Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-511/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə və uşaqları -xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-cil il təvəllüdlü X3 və ünvan 1 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “ kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlaklarının çıxarılması tələbi”nə dair verdiyi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, Zərdab Rayon Məhkəməsinin 2(035)- 183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(035)-183/2024 saylı qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar İddiaçı, X12 və X5 Cavabdeh qarşı mənzildən istifadəhüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Bundan əlavə İddiaçı Cavabdeh qarşı ”kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən qeydiyyatdan çıxarılması və cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-319/2023-cü il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilməmişdir. Beləki, məhkəmənin iddia ərizəsinin yol verilməzliyinəgörə əsaslandığı qətnamələr çıxarılarkən, cavabdeh faktiki olaraq, mübahisələndirilən evə köçməmişdir. Həmin qətnamə 2023-cü ilin sonlarında icra olunub. Digər tərəfdən Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılarkən iddiaçılar cavbdehə qarşı ”kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbi barədə qarşılıqlı iddia vermişlər. İkinci dəfə isə Cavabdeh qarşı ”kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən qeydiyyatdan çıxarılması və cehizəşyalarının çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Zərdab rayon məhkəməsinə müraciət etmiş və kompensasyanın məbləğini göstərməməsinə baxmayaraq, işə baxan məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamış və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxararkən eyni zamanda cavabdehin iddianı qəbul etməməsinə əsaslanmışdır. Halbuki, məhkəmə qətnamə çıxararkən həm qanunu əsas götürməli və həm də iddiaçının təklifinə uyğun (cavabdehin bu təklifi qəbul edib-etməməsindən asılı olmayaraq) qətnamə çıxarmalıdır. Hazırda isə iddiaçı cavabdehə qarşı “3000 manat kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbinə”dair iddia qaldırmışdır. Zərdab rayon məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərək, ərizəvə ona əlavə edilmiş sənədləri geriyə qaytarılması barədə qərar qəbul edərkən, iddiaçı ilə cavabdeh arasındakı münasibətlərin davam edən münasibətlər olmasına da düzgün hüquqi qiymət verməmişdir. Odur ki, Zərdab rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-183/2024 saylı qərardadının ləğv edərək, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul etməyinizi, əks təqdirdə isə bu şikayətə baxıldıqdan sonra 7gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməyinizi xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(035)-183/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(035)-183/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında hazırki iddia tələbinə birinci instansiya məhkəməsində artıq bir dəfə baxılmış, belə ki, Ucar Rayon Məhkəməsinin 2(035)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmiş, qarşılıqlı iddiaçılar İddiaçı, X12 və X4 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Zərdab rayon Məhkəməsinin 2(035)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Yusiib oğlunun Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən qeydiyyatdan çıxarılması və cehiz əşyalarının çıxarılması tələbinə dair” iddiası təmin edilməmişdir. Ona görə də həmin işlər üzrə Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan hazırki 2(035)-183/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlaklarının çıxarılması tələbi”nə dair verdiyi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh yetkinlik yaçına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-cil il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmiş və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar İddiaçı, X12 və X4 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı idda tələbi isə təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildə qeydiyyatdan çıxarılması və cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(035)-319/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şikayətlə razılaşan kollegiya qeyd edir ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılarkən iddiaçılar cavbdehə qarşı “kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbi barədə qarşılıqlı iddia vermişlər. İkinci dəfə isə Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən qeydiyyatdan çıxarılması və cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və kompensasyanın məbləğini göstərməməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kollegiya hesab edir ki, məhkəmənin əvvəlki qətnaməsi ilə iddia rədd edilmişdirsə, iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Belə ki, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi davam edən münasibətdir. Ona görə də kollegiya hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 25 yanvar 2024cü il tarixli, 2(035)-183/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(035)-183/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-511/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-511/2024
14.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver