olmuş və cavabdehlərin kirayə haqqı kimi müəyyən məbləğ ödəməklə fərdi yaşayış evindən istifadə etmələrinə iddiaçı da etiraz etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi 2017-ci ildə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi hazırda da iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin həmin əmlaklardan istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdeh1 Məmmədiyə qızı hazırkı vəziyyətdə onun və digər cavabdehin başqa yerdə yaşayış sahəsi olmadığından iddiaçının xüsusi mülkiyyətində olan evi boşaldıb təhvil verə bilmədikləri barədə izahatında göstərdiyi xüsusatlar özü-özlüyündə cavabdehin etirazlarının haqlı olması kimi qəbul edilə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə Cavabdeh1 Məmmədiyə qızının izahatında göstərdiyi xüsusatları onların həmin evi boşaldıb iddiaçıya təhvil verməməsi üçün əsas hesab etmir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlərin həmin evə iddiaçının razılığı ilə və ya belə razılıq olmadan yerləşdirilmələrindən asılı olmayaraq onlar hazırkı vəziyyətdə həmin evdən iddiaçının iradəsi ziddinə istifadə edirlər. Cavabdehlər mübahisə predmetinə aid olan evə iddiaçının razılığı ilə köçmüş olsalar da, hazırkı vəziyyətdə iddiaçı cavabdehlərin həmin evdən istifadə etmələrinə narazıdır. Mübahisə predmetinə aid olan ev və həmin evə aid həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, tərəflər arasında fərdi yaşayış evindən sahəsindən istifadə edilməsinə dair qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilmiş kirayə müqaviləsi və ya digər hər hansı yazılı razılaşma mövcud deyildir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdən bundan sonra da istifadə etmələri, iddiaçıya məxsus evdən çıxarılmamaları üçün hər hansı qanuni əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmetinə aid olan yaşayış sahəsi, həmin yaşayış sahəsinə aid həyətyanı torpaq sahəsi ilə birlikdə hazırda tam şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin yaşayış sahəsinə münasibətdə hər hansı subyektiv hüquqlara malik deyillər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmetinə aid olan fərdi yaşayış evindən istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən onun iradəsi ziddinə qanunsuz olaraq istifadə etdiklərinə görə iddiaçının iddia tələbi təmin edilməli, cavabdehlər özlərinə məxsus olan əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 Məmmədiyə qızı və Cavabdeh2 Rafayel oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-356/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar