Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-515/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru X3, üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzinin nümayəndəsi X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülk iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Nicat Apayev adına 4 saylı tam orta məktəbinin xx xxxx 2017-ci il tarixli, 36 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxxx 2013-cü il tarixli, 02 saylı əmrinə əsasən həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Məktəb direktoru ilə aralarında əmək müqaviləsi bağlanmışdır. 2017-ci ilə kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. İşlədiyi müddətdə əmək fəaliyyəti ilə bağlı qaydanı pozmamış, heç bir intizam cəzası almamışdır. xx xxxx 2017-ci il tarixdə məktəb direktoru ona işdən azad olunduğunu və işinə xitam verildiyini bildirmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq bildiyi qədər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfin məlumatı olmalıdır. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş qərar və bu kimi başqa əsaslı hallar olarsa, işinə birtərfli xitam verilməsi qanunauyğun olardı. Ən əsası odur ki, işlədiyi dövrdə heç bir qayda pozuntusuna yol verməmişdir. Onun məlumatı və təşəbbüsü olmadığı halda əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqavəiləsinə xitam verilən zaman ona heç bir sənəd və ya bildiriş təqdim olunmamışdır. Əmrdə əmək məcəlləsinin hər hansı maddəsinə istinad edilməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən, birtərəfli xitam verilməsini şərh edən əsaslar göstərilməmiş və ona bu barədə heç bir məlumat bildirilməmişdir. Bütün bu səbəblərə görə işdən çıxarılmasını qanuna zidd hesab edir. 4 il müddətində məktəbdə işləməklə müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad olunması ilə bağlı dəfələrlə direktorla danışığı olmuşdur. Ancaq direktor onun işi ilə maraqlanmamış və bu barədə heç bir əsaslı səbəb göstərməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru X8 iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 2013-cü ildə sosial məzuniyyət yerinə müddətli müqavilə ilə işə qəbul olunmuşdur. Sonradan sosial məzuniyyətdə olan müəllimə işə qayıtdığına görə iddiaçı müddətsiz müqavilə ilə rəsmi olaraq işə götürülmüş və ona 6 saat dərs verilmişdir. Diaqnostik qiymətləndirmə keçirilən zaman iddiaçının sənədləri düzgün olmadığı üçün Cavabdeh1nə göndərilmişdir. Lakin 2014-cü ildə rayon Təhsil şöbəsi işə götürənin və işçinin xəbəri olmadan müddətsiz müqavilələri müddətli müqavilələrə çevirmişdir. Daha sonra isə diaqnostik qiymətləndirmə keçirilmiş və 2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər qeydiyyatdan keçirilməmişdir. 2013-2014-cü tədris ilində işə qəbul olunmuş müəllimlər 2017-ci ilin iyun ayına kimi işləmişlər. Sonra isə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzinin şifahi göstərişi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən 17 nəfər müəllim işdən azad olunmuşdur. Onu da qeyd edir ki, iddiaçı 2013-cü ilin yanvar ayının 1-də işə qəbul olunmuş, xx xxxxx 2015-ci il tarixdə analıq məzuniyyətinə çıxmış, ailə vəziyyəti ilə əlaqədar olaraq xx xxxxxx 2015-ci il tarixdə öz ərizəsi ilə işə geri qayıtmışdır. Təhsil Nazirliyi 4 saylı X1 şifahi göstəriş verərək iddiaçının MİQ-dən kənar işə qəbul olunduğu üçün işinə xitam verilməsini tapşırmışdır. İddiaçı 1 il müddətinə müddətli əmək müqaviləsi ilə Şamaxı rayon G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinə işə qəbul olunmuşdur. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X18 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxxx 2013-cü il tarixli, 02 saylı əmrinə əsasən həmin məktəbdə riyaziyyat müəlliməsi vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxx 2017-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad olunması ilə bağlı təhsil şöbəsi tərəfindən məktəb direktoruna heç bir rəsmi göstəriş olmamışdır. Əmək müqavilələri isə dəyişilməməlidir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinintəşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X14 Mərkəzi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttiişliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzinin nümayəndəsi X12 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxx 2013-cü ildə, 02 saylı əmrlə Qəbələ şəhər Nicat Apayev adına 04 saylı tam orta məktəbdə əvəzçi müəllim təyin olunmuş və onunla məktəb arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx xxxxx 2015-ci ildə 09 saylı əmrlə xx xxxxx 2015-ci ildən xx xxxxxx 2015-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. Analıq məzuniyyəti bitdikdən sonra əmək məzuniyyətinə buraxılmış və xx xxxxxxx 2015-ci ildə 44 saylı əmrlə işdə hesab edilmişdir. O, uşağa qulluq üçün sosial məzuniyyət götürməmiş və diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. xx xxxx 2017-ci ildə 36 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesabı ödənilmişdir. İddiaçı hazırda Şamaxı rayon G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində işə qəbul olunmuş və orada işləyir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X10 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyində araşdırılma aparılarkən iddiaçı ilə xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsinin bağlandığı, həmin müqavilənin xx.xx.2016-cı il tarixdə sistemə daxil edildiyi, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin xx.xx.2017-ci il tarixdə sistemə daxil edildiyi və xx xxxx 2017-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verildiyi aşkar edilmişdir. Bundan sonra iddaçı ilə Şamaxı rayon G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclasında X15 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, 2018-ci ilin may ayından Cavabdeh1ndə metodtiki kabinetin müdiri vəzifəsində işləyir. Həmin dövrdən ictimai əsaslarla əmək müqaviləsi bildirişlərin elektron informasiya sisteminə daxil edilməsi və dəyişdirilməsi, köməklik olunması məqsədi ilə ona həvalə olunmuşdur. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə işlənməsi məktəb direktorlarının rəsmi əməllərindən sonra həyata keçirilir. İddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddaçı hazırda Şamaxı rayonunda 1 illik müddətli müqavilə əsasında müəllim işləyir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsində o, işdən çıxarılmağını 2019-cu ilin aprel ayında bidiyini və bundan sonra bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət X24 Hümbətova məlumat verdiyini bildirsə də məhkəmə onun bu arqumentlərini nəzərə almamışdır. İşəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə çevrilməsindən belə xəbəri olmayıb. Onun bütün bu müddət ərzində bir işçi olaraq işə davamiyyəti dərs saatlarına uyğun olub və tərəfindən işə heç bir davamiyyətsizliyi olmamışdır. İşəgötürənlə əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və əmək müqaviləsi bildirişi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində və peşə liseylərində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və onunla bağlanmış əmək müqaviləsi onun xəbəri olmadan Qəbələ şəhər 4 saylı tam orta məktəbin direktoru Q.Musayeva tərəfindən, kimlərinsə tapşırığı ilə əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürənin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan özünün təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Qaşəngi Musayeva onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsinə) istinad etmişdir. Halbuki, xx.xx.2017-ci il tarixdə sistemdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı onun müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilmiş və belə olan halda müddətli əmək müqaviləsinin xitamından söz belə ola bilməz. Aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzi tərəfindən verilmiş şifahi göstərişini qeyd etmişdir. Bütün bunlar belə nəticə çıxarmağa əsas verir ki, işəgötürən - məktəb direktoru Q.Musayevanın işçinin əsaslı olaraq işinə xitam verilməsi kiminsə tapşırığı ilə deyil, əmək qanunvericiliyi ilə həll olunduğundan məlumatı yoxdur. Bundan başqa o, Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbdə işlədiyi müddətdə əmək müqaviləsi üzrə öhdəliklərini, bütün vəzifələrini layiqincə yerinə yetirmişdir, işəgötürən tərəfindən ona irad, xəbərdarlıq bildirilməmiş və cəza almamışdır. İşəgötürənin onunla bağlanmış əməkmüqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) istinad etsə də, aralamızda bağlanmış xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə səbəbli əlaqənin və onun işdən çıxarılmağı barədə əmrdən xəbəri olmadığından işdən azad edilməsi barədə əmri qanunsuz və əsassız hesab edir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, o, Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxxx 2013-cü il tarixli, 02 saylı əmri əsasında müvəqqəti olaraq əvəzçi riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Həmin ildə də yeni dərs ili başlayarkən, yəni xx.xx.2013-cü il tarixdə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 1 il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmışdır. Bundan sonra işəgötürənlə onun arasında xx.xx.2014-cü il tarixdə yenidən əmək müqaviləsi bağlanmışdır və o, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə müddətli əmək müqaviləsi əsasında riyaziyyat müəllimi kimi işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən onunla işəgötürən arasında bağlanmış müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilmişdir. Məhkəmə öz qətnaməsində qeyd edərək göstərmişdir ki, guya onun cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli 36№li əmrdən xəbəri olmuş və buna etiraz olaraq 1 ay müddətində münasibət bildirməli olduğu halda heç bir hərəkət etməmişdir və nəticədə bu əmrlə raılaşmışdır. Əslində isə onun həqiqətən belə əmrdən xəbəri olmamış və direktorun qəsdən etdiyi səhlənkarlıq üzündən aidiyyəti qurumlara şikayət verə bilməmişdir. Məhkəmənin bu cür qənaətə gəlməsi olduqca əsassızdır. Belə ki, əgər o, işdən çıxarılmağını vaxtında bilmiş olsaydı lazımi tədbirlər görülməsi üçün hərəkət edərdi. Direktor Q.Musayeva ondan başqa bir neçə işçini də bu şəkildə işdən azad edib. Sadalananlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (025)- 1455/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və onun cavabdeh Qəbələ şəhər Nicat Apayev 4 saylı tam orta məktəbdə işə bərpa edilməyinə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbi barədə iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru X6pelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzinin nümayəndəsi X11 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X7 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Əmrahova (Həşimova) Aynur Ramiz qızına məxsus 078906 nömrəli, xx.xx.2013-cü ildə tərtib edilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxxxx 2013-cü il tarixli, 02 nömrəli əmrlə Qəbələ şəhər 4 saylı tam orta məktəbdə ixtisası üzrə müvəqqəti olaraq əvəzçi müəllim təyin olunmuşdur. İşdə olan işəgötürən məktəbin direktoru X8 ilə iddiaçı Əmrahova (Həşimova) Aynur Ramiz qızı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014- cü il tarixədək bir il müddətinə məktəbdə 6 saat dərs deməklə müəllim işinə qəbul edilmişdir. İşdə olan işəgötürən məktəbin direktoru X8 ilə iddiaçı Əmrahova (Həşimova) Aynur Ramiz qızı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə məktəbdə riyaziyyat müəllimi işinə götürülmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 4 saylı tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, müəllim təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 108,50 manat göstərilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 4 saylı tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, müəllim təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 218 manat göstərilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Şamaxı rayonu G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbi arasında xx.xx.2019cu il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, müəllim təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 450 manat göstərilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2013-cü il tarixli 02 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Əmrahova (Həşimova) Aynur Ramiz qızı həmin məktəbdə ixtisası üzrə müvəqqəti olaraq əvəzçi müəllim təyin edilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxx 2015-ci il tarixli, 09 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin riyaziyyat müəllimi Əmrahova (Həşimova) Aynur Ramiz qızı xx.xx.2015-ci il tarixdən analıq məzuniyyətinə buraxılmışdır. Əsas olaraq səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 508003 saylı xəstəlik vərəqi göstərilmişdir. Əmrlə o, xx xxxxxx 2015-ci il tarixdən işdə olmalıdır. İşdə olan Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2015-ci il tarixli 40 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Əmrahova (Həşimova) Aynur Ramiz qızının analıq məzuniyyəti xx.xx.2015-ci il tarixdə bitdiyi üçün o, işdə hesab edilmiş və həmin tarixdən etibarən 56 təqvim günü müddətinə növbəti yay məzuniyyətinə buraxılmışdır. Əmrə görə o, xx xxxxxxx 2015-ci il tarixində işdə olmalı, əmr isə xx.xx.2015-ci il tarixdən qüvvədə hesab edilməlidir. İşdə olan Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2015-ci il tarixli 44 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Əmrahova (Həşimova) Aynur Ramiz qızının yay məzuniyyəti xx xxxxxxx 2015-ci il tarixdə bitdiyi üçün o, həmin tarixdən işdə hesab edilmişdir. İşdə olan Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən Əmrahova (Həşimova) Aynur Ramiz qızı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X17 Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X9 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, Əmrahova (Həşimova) Aynur Ramiz qızı xx xxxxxx 2013-cü ildə 02 saylı əmrlə ixtisası üzrə (riyaziyyat müəllimi) müvəqqəti olaraq Qəbələ şəhəri Nicat Apayev adına 04 saylı tam orta məktəbdə əvəzçi müəllim təyin olunmuş və onunla məktəb arasında müddətli əmək müqaviləsi bağlanmışdır. xx xxxxx 2015-ci ildə 09 saylı əmrlə xx xxxxx 2015-ci ildən xx xxxxxx 2015-ci il tarixə kimi (xəstəlik vərəqəsi 508003) analıq məzuniyyətinə buraxılmışdır. Analıq məzuniyyəti bitdikdən sonra əmək məzuniyyətinə buraxılmış və xx xxxxxxx 2015-ci ildə 44 saylı əmrlə işdə hesab edilmişdir. O, uşağa qulluq üçün sosial məzuniyyət götürməmişdir. Diaqnostik qiymətləndirmədə də iştirak etməmişdir. xx xxxx 2017-ci ildə 36 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesabı ödənilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 37 saylı əmrlə Şamaxı rayonu G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində həmin tarixdən ixtisası üzrə dərslərin aparılmasına icazə verilmişdir. Əmrə əsas olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli 551 saylı əmri qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağısda göstərilən maddələrinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Əmrahova (Həşimova) X19 şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxxx 2013-cü il tarixli, 02 nömrəli əmr əsasında ixtisası üzrə müvəqqəti olaraq əvəzçi müəllim təyin olunmuşdur. İşəgötürən məktəbin direktoru X8 ilə iddiaçı Əmrahova (Həşimova) Aynur Ramiz qızı arasında xx.xx.2013-cü il tarixdə onun xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmışdır. Bundan sonra işəgötürənlə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə (müddətli müqavilə əsasında) həmin məktəbdə riyaziyyat müəllimi işinə götürülmüşdür. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş»lə müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 4 saylı tam orta məktəb direktoru arasındakı müddətli əmək müqaviləsi dəişdirilərək müddətsiz müqaviloəyə çevrilmişdir. Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxxx 2015-ci il tarixli 09 nömrəli əmr ilə iddiaçı xx.xx.2015-ci il tarixdən 00004 seriyalı 508003 saylı xəstəlik vərəqi əsasında analıq məzuniyyətinə buraxılmışdır. Məktəb direktorunun xx.xx.2015-ci il tarixli 40 nömrəli əmr ilə onun analıq məzuniyyəti xx.xx.2015-ci il tarixdə bitdiyi üçün o, işdə hesab edilmiş və həmin tarixdən etibarən 56 təqvim günü müddətinə növbəti yay məzuniyyətinə buraxılmışdır. xx.xx.2015-ci il tarixli 44 nömrəli əmrlə iddiaçının yay məzuniyyəti xx xxxxxxx 2015-ci il tarixdə bitdiyi üçün o, həmin tarixdən işdə hesab edilmişdir. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin bitməsinə) əsasən Əmrahova (Həşimova) Aynur Ramiz qızı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı tərəflərin verdikləri izahatlarla və eləcə də işdə olan, xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin və iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı ilə Şamaxı rayonu G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbi arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, həmin məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktoru ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən (müqavilənin müddətinin bitməsi əsası ilə) həmin müqaviləyə xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq məktəb direktorunun onun işdən azad olunması barədə xx.xx.2017-ci il tarixli, 36 nömrəli əmri ilə razılaşmışdır. Həmin razılaşmanın məntiqi nəticəsi kimi də o, hazırda Şamaxı rayonu G.Ağayev adına Məlikçobanlı kənd orta məktəbindlə öz ixtisası üzrə müəllim vəzifəsində işləyir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassızdır. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-515/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-515/2020
12.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver