Məhkəmə qərarları › İş №2(107)-505/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-505/2020

04.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-505/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 vəcavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2329/2019 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2329/2019 nömrəli qətnaməsi ilə (hakim Usaməddin Osmanov) iddia təmin edilmiş, İddiaçı Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını “İbtidai sinif Pedaqogikası və metodikası» ixtisası üzrə bitirmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək R.Muradov adına texniki-humanitar liseydə və 18 №-li orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Mingəçevir şəhər X5 dərnək rəhbəri işləmiş, daha sonra Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri S.Ə.Məmmədovun xx.xx.2015-ci il tarixli və Mingəçevir şəhər İ.Qayıbov adına 10№-li tam orta məktəbin direktorunun xx.xx.2015-ci il tarixli 417№-li əmrləri ilə xx.xx.2015-ci il tarixdən həmin məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilərək onunla müddətsiz əmək müqaviləsi bağlanmış və xx.xx.2018-ci il tarixinədək bu vəzifədə işləmişdir. Bundan sonra 10 №-li tam orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 417№-li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «e» hissəsi ilə qanunsuz olaraq işdən azad edildiyindən Mingəçevir şəhəri İ.Qayıbov adına 10 №-li tam orta məktəbin direktoruna qarşı işdən azad edilməyinə dair əmrin etibarsız hesab edilməsi və ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuşdur. Qətnamə icra olunaraq, məktəb direktorunun xx.xx.2018-ci il tarixli 498№-li əmri ilə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmiş, lakin 2018-2019-cu tədris ilində məktəb direktoru ona qanunsuz olaraq cəmi 6 saat dərs saatı vermişdir. O, ibtidai sinif müəllimi kimi öz ixtisasına uyğun dərs saatları və sinif rəhbərliyi ilə təmin olunmalı olduğu halda, ona «Bədən tərbiyyə, təsviri incəsənət və texnologiya» dərsləri verilmişdir. O, məktəb direktoruna ədalətsiz və qanunsuz hərəkətİnə görəöz etirazını bildirmiş, direktor ona növbəti dərs ilində ixtisasına uyğun sinif rəhbəri kimi tam siniflə və tam dərs yükü ilə təmin edəcəyini vəd etsə də, 2019-2020-ci dərs ili üçün onun diaqnostik qiymətləndirmədən keçmədiyini əsas gətirərək onu qeyri ixtisas fənləri üzrə cəmi 6 saat dərs yükü ilə təmin etmişdir. O, məktəb direktorundan diaqnostik qiymətləndirilmədə iştirak etməsinin təmin edilməsini tələb etsə də, məktəb direktoru və təhsil şöbəsi onun diaqnostik qiymətləndirilmədə iştirakını əsassız olaraq təmin etməmişlər. Hazırda 10 saylı tam orta məktəbdə ibtidai sinif müəlliminə ehtiyac var. O, müddətsiz əmək müqaviləsi üzrə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilsə də və məktəbdə ibtidai sinif müəlliminə ehtiyac olsa da, direktor başqa məktəblərdən ibtidai sinif müəllimləri ilə müddətli əmək müqavilələri bağlayaraq onları sinif rəhbərliyi və lazımi dərs yükü ilə təmin etmişdir. O, 6 saat dərs yükü ilə təmin olunduğu halda onun aylıq əmək haqqısı 120 manat təşkil edəcəkdir ki, bu da ölkə üzrə müəyyən olunmuş 250 manat minimum əmək haqqından azdır. O bununla bağlı məktəbin direktoru Xumarə Mikayılovaya müraciət etmiş, sonuncu ona ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2589/15 nömrəli təlimat məktubuna əsasən diaqnostik qiymətləndirmədən keçərək 10 (on) baldan aşağı nəticə göstərən müəllimlər minimum 6 (altı) saat dərs yükü ilə təmin edilə bilərlər. Nazirlik tərəfindən diaqnostik qiymətləndirmədən keçməyən müəllimlər üçün də dərs yükünün bu qayda əsasında müəyyənləşdirilməsi məqbul hesab edilmişdir. Hazırda təhsil müəssisələrində dərs bölgüsü bu qayda ilə aparılır. İddiaçıya diaqnostik qiymətləndirmədən keçdikdən sonra həftəlik dərs yükü bu qəbildən olan həmkarları üçün tətbiq edilmiş qaydada müəyyənləşdiriləcəkdir. Bundan sonra o, dərs saatının artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciət etmiş, oradan ona ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda onun müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul olunduğundan diaqnostik qiymətləndirilməyə buraxılmadığı və “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydaları”na əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölməüzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirildiyi bildirilərək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iddianı tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı test imtahanından keçməyərək işə qəbul olunduğundan 10 saylı orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 417 nömrəli əmri ilə işdən azad edilmiş, daha sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi işə bərpa olunsa da, test imtahanlarından keçmədiyi üçün diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Diaqnostik qiymətləndirilmədən iddiaçı keçmədiyi halda onun dərs yükü saatı artılıra bilməz. Belə ki, “ümumtəhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü, 6 saat müəyyənləşdirilmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki,məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş və məhkəmə prosesində təqdim edilmiş, sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı test imtahanından keçməyərək işə qəbul olunduğundan 10 saylı orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 417 nömrəli əmri ilə işdən azad edilmiş, daha sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə işə bərpa olunsa da, test imtahanlarından keçmədiyi üçün diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Diaqnostik qiymətləndirilmədən iddiaçı keçmədiyi halda onun dərs yükü saatı artılıra bilməz. Belə ki, “ümumtəhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hərhansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü, 6 saat müəyyənləşdirilmişdir. Ümumiyyətlə AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamə ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında» yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stirmullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanmış, mərhələlərlə həyata keçirilən qiymətləndirmə prossesi cari ilin avqust ayında başa çatmışdır. Mübuhisə predmeti ondan ibarətdir ki, İddiaçı diaqnostik qiymətləndirmədən keçə bilməmişdir, yəni 2 dəfə imtahan verib, 10 faizi keçə bilməmişdir. Həmin dövrdən əvvəl İddiaçı Təhsil Şöbəsi tərəfindən diaqnostik qiymətləndirməni keçmədən işə qəbul olunmuş və xx xxxxxxxx 2015-ci ildə 10 saylı orta məktəbə ixtisası üzrə kollektiv işə keçirilmişdir. Bu AR Təhsil Nazirliyinin xx-xx-6386/16 №li razılıq məktubu əsasında imzalanmış ŞTŞ-nin 59 №li xx.xx.2015-ci il tarixli əmri ilə işə kollektiv keçirilmişdir. Burada mübahisə predmeti ondan ibarətdir ki, məktəbdə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçiblər və İddiaçı məktəbdə işləyərkən həmin qiymətləndirmədən keçə bilməməsi problem yaratmışdır. İşə qəbul da yalnız diaqnostik qiymətləndirmədən keçdikdən sonra mümkün olması göstərilir. Çünki, Prezidentin sərəncamına əsasən bu Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında» yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur. Burada da İddiaçı 2 dəfə qiymətləndirmədən keçməməsinə baxmayaraq, 10 faizli toplaya bilməmişdir. Bütün işçilər və yeni işə qəbul olun şəxslər işə götürülərkən diaqnostik qiymətləndirmədən keçməlidirlər. Həmçinin bütün müəllimlər Prezidentin bu Sərəncamma əsasən mərkəzləşmiş qaydada bu qiymətləndirmədən keçmişlər, ancaq İddiaçı keçə bilməmişdir. Buna görə də, onu 6 saat dərs saatı ilə təmin etmişlər. Burada qeyri-qanuni hal yoxdur. Məhkəmə buna düzgün qiymət verməyərək əsas götürmüşdür ki, guya onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Bəs onda 30 il işləmiş müəllimələr hamısı diaqnostik qiymətləndirmədən keçiblər, bəs bunə üçün keçməməlidir?! İddiaçı məhkəmə prossesində bildirmişdir ki, onu indi bu qiymətləndirməyə buraxmırlar, yoxsa o, gedib keçə bilər. Baxmayaraq ki, 2 dəfə diaqnostik qiymətləndirmədən keçə bilməmişdir. Onu diaqnostik qiymətləndirməyə buraxmayan qiymətləndirmə komissiyasından nə üçün şikayət vermir? Yəni burada mübahisə predmeti əslində diaqnostik qiymətləndirməyə buraxmamaq ilə əlaqəlidir və cavabdeh 10 saylı məktəb olmalı deyildir. Məhkəmə, göstərmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyisisteminə daxil olan üsmumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları guya ləğv olunmuşdur. Bu düzgün deyil. Çünki Təhsil Şöbəsi də bugün də bu qaydalarla işləyir və maliyyə işi də bu qaydalara uyğun həll olunur. Beləliklə, İddiaçı bu tələbi, yəni 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi hüquqi cəhətdən əsassızdır. Buna görə də qeyd edir ki, qətnamə əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2329/2019 nömrəli qətnaməsini ləğv edərək, İddiaçı Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi tələbininin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2329/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2329/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan B seriyalı, 139592 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsini bitirmişdir. İşdə olan Mingəçevir şəhər Təhsil Şöbəsinin xx.xx.2015-ci il tarixli 18 nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən 10 nömrəli tam orta məktəbdə Ali- İbtidai sinif müəlliməsi üzrə işə keçirilmişdir. İşdə olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Mingəçevir şəhər Təhsil Şöbəsinin xx.xx.2015-ci il tarixli 18 nömrəli əmri ilə xx.xx.2019- cu il tarixdən Mingəçevir şəhər 10 №li tam orta məktəbə İbtidai sinif müəlliməsi üzrə işə keçirilmiş, bundan sonra Mingəçevir şəhər 10 №li tam orta məktəbin direktorunun xx xxxxxxxx 2015-ci il tarixli 417 №li əmri ilə məktəbin ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmiş, həmin əmrə əsasən bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Bundan sonra həmin məktəbin direktorunun xx.xx.2017-ci il tarixli 301 nömrəli əmri ilə məktəbin rus bölməsində ibtidai sinif müəlliminə ehtiyac olduğundan İddiaçı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə xx.xx.2017-ci il tarixdən bağlanılmış müddətli Əmək Müqaviləsinə xx.xx.2018-ci il tarixdə 417 nömrəli əmrlə xitam verilmişdir. Sözügedən məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 49 nömrəli əmri ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2579/2018 saylı qətnaməsinə əsasən iddiaçı xx.xx.2018-ci il tarixdən 10 nömrəli məktəbin rus bölməsinə ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilmişdir. İşdə olan Mingəçevir şəhəri İ.Qayıbov adına 10 №li tam orta məktəbin direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən 10 №li tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan Mingəçevir şəhəri İ.Qayıbov adına 10 №li tam orta məktəbin direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən 10 №li tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2579/2018 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir şəhər İ.Qayıbov adına 10№-li tam orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 417 nömrəli əmri etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə sözügedən məktəbə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhəri İ.Qayıbov adına 10 saylı tam orta məktəbin xx.xx.2018-ci il tarixli 498 saylı əmrinin surətindən görünür ki, iddiaçıMingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)- 2579/2018 saylı qətnaməsinəəsasən xx.xx.2018-ci il tarixdən qeyd olunan məktəbin rus bölməsinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmiş və 1) 1-Təsviri incəsənət – 1 saat; Musiqi – 1 saat; Texnologiya – 1 saat., 2) –Texnologiya – 2 saat; Musiqi – 2 saat, cəmi 6 saat dərs saatı ilə təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhəri İ.Qayıbov adına 10 saylı tam orta məktəbin xx.xx.2019-cu il tarixli 07 nömrəli arayışında göstərilir ki, iddiaçı həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhəri İ.Qayıbov adına 10 saylı tam orta məktəbin direktoru X2 İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli 64 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2589/15 nömrəli təlimat məktubuna əsasən diaqnostik qiymətləndirmədən keçərək 10 (on) baldan aşağı nəticə göstərən müəllimlər minimum 6 (altı) saat dərs yükü ilə təmin edilə bilərlər. Nazirlik tərəfindən diaqnostik qiymətləndirmədən keçməyən müəllimlər üçün də dərs yükünün bu qayda əsasında müəyyənləşdirilməsi məqbul hesab edilmişdir. Hazırda təhsil müəssisələrində dərs bölgüsü bu qayda ilə aparılır. İddiaçıya diaqnostik qiymətləndirmədən keçdikdən sonra həftəlik dərs yükü bu qəbildən olan həmkarları üçün tətbiq edilmiş qaydada müəyyənləşdiriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli Kol-14771/1 nömrəli məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir, o, müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul olunduğundan diaqnostik qiymətləndirilməyə buraxılmamış və ona “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydaları”na əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyi bildirilərək ona müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər 10 №-li tam orta məktəbin 2019/2020-ci tədris ilinin tarifləşmə cədvəlində iddiaçının ibtidai sinif müəllimi kimi musiqi və riyaziyyat fənni tədris etməklə 6 dərs saatı ilə təmin edildiyi və onun yekun pedaqoji əmək haqqısı – 134.06 manat təşkil etdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri S.Ə.Məmmədovun xx.xx.2015-ci il tarixli 18 nömrəli və Mingəçevir şəhər İ.Qayıbov adına 10№-li tam orta məktəbin direktorunun xx.xx.2015-ci il tarixli 417№-li əmrləri ilə xx.xx.2015-ci il tarixdən həmin məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilərək onunla müddətsiz əmək müqaviləsi bağlanmış və xx.xx.2018-ci il tarixinədək iddiaçı həmin vəzifədə işləmişdir. İddiaçı 10 №-li tam orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 417№-li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «e» hissəsi ilə işdən azad edilmiş, lakin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2579/2018 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə sözügedən məktəbə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. Bundan sonra iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2579/2018 saylı qətnaməsinə və öz ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdən qeyd olunan məktəbin rus bölməsinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmiş və 1) 1-Təsviri incəsənət – 1 saat; Musiqi – 1 saat; Texnologiya – 1 saat., 2) –Texnologiya – 2 saat; Musiqi – 2 saat, cəmi 6 saat dərs saatı ilə təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215-nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan üsmumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 №li Sərəncamına, xx xxxxxx 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar xx.xx.2015 və xx.xx.2017-ci il tarixlərdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan xx xxxx 2018-ci il tarixdə 417 №li əmrlə xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(051)-2579/2018 №li qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 10 №li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuşdur. Məhkəmənin sorğusu ilə işdə kserosurət şəklində olan xx.xx.2015 və xx.xx.2017- ci il tarixli əmək müqavilələrinin əsillərinin məhkəməyə təqdim olunması cavabdehdən tələb olunmuş, cavabdeh tərəfindən məhkəməyə göndərilən xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin müddətsiz olduğu, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin isə müddətli olduğu qeyd olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixli müqavilənin müddətli yazılmasının cavabdeh tərəfindən saxtalaşdırıldığını bildirdiyindən məhkəmə Mingəçevir Şəhər Məhkəməsinin yuxarıda qeyd olunan mülki işdə olan xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinə baxış keçirmiş və həmin əmək müqaviləsinin müddətsiz bağlandığını müəyyən etmişdir. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı deyildir. Çünki, sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «X7 müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hərhansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin bunu da qeyd edir ki, Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 236/1 №li əmri ilə təsdiq edilmiş «Qaydalar» AR Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli F595 saylı Əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara maddi və prossesual hüquq normalarının tələbi baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçıMingəçevir şəhər 10 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin (vəkilinin) apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin (vəkilinin) göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2329/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2329/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar