Məhkəmə qərarları › İş №2(107)-505/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-505/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-505/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma, evin boşaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov 184 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov 184 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evi anasına məxsus olmuş, anası Zərifə Hacıyeva 2020-ci il tarixdə evi notarial qaydada ona bağışlamış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış verilmişdir. Gəlinləri Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evində yaşayarkən, öz gəlini hazırki tələb üzrə cavabdeh olan Cavabdeh2 2007-ci ildə müvəqqəti olaraq vaxtı ilə anasının adına olmuş, sonradan ona bağışlanmaqla mülkiyyətinə keçmiş evə gəlin köçürmüş, lakin Telli evə qeydiyyata salınmamışdır. Cavabdeh2 isə ona məxsus evi tərk etməmiş, əksinə evdən qəti olaraq çıxmayacağını bildirmişdir. Bildirmək istəyir ki, qanunun tələbinə əsasən Cavabdeh2 ona məxsus fərdi yaşayış evinə istifadə hüququ yaranmamış, onun evdə yaşaması üçün qanuni əsaslar olmadığından ona məxsus fərdi yaşayış evindən çıxarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı onun baldızı, digər cavabdeh isə onun gəlinidir. İddiaçının mülkiyyətində olan, mübahisə predmeti olan fərdi yaşayış evi qaynanasına məxsus olmuş, o, həmin evə gəlin köçmüşdür. Qaynanası isə həmin evi qızına, yəni hazırki iş üzrə iddiaçıya bağışlamışdır. O, əri ilə birlikdə 15 ildən çoxdur ki, İsmayıllı şəhəri, Şəhriyar küçəsi, ev 37 ünvanında öz hesablarına fərdi yaşayış evi tikərək orada yaşayır və həmin evdə də qeydiyyatdadır. Hazırda iddiaçının mülkiyyətində olan evdən 15 ildir ki, çıxmışdır. Onun İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə heç bir bağlılığı yoxdur.

6. Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ərinin bibisi, digər cavabdeh isə qaynanasıdır. O, 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ərinin nənəsinə məxsus olan İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin evə qeydiyyata düşmüşdür. Ailə qurduğu vaxtdan hal-hazıradək həmin evdə yaşayır. Ərinin valideynləri isə İsmayıllı şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Onun üç uşağı var, yaşamağa isə başqa evi yoxdur. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, cavabdeh Tellli Hacıyeva bacısı, iddiaçı isə bacısının ərinin bibisidir. Bacısı ailə qurduğu vaxtdan, yəni 2007-ci ildən hal-hazıradək gəlin köçdüyü evdə yaşayır və həmin evdə də qeydiyyatdadır. Hazırda bacısı həmin evdə üç azyaşlı uşaq böyüdür. Bacısının uşaqları ilə birlikdə yaşamağa başqa evi yoxdur.

8. Şahid qismində dindirilmiş Şahid2 birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir.

9. İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi tələbi üzrə hissədə imtina etmiş və bu imtina məhkəmə tərəfindən qəbul edilmişdir.

10. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-42/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia “mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi” hissəsində işin icraatına xitam verilmişdir.

11. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi mülki işin araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçının qardaşı 2007-ci il tarixdə gəlini, hazırki tələb üzrə cavabdehi anası Zərifə Hacıyevaya məxsus fərdi yaşayış evinin texniki pasportu əsasında məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçürmüş və hal hazıradək həmin evdə yaşayır.

13. Fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə Zərifə Hacıyevanın adına çıxarış verilmiş, o da öz növbəsində həmin ildə özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini qızı İddiaçı bağışlamış və iddiaçının adına çıxarış tərtib edilmişdir.

14. Hazırda iddiaçı cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılmasını tələb edir, cavabdeh isə istifadə hüququ olduğunu qeyd edərək çıxmaqdan imtina edir.

15. Müəyyən edilmişdir ki, cavabdeh 2007-ci ildə ərinin nənəsinə məxsus fərdi yaşayış evinə gəlin köçdüyü tarixdə mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evinə dair Zərifə Hacıyevanın adına 1987-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin fərdi yaşayış evi Zərifə Hacıyevanın qanuni sahibliyində olmaqla, onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuş, sözügedən fərdi yaşaış evinə dair onun adına xx.xx.2020-ci il tarixdə çıxarış verilmiş, o da öz nöbəsində evi qızına bağışlamış və iddiaçının adına 2020-ci ildə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2007-ci il tarixdə gəlin köçdüyündən, mübahisəli fərdi yaşayış evi həmin dövrdə mülkiyyət hüququ ilə dövlət qeydiyyat alınmasa da, iddiaçının anası Zərifə Hacıyevanın qanuni sahibliyində və istifadəsində, həmçinin onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan, onlar arasında mövcud olan mülki hüquq münasibətləri 2001-ci il tarixdən yarandığından, iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə Mülki Məcəllənin normaları tətbiq edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh 2001-ci il tarixdə evləndiyindən, tərəflər arasında hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Ona görə də hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.

18. Məhkəmə, həmçinin, mübahisənin düzgün həll edilməsi üçün cavabdehin iddiaçının anası Zərifə Hacıyevanın ailə üzvü olub-olmaması məsələsinin də müəyyən edilməsini zəruri hesab etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin həmin dövrdə qanuni sahibi olmuş Zərifə Hacıyeva ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır.

20. Məhkəmə, öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin 2007-ci ildə qanuni sahibi olmuş şəxslə və digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur.

21. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə iddiaçının anası Zərifə Hacıyevanın həmin dövrdə real şəkildə gözlənilən mülkiyyət hüququ yaranmasına diqqət yetirərək belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi Zərifə Hacıyevadan özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçilərlə birlikdə istifadə etmək hüququ yaranmamışdır.

22. Məhkəmə, həmçinin qeyd etmişdir ki, 2007-ci ildə iddiaçının anası Zərifə Hacıyeva ilə cavabdeh arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.

23. Eyni zamanda məhkəmə hazırki fərdi yaşayış evinin mülkiyyət formasının dəyişməsinə də hüquqi qiymət verməyi zəruri hesab etmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, hazırki fərdi yaşayış evi 2020-ci il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq, mülkiyyət forması dəyişmiş və nəticədə tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərinin xarakteri dəyişdiyindən cavabdehin həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir.

25. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə caabdehin yaşayış sahəsinin hazırki mülkiyyətçisi İddiaçı ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

26. Məhkəmə qeyd etmişdir ki, ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin baldızın(hazırki tələb üzrə iddiaçının) qardaşının gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin hazırki mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3, 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 119.1, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarına, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, “Burdov Rusiyaya qarşı, “Qarrax Çexiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarlarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

28. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə ilə qəti surətdə razılaşmır və hesab edir ki, qətnamə tam qanunsuz olmaqla onun üç uşaqla mübahisəli evdən istifadə və yaşayış hüququnu pozmuşdur. Belə ki, o, həmin mübahisəli evə 2007-ci ildə gəlin köçmüşdür, orada uşaqlarını dünyaya gətirmişdir və hazırda da orada yaşayır. X7 2010-cu ildə vəfat etmişdir. Ev onun mərhum ərinin valideynlərinə məxsus olub, onlar oğlanları Zəfərə ailəsi ilə birlikdə (yəni o və uşaqları ilə birlikdə) yaşamaqlarına icazə veriblər və onlar həmin evə daimi qeydiyyata alınmışlar. Bu günədək mübahisəsiz olaraq sözügedən fərdi yaşayış evində yaşayırlar. Lakin onun xəbəri olmadan ev qanunsuz formal olaraq iddiaçının adına keçirilib və güya evin yeni sahibi mülkiyyətində olan evdən onu çıxarır. Bu tamamilə vid yaratmaq üçündür. Məqsəd onun həmin evdən müxtəlif yollarla çıxarılmasıdır. O isə 2007-ci ildən həmin evdə yaşamaqla fərdi yaşayış evinin əsas mülkiyyətçisinin razılığı ilə və onun həmin evdə daimi yaşayacağına inandıraraq evdə əlavə təmir işləri gördürmüş, yardımçı tikililər inşa etdirmiş, müəyyən xərclər çəkmişdir.

30. Birinci instansiya məhkəməsi mülki mübahisəyə nəticə verərkən AR Mənzil Məcəlləsinin müddəalarına istinad etməmişdir.

31. Belə ki, mübahisələndirilən fərdi yaşayış evində 2007-ci ildən mülkiyyətçinin razılığı ilə ona və övladlarına daimi istifadə hüququ verilib. Ötən 16 il ərzində həmin evdə daimi yaşayacağına inanaraq orada əlavə tikinti-təmir işləri apartdırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən mülkiyyətçi öz mülkiyyətində olan yaşayış sahəsini fiziki şəxslərin daimi istifadəsinə verə bilər. Həmin Məcəllənin 30.1ci maddəsinə əsasən isə onlar keçmiş mülkiyyətçinin ailə üzvüləri olmuşlar və həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin mülkiyyətçi gizlin olaraq mülkiyyətində olan fərdi evini özgəninkiləşdirmişdir, ev özgəninkiləşərkən onların istifadə hüquqlarının olması, evdə qeydiyyatda olmaqları nəzərə alınmamışdır. Bu hala məhkəmə tərəfindən də hüquqi qiymət verilməmişdir.

32. Məhkəmə sözügedən qətnaməni qəbul edərkən ailə vəziyyətini, başqa yaşayış yerinin olmamasını, üç uşaqla başqa qalacaq yerinin olmamasını nəzərə almamışdır. Qeyd olunan maddi hüququ normalarını tətbiq etməmiş, onlardan istifadə etməmişdir. Bu da yalnış qətnamə qəbul olunmasına səbəb olmuşdur.

33. Məhkəmə yalnız iddiaçının izahatına və onun təqdim etdiyi sübutlara istinad etmiş, yalnız iddiaçının izahatına istinadən son nəticəyə gəlmişdir. Məhkəmə cavabdeh kimi onun izahatında qeyd etdiyi halları nəzərə almamış, izahatında qeyd edilən hallara hüquqi qiymət verməmiş. Məhkəmənin səlahiyyətləri çərçivəsində tələb olunan araşdırmaları aparmamışdır.

34. İddiaçı ərizəsində qeyd etmişdir ki, o həmin evə qeydiyyata salınmamışdır. Lakin o həmin mübahisəli evdə yaşadığı vaxtdan qeydiyyatdadır. Bu barədə şəhər icra nümayəndəliyindən aldığı arayışı da əlavə edir. Lakin iddiaçının təqdim etdiyi sənəddə evin nömrəsi 184 göstərilsə də şəhər icra nümayəndəliyində və faktiki vəziyyətdə evin nömrəsi 41-dir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır.

35. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)- 42/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi və İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-cü maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxsləryaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquq mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

42. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

44. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

45. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X10 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

46. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

47. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi.

48. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu:

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

«Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.5-ci mаddəsinə dаir» Azərbvаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir: «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 2007-ci ildə digər cavabdeh Mədunə Hacıyevanın oğlu, Zərifə Hacıyevanın isə nəvəsi Zəfər Hacıyevlə ailə qurub İsmayıllı şəhəri M.Orucov küçəsi, 184 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Mübahisəli fərdi yaşayış evinə dair Zərifə Hacıyevanın adına 1987-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin fərdi yaşayış evi Zərifə Hacıyevanın qanuni sahibliyində olmaqla, onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuş, sözügedən fərdi yaşaış evinə dair Zərifə Hacıyevanın adına xx.xx.2020-ci il tarixdə çıxarış verilmiş, o da öz nöbəsində evi xx.xx.2020-ci il tarixdə qızı İddiaçı bağışlamış və iddiaçının adına xx.xx.2020-ci il tarixdə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

56. Apellyatorun apellyasiya şikayətində göstərdiyi onun üç uşaqla mübahisəli evdən istifadə və yaşayış hüququnun pozulması, mübahisəli evə 2007-ci ildə gəlin köçməklə, orada uşaqlarını dünyaya gətirməsi, hazırda da orada yaşaması, mərhum ərinin valideynlərinin oğlanları Zəfərə ailəsi ilə birlikdə yaşamalarına icazə vermələri, birinci instansiya məhkəməsi mülki mübahisəyə nəticə verərkən AR Mənzil Məcəlləsinin müddəalarına istinad etməməsi, mübahisələndirilən fərdi yaşayış evində 2007-ci ildən mülkiyyətçinin razılığı ilə ona və övladlarına daimi istifadə hüququ verilməsi, onların keçmiş mülkiyyətçinin ailə üzvüləri olmaları, lakin mülkiyyətçinin gizlin olaraq mülkiyyətində olan fərdi evini özgəninkiləşdirməsi, ev özgəninkiləşərkən onların istifadə hüquqlarının olması, bu günədək mübahisəsiz olaraq sözügedən fərdi yaşayış evində yaşamaları, lakin evin qanunsuz formal olaraq iddiaçının adına keçirilməsi, evin yeni sahibinin mülkiyyətində olan evdən onu çıxarmasının görüntü yaratmaq üçün olması, məqsədin onun həmin evdən müxtəlif yollarla çıxarılması olmasına, iddiaçının təqdim etdiyi sənəddə evin nömrəsi 184 göstərilsə də şəhər icra nümayəndəliyində və faktiki vəziyyətdə evin nömrəsi 41 olması, bu halın məhkəmə tərəfindən araşdırılmamasına dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

57. Belə ki, mülki iş materiallarına əlavə edilən 1987-ci il tarixli yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X1 adına İsmayıllı şəhərində ümumi sahəsi 47,8 kv.m. yaşayış sahəsi 23 kv.m yardımçı sahə 23,8 kv.m olmaqla fərdi yaşayış evi qeydiyyata alınmışdır.

58. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, **********79/10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında. 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır.

59. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 özünə məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında, 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır.

60. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********79-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli fərdi yaşayış evi 1987-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında X1 adına qeydə alınmış, sözügedən fərdi yaşaış evinə dair onun adına xx.xx.2020-ci il tarixdə çıxarış verilmiş, o da öz nöbəsində evi qızına bağışlamış və iddiaçının adına 10 mart 2020-ci ildə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

62. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsi üçün mülki işə mübahisəli fərdi yaşayış evinin hazırki və əvvəlki mülkiyyətçisinə münasibətdə baxmışdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınmasa da, 1987-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarının, Avropa Məhkəməsisin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarının tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur.

64. Kollegiya qeyd edir ki, Cavabdeh2 2007-ci ildə evlənib, həmin mübahisəli fərdi yaşayış evinə gəlin köçdüyündən X3 ilə onun arasında münasibət həmin tarixdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

65. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

66. İş materiallarında görünür ki, hazırki işdə tərəflər arasında bununla bağlı razılaşma mövcud deyildir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009– cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

69. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası Cavabdeh2 X2 münasibətdə ailə üzvü anlayışının əhatə dairəsinə daxil olub-olmamasını müəyyən etməyi zəruri hesab edir.

70. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

71. Mülki iş materiallarından, eyni zamanda tərəflərin birinci instansiya məhkəməsində məhkəmə iclasında verdikləri izahatları ilə məlum olur ki, X3 iş üzrə digər Cavabdeh1 qaynanası olmuş və həmin mübahisəli ev 2020-ci il tarixdə X1 adına qeydə alınmışdır. X1 isə özünə məxsus əmlakı özgəninkiləşdirərkən Cavabdeh2 razılıq alması kimi bir vəzifəsinin olması nəzərdə tutulmamışdır.

72. Kollegiya qeyd edir ki, Cavabdeh2 “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir və mübahisəli evin əvvəlki mülkiyyətçisi olmuş X1 Cavabdeh2 saxalamaq kimi vəzifəsi olmamışdır.

73. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X2 münasibətdə yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur.

74. Bundan sonra məhkəmə kollegiyası bildirir ki, mübahisəli evin sonraki mülkiyyətçisi 2020-ci il tarixdə iş üzrə İddiaçı olduğundan, məhkəmə ona münasibətdə də mülki işin araşdırımasını zəruri hesab edir.

75. Məhkəmə kollegiyası Cavabdeh2 İddiaçı münasibətdə də ailə üzvü anlayışının əhatə dairəsinə daxil olub-olmamasını müəyyən etməyi zəruri hesab edir və məlum olur ki, iş üzrə iddiaçı Cavabdeh2 ərinin bibisidir.

76. Göründüyü kimi İddiaçı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyinə əsasən Cavabdeh2 saxlamaq vəzifəsi yoxdur.

77. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarının hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə Zərifə Hacıyevanın, xx.xx.2020-ci il tarixdə isə İddiaçı adına qeydiyyatdan keçdiyindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan və cavabdeh İddiaçı ailə üzvü hesab edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Qanunvericiliyin tələbinə görə Cavabdeh2 övladlarının yaşayış yeri də valideyninin yaşayış yeri hesab edilir.

78. Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə qətnaməni qəbul edərkən ailə vəziyyətini, başqa yaşayış yerinin olmamasını, üç uşaqla başqa qalacaq yerinin olmamasını nəzərə almamasına dair dəlillərini özü-özlüyündə əsassız hesab edir.

79. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsində onun qeydiyyatda olduğu evin nömrəsinin İsmayıllı şəhəri M.Orucov küçəsi 41, icra nümayəndəliyində, yaxud da qapının üzərində faktiki vəziyyətdə evin nömrəsinin 41 olması qeyd edilsə belə daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlara əsasən mübahisə predmeti olan evin məhz İsmayıllı şəhəri M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evi olması müəyyən edilir. Cavabdeh İsmayıllı şəhəri M.Orucov küçəsi 41 ünvanında qeydiyyatda olsa belə onun hazırda məhz İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması işin mübahisəsiz halıdır. Hansı ki, cavabdeh İsmayıllı şəhəri M.Orucov küçəsi 41 deyil, məhz İsmayıllı şəhəri M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair məhkəmə qərarını mübahisələndirmişdir. Belə olan halda Cavabdeh2 hansı ünvanda qeydiyyatda olması, yaşadığı ünvanın icra nümayəndəliyində hansı şəkildə qeydə alınması, qapının üzərində faktiki olaraq hansı nömrənin yazılması hazırkı mübahisənin mahiyyətinə təsir göstərən hallar deyildirlər.

80. Məhkəmə kollegiyası apellyatorun onların həmin evə daimi qeydiyyata alınmaları, evdə qeydiyyatda olmaqlarının nəzərə alınmaması, bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilməməsinə, onun mübahisəli evdə yaşadığı vaxtdan qeydiyyatda olmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

81. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür

82. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

83. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

84. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

85. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.

86. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

87. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

88. Beləliklə kollegiya hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranması üçün əsas deyildir.

89. Məhkəmə kollegiyası apellyatorun onun 2007-ci ildən həmin evdə yaşamaqla fərdi yaşayış evinin əsas mülkiyyətçisinin razılığı ilə və onu həmin evdə daimi yaşayacağına inandıraraq evdə əlavə təmir işləri gördürməsi, yardımçı tikililər inşa etdirməsi, əlavə tikinti-təmir işləri apartdırması, müəyyən xərclər çəkməsinə dair dəlillərini də əsassız hesab edir.

90. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

91. Kollegiya qeyd edir ki, əmlaka çəkilən xərclər hazırkı mübahisənin predmetini təşkil etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxartmalı olduğundan, mübahisə predmetini təşkil etməyən bir məsələyə məhkəmənin qiymət verməsi mümkünsüzdür. Apellyatorun həmin məsələni ayrıca icraatda məhkəmədə mübahisələndirmək hüququ vardır.

92. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin yalnız iddiaçının izahatına və onun təqdim etdiyi sübutlara istinad etməsi, yalnız iddiaçının izahatına istinadən son nəticəyə gəlməsi, məhkəmənin cavabdeh kimi onun izahatında qeyd etdiyi halları nəzərə almaması, izahatında qeyd edilən hallara hüquqi qiymət verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları, o cümlədən tərəflərin izahatlarını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

93. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 42/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-42/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar