Məhkəmə qərarları › İş №2(107)-51/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-51/2024

28.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-51/2024 28.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin 0,45 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Dövlət Notariat Kontorunda 23 mart 2006-cı il tarixdə bağladığı 4Ə-66 nömrəli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) 0.70 ha ölçüdə torpaq sahəsi almışdır. Aldığı bu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 14 aprel 2016-cı il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və elə həmin tarixdə DƏDRX 18 saylı Zaqatal Ərazi İdarəsi tərəfindən əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi ********** olan Seriya RX №:0849632 olan Çıxarış da tərtib edilmişdir. Qeyd edilən bu torpaq sahəsini aldıqdan xeyli müddət sonra Balakən rayon notariatının xüsusi notariusu X4 (şəhadətnamə N:157) tərəfindən 05 aprel 2018-ci il tarixdə bağlanan 4Ə-197 saylı alqı-satqı müqaviləsinə əsasən əvvəl aldığı 0.70 ha torpaq sahəsinə bitişik 0.7833 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi almışdır. Elə həmin vaxt torpaq sahəsinin ölçülərini yerində müəyyən edən zaman ölçüləri müəyyən edən DƏDRX 18 saylı Zaqata Ərazi İdarəsinin əməkdaşı bitişik olan torpaq sahəsindən ən azı 0.40 ha çox torpağın Cavabdeh tərəfindən zəbt olunduğunu bildirmişdir. O da cavabdehə indiyə qədər torpaqdan istifadə etməsini, indidən etibarən zəbt etdiyi torpağı boşaltmasını, hasarı da söküb öz yerindən çəkməsini bildirmişdir. Cavabdeh də cavabında torpaq sahəsini zəbt etməməsini, torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu demişdir. Belə olduğu halda 2018-ci ildə aldığı 0.7833 ha torpaq sahəsinə DƏDR 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2020-ci il tarixdə AAN:545596 olan torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 0.7833 ha torpaq sahəsinə reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan çıxarış da tərtib edilmişdir. Bundan sonra o, DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, bir-birinə bitişik olan 0.70 ha və 0.7833 ha torpaq sahəsi haqda məlumat verilməsini xahiş etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi bitişik olan torpağın Cavabdeh iştirakı ilə birlikdə ölçərək müəyyən etdi ki, bitişik olan 1.4833 ha torpaq sahəsinin uzunluğu 165 metr, eni isə 90 metrdir. Cavabdehə də 90 metr eninə, 50 metr uzununa olmaqla iddiaçı olan şəxsin torpağını tutması, nəticədə İddiaçı 0.45 ha torpaq sahəsini zəbt etməsi bildirilmişdir. İş üzrə cavabdeh bununla razılaşmamışdır. Daha doğrusu Cavabdeh 90 metr eninə, 50 metr uzununa olmaqla 0,45 ha torpaq sahəsini açıq şəkildə hasara alaraq zəbt edib öz torpağına birləşdirmişdir. O, DƏDRX-nin işçisindən bu haqda rəsmi arayış verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəmə olduğu halda məhkəmənin sorğusu ilə bu haqda məhkəməyə rəsmi arayış verəcəklər. Xidmətin fikri ilə razılaşmamış, öz əmlakı haqqında ondan məlumat verilməsini istəmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Torpaqa Mülkiyyət Hüququna Dair JN-1051 KOD 40102018 olan Dövlət Aktına əsasən Cavabdeh və onun ailəsinə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 7 saylı qərarı ilə 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.32 ha torpaq sahəsi cavabdeh və ailə üzvlərinə Dövlət Aktında göstərilən qaydada ayrı-ayrı planşetlərdə verilmişdir. Dövlət Aktında qeyd edilən 1051 saylı planşetdə göstərilən 0.4205 ha və 1051F saylı planşetdə göstərilən 0.3739 ha cəmi 0.80 ha torpaq sahəsi mübahisə edilən ərazidə yerləşir. 1051 R planşetindəki 0.5290 ha torpaq sahəsi isə çol ərazisində yerləşir. Cavabdeh və onun ailəsinin mübahisə edilən ərazidə 0.80 ha pay torpaqları olduğu halda onlar 1.5 ha çox torpaq sahəsindən istifadə edirlər ki, onun zəbt edilmiş 0.45 ha torpağı da həmin zəbt etdikləri torpağın içərisindədir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil1 iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, həmçinin iddiaçının cavabdehə qarşı 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması tələbinin rədd edilməsi ilə bağlı eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 nömrəli qətnaməsi olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər.

5. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 50 №li reyestr kitabının 58 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 nömrəli qətnaməsilə məhkəmə tərəfindən tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında iddia tələbinə dair Balakən rayonu Hənifə kəndində yerləşən mübahisələndirilən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi, torpaq sahəsinin mülkiyyətçisinin hazırda cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdehin torpaq sahəsini aldığını bildirərək, torpaq sahəsindən çıxmaması halları müəyyən edilərək, bu hallara hüquqi qiymət verilməklə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 106/2020 nömrəli qətnaməsilə məhkəmə kollegiyasının apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşması, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmamasının müəyyənləşdirilməsi, Cavabdeh X6 məlumatları (İslahat DVVJ-si) bazasına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə hazırlanan JN-1051 (kod ********) saylı Dövlət Aktının 1051 və 1051F planşetində qeyd olunan sahələrlə əhatə olunan, hüdudları məlum olan torpaq sahəsindən faktiki olaraq istifadə etməsi, iddiaçıya verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 046379 nömrəli plan ölçü sənədində qeyd olunan 0.70 ha torpaq sahəsinin 3-cü və 4-cü koordinatlarının Cavabdeh məxsus olan torpaq sahəsinin hüdudları daxilinə düşməsi, beləliklə məhkəmə kollegiyasının 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyini məqsədəmüvafiq hesab etməsi, belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli rəyi ilə iş üzrə hərtərəfli ekspertizanın aparılmamasının, Əmlak Məsələləri Dövlət Xidmətinin 04 fevral 2020-ci il tarixli mütəxəssis rəyinin ekspert rəyi kimi məhkəmə kollegiyasına göndərilməsinin görünməsi, halbuki mütəxəssis rəyinin ekspert rəyini əvəz etməməsi, iş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyinin Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyasının həmin rəyi mötəbər sübut olaraq qəbul etməsi kimi hallar müəyyən edilib bu hallara hüquqi qiymət verilməklə, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir.

9. Hazırki iddia tələbindən görünür ki, İddiaçı cavabdehin xüsusi mülkiyyətində olan 0.7833 ha və 0.70 olmaqla, cəmi 1.4833 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.45 ha hissəsindən çıxarılmasını tələb edir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus cəmi 1.4833 ha torpaq sahəsindən çıxarılma tələbi həmçinin iddiaçının mülkiyyətində olan 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılma tələbini özündə əks etdirir ki, bununla bağlı da eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır.

10. İddianın Cavabdeh İddiaçı xüsusi mülkiyyəti olan 0.7833 ha torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsindən çıxarılması tələbinə hüquqi qiymət verən məhkəmə həmçinin hesab etmişdir ki, bu hissədə iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0,7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən çıxarılmalı, iddia cavabdehin iddiaçının mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.16 ha hissəsindən artıq torpaq sahəsi hissəsindən çıxarılması tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, iş üzrə mötəbər sübut kimi qəbul edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Cəmiyyətin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyində də öz əksini tapır və Cavabdeh İddiaçı mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin hansı 0.16 ha hissəsindən istifadə etməsi həmin rəyə əlavə olunmuş 1 saylı Sxemdə göstərilmişdir.

11. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0.7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən çıxarılmalı, iddia cavabdehin 0.7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən artıq torpaq sahəsi hissəsindən çıxarılması tələbi hissəsində isə təmin edilməməlidir.

12. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.16 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 622 manat mütəxəssis xərcinin yarısı - 311 manat Cavabdeh alınıb İddiaçı verilməsi, 622 manat mütəxəssis xərcinin digər yarısı - 311 manat İddiaçı aid edilməsi, iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı Adı X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 238 və 239-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış JN-1051 KOD-40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X17 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********17 olan, 046379 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, 545596 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)- 559/2019 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 106/2020 nömrəli qətnaməsi Məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyi xx.xx.2020-cu il tarixli mədaxil qəbzi

15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.İ.Cavadovanın və V.İ.Məlikovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1294/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aparılmış torpaq islahatı zamanı ona və ailə üzvlərinə 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1.32 ha torpaq sahəsinə JN 1051 saylı torpağa mülkiyyət hüququna X17, 0.06 ha həyətyanı torpaq sahəsinə isə 950A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Dövlət aktında göstərilən 1.32 ha torpaq sahəsində fındıq ağacları əkmiş və orada hazırda fındıq bağı vardır. Onun torpaq sahəsinin qonşuluğunda İddiaçı məxsus 0.70 ha və 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahələrini 2018-ci ildə almışdır.

19. Hazırkı işdə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin 0.70 ha torpaq sahəsinə münasibətdə preyudisiallıq mövcud olduğundan həmin hissədə icraata xitam vermişdir.

20. İddia tələbinin 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş üzrə verilmiş ekspertiza rəyi və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquqmüəyyənedici sənədlər mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. Deməli 0.7833 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi hazırlayarkən DƏDRX bilərəkdən digər torpaq mülkiyyətçilərinin hüquqlarını pozmaqla onlara verilmiş Dövlət Aktında göstərilən cizgilərin üzərinə başqa bir sənəd işləmişlər və belədə iddiaçının naturada mövcud olmayan torpaq sahəsinin bir hissəsini cavabdehin torpaq sahəsindən azaltmaqla buna nail olmuşlar.

21. Eyni zamanda qeyd edilməlidir ki, faktiki istifadə vəziyyəti ilə hüquq müəyyənedici sənədlər arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” (Qaydalar) əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Hazırda rəqəmsal kadastr xəritələri hazırlanıb başa çatdırıldığından, tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin cizgiləri sözügedən Qaydalar əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsinə uyğun işlənib-işlənməməsinin müəyyənləşdirilməsi işin obyektiv tam və ədalətli həlli üçün zəruridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti isə hazırda mütəxəssis rəylərini uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritələrinə uyğun aparılması ilə bağlı tapşırıqlar verildiyindən hesab edirəm ki, təkrar tikinti texniki ekspertizası təyin ediləcəyi halda iddiaçının 0.7833 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmamasını müəyyən etmək mümkün olacaqdır. Birinci instansiya məhkəməsində təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı şifahi vəsatət versədə, hakim işin baxılma müdddətinin qurtarması əsası ilə vəsatətimi təmin etməmişdir.

22. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

23. Yuxarıda sadalanan dəlillər baxımından birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.

24. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin iddia tələbinin qismən təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)- 16/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahəninsərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Cavabdeh Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)- 16/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1294/2023 nömrəli qərarında göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17 ilə Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X2, X7 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/0.37 ha cizgisində göstərilən ərazinin 376 kv.m hissəsi ilə üst-üstə düşür. Göründüyü kimi, mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin iddiaçının adına tərtib olunmuş Plan və ölçü sənədi ilə onun mülkiyyəti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş, həmin hal ekspert rəyində əksini tapmamışdır. Həmin məsələnin araşdırılması məqsədilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2023-cü il tаrixli, 2(107)-662/2023 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9920 nömrəli ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4516/2023 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci tarixi Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərinin hüqüqmüəyyənedici sənədlərdə göstərilən 0.7833 ha torpaq sahəsinin 0.15 ha hissəsinin cavabdehin istifadəsində olduğuna görə iddiaçinin hüqüqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdə torpaq sahəsini tam şəkildə istifadə etməməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4516/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17 ilə Balakən rayon AİK-NİN 14 iyul 2001-ci tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X2, X11 və X8 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən JN- 1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17nda qeyd edilən 1.32 ha torpaq sahəsinin 1051 cizgisində 0.42, ha 1051 F cizgisində 0.37 ha və çöl sahəsində 1051 R cizgisində isə 0.53 ha torpaq sahələri işlənmiş və mübahisəli ərazidə Dövlət Aktında göstərilən 1051 cizgisində 0.42 ha və 1051 F cizgisində 0.37 ha ümumilikdə cəmi 0.77 ha deyil, naturada 2.0 ha olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4516/2023 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci tarixi Çixarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17 ilə Balakən rayon AİK-NİN 14 iyul 2001-ci tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X2, X11 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/Q.37 ha cizgisində göstərilən ərazinin üst-üstə düşən 376 kv.m hissəsinin JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17 ilə Cavabdeh Mahamarasul oğlunun, X2, X11 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/Q.37 ha cizgisində göstərilən ərazinin hüdudları daxilinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci tarixi Çixarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4516/2023 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci tarixi Çixarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna X17 ilə Balakən rayon AİK-NİN 14 iyul 2001-ci tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X2, X11 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/Q.37 ha cizgisində göstərilən ərazinin üst-üstə düşən 376 kv.m hissəsinin həmin torpaq sahəsinin Cavabdeh Mahamarasul oğlu tərəfindən istifadə edilən 0.16 ha hissəsinin hüdudlarə daxilində yerləşdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4516/2023 saylı mütəxəssis rəyinə əsasən, üst-üstə düşən 376 kv.m torpaq sahəsinin bütövlükdə Cavabdeh Mahamarasul oğlu tərəfindən istifadə edilən 0.16 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

36. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsi iddiani qismən təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

37. Məhkəmə kollegiyаsı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1294/2023 nömrəli qərarındakı göstərişlərini icra etməklə, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə iddianın təmin edilmiş hissəsində fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar