Məhkəmə qərarları › İş №2(107)-51/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-51/2020

16.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-51/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, Zaqatala rayonu AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi, iş üzrə 60 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxxxxxxxxxxın” 1 saylı Xətayi Filialı KOD 200071 VÖEN (bank) **********, Müxbir hesab : AZ 37 NABZ **********000001944 SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** Hesab NAZ23AİİB ******************** olmaqla köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı bununla əsaslandırmışdır ki, Zaqatala rayonu AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə 2,84 ha torpaq payı verilmişdir. Bundan başqa 0,24 ha həyətyanı torpaq sahəsi də mülkiyyətlərinə verilmişdir. Atası X6 xx xxxx 1996-cı ildə, anası X4 isə xx xxxx 2010-cu ildə vəfat etmişlər. Onların sağlığında və ölümüdən sonrada təsərrüfatınüzvü olduğu üçün həmin torpaq sahəsindən o və ailəsi istifadə etmişdir. Cavabdeh1 torpaq islahatınadək Kəpənəkçi kəndində qeydiyyatdan çıxaraq başqa yerə daimi yaşamağa getdiyi üçün onun adına Kəpənəkçi kəndində torpaq payı verilməmişdir. O, Zaqatala rayonunun Fındıqlı kəndində yaşadığı üçün ona və onun ailəsinə həmin yerdə torpaq payı verilmişdir. Digər Cavabdeh2 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və RF vətəndaşı olduğu üçün ona islahatla əlaqədar torpaq payı verilməmişdir. Cavabdehlər heç bir qanuni əsas olmadan onların mülkiyyətində olan torpaq sahəsini ələ keçirərək ona bildirmişlər ki, ata-anasından qalan payı istifadə etməlidirlər. Cavabdehlər atrıq 7-8-ildir ki, onların pay torpaq sahəsində qanunsuz istifadə etməklə onların istifadə hüquqlarını pozurlar. Ona görə də, göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon Məhkəməsi hakim Məmmədov Elbrus Hacıbala oğlunun sədrliyi ilə işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi heç bir əsası olmayan sübutlara əsaslanıb qanunsuz qətnamə çıxarıb. İşə baxan hakim iddiaçının qanunsuz iddiasını təmin etməklə onların hüquqlarını pozmuş və ədalətsiz qətnamə çıxarmışdır. Həmin qətnamədən narazıdır və həmin qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsində mübahisəli torpaq sahələrinin ölçülərini düzgün qeyd etməmiş, İddiaçı adına olan Çıxarışda torpaq sahəsi 1,0226 ha göstərildiyi halda cavabdehlərin 2,84 ha torpaq sahəsindən çıxarılmasını göstərmişdir. Məhkəmə iddiaçının 1,0226 ha torpaq sahəsindən başqa torpağın yerdə qalan hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda iddianı tam etməklə qanunun tələbini pozmuşdur. Bundan başqa məhkəmə iş üçün zəruri eksperti təyin etməmiş, iş üçün əhəmiyyət kəsb edən sübutların toplanmasına onlara imkan verməmişdir. Yalnız iddiaçının mənafeyini müdafiə etməklə və onun qanunsuz iddiasını təmin etməklə onların hüquqlarını pozmuşdur. Həmin qətnamə ləğv edilməlidir. Mərhum atasının sağlığında hər biri 20 topa fındıq yerləşən sahədən istifadə etmişlər, buna bütün ailə üzvlərinin razılığı olub. Atalarının vəfatından sonra da həmin sahədən istifadə etməklə faktiki olaraq mirasın bir hissəsini qəbul etmişlər. Məhkəmə isə bütün bunları araşdırmaq əvəzinə hər vasitə ilə işi tez yekunlaşdırdı. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 74/2019 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun düzünə və yа dolаyısı ilə mübаhisələndirilən hissəsində, şikаyət qərаrın ləğv edilməsinə yönəldildikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-997/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası DT və XK-in Torpaq sahəsinn planı və ölçüsündən görünür ki, Zaqatala rayonunun X5 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 17799 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Kəpənəkçi kəndində yerləşən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X4, X6 və X1 mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayış və şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1196-cı ildə, X4 isə xx xxxx 2010-cu ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş DƏDRX-in seriya RX N ******* Çıxarışda gösətərilən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 0,1732 ha hissəsini, Cavabdeh1 isə 0,1633 ha hissəsini istifadə edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıda göstərilən milli və beynəlxalq hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət şəxsin hər-hansı əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusunda ehtiva edən hüquq olmaqla şəxsin həmin əşya üzərində ağalığını, əşyanın faydalı xassələrindən bəhrələnmə haqqını və əşyanın müqəddəratını müəyyən etmə səlahiyyətini nəzərdə tutur. İstifadə hüququ, mülkiyyət hüququnun komponenti kimi, mülkiyyətçinin əmlakın faydalı xassələrindən yararlanma imkanını ehtiva edir. Bu hüququn mənasına görə mülkiyyətçi öz əmlakından istifadədə sərbəstdir və istifadə hüququna maneə yaradılması bütövlükdə mülkiyyət hüququna müdaxilə hesab olunur. Mülkiyyət hüququnun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən MM-in 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir. MM-in 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. «İnsan hüquqları Bəyannaməsi»nin 18-ci maddəsinin tələbinə görə «hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir». 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş normalara görə mülkiyyət hüququna müdaxilə aşağıdakı üç halın mövcudluğu şərti ilə əsaslı sayıla bilər: -müdaxilə qanuni olmalıdır; -müdaxilə ictimai maraqlar naminə edilməlidir; -müdaxilə ictimai maraqlarla, mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında ədalətli tarazlıq yaratmalıdır. Birinci şərtlə bağlı qeyd olunmalıdır ki, artıq bəhs edildiyi kimi mülkiyyət hüquqlarına hazırki işdə olduğu kimi müdaxiləni qanun yolverilməz hesab edir. İkinci və üçüncü şərtlərlə bağlı isə qeyd edilməlidir ki, konkret fərdin müstəsna dərəcədə öz maraqları naminə başqasının mülkiyyət hüququna müdaxiləsinin ictimai maraqlarla heç bir əlaqəsi ola bilməz və bu səbəbdən də belə müdaxilə zamanı ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıqdan danışmaq belə mümkün deyil. Avropa Məhkəməsi «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi qərarda göstərdi ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın» Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətinə verilmişdir. Lakin, hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. İşin bu faktiki halı iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq olunur. İş üzrə Cavabdeh1 Zaqatala rayonu, Fındıqlı kəndində yaşayır, digər Cavabdeh2 isə Zaqatala rayonu, Kəpənəkçi kəndində qeydiyyatda olsa da, Rusiya Fedrasiyasında yaşayır. Mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinn mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququnun (istifadə, mülkiyyət və.s.) olmasını təsdiq edən sübut yoxdur. Yaranmış vəziyyətdə məhkəmə iddiaçının hazırki tələblə haqlı olması nəticəsinə gəlir. Hazırkı mübahisənin mahiyyətindən isə görünür ki, iddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, o həmin torpaq sahəsinə sahiblikdən məhrum edilmişdir. Bu işdə də iddiaçı həmin maddənin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehlərdən tələb edir və onun bu tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi şərh olunan maddələrin tələbləri əsasında formalaşdırdığı hüquqi mövqeyə istinadən qeyd etmişdir ki, iddiaçının məlum torpaq sahələri ilə bağlı pozulmuş mülkiyyət hüququ bərpa edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni həll edilən zaman məhkəmənin iddiaçının mülkiyyət hüququnu müdafiə etməsi əslində əsas qanunumuzun və mülki qanunvericiliyimizin onun üzərinə qoyduğu vəzifəni icra etməsidir. Birinci instansiya məhkəməsi iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MM-in 152 və 157-ci maddələri ilə, həmçinin X9 Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarına hörmətlə yanaşır. Çünki, azadlıq və mülkiyyət fərdə insan, vətəndaş və şəxsiyyət olmağa imkan verən ən əsas dəyərlərdəndir. Yuxarıda göstərilən normaları rəhbər tutan birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpağı tutmasına haqq qazandırmaq olmaz. Göstərilənlər onu təsdiq edir ki, milli qanunvericiliyimiz birmənalı olaraq başqasının mülkiyyət hüququna belə müdaxiləni yolverilməz və qanunsuz hesab edir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna belə müdaxiləni İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslı hesab etmək mümkün deyildir. Göstərilən presedentin mahiyyəti onu deməyə əsas verir ki, cavabdehin iddiaçının mülkiyyət hüququna müdaxiləsi ilə ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıq mülkiyyətçinin maraqlarının ziyanına pozulmuşdur. Birinci instansiya məhkəməsinin fikrincə hazırkı halda göstərilən xüsusatları nəzərə alınaraq mülkiyyətçinin mənafelərinin müdafiə edilməsi tamamilə haqlı və ədalətlidir. Birinci instansiya məhkəməsi şərh olunanların yekunu kimi belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala rayonu AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ təmin edilməli və iş üzrə ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmədiyindən ona münasibətdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası Cavabdeh1 aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 51/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 273 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlər əsasında İddiaçı məxsus, sahələri 1.7799 ha və 1.0226 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ölçüləri və coğrafi yerləşməsi ArcMap proqramı vasitəsilə hazırlanan ortofoto planlarda izahlı şəkildə göstərilmişdir. İddiaçıya məxsus hər iki torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir və onlar arasında məsafə 5332 metr təşkil edir. Tərəflərin iştirakı ilə ekspertiza baxışı zamanı iddiaçıya məxsus, RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 321830 nömrəli plan ölçü sənədlərində olan koordinatlar üzrə 1.0226 ha olan torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı bir vasitə ile (çəpər, hasar) məhdudlaşdırma halına rast gəlinməmişdir. Lakin baxış zamanı Cavabdeh2 bildirdi ki, biz də, yəni özü və qardaşı Cavabdeh1 bu 1.0226 ha torpaq sahəsindən pay istəyirik. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsini tələb etdiyi Zaqatala rayonu AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsinin çoxillik əkmələrdən ibarət 1,0226 ha hissəsi xx.xx.2018ci il tarixli çıxarışa əsasən iddiaçının, iddiaçının arvadı X1, iddiaçının və cavabdehlərin atası X3 və anası X2 mülkiyyətindədir. Onlardan X6 xx xxxx 1996-cı ildə, X4 isə xx xxxx 2010-cu ildə vəfat etmişdir. Çoxillik əkmələrdən ibarət 1,0226 ha torpaq sahəsinin ½ hissəsi iddiaçı və cavabdehlərin valideyinlərinin mülkiyyətində olmuşdur. Onların ataları X6 öldükdən sonra ondan miras qalmış hissəni anaları X4 qəbul etmiş və ölməmişdən əvvəl həmin sahədən cavabdehlərin hər birinə təqribən 0,16-0,17 ha torpaq sahəsində yerləşən 20 ədəd fındıq kolu vermişdir ki, həmin fındıq kollarının məhsulunu cavabdehlər yığmışdır. Cavabdehlər X2 ölümündən sonra da, həmin sahədən istifadə etmiş, fındıq məhsulunu yığmışlar. Bununla da, onlar valideyinlərindən miras qalmış təqribən 0,51 ha torpaq sahəsini miras kimi iddiaçı ilə birlikdə qəbul etmişlər. Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin ölçülərinin 0,1633 ha olması mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Göründüyü kimi cavadeh-hazırki iş üzrə apelyator özünün miras kimi qəbul etdiyi çoxillik əkmələrin yerləşdiyi torpaq sahəsindən istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını düzgün dəyərləndirməyən Zaqatala Rayon Məhkəməsi Cavabdeh1 münasibətdə iddiаnı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-997/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-997/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********0433315142) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar