Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-501/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış binasından çıxarılma, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ona məxsus Balakən şəhəri X7 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalarını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən ona məxsus Balakən şəhəri X7 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən ona məxsus Balakən şəhəri X7 69L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması, 2020-ci ilin noyabr ayından bu günədək qeyri-yaşayış obyektinin icarəyə verilməsi yolu ilə ayı 1000 manatdan olmaqla 42000 /qırx iki min/ manat əldən çıxmış faydanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada alınaraq ona ödənilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat və 216 manat, cəmi 316 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri Heydər Əliyev pr. 69L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv m olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmin ərizələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır. 24 noyabr 2020-ci il tarixdə Balakən Regional "Asan xidmət" mərkəzində Notariat Ofisində AN-İ N ******* saylı 4Ə-409 nömrə ilə reyestrdə qeydə alınmaqla tərtib edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh Balakən şəhər sakini Cavabdeh1 məxsus olmuş Balakən şəhəri X7 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0.m2 olan qeyri-yaşayış binasını ona 28.000 (iyurmi səkkiz min) manat pul verməklə almışdır. Aldığı qeyri-yaşayış binası üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmiləşdirməklə adına **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarış almışdır. Qeyri-yaşayış binasını aldıqdan bir müddət sonra o, Cavabdeh1 həmin sahənin boşaldılmasını xahiş etdi. Lakin o, binanı boşaltmayaraq həyat yoldaşı Cavabdeh2 ilə birlikdə aralarında 24 noyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 saylı qətnaməsi ilə onların iddiası təmin edilməyərək rədd edilmişdir. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1996/2021 saylı xx.xx.2021- ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-2567/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1996/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Qeyd etmək istəyir ki, iki ildən çoxdur ki, cavabdehlər ona məxsus olan qeyri-yaşayış binasından qanunsuz olaraq istifadə edir, oradan çıxmırlar. Dəfələrlə onlardan tələb etsə də, heç bir nəticə ala bilməmişdir. Cavabdehlərin ona məxsus əmlakı zəbt etmələri ona maddi və mənəvi ziyan vurur. Belə ki, hal-hazırda Balakən şəhərinin mərkəzində yerləşən 90.0 m2 - 100 m2 olan qeyri-yaşayış binası aylıq olaraq 1200-1500 manata kirayəyə verilir. Cavabdehlərlə apardığı söhbət və danışıqlar heç bir nəticə vermədiyindən onların şəxsi mülkiyyətində olan qeyri-yaşayış binasından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını İddiaçı satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********02 olan, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Ekspert rəyi ilə qeyri-yaşayış binasının Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuş, bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında Cavabdeh1 ilə yanaşı onu əri Cavabdeh2 həmin sahədən istifadə etdikləri öz təsdiqini tapmışdır.
8. Balakən Rayon Məhkəməsinin e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia təmin edilmiş, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri X7 69L ünvanında yerləşən ümumi sahəsi 92.0 m2 olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, İddiaçı tərəfindən (xx.xx.2024-cü il, ********** nömrəli qəbz) ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qət edilmişdir
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı çıxarılmalarını tələb etdiyi qeyri-yaşayış binasının böyük hissəsi onun mülkiyyətindədir və iddiaçının həmin sahələr heç bir aidiyyəti yoxdur. Lakin, iddiaçı iddiasını elə əsaslandırmışdır ki, sanki, o, ona məxsus əmlakı zəbt etmişdir. Nəticə etibarı ilə də Balakən Rayon Məhkəməsi heç bir əsaslandırma aparmadan əsassız və qanunsuz olaraq onun qeyri-yaşayış binasından çıxarılması ilə bağlı qətnamə qəbul etmişdir.
10. Odur ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh1 e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Cavabdeh1 apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, Cavabdeh1 şikaytində qeyri-yaşayış binasının böyük hissəsinin onun mülkiyyətində olduğunu qeyd etsə də, həmin halı təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir.
25. Lakin iş materiallarında olan notarial qaydada təsdiq olunmuş 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata İddiaçı satmışdır.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********02 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
27. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2567/2022 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə tikinti-texniki ekspertizasının 17 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/8135 saylı rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri X7 69 L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasında hansısa formada qanunsuz istifadə olunması ilə bağlı bildirilir ki, satıcı Cavabdeh1 tərəfindən Balakən regional «ASAN xidmət» mərkəzində Notariat ofisinin 4Ə-409 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Balakən şəhəri X7 69 L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binası alıcı İddiaçı satılmışdır. Balakən şəhəri X7 69 L ünvanında yerləşən ümumi sahəsi 92.00 kv.m olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən istifadə olunur. (ekspertiza tədqiqatının dəyəri 50 manat). 30 Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Cavabdeh1 ilə yanaşı onun əri digər Cavabdeh2 da mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edir.
31. Məhkəmə kollegiyası qeyd etdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
32. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
33. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
34. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin e-2(019)-18/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.