Məhkəmə qərarları › İş №2(107)-506/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-506/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-506/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı “icraatın dayandırılmasına dair ərizənin təmin edilməməsi” barədə qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətləri olan İsmayıllı rayonu, Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək onların birgə sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 qarşı “İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə mahiyyəti üzrə baxılıb məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər İsmayıllı rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair 2(037)-149/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadı ilə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 qarşı “İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə mahiyyəti üzrə baxılıb məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər İsmayıllı rayon Məhkəməsinin icraatında olan “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair 2(037)-149/2023 saylı mülki iş üzrə icraatın dayandırılmasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Quliyev X1 Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadından şikayət verərək, İsmayıllı Rayon Məhkəməsinin qeyd olunan qərardadının ləğv edilməsini və “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mülki iş üzrə icraatın dayandırılmasına dair ərizəni təmin etməməsi kobud prosessual pozuntudur. Məhkəmənin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iş üzrə icraatın dayandırılmasına dair ərizənin hazırkı mülki işi uzatmaq məqsədi daşıdığını,fərdi yaşayış evinə dair müxtəlif instansiya məhkəmələrinin 10-a yaxın qətnamə və qərarı olması və hazırda qanuni qüvvəsini alması barədə məhkəməyə verdikləri ifadələrini əsas götürərək ərizəni təmin etməməsi tam əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında mübahisəli evə dair məhkəmə mübahisələri üzrə 10-a yaxın deyil, 10-dan daha çox qətnamə və qərar vardır. Mübahisə ilə bağlı məsələlərə tam aydınlığı ilə qiymət vermək üçün həmin qətnamə və qərarların yalnız nəticə hissələri ilə deyil, həmin qətnamə və qərarların tam mətni ilə tanış olmaq lazımdır. Belə olan halda, məhkəməyə aydın olardı ki, iddiaçılardan başqa məhkəmə qətnamələri ilə vərəsə kimi tanınmış digər vərəsələr də var və həmin qətnamələr də qanuni qüvvəsini almışdır. Bildirir ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 1906-cı il tarixdə vəfat etmiş X2 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X3 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin mümkün sayılmaması və həmin qərardadın Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılması o demək deyildir ki, artıq həmin qərardad qanuni qüvvəyə minmişdir. Nədənsə məhkəmə, məhkəməyə təqdim etdiyi Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından verdiyi kassasiya şikayəti barədə heç bir məlumat göstərməmişdir. Kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatındadır və Ali Məhkəmənin şikayət verilmiş qərardad barədə hansı qərarı qəbul edəcəyi isə hələ bəlli deyildir. Ən əsası odur ki, Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış mübahisəli evə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir. Hesab edir ki, iddiaçıların adına mübahisəli evə dair verilmiş sənəd (çıxarış) mübahisələndirildiyindən, həmin işə baxılıb qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minənədək, məhkəmə “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair” mülki iş üzrə icraatı mütləq dayandırmalıdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadını ləğv edərək “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tаrixli, 2(037)-149/2023 saylı qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-1(116)-2243/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X2 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X3 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-476/2022 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-2243/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd edilən inzibati iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılmadığından hazırkı 2(037)-149/2023 saylı mülki iş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin istinad etdiyi inzibati iş mümkün sayılaraq mahiyyəti üzrə baxılacağı təqdirdə hazırkı mülki işin həmin inzibati işdən asılı olub olmaması məsələsi yenidən nəzərdən keçirilə bilər. Beləki, Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsasən, işlərin birbirindən asılılığına görə icraatın dayandırılması həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində mümkündür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsi 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Vəkil İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar